Məhkəmə qərarları › İş №2-1(102)-968/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-968/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-968/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: dövlət vəsaiti hesabına vəkillə təmin edilmə giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 və vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra cavabdeh) qarşı SS646496035AZ ştrix kodlu sifarişli məktubla göndərdiyi sənədlərə baxılmamasının qanun pozuntusu kimi tanınması, həmin sənədlərə baxılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və poçt göndərişi üçün ödədiyi pulun cavabdehdən onun xeyrinə tutulması tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-186/2021 saylı, 5 aprel 2021-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SS646496035AZ ştrix ko dlu sifarişli məktubla göndərdiyi sənədlərə baxılmamasının qanun pozuntusu kimi tanınması, həmin sənədlərə baxılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və poçt göndərişi üçün ödədiyi pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1355/2020 saylı, 17 noyabr 2020ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

3. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1355/2020 saylı, 17 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

4. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)186/2021 saylı, 16 mart 2021-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məh kəməsinin 2-1(118)-1355/2020 saylı, 17 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır.

5. İddiaçı ərizə ilə apelyasiya məhkəməsinə müraciət edərək, kasasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh 2 saylı Ərazi Vergilər Baş idarəsinin 06.01.2021 -ci il tarixli məktubundan göründüyü kimi, 2018-ci ilin əvvəlindən bir qəpik də olsun dövriyyəsi, gəliri olmamışdır, işləməmişdir. Vəkil tutmaq üçün imkanı yoxdur.

7. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunmamışdır.

8. Apelyasiya məhkəməsi ərizəni rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçı dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi üçün vəkilin xid mətlərini ödəməyə kifayət qədər vəsaitinin olmadığı barədə sübut təqdim etməmişdir.

9. İddiaçı 12 aprel 2021-ci il tarixdə apelyasiya məhkəməsinin qərardadını almış, 15 aprel 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərardadın ləğv, vəkillə təmin olunma barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

10. İddiaçı faktiki olaraq işsizdir, vəkillə müqavilə bağlamağa imkanı yoxdur. 60dan çox yaşı vardır, maddi imkanı olmadığına görə dövlət vəsaiti hesabına vəkillə təmin edilməsinə ehtiyac vardır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçı məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar q əbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi).

12. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaçının şikayətinin rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

13. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

14. Mülki Prosessual Məcəllə: Maddə 14.5. Bu Məcəllə ilə və kilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkil xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmin olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət vəsaiti hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Maddə 67.2. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Maddə 121.2. Bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi ya rdımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə münasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər. 15. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun: Maddə 20.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və ya məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfind ən müəyyən edilir. 16. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun: Maddə 1.0.5 və 1.0.6. Aztəminatlı ailə-orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; ünvanlı dövlət sosial yardımı (bundan sonra-sosial yardım)-aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Maddə

3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlə r. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

17. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.

20. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd e dir.

21. Yuxarıda sadalanan normaların təhlili göstərir ki, qanunverici vəkil xidmətlərinin dövlət hesabına həyata keçirilməsi məsələlərini tənzimləyərkən pulsuz hüquqi yardıma ehtiyacı olan şəxsin aztəminatlı olması, başqa ifadə ilə şəxsin bu xidməti ödəmək üçün kifayət qədər vəsaitə malik olmaması halının məhkəmədə müəyyən olunmasını tələb etmişdir. Bununla bağlı, pulsuz hüquqi xidmətin təmin edilməsinə dair ərizədə şəxsin vəkilin xidmətini ödəyə bilməməsi əsaslandırılmalıdır. Şəxsin kifayət qədər vəsaitə malik olmamasının meyarları qanunvericiliklə müəyyən edilmədiyindən, belə imkanın olmaması məhkəmə tərəfindən qiymətləndirilir. Bu qiymətləndirmənin aparıla bilməsi üçün isə şəxsin maddi imkansızlığını qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edən hər hansı (aşağı həddə əmək haqq ı və ya pensiya, işsizlik müavinəti, dövlət sosial yardımı və s. alması barədə) mötəbər sübut məhkəməyə təqdim olunmalıdır.

22. İddiaçı sosial müavinət alması, aztəminatlı ailə olması, maddi vəziyyətinin ağırlığı, işsiz kimi qeydiyyatda olması və vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadığını təsdiq edən mötəbər sənəd ərizəsinə əlavə etməmişdir.

23. Qeyd edilənlərə əsasən kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə doğrudur. Şikayət təmin olunmadan, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin olunmasın. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-186/2021 saylı, 5 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar