Məhkəmə qərarları › İş №2-1(102)-967/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-967/2024

15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-967/2024 15.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin bağlanması və abonent kodunun dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsinin bağlanması və abonent kodunun dəyişdirilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2316/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasın da baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə dair iddiaçı ilə təbii qazın alqı-satqı müqaviləsinin bağlanması, həmin müqaviləyə uyğun olaraq iddiaçıya yeni abunə kodu verilməklə sayğacın quraşdırılması öhdəliyinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ünvan 1 ünvanında yerləşən mənzil üzərində alqı-satqı müqaviləsinə əsasən mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. O, cavabdehə müraciət edərək həmin mənzilə dair təbii qazın alqı-satqı müqaviləsinin bağlanmasını və yeni abunə kodu verilməsini xahiş etmiş, lakin sonuncu həmin ünvanda yerləşən əmlakla bağlı 654,10 manat borc məbləği mövcud olduğunu əsas gətirərək müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, imtina əsassızdır. Çünki borc ona məxsus deyil, əvvəlki abonent, mənzili ona satan İrina Qreçkinaya akt əsasında hesablanmışdır. Hətta, həmin borcun silinməsi tələbinə dair məhkəmədə iddia qaldırsa da, Xətai Rayon Məhkəməsi tərəfindən əvvəlki abonent Qreçkinayanın əvəzindən onun həmin iddianı qaldırmaq üçün subyektiv hüququnun olmadığı bildirilmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1271/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmiş, ünvan 2 ünvanında yerləşən mənzilə dair iddiaçı ilə təbii qazın alqı-satqı müqaviləsinin bağlanması, həmin müqaviləyə uyğu n olaraq İddiaçı yeni abunə kodu verilməklə sayğacın quraşdırılması öhdəliyinin Cavabdehnə həvalə edilmişdir.

4. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh İB-nə ödənilməli olan borc məbləği iddiaçı ilə mənzilin alqı-satqısı həyata keçirilməzdən əvvəl yarandığından, iddiaçının həmin borca görə hər hansı bir məsuliyyəti olmamışdır. İddiaçı təbii qazdan istifadəyə görə kommunal xərclərə, eyni zamanda sayğacın istifadəsi nəticəsində yaranmış zərərə görə yalnız o zaman məsuliyyət daşıya bilər ki, əgər xərclər (borclar) onun yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan sonraki dövrlər üçün təsadüf etsin. Hazırki iş üzrə isə borcun iddiaçının yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan deyil, daha əvvəlki dövrə təsadüf etdiyi müəyyən olunmuşdur. Belə olan halda, cavabdeh öz fəaliyyəti ndə formallığa yol verərək iddiaçının yaranmış borca hər hansı aidiyyətinin olmamasını nəzərə almamış, əksinə Qreçkina İrinaya aid borcun olmasını iddiaçının məsuliyyət sferasına aid edərək onun müraciətinin təmin edilməsindən imtina etmişdir ki, buda öz növbəsində iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

5. Məhkəmə xüsusi ilə qeyd edir ki, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən itirilmiş təbii qaza görə müəyyən edilən borcun hal-hazırda məhkəmə qaydasında mübahisələndirildiyini vurğulamışdır. Nəzərə alınmalıdır ki, borcun mübahisələndirilməsi, bununla bağlı məhkəmə çəkişməsinin olması hazırki mərhələdə vəziyyəti iddiaçının ziyanına dəyişmir. Çünki, məhkəmə çəkişməsinin davam edibetməməsindən, başqa sözlə desək borcun silinib-silinməməsindən və ya ödə nilibödənilməməsindən asılı olmayaraq həmin borc iddiaçıya aid olmadığından, onun üçün əlavə məsuliyyət yaratmamalıdır. Ümumiyyətlə, həmin borcun mübahisələndirilməsi ilə bağlı məhkəmə mübahisəsinin yekunlaşması gözlənilərsə, bu zaman iddiaçının mülkiyyət hüquqları qeydə alınan daşınmaz əmlak üzərində hüquqlarının tam şəkildə reallaşdırılması prosesi ləngiyər və onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olar.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2316/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: C.Yusifov /sədrlik edən və məruzə çi/, P.Hüseynov və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

9. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 06 oktyabr 2012-ci il tarixli Qərarının nəticə hissəsinin 3- cü bəndinə əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsi baxımından təbii inhisar subyekti inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab oluna bilməz. Bu aktlardan irəli gələn mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi əsasında ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır. İş materiallarından müəyyən olunur ki, iddia tələbi müqavilə və istehlak münasibətlərindən irəli gəlir, həmçinin də cavabdeh qurum inzibati orqan olmamaqla yanaşı, tələbdə qeyd olunan məsələlər də cavabdehin inzibati xarakterli fəaliyyətlərindən də irəli gəlmir. Mü qavilə və istehlak münasibətləri də öz hüquqi təbiətinə görə mülki hüquq xarakterli, istehlak qaydalarını tənzimləyən məsələlər bilavasitə mülki hüquq normaları ilə tənzimlənir. Yuxarıda göstərilənləri əsasən hazırki iddia tələbi ilə bağlı İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməli idi. Qeyd olunan iddia tələbləri ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə əsasən bu tipli iddialar inzibati məhkəmələr tərəfindən mümkün sayılmır və bununla bağlı çoxsaylı qərardadlar mövcuddur (Bakı İnzibati Məhkəməsinin icraatında olmuş 2- 1(112)3728/2023e-2-1(112)-14208/2023, 2-1(112)-12864/2023 saylı işlər üzrə qəbul edilmiş qərardadlar və s.) Lakin göründüyü kimi apellyasiya instansiya məhkəməsi prosessual hüquq normasını və formalaşmış məhkəmə təcrübəsini po zaraq əsassız qərar qəbul etmişdir.

11. İş materiallarından müəyyən olunur ki, iddia tələbi publik hüquq münasibətlərindən yox, müqavilə və istehlak münasibətlərindən irəli gəlir, həmçinin də cavabdeh qurum inzibati orqan olmamaqla yanaşı, tələbdə qeyd olunan məsələlər də cavabdehin inzibati xarakterli fəaliyyətlərindən də irəli gəlmir. Müqavilə və istehlak münasibətləri də öz hüquqi təbiətinə görə mülki hüquq xarakterli, istehlak qaydalarını tənzimləyən məsələlər bilavasitə mülki hüquq normaları ilə tənzimlənir. Bu tipli iddiaların mümkün sayılmamasına dair inzibati məhkəmələr tərəfindən çoxsaylı qərardadlar qəbul edilmişdir. Qeyd olunanlara əsasən hesab edirik ki, hazırki iş üzrə aşağı instansiya məhkəmələri tərəfindən məhkəmə təcrübəsinin vahidliyi də pozulmuşdur. b) Kassasiya şikayətlə rinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU

13. İnzibati Prosessual Məcəllə: Maddə 35.1.Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya i nstansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

15. Apellyasiya instansiyası məhkəmə sinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məlum olduğu kimi, İddiaçı Cavabdehnə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilə dair iddiaçı ilə təbii qazın alqı-satqı müqaviləsinin bağlanması, həmin müqaviləyə uyğun olaraq iddiaçıya yeni abunə kodu verilməklə sayğacın quraşdırılması öhdəliyinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iddianın təmin olunması, ünvan 2 ünvanında yerləşən mənzilə dair iddiaçı ilə təbii qazın alqı-satqı müqaviləsinin bağlanması, həmin müqaviləyə uyğun olara q İddiaçı yeni abunə kodu verilməklə sayğacın quraşdırılması öhdəliyinin Cavabdehnə həvalə edilməsi barədə xx.xx.2023-cü il tarixli, 21(112)-1271/2023 saylı qərarının özünün xx.xx.2023-cü il tarixli, 2-1(103)-2316/2023 saylı qərarı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1271/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gələrkən belə hesab etmişdir ki, “Konkret halda cavabdeh təbii inhisarçı olaraq, dövlət tərəfindən ona verilmiş səlahiyyətlərindən inzibati orqan kimi yararlanmaqla hakimiyyət xarakterini nümayiş etdirməklə, iddiaçı ilə təbii qazdan istifadəyə dair müqavilə bağlamaqdan imtina edir. Bütün bu hallar isə onlar tərəflər arasında yaranmış mübahisənin publik (ümumi) hüq uq münasibətlərindən irəli gəldiyini və inzibati icraat qaydasında baxılmalı olan, öhdəliyin icrası haqqında iddia növündə mübahisəni ehtiva edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin Plenumu 6 oktyabr 2012-ci il tarixli qərarında şərh vermişdir ki, təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Beləliklə də, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası, cavabdeh tərəfindən təbii inhisarçı səlahiyyətlərindən istifadə edərək, iddiaçı ilə təbii qazdan isti fadəyə dair müqavilə bağlamaqdan və yeni abonent kodu verilməklə yeni sayğac qoyulmasından imtina etməklə, qanunvericiliklə üzərinə düşən öhdəliyindən yayınmış, bununla da sonuncunun hüquqlarını pozmuşdur.”

18. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşmır, həmin nəticəni prosessual baxımdan qanuni və əsaslı hesab etmir.

19. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasınd an əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1 İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərb aycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. 20. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarından: İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştrak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyət həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsini ictim ai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olaraq inzibati-iqtisadi məhkəmələr kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Tərəflərin mülki (öhdəlik) hüq uq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

21. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə gəldiyi qənaətini bir daha təkrarlamağı zəruri hesab edir, belə ki, apellyasiya instansiyası məhkəməsi öz qərarında göstərir ki, “Konkret halda cavabdeh təbii inhisarçı olaraq, dövlət tərəfindən ona verilmiş səlahiyyətlərindən inzibati orqan kimi yararlanmaqla hakimiyyət xarakterini nümayiş etdirməklə, iddiaçı ilə təbii qazdan istifadəyə dair müqavilə bağlamaqdan imtina edir. Bütün bu hallar isə onlar tərəflər arasında yaranmış mübahisənin publik (ümumi) hüquq münasibətlərindən irəli gəldiyini və inzibati icraat qaydasında baxılmalı olan, öhdəliyin icrası haqqında iddia növündə mübahisəni ehtiva edir”.

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin həmin qənaəti yanlışdır, belə ki, cavabdehin təbii inhisarçı olması işin təkzib olunmaz faktı olsa da, yuxarıda artıq göstərildiyi kimi “İnzibati və mülki hüquq münasibətlə rindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli, 04 nömrəli qərarına görə elektrik enerjisi, su və təbi qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 2426-cı maddələrinə müvafiq olaraq inzibati-iqtisadi məhkəmələr, kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır.

23. Bu arada apellyasiya məhkəməsinin qərarından görünür ki, mübahisə predmeti qazdan istifadəyə görə müqavilənin bağlanmasıdır, lakin apellyasiya məhkəməsi bunu yanlış olaraq publik (ümumi) hüquq münasibətlərindən irəli gəldiyi kimi qiymətləndirir.

24. Halbuki “İnzibati icraat haqqında” qanunun “İnzibati akt” adlanan 2.0.2-ci bəndində deyilir ki, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.

25. Lakin hazırkı hal yuxarıda göstərilmiş maddi hüquq normasının müddəalarına uyğun deyildir.

26. Bu arada qeyd edilməlidir ki, istər apellyasiya məh kəməsinin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Vəkil öz izahatında (işin 170-171-ci səhifələri), istərsə də, cavabdeh kassasiya şikayətində israrla bildirirlər ki, aidiyyat qaydaları pozulduğundan iddia mümkün sayılmamalı, hazırkı işə mülki icraat qaydasında baxılmalıdır.

27. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. Belə ki, hazırkı mübahisə inzibati orqan olmayan hüquqi şəxslə iddiaçı arasındakı istehlak münasibətlərindən irəli gəlir. Hazırda iddiaçı üçün səmərəli hüquq müdafiə vasitəsi müvafiq iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etməkdir.

28. Buna görə də iddia mümkün sayılmamalıdır, kassasiya şikayəti qismən təmin edilməlidir, apellyasiya məhkəməsinin 16 noyabr 2023-cü il tarixli qərarı ləğv edilməlidir, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

29. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüquq pozulması hesab edilə bilməz.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2316/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar