Məhkəmə qərarları › İş №2-1(102)-969/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-969/2021

25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-969/2021 25.05.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinə qarşı iş üzrə (Açar sözlər: “şəhid” statusunun verilməsi; hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsi; “işin hallarının araşdırılması” prinsipi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili XN, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmə tinin Sumqayıt şəhər İdarəsinə qarşı iş üzrə “X3 şəhid adının verilməsi” tələbi barədə iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N7.02.202N-ci il tarixli, 2-N(N05)-20/202N nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ N. İddiaçının oğlu X4 02.08.N994-cü il tarixində Şəmkir rayonunda N nömrəli hərbi hissədə həlak olmuş, o Sumqayıt şəhərində Şəhidlər Xiyabanında dəfn edilmiş, ona şəhid statusu verilmiş, ailəsi isə şəhid ailələrinə verilən güzəştlərdən istifadə etmişdir.

2. İddiaçı “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin N9.N2.2006-cı il tarixli fərmanına əsasən 2007-ci ilin yanvar ayının 0N-dən ayda N00 manat olmaqla 7 ay ərzində təqaüd almışdır. Lakin sonradan həmin təqaüdün verilməsi dayandırılmışdır.

3. İddiaçı, X3 verilən şəhid statusunun bərpa edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibat orqan 23.08.20N7-ci il tarixli məktubu ilə imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı oğlu X2 şəhid adının bərpa edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, iddiaçının oğlu X4 N972-ci ildə anadan olmuşdur. 05.06.N99N-ci ildə Sumqayıt şəhər hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, həmin tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müxtəlif ərazilərdə yerləşən hərbi hissələrində qulluq etmiş, sonuncu dəfə Şəmkir rayon ərazisində yerləşən N nömrəli hərbi hissədə xidmət apararkən 02.08.N994-cü ildə Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş, ölümündən sonra ona şəhid statusu verilmiş və o, Sumqayıt şəhər şəhidlər xiyabanında dəfn olunmuşdur. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin N9.N2.2006-cı il tarixli fərmanına əsasən 2007-ci ilin yanvar ayının 0N-dən ayda N00 manat olmaqla 7 ay ərzində təqaüd almışdır. Lakin sonradan həmin təqaüdün verilməsi dayandırılmışdır. Bununla əlaqədar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə mürac iət etdikdə ona yazılı surətdə cavab olaraq bildirmişlər ki, “N nömrəli hərbi hissə komandirinin 02.08.N994-cü il tarixli 238 nömrəli əmrindən çıxarışa əsasən X4 hərbi xidməti borcunu yerinə yetirərkən həlak olmadığı üçün hərbi hissənin şəxsi heyət üzvlüyündən azad edilmiş, bütün təminat siyahılarından çıxarılmışdır”. X2 ölüm haqqında şəhadətnaməsində də göstərilmişdir ki, N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Həlak olmamışdan qabaq Fərəcov Ceyhun döyüşlərdə yaralanmış, Gəncə şəhərinin hərbi hospitalında müalicə almış və yenidən orduya qayıtmışdır və göstərilən vaxtda həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03.09.N993-c ü il tarixli Qanununun N-ci maddəsi müəyyən edir ki, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

6. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd edir ki, N972-ci il təvəllüdlü əsgər X3 N nömrəli hərbi hissə komandirinin teleqramına və 34 nömrəli 02.08.N994-cü il tarixli ölüm haqqında tibbi şəhadətnaməyə əsasən 02.08.N994-cü ildə hərbi xidməti zamanı “ürəyi kəskin işemik xəstəliyi, tac damarların stenozu” səbəbindən vəfat etmişdir. Nazirlər Kabinetinin N5.0N.N994-cü il tarixli N0 nömrəli qərarına dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin N5.07.2009-cu il tarixli N07 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının azadlığ ı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmə qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər.

7. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim İsmayıl Quliyev) 28.02.20N9-cu il tarixli 2-N(085)-75/20N9 saylı qərarı ilə iddia təmin edilməsi, X3 verilmiş şəhid adının bərpa olunması öhdəliyi cavabdehə həvalə edilməsi qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, ürəyin kəskin işemik xəstəliyi nəticəsində ölüm öz-özlüyündə şəhid adının verilməsi və ya geri alınması üçün əsas ola bilməz. Burada əsas müəyyən olunmalı məqam ölümün döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı baş verməsidir. Cavabdeh orqan ürəyin kəskin işemik xəstəliyi nəticəsində ölümün döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı baş vermədiyini sübut edə bilməmişdir. Bundan başqa ölüm hadisəsi 02.08.N994-cü il tarixdə baş vermiş, iddiaçıya müvafiq hüquqlar tanınandan uzun müddət keçəndən sonra hüququ müdafiə vasitələri göstərilmədən onun hüquqları əlindən alınmış, iddiaçının sübutlar əldə etmək imkanları məhdudlaşmışdır. Əlavə olaraq konkret hü quq normaları ilə tənzimlənməsə də, şəhid və şəhid ailəsi adının verilməsi hüquqi nəticələri baxımından maddi təminatlardan əlavə mənəvi bir dəyər, cəmiyyət tərəfindən qəbul edilən ehtiram əsası yaradır. Şəhid ailəsi adının geri alınması isə qazanılmış hüquqların ciddi şəkildə zədələnməsi kimi qiymətləndirilməlidir. Baş vermiş hadisələrdə iddiaçının heç bir rolu olmamış, bütün proseslər inzibati orqanın hərəkətləri nəticəsində baş vermişdir, onda tam məsuliyyət inzibati orqanın üzərinə düşür. Konkret olaraq hazırkı işdə iddiaçının oğlunun şəhidlər xiyabanında dəfn edilməsi, qeyd olunan statusların cəmiyyət tərəfindən qəbul edilməsi, iddiaçının uzun müddət şəhid ailəsi statusundan istifadə etməsindən sonra bu hüququn qeyri müəyyən formada geri alınması onun Azərbaycan Respublikasının Konsti tusiyası ilə tanınan hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30.07.20N9cu il tarixli 2-N(N05)-403/20N9 nömrəli qərarı ilə (hakimlər X7-məruzəçi, X8 və X6) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 28.02.20N9-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. N0. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. NN. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat N2. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kol legiyasının N4.0N.2020ci il tarixli, 2-N(N02)-49/2020 nömrəli qərarına əsasən kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30.07.20N9- cu il tarixli 2-N(N05)-403/20N9 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. N3. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 02.08.N994-cü il tarixində tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə və həmin tarixli teleqramda C.Ə.Fərəcovun ölümünün səbəbi ürəyin kəskin işemik xəstəliyi, hərbi hissədə qəflətən ölməsi qeyd edilməsinə baxmayaraq, bəhs edilən sübutlarla bağlı apellyasiya məhkəməsi hər hansı araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır. Adı çəkilən sənədlərdən sonra cavabdehin hansı səbəblə 24.08.N994-cü il tarixində iddiaçının oğlunun şəhid o lması barədə qeydiyyat orqanına arayış verməsi də araşdırılmamışdır. İşdə olan sənədlərə görə iddiaçı əvvəllər şəhid ailəsi sayılmış, ona Prezident təqaüdü verilmiş, sonradan müvəqqəti olaraq dayandırılmış, dayandırmanın səbəbləri, onun sonrakı nəticələri məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçının oğlunun 02.08.N994-cü il tarixində həlak olan zaman xidmət etdiyi hərbi hissənin həmin vaxt döyüş şəraitində olması, yaxud döyüş şəraitində olan hərbi hissədə ezamiyyətdə olması, ölümün səbəbinin Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqəsi olması apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat N4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N7.02.202N-ci il tarixli, 2-N(N05)-20/202N nömrəli qərarına əsa sən (sədrlik edən və məruzəçi – Hökümə Babayeva, hakimlər – Fuad Məmmədov və Məhəmmədəli Rzayev) apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 28.02.20N9-cu il tarixli, 2N(085)-75/20N9 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. N5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdı. Kassasiya instansiyası məhkəməsinin göstərişləri ilə bağlı 22.08.N994-cü il tarixində iddiaçının oğlunun şəhid olması barədə qeydiyyat orqanına “Məlumat”ın (arayışın) verilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi tələb edilsə də, sorğu cavabsız qalmış, məhkəmə iclasında iştirak edən nümayəndə isə iş materiallarında olan sənədlərdən başqa əlavə sübuta malik olmadıqlarını bildirmişdir. Beləliklə, məhkəmə bu qənaətə gəlmişdir ki, X3 xidmət etdiyi hərbi hissənin 05.NN.N993-cü il tarixinədək döyüş əməliyyatlarında iştirak etməsi, X3 Ağdam və Ağdərə rayonunda döyüşlərdə iştirak etməsi, döyüş zamanı yaralanması, həmçinin onun ölümünün Müdafiə Nazirliyinin məktublarına əsasən xidməti vəzifəsini yerinə yetirərkən baş verməsi işin mübahisəsiz halıdır. Cavabdeh X3 həlak olmasını “digər səbəblər”ə aid edirsə, onda məhz cavabdeh sübut etməlidir ki, hansı səbəbdən 02.08.N994-cü il tarixində tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə və həmin tarixli teleqram istisna olmaqla digər sənədlərdə X3 02.08.N994-cü il tarixində N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olduğu qeyd edilmişdir. Həmçinin, cavabdeh sübut etməl idir ki, iddiaçının ölümünə səbəb olan xidməti vəzifə nədən ibarət olmuşdur. Cavabdeh isə üzərinə düşən sübutetmə vəzifəsini icra edə bilməmiş, ölümün hansı xidməti vəzifəni yerinə yetirərkən baş verməsi barədə zəruri sübutlar təqdim etməmişdir. N6. Məhkəmə qərarı cavabdehə N9.03.202N-ci il tarixində təqdim edilmişdir. N7. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N7.02.202N-ci il tarixli, 2-N(N05)-20/202N nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri N8. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, N7.07.N972-ci il təvəllüdlü əsgər X4 05.06.N99N-ci il tarixində SHXÇDX-nin Sumqayıt şəhər idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissənin tərkibində müddətli həqiqi hərbi xidmət keçərkən səhhətinin pozulması “ürəyin kəskin işemik xəstəliyi, tac damarların stenozu” səbəbindən vəfat etmişdir. Göründüyü kimi, X3 ölüm səbəbinin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası ilə əlaqələndirilməsi SHXÇDX-nin Sumqayıt şəhər baş idarəsinə təqdim olunmuş sənədlərdə öz əksini tapmır. Bu səbəbdən əsgər X4 şəhid kimi tanına və bu üstünlükdən is tifadə edə bilməz. Qəbul olunmuş qərar qanuna zidd və əsassızdır. N9. İş materiallarında olan Müdafiə Nazirliyinin rəsmi məktublarından da göründüyü kimi, N nömrəli hərbi hissə cəmi N gün döyüş əməliyyatlarında iştirak etmiş və X3 vəfat etdikdə (02.08.N994-cü il tarixində) hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi isə göstərilən halları nəzərə almamış, maddi hüquq normalarının işin hallarına tətbiqində səhvə yol vermiş, prosessual hüquq normalarının tələblərini pozmuş, beləliklə əsassız qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 2N. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5.0N.N994-cü il tarixli, N0 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”: N.N. Şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. N.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərb aycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. 25. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin N6 saylı əlavəsi: N.4.2. Həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Re spublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun N-ci maddəsinə dair” 30.N2.2008-ci il tarixli Qərarına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun N- ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenli yinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir.

27. İnzibati Prosessual Məcəllə: Maddə N2.N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə N2.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya pro ses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 9N. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlı dır: 96.5.N. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.NN. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığ ı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, prosessual hüquq normalarının tələblərinə riayət etməmişdir. 3N. İşin ilkin kassasiya baxışında məhkəmə iddiaçının ölümü ilə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin təsdiq olunmadığına istinad edərək qərarı ləğv etmiş, iddiaçının oğlunun 02.08.N994-cü il tarixində həlak olan zaman xidmət etdiyi hərbi hissənin həmin vaxt döyüş şəraitində olması, yaxud döyüş şəraitində olan hərbi hissədə ezamiyyətdə olması, ölümün səbəbinin Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqəsi olması məsələlərinin araşdırılması ilə bağlı gö stərişlər vermişdir.

32. İşə ikinci dəfə apellyasiya instansiyası məhkəməsində baxılarkən kollegiya tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə sorğu verilərək X2 hansı tarixdə hərbi xidmətə çağırılması və xidmətdə olduğu müddət ərzində hansı hərbi hissələrdə xidmət keçməsi, eləcə də, döyüş əməliyyatlarında iştirak edib-etməməsi barədə, həmçinin N saylı hərbi hissənin döyüşən və ya döyüş əməliyyatlarını yetirən hərbi hissə olması barədə məlumat verilməsi xahiş edilmişdir.

33. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin N2.NN.2020-ci il tarixli sorğuya cavabında qeyd edilmişdir ki, “X” təlim mərkəzindən gəlmiş, Sumqayıt ŞHK-dan çağırılmış, N972-ci il təvəllüdlü sıravi X4 N №-li hərbi hissə komandirinin N5.N0.N993-cü il tarixli 2 №-li əmrilə (əsas: səh 3, sıra 3) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək operator vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin NN.03.N994-cü il tarixli 9N №-li əmrində (əsas: səh 39, § 2, əmrdə atasının adı yazılmamışdır) sıravi X9 şəhərinə hospitala müalicəyə göndərildiyi üçün qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 20.04.N994-cü il tarixli N33 №-li əmrində (əsas; səh 57, § N, sıra 54, əmrdə atasının adı yazılmamışdır) silah təhkim olunmuş şəxsi heyətin siyahısında sıravi Ceyhun Fərəcovun adı qeyd edilmişdir, N №-li hərbi hissə komandirinin N7.05.N994-cü il tarixli N60 №-li əmrilə (əsas: səh 80, § N, sıra N) BMP-da operator sıravi X4 vəzifəsindən azad edilərək mühafizə tağımında atıcı vəzifəsinə təyin edilmişdir. 05.06.N 994-cü il tarixində Sumqayıt ŞHK-dan həqiqi hərbi xidmətə çağırılmış, N972-ci il təvəllüdlü, mühafizə tağımının atıcısı, sıravi X4 02.08.N994-cü il tarixində xəstəlikdən (əsas: Məhkəmə - Tibbi ekspertizasının Şəmkir bölməsi tərəfindən keçirilmiş 02.8.N994-cü il tarixli 34 №-li ölüm haqqında tibbi şəhadətnaməsinə əsasən) vəfat etdiyinə görə N №-li hərbi hissə komandirinin N avqust N994-cü il tarixli 238 №-li əmrilə əsas: §-4, səh-35) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Ölüm öz xidməti vəzifəsini yerinə yetirərkən baş vermişdir.

34. Eyni zamanda Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş NN.NN.2020-ci il tarixli arayışdan müəyyən olunmuşdur ki, N nömrəli hərbi hissə N4.N0.N993-05.NN.N993-cü ilədək döyüş əməliyyatlarında iştirak edib.

35. Ca vabdeh də məhz buna istinad edərək qeyd edir ki, iddiaçı 02.08.N994-cü il tarixində Şəmkir rayonunda N nömrəli hərbi hissədə həlak olarkən həmin hərbi hissə artıq döyüş əməliyyatlarında iştirak etmirdi.

36. Cavabdehin kassasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qərarı ləğv edilməlidir.

37. Belə ki, yuxarıda qeyd olunan hallardan göründüyü kimi, iddiaçının oğlunun vəfat etdiyi tarixlə hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsi dövrü üst-üstə düşmür.

38. Hazırkı qərarın 24-26-cı bəndlərində qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən və Nazirlər Kabinetinin N5.0N.N994-cü il tarixli, N0 nömrəli qərarından isə görünür ki, şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Belə ki, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər.

39. Göründüyü kimi, iddiaçının həlak olduğu hərbi hissənin döyüş şəraitində olan hərbi hissələrə aid olub-olmaması mübahisənin h əllində mühüm əhəmiyyət kəsb etdiyindən ətraflı araşdırılmalı idi. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi işin hallarını hərtərəfli araşdırmamış, göstərilən ziddiyyəti aradan qaldırmamışdır.

40. Bundan başqa, kassasiya instansiyası məhkəməsində işə ilk dəfə baxılarkən məhkəmə qeyd etmişdir ki, işdə olan sənədlərə görə iddiaçı əvvəllər şəhid ailəsi sayılmış, ona Prezident təqaüdü verilmiş, sonradan müvəqqəti olaraq dayandırılmış, dayandırmanın səbəbləri, onun sonrakı nəticələri məhkəmə tərəfindən müəyyən edilməmişdir.

41. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi də bu halla bağlı heç bir araşdırma aparmamış, nəticədə iddiaçının əvvəllər hansı əsasla şəhid ailəsi sayıldığı, ona verilən Prezident təqaüdünün hansı səbəbdən dayandırıldığı qeyri-müəyyən olaraq qalmışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin hallarını tam, hərtərəfli araşdırmamış, iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları qiymətləndirməmiş, bununla da həm “işin araşdırılması” ilə bağlı prosessual tələblərə riayət etməmiş, həm də Ali Məhkəmənin göstərişlərini icra etməyərək İPM-in 96.NN-ci maddəsinin tələbini pozmuşdur.

42. Odur ki, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini bu hissədə əsaslı hesab edərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Cavabdeh qərarın ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, iş üzrə əlavə sübutların araşdırılması tələb edildiyindən kassasiya şikayəti “iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi” hissəsində təmin edilə bilməz.

43. B eləliklə, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N7.02.202N-ci il tarixli, 2-N(N05)20/202N nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

44. İşə təkrar baxan məhkəmə iddiaçının oğlu vəfat etdiyi tarixdə N nömrəli hərbi hissənin döyüş əməliyyatında iştirak edib-etmədiyini araşdırmalı, nəticədən asılı olaraq iddiaçının oğlunun ölümü ilə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin olub-olmamasını müəyyən etməlidir.

45. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N7.02.202N-ci il tarixli, 2-N(N05)-20/202N nömr əli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar