Məhkəmə qərarları › İş №2-1(102)-968/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-968/2020

17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-968/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə (üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin iştirakı ilə) qarşı iş üzrə QƏRAR (Açar sözlər: iddianın mümkünlüyü, subyektiv hüquq) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Azər Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun, iddiaçının vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazi rliyi yanında Dövlət Sosial Müdafiə Fondu-nun Bakı şəhəri Nərimanov rayon şöbəsinə (üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin iştirakı ilə) qarşı inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-2854/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1963-cü il tarixdə Naxçıvan MR-nın Şahbuz rayonunun aakəndində anadan olmuşdur. C avabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu-nun Bakı şəhəri Nərimanov rayon şöbəsinə (üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin iştirakı ilə) qarşı inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi, pensiyanın dayandırılması barədə qəbul edilmiş qərarın ləğv edilməsi və pensiya ödənişinin xx.xx.2018-ci il tarixdən bərpa edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmış dır ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən 1ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş və həmin ilin iyul ayınadək ona aylıq pensiya məbləği ödənilmişdir. 2018-ci ilin iyul ayının sonlarında iddiaçı ona təyin edilmiş pensiya ödənişinin alınması üçün Azərbaycan Respublikası Beynəlxalq Bankının Bakı şəhəri Nərimanov rayon filialı tərəfindən verilmiş hesab kartından istifadə edərkən, bununla bağlı hər hansı əməliyyatın aparılması mümkün olmamışdır. Bundan sonra iddiaçı 1-ci qrup əlil olması əsası ilə ona təyin edilmiş əmək pensiyası ödənişinin alınması ilə əlaqədar cavabdeh DSMF-nin Nərimanov rayon şöbəsinə rəsmi şəkildə müraciət etmiş, DSMF-nin Nərimanov rayon şöbəsi tərəfindən iddiaçıya xx.xx.2018-ci il tarixli bildiriş göndərilmiş və həmin məktubda “Forma – 88” sənədinin etibarsız hesab edildiyi və bu səbəbdən ona təyin edilmiş əmək pensiyası ödənişinin dayandırıldığı qeyd edilmişdir. Lakin həmin bildirişlə bərabər iddiaçıya təyin edilmiş 1-ci qrup əlilliyə görə əmək pensiya ödənişinin dayandırılmasına dair qəbul edilmiş inzibati aktın surəti göndərilməmiş, o cümlədən inzibati aktın tarixi və nömrəsi müvafiq bildirişdə qeyd edilməmişdir. İddiaçıya təyin edilmiş əmək pensiyası ödənişinin dayandırılmasına əsas olan hal TSEK tərəfindən qəbul edilmiş qərar olduğundan və həmin qərar ləğv edilmədiyindən pensiyanın hüquqi müqəddəratı ilə bağlı hər hansı hərəkət aparıla bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial ekspert komissiyaları haqqında Əsasnamə”də “Forma – 88” sənədinin etibarsız hesab edilməsindən bəhs olunmur. Bu halda inzibati orqanın “Forma – 88” sənədinin etibarsız hesab edilməsi barədə mülahizəsinin hüquqi əsası anlaşılan deyildir. Qeyd edilən səbəblərdən inzibati orqanın hərəkətləri qanunsuz hesab edilməli, pensiya ödənişinin dayandırılması barədə iddiaçıya məlum olmayan inzibati akt ləğv edilməli və onun pensiya ödənişi xx.xx.2018-ci il tarixdən bərpa edilməlidir. Bundan sonra iddiaçıiddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(82)-412/2019 nömrəli (sədrl ik edən hakim Xalıq İmanov) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli,2-1(103)-2854/2019 nömrəli (hakimlər Ülvi Mayılov - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Kəmalə Abiyeva) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaç ının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Tibbi Sosial Ekspert Komissiyasında iddiaçıya ümumi xəstəlik səbəbindən müddətsiz olaraq İ dərəcəli əlillik təyin edilməsi barədə qərar qəbul edilmiş və hal-hazırda həmin qərar qüvvədədir. İddiaçıya pensiya təyin edilməsi barədə qərar qəbul edilmiş və hal-hazırda həmin qərar da qüvvədədir. Əlilliyin təyin edilməsi və pensiyanın müəyyən edilməsi barədə qərarlar qüvvədə olduğu halda qərarların qəbul edilməsinə əsas olan sənədlərdən birinə şübhə ilə yanaşmaq pensiyanın dayandırılması üçün əsas ola bilməz. Əlillik və pensiya inzibati akt əsasında təyin edilmişdirsə DSMF-nin Nərimanov rayon şöbəsi tərəfindən pensiyanın ödənilməsinin dayandırılması barədə inzibati akt yoxdursa və şöbəyə pensiyan ın dayandırılması barədə hər hansı bir qərar təqdim edilməyibsə şöbənin pensiyanı dayandırması hüquqa ziddir. İnzibati orqanın iş fəaliyyəti qanunvericilik aktları ilə tənzimlənir. Qanunvericilikdən kənar hərəkətlərin edilməsi və qərarların qəbul edilməsi qanunvericiliklə məsuliyyət yaradır. İş materiallarından da aydın olur ki, əlilliyin və pensiyanın ləğv edilməsi barədə hər-hansı bir inzibati akt qəbul edilməmiş və pensiyanın dayandırılması barədə iddiaçıya qanunla müəyyən olunmuş qaydada inzibati akt təqdim olunmamışdır. Apelyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq iddiaçıya izah edilmişdir ki, ona təyin edilmiş pensiya ödənişinin dayandırılmasına əsas olmuş halların aradan qaldırılması üçün aidiyyəti üzrə (Daxili işlər Nazirliyinin Tibb İda rəsinə və Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə) müraciət etməlidir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini elan etmiş lakin, qərar təqdim edilərkən iddianın rədd edilməsi məlum olmuşdur. Bu barədə apelyasiya şikayətində qeyd edilsə də məhkəmə buna münasibət bildirməmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti üçüncü şəxs qismində məhkəməyə cəlb edilmişdir. Məhkəmənin istinad etdiyi əsasları məhkəmə proseslərində səsləndirmişlər. Həm onların, həmdə məhkəmənin tələbi üzrə əlilliyin ləğvi barədə qərarı məhkəməyə təqdim edə bilməmişdirlər.Pensiyanın təyin edilməsi barədə qərar cavabdeh Fond tərəfindən qəbul edildiyindən və həmin qərar ləğv edilmədiyindən hüquq pozuntusuna Fond tərəfindən yol verilmişdir. Göründüyü kimi, əlillik təyin edilmə si və pensiyanın təyin edilməsi barədə inzibati aktlar qüvvədə olduğu və həmin inzibati aktların ləğv edilməsi barədə məhkəməyə hər hansı bir qərar təqdim edilmədiyi halda məhkəmədə qanunla müəyyən edilmiş sübut olmadığı halda yuxarıda qeyd edilən normativ hüquqi aktların tələblərini nəzərə almadan əsassız qərar qəbul edilmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2854/2019 saylı qərarını ləğv edib, iddianın təmin edilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüq uq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahi səyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki,İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə və üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi, pensiyanın dayandırılması barədə qəbul edilmiş qərarın ləğv edilməsi və pensiya ödənişinin xx.xx.2018-ci il tarixdən bərpa edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən müddətsiz olaraq 1-ci dərəcəli əlillik, xx.xx.2018-ci il tarixdən isə DSMF-nin Nərimanov rayon şöbəsi tərəfindən 1-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş, lakin sonradan iddiaçıya əlilliyin təyin edilməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə təqdim edilmiş “forma 88” № 4110003AADCR göndəriş və əlilliyi təsdiq edən sənəd etibarsız hesab edildiyindən iddiaçıya təyin edilmiş 1-ci qrup əlilliyə görə əmək pensiyası ödənişi xx.xx.2018-ci il tarixdən etibarən dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016 -cı il tarixli, 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.1-ci maddəsinə əsasən Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Həmin əsasnamənin 4.2-ci bəndinə əsasən göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. Həmin əsasnamənin 4.7-ci bəndinə səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar. Həmin əsasnamənin 4.9-ci bəndinə göndə rişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 Sosial Ekspertiza və X2 (bundan sonra TSERAS) ötürülür. Həmin əsasnamənin 4.9-1-ci bəndinə əsasən TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. Həmin əsasnamənin 4.9-2-ci bəndinə əsasən qəbul edilmiş qərarların obyektivliyinin təmin edilməsi məqsədi ilə seçmə qaydada eyni göndəriş bir neçə TSEK-ə göndərilə bilər. Müxtəlif TSEK tərəfindən qəbul edilmiş qərarlarda uyğunsuzluq aşkar edildiyi təqdirdə, son qərar Xidmət tərəfindən verilir. 4.9-3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının daxili nəzarət şöbəsi və Xidmət tərəfindən seçmə qaydada göndəriş üzrə məlumatların yoxlanılması həyata keçirilə bilər Həmin əsasnamənin 5.4-cü bəndinə əsasən TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. Həmin əsasnamənin 5.5.-ci bəndinə əsasən TSEK-in q ərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. İş materiallarından göründüyü kimi, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2017-ci il tarixli, 029-2360-1218/5 saylı məktubu əsasında əlilliyin qiymətləndirilməsinə əsas verən 4110003AADCR saylı göndərişin əsassız rəsmiləşdirildiyi bildirilmiş, məhz bu səbəbdən qiymətləndirmə əlillik altsistemində etibarsız edilmişdir. İddiaçıya pensiya ödənişi cavabdeh tərəfindən dayandırılsa da, buna əsas kimi iddiaçıya əlilliyin təyin edilməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə təqdim edilmiş “forma 88” № 4110003AADCR göndərişi və əlilliyi təsdiq edən sənədin etibars ız hesab edildiyi səbəb olmuşdur. Bu halda Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçıya təyin edilmiş pensiya onun əlilliyi ilə bağlı olmuşdursa, bu halda cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz. Beləliklə hazırkı halda “Forma 88” göndərişi və əlilliyi təsdiq edən sənəd etibarsız hesab edildiyindən bu iş üzrə cavabdehə qarşı iddia mümkün sayıla bilməz. İddiaçıya izah edilir ki, müvafiq orqana müraciət edib, həmin sənədləri əldə etdikdən sonra yenidən DSMF-yə müraciət edə bilər. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 6 8, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2854/2019 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar