Məhkəmə qərarları › İş №2-1(102)-969/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-969/2020

02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-969/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: (müharibə veteranı adı verilməsindən imtina, arxiv arayışları) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 02.06.2020 GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə və vəkili X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı st atusu və müharibə veteranı vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi» tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-N(N03)-302/20N nömrəli, xx xxxxxx 20N-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra iddiaçı) müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra - cavabdeh) müraciət etmiş, lakin cavabdeh həmin müraciətə cavab verməmişdir. Bundan sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı statusu və müharibə veteranı vəsiqəsinin verilməsi vəzif əsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, N92-N93-cü illərdə Zəngilan rayonunun müdafiəsindəki döyüşlərdə hərbi qulluqçu kimi iştirak etmişdir. Müdafiə Nazirliyi Mərkəzi Arxivinin rəisi M.Qurbanovun ona göndərdiyi xx xxxxx N93-cü il tarixli 865-(806) nömrəli hərbi hissə komandirinin N №-li əmrindən çıxarışda da təsdiq olunur ki, o, Zəngilan Rayon Hərbi Komissarlığından gəlmiş hərbi mükəlləfiyyətçilər alayının şəxsi heyətinə daxil edilib, ikinci tavura ezam olunmuşdur. Döyüşlərdə iştirak etməsi müharibə veteranı statusu hüququ yaradır. Müharibə veteranı statusu almaqla əlaqədar Müdafiə Nazirliyinə müraciət etmiş, əmrin çıxarışını və digər şəxsi sənədlərini təqdim etmişdir. Lakin, uzun müddət keçməsinə ba xmayaraq onun müraciətinə cavab verilmir və müharibə veteranı statusu kimi qanuni hüququ təmin edilmir. Hərbi bileti o vaxt döyüş bölgəsində olarkən ondan hərbi hissə tərəfindən alınmışdır. Sonradan xəstəxanaya düşmüşdür və hərbi bilet ona qaytarılmamışdır. Müharibədə iştirak etməsini Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən göndərilmiş əmrdən çıxarışdan başqa onunla döyüşlərdə iştirak etmiş şahidlər də təsdiq edə bilərlər. Cavabdeh iddia ərizəsinə etiraz edərək iddianın təmin olunmamasını xahiş etmişdir. N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(8N)-628/20N7 saylı xx.xx.20N7-ci tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair 2-N(8N)-628/20N7 saylı inzibati iş aidiyyəti üzrə baxılm ası üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-N(85)-297N/20N7 saylı xx.xx.20N7-ci il tarixli qərardadı ilə məhkəmə aidiyyətinin müəyyən olunması üçün 2-N(85)-297N/20N7 saylı iş Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-N(N05)45N/20N7 saylı xx.xx.20N7-ci il tarixli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün N saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə göndərilmişdir. N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 20N7-ci il tarixli 2-N(8N)628/20N7 nömrəli qərarı ilə (hakim A.A.Abdullayeva) iddia təmin edilmiş, iddiaçıya müharibə veteranı vəsiqəsinin verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinas ı qanunsuz olmuşdur. Belə ki, cavabdeh iddiaçıya onun tərəfindən müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu, yəni onun hərbçi kimi döyüş əməliyyatlarında iştirak etməməsini sübut edə bilməmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-N(N03)-302/20N nömrəli işi üzrə xx xxxxxx 20N-cu il tarixli qərarı ilə (sədrlik edən: Ü.A.Mayılov, hakimlər: K.N.Abiyeva və M.N.Tağızadə) apelyasiya şikayəti təmin edilmiş, N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 20N7-ci il tarixli 2-N(8N)-628/20N7 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hərbi bileti olmadığından və o, hərbi xidmət keçməyini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışlarını məhkəməyə təqdim edə bilmədiyindən iddia əsassızdır. İddiaçı apelyasiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçının kassasiya şikayətində bildirilir ki, apelyasiya məhkəməsi qanunvericiliyin normalarına riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, işdə olan məlum atlardan və AR Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin rəisi M. Qurbanovun ona göndərilən xx xxxxx N93-cü il tarixli 865- (806) nömrəli hərbi hissə komandirinin 84№-li əmrindən çıxarışla da təsdiq olunur ki, o, Zəngilan Rayon Hərbi Komissarlığından gəlmiş hərbi mükəlləfıyyətlilər alayının şəxsi heyətinə daxil edilib, ikinci tabura ezam olunmuşdur. Döyüşlərdə iştirak etmişdir. Sadalanlara görə apelyasiya instansiyasının öz Qərarında istinad etdiyi yuxarıdakı xüsusat əsassızdır. Müvafiq əmr vardır və arxiv arayışı təqdim edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsin i və apelyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 9N-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində (İPM-in 94.N-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. “Veteranlar haqq ında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. İddiaçı kassasiya şikayətində qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi öz qərarının əsaslandırıcı hissəsində ona istinad etmişdir ki, iş üzrə İddiaçı hərbi bileti yoxdur və iddiaçının hərbi xidmət keçməsini sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları yoxdur. Halbuki, işdə olan məlumatlardan və Cavabdeh Mərkəzi Arxivinin rəisi M. Qurbanovun ona göndərilən xx xxxxx N93-cü il tarixli 865-(806) nömrəli hərbi hissə komandirinin 84№-li əmrindən çıxarışla da təsdiq olunur ki, o, Zəngilan Rayon Hərbi Kommisarlığından gəlmiş hərbi miikəlləfiyyətlilər alayının şəxsi heyətinə daxil edilib, ikinci tavura ezam olunmuşdur. Döyüşlərdə iştirak etmişdir. Sadalalanlara görə apellyasiya instansiyasının öz Qərarında istinad etdiyi yuxarıdakı xüsusat əsassızdır. Müvafiq əmr vardır və arxiv arayışı təqdim edilmişdir. Kassasiya şikayətinin bu dəlili ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N95-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş müharibə veteranı, silahlı qüvvələr veteranı v ə əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə uyğun olaraq «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafızə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafıq komissiyaların rəyinə əsasən verilir. Həmin Əsasnaməyə əsasən, müharibə veteranı adı N9N-ci il oktyabrın 9-dan N94-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx N94-cü il tarixindən sonra döyüş zonası nda hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd edilən Əsasnamədən də göründüyü kimi, hərbi qulluqçulara müharibə veteranı vəsiqəsinin Müdafiə Nazirliy i tərəfindən verilməsi nəzərdə tutulmuşdur. Hazırki işin materiallarına əlavə edilmiş və kassasiya şikayətində istinad edilən 865(806) №-li hərbi hissə komandirinin xx xxxxx N93-cü il tarixli, N №-li əmrindən çıxarışın surətindən görünür ki, iddiaçı Zəngilan Rayon Hərbi Komissarlığından gəlmiş hərbi mükəlləfiyyətçilər alayının şəxsi heyətinə daxil edilib, bütün növ təminatlarla təmin edilib göstərilən vəzifələrə təyin edilməklə 2-ci tabura ezam olunmuşdur. Həmin qeydlərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əmrdən çıxarışın məzmunundan da göründüyü kimi, orada iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsinə dair hər hansı məlumat əks edilməmişdir. Həmçinin, hərbi bileti əvəz edən müvəqqəti vəsiqədə də iddiaçının hərbi xidmətdə olduğu müddət qeyd edilməmişdir.( səh 22) Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N95-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin (xx xxxxxxxx 20N8-ci il tarixə olan dəyişikliyə əsasən) N-ci bəndinin tələbinə görə “N88-ci il fevralın N-dən N94-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx N94-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı e zamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N95-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin tələblərinə görə, hərbi biletdə olan qeydlər, müharibə veteranı vəsiqəsinin verilməsi üçün kifayət etmir, şəxsin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları cavabdeh inzibati orqana təqdim edilməlidir. Lakin qeyd olunan Əsasnamə ilə nəzərdə tutulmuş iddiaçının hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları olmadığından onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi sübuta yetirilmir. Beləliklə, apelyasiya instansiyası məhkəməsi tərəfi ndən müəyyən edilmişdir ki, iddiaçı ona müharibə veteranı adı verilməsi üçün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi barədə hərbi hissə tərəfindən verilmiş arayış, orden və medallarla təltif olunmaq haqqında vəsiqə, xəsarət (yaralanma, travma və kontuziya) alma haqqında arayış və əmrdən çıxarış, hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlər təqdim edə bilməmişdir. Mərkəzi Arxiv tərəfindən verilmiş 865(806)saylı hərbi hissənin N nömrəli xx xxxxx N93-cü il tarixli əmrilə 2-ci tabura ezam edilməsinə dair məlumat yeganə sübut olmaqla, həmin əmr iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsinin sübuta yetirilməsi üçün yetərli əsas sayıla bilməz. Azərbaycan Respublikası İPM-in N4.3-cü ma ddəsinin birinci cümləsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsinə əsas olan halları məhkəmə iclasında sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası iddianın rədd edilməsi barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq n ormaları pozulmadığından, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-N(N03)-302/20N saylı iş üzrə xx xxxxxx 20N-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar