Məhkəmə qərarları › İş №2-1(102)-968/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-968/2022

13.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-968/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi məsuliyyətinə cəlb olunma barədə qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı "xxxx" MMC barəsində qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli **********196384 saylı “Ve rgi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın və həmin qərara düzəliş edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********197668 saylı Qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2022-ci il tarixli, 2-1(107)-17/2022 nömrəli qərarından və 28 fevral 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin 6 dekabr 2018-ci il tarixli **********170817 saylı qərarı ilə İddiaçı MMCdə keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi üzrə 17 yanvar 2020-ci il tarixdə **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuli yyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmiş və iddiaçıya ümumilikdə 595 701,39 manat (374 273,66 manat vergilər + 221 427,73 manat maliyyə sanksiyası) vergi borcu hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC barəsində qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli, **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Cavabdeh vergi orqanı 17 yanvar 2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara düzəliş edilməsi haqqında 27 fevral 2020-ci il tarixdə yeni **********197668 saylı qərar qəbul edərək 2015-2016-cı illər üzrə mənfəət və əlavə dəyər vergisi üzrə tətbiq etdiyi maliyyə sanksiyaları azaltmışdır. Yeni qərarla ümumilikdə vergi orqanı tərəfindən iddiaçıya 405 742,78 manat (374 273,66 manat vergilər + 31 469,12 manat maliyyə sanksiyası) əlavə hesablama aparılmışdır.

4. Bununla bağlı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə müraciət edərək iddiaçı barəsində qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli, **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın və həmin qərara düzəliş edilməsi haqqında 27 fevral 2020-ci il tarixli, **********197668 saylı Qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, səyyar vergi yoxlaması qanunvericilikdə nəzərdə tutulmuş yoxlamanın keçirilməsi müddətlərinin pozulması ilə aparılmışdır. Vergi orqanı qanunvericiliyin tələblərini pozaraq səyyar vergi yoxlamasını 30 təqdim günü ərzində aparmalı olduğu halda yoxlamanı 30 iş günü ərzində həyata keçirmişdir. Həmçinin 23 oktyabr 2019-cu il tarixdə 30 iş günü müddətinə uzadılma aparılmış, VM-in 38.2-ci maddəsində səyyar vergi yoxlamasının 30 gün müddətində aparılması konkret olaraq göstərilsə də, yoxlamanın 30 iş günü ərzində aparılması nəzərdə tutulmamasına baxmayaraq yoxlamanın uzadılmasının səbəbinin nədən ibarət olması əsaslandırılmamış, eyni zamanda yoxlamanın dayandırılmasına dair qərar ilkin səyyar vergi yoxlamasının başa çatmasından 16 gün sonra qəbul edilmişdir. Yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin pozulması ilə keçirilmişdir. Vergi yoxlamaları yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla aparılmalı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq məlumatlar reyestrə daxil edilməlidir. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2020-ci il tarixli KY181320707 saylı çıxarışdan görünür ki, yoxlamanın başlama tarixi xx.xx.2018, sona çatma tarixi xx.xx.2019 tarixidir. Halbuki, yoxlama xx.xx.2018-ci il tarixində başlasa da, yoxlama müddəti 9 dəfə dayandırılmış (təxirə salı nmışdır), bir dəfə artırılmış, xx.xx.2019-cu il tarixində başa çatmışdır. Göründüyü kimi, çıxarışa əsasən yoxlamanın başa çatma tarixi xx.xx.2019 göstərilsə də, faktiki olaraq yoxlama xx.xx.2019-cu il tarixdə başa çatmış, lakin qeyd olunan məlumat vergi orqanı tərəfindən yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmişdir. Yoxlama zamanı vergi orqanı tərəfindən sənədlərin tələb edilməsi vergi qanunvericiliyinin tələblərinin kobud pozulması ilə həyata keçirilmişdir. qanunvericilik vergi orqanı tərəfindən sənədlər tələb edildiyi halda həmin sənədlərin verilməsi üçün konkret olaraq 15 iş günü müddət müəyyən etmiş və yalnız bu müddət ərzində sənədlər təqdim edilmədikdə məhz həmin müddət başa çatdıqdan sonra sənədlərin təqdim edilməməsi ilə bağlı müvafiq akt tərtib edilir, akt müvafiq qa ydada imzalandıqdan sonra onun surəti vergi ödəyicisinə təqdim edilir. Başqa sözlə desək, vergi ödəyicisi tərəfindən sənədləri təqdim etməkdən imtina edildiyi halda belə vergi orqanı 15 iş günlük müddətin başa çatmasını gözləməlidir.

6. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir əlavə olaraq qeyd etmişdir ki, KY181320707 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə nəzər saldıqda görünür ki, səyyar vergi yoxlamasının müddəti iddiaçının ərizəsində iddia etdiyi kimi xx.xx.2018-xx.xx.2019-cu il tarixləri deyil, xx.xx.2018- xx.xx.2019-cu il tarixlər göstərilmişdir, iddiaçı səyyar vergi yoxlamasının keçirilməsi müddətinin qanunvericilikdə nəzərdə tutulan müddətdən artıq olmasın ı iddia etsə də, əslində nəinki müddətdən artıq, heç bir gün də olsun səyyar vergi yoxlamasının keçirilməsinə şərait yaratmamış, yoxlama üçün tələb olunan sənədlər qəsdən təqdim edilməyərək yoxlamanın keçirilməsinin və son nəticədə məsuliyyətə cəlb etmə qərarının çıxarılmasının müddətini süni şəkildə ertələmişdir. Belə ki, iddiaçı tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi üçün tələb olunan sənədlər əsassız bəhanələrlə yoxlamaya təqdim edilmədiyindən vergi orqanı xx.xx.2019-cu il tarixli **********286900 nömrəli iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməli olmuşdur. Şəki İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2019cu il tarixli e-2-2(84)-98/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək yoxlamanın keçirilməsi üçün zəruri olan mühasibat sənədlərinin 11 saylı Ərazi Vergilər Departamentinə təqdim olunması qət edilmişdir. Bundan başqa səyyar vergi yoxlamasının keçirilmə müddəti səyyar vergi yoxlaması üçün zəruri olan sənədlər məhkəmə qətnaməsinə əsasən alındıqdan sonra yuxarı vergi orqanının xx.xx.2019-cu il tarixli **********192003 nömrəli qərarı ilə iddiaçının iddia etdiyi kimi 30 gün deyil 30 iş günü müddətinə (xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək 44 gün müddətinə) artırılmışdır ki, bu da qanunvericiliyin tələblərinə uyğundur.

7. Şəki İnzibati Məhkəməsinın 21 iyun 2021-ci il tarixli, 2-1(116)-73/2021 nömrəli qərarı ilə (hakim İlqar Cabbarov) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh tərəfindən qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuli yyətə cəlb edilməsi haqqında” Qərarı və həmin qərara düzəliş edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********197668 saylı Qərarı 2016cı ilin dekabr ayı üzrə hesablanmış 8620,56 manat ƏDV və ona müvafiq olaraq VM-nin 58.1-ci maddəsinə əsasən tətbiq edilmiş 4310,28 manat maliyyə sanksiyası hissələri istisna olmaqla ləğv edilməsi qərara alınmışdır.

8. Məhkəmə Vergi Məcəlləsinin 3.8, 49.2, 49.5, 53.3, 54.0.2-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 67.1, 67.3-cü maddələrinə istinadən hesab etmişdir ki, cavabdeh iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması halını sübuta yetirə bilmədiyindən, habelə səyyar vergi yoxlaması aktı və vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərar qismən qanunsuz və əsassız olduğundan iddia tələbi qismən təmin edilməlidir.

9. Həmin qərarda n cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2022-ci il tarixli, 21(107)-17/2022 nömrəli qərardadı ilə (hakimlər: Rövşən Rəfiyev - sədrlik edən və məruzəçi, Günay Cavadova və Vəzirxan Məlikov) cavabdehin apellyasiya şikayət qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2-1(116)-73/2021 nömrəli qərarı qismən ləğv edilmiş və iddia tələbi Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı MMC barəsində qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli, **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına gö rə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır.

11. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçı barəsində qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli, **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı inzibati orqanın özü tərəfindən ləğv edilmişdir. Bununla bağlı cavabdeh məhkəmə kollegiyasına 29 oktyabr 2020-ci il tarixli etiraz ünvanlayaraq, iddia tələbinin “xx.xx.2020-ci il tarixli **********197668 saylı Qərarın ləğv edilməsi” hissəsində təmin edilməsini, “17 yanvar 2020-ci il tarixli **********196384 saylı Qərarın ləğv edilməsi” hissəsində isə rədd edilməsi xahiş etmişdir. Deməli artıq mübahisə yoxdur və həmin qərarın məhkəmə qaydasında mübahisələndirilməsinə əsaslar da yoxdur. Ona görə də iddia həmin hissədə mümkün hesab edilə bilməz.

12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2022-ci il tarixli, 21(107)-17/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinın 21 iyun 2021-ci il tarixli, 2-1(116)-73/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 14. 25 fevral 2022-ci il tarixdə iddiaçı ərizə il apellyasiya məhkəməsinə müraciət edərək qərarda düzəliş edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırlmışdır ki, 17 yanvar 2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara düzəliş edilməsi haqqında 05 oktyabr 2021-ci il tarixdə yeni **********150306 saylı qərar qəbul etmişdir. Apellyasiya məhkəməsi əsas 17 yanvar 2020-ci il tarixli qərarı deyil, həmin qərara düzəliş edən ikinci 27 fevral 2020-ci il tarixli qərarı mümkünsüz saymalı idi. Çünki, sonuncu 5 oktyabr 2021-ci il tarixli üçüncü qərarla əsas 17 yanvar 2020-ci il tarixli qərara yenidən düzəliş edilmiş və artıq arada olan ikinci 27 fevral 2020-ci il qərarın ləğv edilməsinə zərurət qalmamışdır. Ona görə ki, ikinci qərarla düzəliş sonuncu 5 oktyabr 2021-ci il tarixli qərarla yenidən dəyişdirilmiş və 27 fevral 2020-ci il tarixli qərarla artıq mübahisə aradan qalxmışdır.

15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2022-ci il tarixli, 21(107)-17/2022 nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, Şəki Apellya siya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2022-ci il tarixli, 2-1(107)- 17/2022 nömrəli qərardadının müxtəlif hissələrində, həmçinin nəticə hissəsində olan аşkаr yazı səhvi düzəldilməsi, “İddia tələbi Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Bas İdarəsinin İddiaçı MMC barəsində qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” sözləri “İddia tələbi Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Bas İdarəsinin İddiaçı MMC barəsində qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara düzəliş edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********197668 s aylı qərarın ləğv edilməsi” hissəsində mümkün sayılmasın” kimi oxunması qərara alınmışdır.

16. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin 9 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbin təmin edilməməsi haqqında qərar qəbul edilməsini və 28 fevral 2022-ci il tarixli qərardadından ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, səyyar vergi yoxlamasına dair qaydaları müəyyən edən Vergi Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş 38.1-ci və digər maddələr, o cümlədən 38.2-ci və 38.4-cü maddələri ayrı-ayrılıqda deyil, əlaqəli şəkildə tətbiq olunmalıdır. Hər iki maddələrin əlaqəli tətbiqi isə onu ehtiva edir ki, yoxla ma 30 gün və yalnız iş günlərində aparıldığından, yoxlamanın aparılmalı olan müddəti iş günləri ilə hesablanmalıdır. Kameral vergi yoxlamasının aparımasını tənzimləyən Vergi Məcəlləsinin 37.2-ci maddəsinə görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Vergi ödəyicisinin təqdim etdiyi bir vergi bəyannaməsinin yoxlanıldığı kameral vergi yoxlamasının yerlərə getmədən 30 iş günü ərzində aparılmasına münasibətdə səyyar vergi yoxlamasının yerlərə getməklə bundan dəfələrlə daha həcmli və əhatəli yoxlama olmaqla (ən çoxu 22 iş günü) 30 təqvim günü ərzində aparılması həmin yoxlamaların məqsədlərinə uyğun olmadığı kimi qiymətləndirilməlidir.

18. Vergi Məcəlləsinin 38.2-ci və 38.4-cü maddələrinin əlaqəli təhlili, həmçinin səyyar vergi yoxlamasının kameral vergi yoxlamasına nisbətən dəfələrlə əhatəli və daha çox vaxt tələb edən yoxlama olduğundan məhkəmənin səyyar vergi yoxlamasının 30 təqvim günü (30 təqvim günü içərisində olan iş günləri) ərzində aparılması barədə müəyyən etdiyi işin halları və hüquqi mövqe qanunvericiliyin tələblərinə uyğun deyildir. 19. 3 illik müddətin pozulması ilə bağlı cavabdeh qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 8 aprel 2002-ci il tarixli qərarında birbaşa göstərilmişdir ki, vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmə haqqında Vergi Məcəlləsinin 56.1-ci maddəsində müəyyənləşdirilən 3 illik müddət yalnız həmin Məcəllənin 57-60-cı maddələrində nəzərdə tut ulmuş vergi qanunvericiliyinin pozulması halları ilə əlaqədar tətbiq olunmalıdır. Vergi Məcəlləsinin 57-60-cı maddələrində isə yalnız vergilərin dövlət büdcəsinə ödənilməkdən yayınmasına görə hesablanmış faiz və tətbiq edilmiş maliyyə sanksiyaları nəzərdə tutulmuşdur. Yəni əsas vergi borcları üzrə məsuliyyətə cəlb etmə müddəti Cinayət Məcəlləsinin 15.3, 75 və 213-cü maddələrində nəzərdə tutulmuş qaydada müəyyən edilməlidir. Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsinə görə külli miqdarda vergilər dövlət büdcəsindən yayındırmağa görə cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. H əmin Məcəllənin 15.3-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1.2-ci maddəsinə görə az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Göründüyü kimi, Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarın qəbul edildiyi tarixədək yarandığı vaxtdan 3 ildən çox müddət keçmiş maliyyə sanksiyaları istisna olmaqla əsas vergi borcunun hesablanması qanunvericiliyin tələblərinə uyğundur.

20. Məhkəmənin “cavabdeh vergi orqanı iddiaçıya 2015-2017-ci illər üzrə əlavə mənfəət vergisi hesabla yarkən iddiaçının həmin illər üzrə bəyan etdiyi xərc sənədlərin əksər hissəsini (70-80%) xərc sənədi kimi qəbul etməmiş və təsdiqini tapmayan xərc məbləğini birbaşa 20% mənfəət vergisinin dərəcəsinə vurmuşdur” mövqeyinə münasibətdə cavabdeh qeyd edir ki, əvvəla xərc sənədləri kimi təqdim edilmiş (kassa mədaxil orderi və s.) sənədlərdə göstərilən xərclərin ümumi dəyəri iddiaçının vergi bəyannamələrində göstərilən məbləğdən aşağı olmuş, bir sıra hallarda isə xərc sənədlərinin saxtalaşdırılaraq xərclərinin artırılması məqsədilə sonradan tərtib edildiyi müəyyən edilmişdir. Belə ki, ekspertin vəsatəti əsasında iddiaçının təqdim etdiyi 1 qutu sənədlərlə tanış olan zaman müəyyən edilmişdir ki, həmin sənədlərin İddiaçı MMC-nin 2015-ci il üzrə hər hansı xərc sənədi mövcud deyil. Həmin sənədlərin içərisində 2015-ci ilə aid yalnız "xxxx" MMC (VÖEN: **********) tərəfindən "xxxx" ASC-nə (VÖEN:**********) ödənilmiş enerji haqqları üzrə 1524.58 manat dəyərində 7 ədəd kassa mədaxil qəbzləri mövcuddur ki, bunların da İddiaçı MMC-nə heç bir aidiyyətı yoxdur, aidiyyəti olsa belə ekspertin 2015-ci il üzrə təsdiq etdiyi 1482863.93 xərc məbləğinin 0.1 faizini təşkil edir. Çünki, iddiaçı 2015-ci il üzrə süni şəkildə saxta xərc sənədləri hazırlamağa ehtiyac duymamışdır. Belə ki, əvvəlcə iddiaçı yoxlamaya sənəd təqdim etməməklə yoxlamanın başlanma müddətini 6 aydan çox ertələnməsinə nail olmuş və Vergi Məcəlləsinin 56.1-ci maddəsini əsas gətirməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə qərarın qəbul edildiyi xx.xx.2020-ci il tarixdən 3 ildən artıq müddətin keçdiyi əsası ilə məsuliyyətə cəlb edilmə müddətinin ötdüyünü hesab etmişdir ki, məhkəmə də yanlış olaraq iddiaçının bu mövqeyi ilə razılaşmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il 406-VİQD nömrəli Qanuna əsasən Vergi Məcəlləsinə edilən və xx.xx.2022-ci il tarixdən qüvvəyə minən dəyişikliklərdən biri də, məhz səyyar vergi yoxlamalarının 30 təqvim günü ilə deyil, iş günləri ilə aparılması olmuşdur ki, bu hal da bir daha əvvəlki, yəni xx.xx.2022-ci il tarix ədək olan vergi qanunvericiliyinin tələblərinə görə səyyar vergi yoxlamaların yalnız təqvim günləri ilə aparılmalı olmasını təsdiq etmişdir. Göstərilən qanun dəyişikliyi cavabdeh vergi orqanın səyyar vergi yoxlamaların iş günləri ilə aparılmalı olduğuna dair irəli sürdüyü dəlillərin əsassız olmasına bilavasitə dəlalət edir. Həmçinin cavabdehin kassasiya şikayətində 3 illik müddətin yalnız maliyyə sanksiyasına tətbiq edilməli olmasına dair dəlili ilə bağlı bildirir ki, cavabdeh vergi orqanı sonuncu 5 oktyabr 2021-ci il tarixli qərara düzəliş edilməsi haqqında qərarla iddiaçıya əlavə vergi öhdəlikləri hesablayarkən VM-nin 56-cü maddəsində nəzərdə tutulmuş 3 illik müddəti belə pozmuşdur. Belə ki, 1 yanvar 2020-ci il tarixədək mövcud olan Vergi Məcəlləsinin 56.1-ci maddəsinin məzmununa görə ve rgi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. TƏTBİQ EDİLƏN HÜQUQ

22. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1 Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlum at verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instan siyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC barəsində qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli, **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” və həmin qərara düzəliş edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********197668 saylı Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-73/2021 nömrəli qərarı ilə (hak im İlqar Cabbarov) iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin "xxxx" MMC barəsində qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı və həmin qərara düzəliş edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********197668 saylı Qərarı 2016-cı ilin dekabr ayı üzrə hesablanmış 8620,56 manat ƏDV və ona müvafiq olaraq VM-nin 58.1-ci maddəsinə əsasən tətbiq edilmiş 4310,28 manat maliyyə sanksiyası hissələri istisna olmaqla ləğv edilməsi, ekspert rəyinin verilməsinə çəkilən xərcin cavabdehə aid edilməsi, ekspert rəyinin verilməsinə çəkilən xərcə görə 100 manat 11 saylı Ər azi Vergilər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara almışdır.

27. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qeyd edilən qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir

28. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2022-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-73/2021 nömrəli qərarı qismən ləğv edilmiş və iddia tələbi Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı MMC barəsində qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv e dilməsi” hissəsində mümkün sayılmamışdır.

29. Bundan sonra apellyasiya məhkəməsi 9 fevral 2022-ci il tarixli, 2-1(107)-17/2022 nömrəli qərardadından məhkəmə qərarının tarixində və nömrəsində yol verilmiş açıq yazı səhvinin düzəldilməsi barədə 25 fevral 2022-ci il tarixli, 2-1(107)-17/2022 nömrəli qərardadda yəni açıq yazı səhvinə yol verildiyi üçün 28 fevral 2022-ci il tarixli, 2-1(107)17/2022 nömrəli daha bir qərardad qəbul edilmiş və həmin qərardadda nəhayət düzgün olaraq yazılmışdır ki, “İddia tələbi Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Bas İdarəsinin İddiaçı MMC barəsində qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” sözləri “İddia tələbi Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Bas İdarəsinin İddiaçı MMC barəsində qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara düzəliş edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********197668 saylı qərarın ləğv edilməsi” hissəsində mümkün sayılmasın” kimi oxunsun.”

30. Lakin bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, apellyasiya məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 9 fevral 2022-ci il tarixli, 2-1(107)17/2022 nömrəli qərarının nəticə hissəsində qərara gəlmişdir ki, “Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhk əməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-73/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.”

31. Başqa sözlə göründüyü kimi apellyasiya məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 2-1(107)-17/2022 nömrəli qərarla Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-73/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını göstərir.

32. Halbuki apellyasiya məhkəməsi özü xx.xx.2022-ci il tarixli, 2-1(107)-17/2022 nömrəli qərardadda (xx.xx.2022-ci il tarixli qərardadla yanlışlıq düzəldilmişdir) iddianın yuxarıda qeyd edilmiş bir hissəsini mümkün saymamışdır ki, bu da apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarla birinci instansiya məhkəməsinin qərarının bütövlükdə qüvvədə saxlanılması ilə ziddiyyət təşkil etməsi açıq aşkardır.

33. Eyni zama nda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin İİ cildinin 194-196-cı səhifələrində olan iş üçün böyük əhəmiyyət kəsb edən sənədləri nəzərə almamışdır.

34. Bunlardan birincisi cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında qərarın ləğvi haqqında” xx.xx.2021-ci il tarixli, **********150236 nömrəli qərardır (bu qərar xx.xx.2020-ci il tarixli, **********197668 nömrəli qərarın ləğv edilməsi haqqındadır – qeyd Ali Məhkəmənin)

35. Bunlardan ikincisi isə - cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, ***** *****150360 nömrəli qərardır.

36. Beləliklə cavabdehin yuxarıda göstərilmiş, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının vergi məsuliyyətə cəlb edilməsi barədə qərarı ləğv edilmişdir (xx.xx.2020-ci il tarixli qərarına düzəliş edilməsi haqqındadır – qeyd Ali Məhkəmənin), o zaman sözügedən düzəlişin ləğv edilməsi barədə qərardaddan verilmiş şikayət ümumiyyətlə öz əhəmiyyətini itirir, çünki cavabdeh özü bu düzəliş haqqında qərarını ləğv etmişdir.

37. Bundan başqa məhkəmə qərarına düzəliş edilməsi barədə qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericiliklə nəzərdə tutulmamışdır və bu barədə apellyasiya məhkəməsi xx.xx.2022-ci il tarixli qərardadında da xüsusi olaraq qeyd etmişdir.

38. Digər tərəfdən, cavabdehin xx.xx.2021-ci il tarixli qərarı ilə ödənilməli olan vergi məb ləği azaldılmış, bu zaman apellyasiya məhkəməsi cavabdehin həmçinin iki qərarlarını araşdırıb onlara qiymət vermiş olsa idi, o zaman İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya yardım edilməli idi, belə ki, vergi borcunun yeni xx.xx.2021-ci il tarixli qərarla ləğv olunduğu üçün, iddiaçının sözügedən məsələdə hər hansı bir başqa hüquqi maraqlarının olub-olmaması araşdırılmalı və onlara hüquqi qiymət verilməli idi.

39. Lakin apellyasiya məhkəməsi tərəfindən belə bir araşdırma ümumiyyətlə aparılmamış, nəticə etibarı ilə də iş üzrə düzgün olmayan qərar qəbul edilmişdir.

40. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin 9 fevral 2022-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti apellyasiya məhkəməsinin 9 fevral 2022-ci il tarixli, 2-1(107)17/2022 nömrəli qərarı ilə bağlı hissədə qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2022-ci il tarixli, 21(107)-17/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti apellyasiya məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 2-1(107)17/2022 nömrəli qərardadı ilə bağlı hissədə mümkün sayılmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar