Məhkəmə qərarları › İş №2-1(102)-968/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-968/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-968/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər Pirallahı rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qeydiyyata alınma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhər Pirallahı rayon Polis İdarəsinə (üçüncü şəxs X16) qarşı “qeydiyyata alınma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1639/2022 nömrəli, 1 dekabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti nə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı X9 cavabdehlər X5 və İddiaçı qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-56/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, X3 və İddiaçı azyaşlı uşaqları xx.xx.2011-ci il təvəllüdllü X8, xx.xx.2017-ci il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X12 ilə birlikdə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, 5 saylı evin, 2 saylı mənzilə istifadə hüquqlarının itirilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

2. Pirallahı Rayon Məhkəməsinin 2(094)-56/2020 nömrəli, xx.xx.20020-ci il tarixli qətnaməs inə əsasən X7, İddiaçı, X8, X11 və X12 Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, 5 saylı evin, 2 saylı mənzilindən qeydiyyatdan çıxarılmış və şəxsiyyət vəsiqələri fəaliyyətsizləşdirilmişdir.

3. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin qətnaməsinin surətinə əsasən, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, faktiki yaşadığı ünvan 1 ünvanına pasport qeydiyyatına alınmaqla həmin mənzilə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(094)-99/2020 saylı Qətnaməsi ilə iddia tələbi təmin edilərək İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, M.Əzizbəyov küçəsi, ev 5/2 mənzilinə istifadə hüququnun tanınması qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki K ollegiyasının qətnaməsi ilə cavabdeh X13 apellyasiya şikayətinin təmin olunması, Bakı şəhəri, Pirallahı Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli 2(094)-99/2020 saylı qətnaməsinin ləğv olunması, İddiaçı cavabdeh X10rşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiasının rədd olunması qət edilmişdir.

5. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı X16 cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(094)193/2021 saylı qətnaməsi ilə iddiaçı X13 cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” barədə iddia tələbinin əsassız olduğu üçün rədd edilməsi qət edilmişdir.

6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdar əsinin xx.xx.2021-ci il tarixli **********55 saylı məktubunda qeyd olunmuşdur ki, ünvan 2 ünvanı X13 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.

7. X16 mübahisəli mənzili xx.xx.2001-ci il tarixdə almışdır. xx.xx.2001-ci il tarixdə sonuncunun həmin mənzilə dair xüsusi mülkiyyət hüquqları (FM seriyalı 004514 № qeydiyyat vəsiqəsi) qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı Çıxarışın surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X13 adına qeydə alınmışdır.

8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliy i Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, M.Əzizbəyov küçəsi, ev 5/2 ünvanında xx.xx.1983-cü il təvəllüdlü X13 və xx.xx.2004-cü il təvəllüdlü X1 yaşayış yeri üzrə qeydiyyatda olmaları müəyyən edilmişdir.

9. Azərbaycan Respublikası DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, X2 ünvan 2 ünvanında qeydiyyatdadır.

10. İddiaçı yaşayış yeri üzrə qeydiyyata alınma tələbi ilə bağlı Bakı şəhər Pirallahı rayon Polis Şöbəsinə müraciət etmiş və həmin müraciətə əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunun 5ci maddəsinin 2-ci bəndinə əsasən Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnu dövlət qeydiyyata alı nması haqqında daşınmaz əmlakın dövlət reyestrindən order, çıxarış, icarə və kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi tələb olunur. Göstərilən sənədlərdən birini təqdim etdiyiniz təqdirdə müraciətiniz müsbət qaydada təmin olunacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Pirallahı rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli, 058-4901-1221 saylı imtina məktubunun qanunsuz hesab edilməsi və onun yaşayış yeri üzrə-Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, M.Əzizbəyov küçəsi, ev 5/2 ünvanında qeydiyyata alınmasının cavabdeh Bakı şəhəri Pirall ahı rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 4 ünvanında yaşayır. Həmin ünvanda qeydiyyata alınan zaman keçmiş Bakı şəhəri Əzizbəyov (indiki Xəzər rayonu) rayon Polis İdarəsi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsində onun yaşayış ünvanı ünvan

8. Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, M.Əzizbəyov küçəsi, ev 5 mənzil 2 olaraq qeyd edilmişdir. İlk əvvəl bununla bağlı heç bir çətinliklər yaranmamış, özü, valideynləri, arvadı və uşaqları, o cümlədən hazırda qardaşı X16 elə polis orqanının səhvi nəticəsində sonuncu qeyd olunan ünvanda pasport qeydiyyatına alınmışlar.

13. Daha sonra ünvan 9 ünvanında yerləşən əmlakın həqiqi mülkiyyətçisi X9 məhkəməyə müraciət edərək polis orqanının səhvi nə ticəsində onun mülkiyyətində olan adıçəkilən ünvana qeydiyyata alınmış onun, onun ailə üzvləri, o cümlədən atasının qeydiyyatdan çıxarılması ilə bağlı Bakı şəhəri Pirallahı Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(094)-56/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş X3 və İddiaçı az yaşlı uşaqları xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X12 ilə birlikdə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, 5 saylı evin, 2 saylı mənzilə istifadə hüquqlarının itirilməsi qət edilmişdir. Göründüyü kimi, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər rayonu) rayon Polis İdarəsi tərəfindən texniki səhv nəticəsində aparılan qeydiyyat məhkəmənin qətnaməsi ilə ləğv edilmişdir. Həmin buraxılmış səhvin aradan qaldırıl ması məqsədilə o, əvvəlcə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə müraciət etmiş, oradan ərizəsi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Pirallahı rayon Polis şöbəsinə göndərilmişdir. Müraciətində faktiki yaşadığı və əslində ilkin olaraq polis orqanı tərəfindən qeydiyyata almalı olduğu ünvan 11ta alınmağını xahiş etmiş, habelə polis orqanı tərəfindən texniki səhvi nəticəsində ünvan 10 ünvanına deyil, ünvan 9 ünvanına qeydiyyata alındığını və bu səbəbdən həmin yanlışlığın aradan qaldırılması məqsədilə yenidən həqiqi yaşadığı ünvana - ünvan 11ta salınmasının qanuni və əsaslı olduğunu bildirmişdir. Bakı şəhəri Pirallahı rayon Polis Şöbəsi buraxılmış səhvi aradan qaldırmaq əvəzinə, onun müraciətini nəzərə almamış və xx.xx.2021-ci il tarixli, 058-4901-1221 saylı məktubla onu faktiki yaşadığı ünvana qeydiyyata almaqdan imtina etmişdir.

14. Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qərardadı ilə X16 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.

15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1708/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddia təmin edilərək, İddiaçı yaşayış yeri üzrə üçüncü şəxs X15 məxsus Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, M.Əzizbəyov küçəsi, ev 5/2 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Pirallahı rayon Polis İdarəsinə həvalə olunması qərara alınmışdır.

16. Məhkəmə qeyd etmişdir ki, iddiaçı səhvən qeydiyyata alındığı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, 5 saylı evin, 2 saylı mənzilindən qeydiyyatdan çıxarılmış və şəxsiyyət vəsiqəsi fəaliyyətsizləşdirilmişdir. Hazırda onun qeydiyyata düşmək istədiyi Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, M.Əzizbəyov küçəsi, ev 5/2 ünvanına gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan mənzil iddiaçının daimi yaşayış yeri olduğuna görə, hazırkı vəziyyətdə cavabdeh inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun hesab edilmir.

17. Üçüncü şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. apellyasiya instansiyası məhkəməsində icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1639/2022 nömrəli, 1 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi rədd edilmişdir.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi 5/2 saylı fərdi yaşayış evinə istifadə hüququ olmamaqla yanaşı onun uşaqları X8, X11 və X12 ilə birlikdə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi 5/2 saylı fərdi yaşayış evindən çıxarılmaları barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur.

20. Bundan başqa Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-56/2020 saylı, 21 yanvar 2020-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə İddiaçı azyaşlı uşaqları xx.xx.2011-ci il təvəllüdllü X8, xx.xx.2017-ci il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X12 ilə birl ikdə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, 5 saylı evin, 2 saylı mənzilə istifadə hüquqları itirilmişdir.

21. Beləliklə, iddiaçının Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, M.Əzizbəyov küçəsi, ev 5/2 ünvanda yerləşən fərdi yaşayış evinə qeydiyyata alınması üçün hər hansı qanuni əsas mövcud deyil.

22. İddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

23. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunun 2-ci maddəsinə əsasən, on dördyaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin ya şayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dördyaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.

24. X16 2001-ci il tarixində Bakı ş., Pirallahı ray., Pirallahı qəs., M.Əzizbəyov küç., ev 5/2-ni aldığı zaman iddiaçının 14 yaşı tamam olmamışdı. Haşumov Zaur həmin evə anasını qeydiyyata aldığı zaman avtomatik olaraq həmin evə qeydiyyata düşməli idi. Lakin qeydiyyat orqanlarının səhvi nəticəsində onlar iddiaçıya aid olmayan M.Əzizbəyov küç., ev 5, m. 2-yə qeydiyyata salıblar (Pirallahı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(094)56/2020 saylı qətnaməsi).

25. Buna baxmayaraq apellyasiya məhkəməsi iddiaçıdan ünvan 13 ünvanında qeydiyyatda olmağını təsdiq edən sübutlar istəmişdir. Halbuki qeyd olunan qanuna əsasən avtomatik olaraq ünvan 14 ünvanına qeydiyyata düşməli idi.

26. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız m ülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 27. 2001-ci il tarixində anasının ünvan 13 ünvanında yerləşən evdən istifadə hüququ yarandığı üçün, həmin ildə yetkinlik yaşına çatmadığı üçün iddiaçının da evdən istifadə hüququ yaranmışdır.

28. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün Mülki Məcəllənin 228.5, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 2-ci maddələrinə istinad edilmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 30. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Maddə

2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi y aşayış yerləri başa düşülür. [1] Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Maddə

5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bənd

2. Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnu dövlət qeydiyyata alınması haqqında daşınmaz əm lakın dövlət reyestrindən order, çıxarış, icarə və kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi tələb olunur. M addə

8. Yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina edilməsi Müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda.

31. İnzibat i Prosessual Məcəllə a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmd ə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

32. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahi səli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. X17 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil e dir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

38. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi vacib sayır:

39. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi 5/2 saylı ev mübahisəli mənzil 1 mart 2001-ci il tarixdən X14 mülkiyyətindədir. İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi 5/2 saylı fərdi yaşayış evinə istifadə hüququ olmamış və mübahisəli evin mülkiyyətçisi olan Haşumov Zaur iddiaçının evə qeydiyya ta alınmasına razılıq verməmişdir.

40. İddiaçının Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, M.Əzizbəyov küçəsi, ev 5/2 ünvanda yerləşən fərdi yaşayış evinə qeydiyyata alınması üçün hazırkı qərarın “30cu” bəndində qeyd olunan maddi hüquq normasında göstərilən hər hansı qanuni əsas mövcud deyil.

41. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

42. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsasla nmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1639/2022 nömrəli, 1 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar