Məhkəmə qərarları › İş №2-1(102)-969/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-969/2022

06.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-969/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-N(N03)-72N/2022 saylı, 09 fevral 2022-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh bildirmişdir ki, iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın xx.xx.202N-cı il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.20N6-cı il tarixli arayışına əsasən N nömrəli hərbi hissədə komandirinin aprel N 4-cü il tarixli nizami hissə üzrə əmrlər kitabında hərbi xidməti barədə məlumat olmadığına görə iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildirilmişdir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir.”

2. Azərbaycan Respublikası Hərbi Prokurorluğu Füzuli Hərbi Prokurorluğunun xx.xx.20N8-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı barəsində Füzuli Hərbi Prokurorluğunda təqsirləndirici material və ya cinayət işi olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı iddia ərizəsi ilə cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı N2-N4-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Dəfələrlə Müdafiə Nazirliyinə rəsmi müraciət edib, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. Bu müraciətləri heç bir nəticə verməyib. Halbuki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.20N6-cı il tarixli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Nərimanov rayon İdarəsinin rəisinə cavab məktubunda bildirilmişdir ki, “İddiaçı N saylı hərbi hissə komandirinin N sentyabr N2-ci il tarixli N8 saylı əmri ilə sıravi hərbi rütbəsində N-ci r ota, N -ci tağımın 3-cü bölməsinin pulemyotçusu təyin olunması, icazəsiz olaraq hərbi hissəni tərk etdiyi üçün komandirin 03 oktyabr N2-ci il tarixli 32 saylı əmri ilə Füzuli ərazi Hərbi prokurorluğuna verilməsi, N saylı hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitabında N962-ci il təvəllüdlü Nərimanov RHK-dan çağırılması və komandirin N3 mart N4-cü il tarixli 7N saylı əmrilə şəxsi heyətin siyahısına daxil olması, N saylı hərbi hissə komandirinin N mart N4-cü il tarixli 7N saylı əmri ilə 6-cı MAT-un şəxsi heyətinin siyahısına daxil edilməsi barədə məlumat qeyd olunmuşdur. Cavabda daha sonra qeyd edilir ki, “N nömrəli hərbi hissə komandirinin aprel N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır”. Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.20N7-ci il tarixli digər bir cavab məktubunda isə yazılır ki, “Nərimanov RHK-dan çağırılmış N saylı hərbi hissədən gəlmiş sıravi İddiaçı N saylı hərbi hissə komandirinin N avqust N2-ci il tarixli N6 saylı əmri ilə batalyonun tərkibinə daxil edilmişdir”. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.20N8-ci il tarixli məktubunda məsələnin həll edilməsi üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir.

5. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyanın məktubunu mübahisələndirmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, arxiv arayışına əsasən N nömrəli hərbi hissə komandirinin aprel N4-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidmət et məsi barədə məlumat olmadığından, ona "Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyil. "Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər Müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N -ci bəndinə əsasən: "N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığı nın və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara N4- cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmə t keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında "Müharibə veteranı” adı verilir.

6. Müdafiə Nazirliyinin xx.xx.202N-ci il tarixli məktubuna əsasən N №-li hərbi hissədən gəlmiş, Nərimanov RHK-dan çağırılmış, N952-ci il təvəllüdlü sıravi İddiaçı 83N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli N6 №-li əmrilə (əsas: səh 32 § 2, sıra N0. əmrdə təvəllüdü “N952" yazılmışdır) batalyonunun tərkibinə daxil edilmişdir. 83N №-li hərbi hissə ko mandirinin 0N 09 N2-ci il tarixli N8 №-li əmrində (əsas: səh 39, § 2, sıra 29, əmrdə atasının adı yazılmamışdır) sıravi İddiaçı İ bölüyün İ tağımının İİ bölməsində “pulemyotçu" vəzifəsinə təyin edilmişdir İcazəsiz olaraq hərbi hissəni tərk etdiyi üçün İddiaçı 83N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 32 №-li əmrilə (əsas: səh 7N) ştatdan xaric edilmişdir. İddiaçı 3 (üç) ay müddətində hərbi xidmətə çağırılsa da Müdafiə nazirinin əmrini pozaraq noyabr və oktyabr aylarında ştatdan xaric edildiyinə görə 83N №li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 97 №-li əmrilə (əsas: § 4, sıra N8) Füzuli Ərazi Hərbi Prokurorluğuna verilmişdir 70N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas:kıtab-N4, səh 87, sıra 4) Nərimanov RHK-dan çağırılmış, N962ci il tə vəllüdlü İddiaçı komandirin N3.03 N4-cü il tarixli 7N №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi barədə məlumat vardır, lakin şəxsi heyətin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. Nərimanov RHK-dan çağırılmış.N962-cı ıl təvəllüdlü İddiaçı 70N №-li hərbi hissə komandirinin N2.03 N4-cü il tarixli 7N №-li əmrilə (əsas: § N6, sıra 6) hərbi hissəyə qəbul edilmiş, şəxsi heyət siyahılarına daxil edilərək, bütün növ təminatlarla təmin edilmişdir. Qeyd edirik ki, 70N №-li hərbi hissə komandirinin N3 03.N4-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir”.

7. Bakı İnzibati Məhkəməsinin (hakim X4, 2-N(NN2)-8720/202Nsaylı iş) xx.xx.202N-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya “Müharibə veteranı a dı və vəsiqəsi”nin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının döyüş tapşırığını yerinə yetirmək üçün döyüş əməliyyatları bölgəsinə ezam olunması (iştirak etməsi), iddiaçı barəsində Füzuli Hərbi Prokurorluğunda təqsirləndirici material və ya cinayət işi olmaması, həmçinin hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı vəsiqəsinin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə zidd olmuşdur.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsin dəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər XNməruzəçi, X2 və X6, 2-N(N03)-72N/2022 saylı iş) 9 fevral 2022-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.202N-ci il tarixli qərarı ləğv olunmuş, iş üzrə yeni qərar qəbul olunmaqla, iddia təmin edilməmişdir.

11. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qanunvericilik normalarına əsasən müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi müvafiq orqan tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi ha lda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müəyyən edilir. Baxılan iş üzrə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsini sübut edən müvafiq sənədlərin mövcud olması məhkəmə kollegiyası tərəfindən müəyyən edilməmişdir. Belə ki, işin materiallarına iddiaçının hərbi biletinin surəti əlavə edilməmişdir, N-ci instansiya məhkəməsi qərarında həmin sənədə istinad etməmişdir. İşin materiallarında olan və N-ci instansiya məhkəməsinin is tinad etdiyi uçot – qeydiyyat kartasının təsdiq olunmuş surətindən görünür ki, həmin sənəd hələ xx.xx.N983-cü ildə tərtib olunub doldurulmuşdur. Həmin tarixdən əvvəlki qeydlər müvafiq imzalarla təsdiq olunmuşdur. Lakin burada iddiaçının yenidən hərbi xidmətə çağırılması və tərxis olunması haqqında qeydlər karandaşla tərtib olunmuş və imzalanmamışdır. Beləliklə, iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir.

12. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassator şikayətini onunla əsaslandırmışdır ki, İd diaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi işin bütün faktiki halları ilə təsdiq olunur. Belə ki, o, hərbi xidmətə Nərimanov RHK-dan çağırılıb, N №-li hərbi hissədən gəlib, 83N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli N6 №-li əmrilə (əsas: səh. 32 § 2, sıra N0. əmrdə təvəllüdü "N952" yazılıb) batalyonunun tərkibinə daxil edilib. 83N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli N8 №-li əmrində (əsas: səh. 39, § 2, sıra 29, əmrdə atasının adı yazılmayıb) sıravi İddiaçı N bölüyün N tağımının İİ bölməsində "pulemyotçu" vəzifəsinə təyin edilib. 70N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab-N4, səh. 87, sıra 4) İddiaçı komandirin xx.xx.N4- cü il tarixli 7N №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi barədə məlumat vardır, lakin şəxsi heyətin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmayıb.

14. Nərimanov RHK-dan çağırılmış N962-ci il təvəllüdlü İddiaçı 70N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 7N №-li əmrilə (əsas: § N6, sıra 6) hərbi hissəyə qəbul olunub, şəxsi heyət siyahılarına daxil edilərək, bütün növ təminatlarla təmin edilib. Cavabdeh orqanın özünün təqdim etdiyi məlumatlarda kassatorun döyüş əməliyyatlarında iştirakı faktı təsdiq olunur. Onun hərbi xidmətdən nə vaxt tərxis olunması barədə arxiv məlumatının olmaması kassatorun döyüş əməliyyatlarında iştirakı faktını inkar etmir və bu məlumatın olmaması onun təqsiri üzündən baş verməyib, cavabdeh orqanın sənədləşdirmə işlərində olan nöqsanlarının nəticəsidir. Buna görə də Bak ı Apellyasiya Məhkəməsinin də bu əsasla çıxardığı qərar qanunsuz və ədalətsizdir.

15. Kassatorun döyüş əməliyyatları zamanı hərbi hissəni tərk etməsi, fərarilik və ya digər hərbi cinayətlərə görə məhkum edilməsi barədə hər hansı bir sübut yoxdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.20N6-cı il tarixli 9/2- 6290 saylı və xx.xx.20N7ci il tarixli, 9/2-20567 saylı cavab məktublarında kassatorun guya "icazəsiz olaraq hərbi hissəsini tərk etdiyi üçün komandirin 03 oktyabr N2-ci il tarixli 32 saylı əmri ilə Füzuli ərazi Hərbi prokurorluğuna verilməsi" barədə məlumatı əsassızdır. Belə ki, sözügedən iddia cinayət əməlidir və buna görə cinayət məsuliyyəti nəzərdə tutulur. Ancaq, Füzuli Hərbi Prokurorluğunun xx.xx.20N8-ci il tarixli məktubunda qeyd olunur ki, "İddiaçı barəsində Füzuli Hərbi P rokurorluğunda təqsirləndirici material və ya cinayət işi olmamışdır". Bu da bir daha onu təsdiq edir ki, Bakı Apellyasiya Məhkəməsinin gəldiyi yekun nəticə əsassızdır. 16. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə uyğun olaraq, kassator hərbi qulluqçu statusunda olub. Onun N2-N4- cü illərdə hərbi qulluqçu statusunda hərbi hissə tərkibində hərbi xidmətdə olması faktı mübahisə olunmazdır. Belə ki, İddiaçı xx.xx.N2-ci ildə N №-li hərbi hissədən gəlib, Nərimanov RHK-dan çağırılıb, 83N №- li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli N6 №-li əmrilə batalyonunun tərkibinə daxil edilməsi faktı təsdiq olunub. Bununla yanaşı, onun komandirin xx.xx.N4-cü il tarixli 7N №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi barədə məlumat vardır, lakin şəxsi heyətin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmayıb. Aydın məsələdir ki, hərbi hissədən tərxisə buraxılması barədə qeydiyyatın aparılması kassatorun öhdəliyi deyil. Müvafiq dövlət orqanlarının səriştəsizliyi nəticəsində İddiaçı xidmət etdiyi hərbi hissədən tərxis olunmasının qeydiyyatının aparılmaması onun hərbi qulluqçu statusunda olması faktını da inkar etmir. Buna görə də Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi qərar əsassız və qanunsuz olmaqla, şəxsin həm də sözügedən qanunla qorunan hüququnu pozur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. 25 dekabr NN-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə

3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 19. “Veteranlar haqqında” Qanun: Maddə

3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-). Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvəd ə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

20. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: N-ci hissə N-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlü yü uğrunda N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələr ə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayə tlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. 3-cü bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdı ğı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azə rbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir...

21. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi.

22. İnzibati Prosessual Məcəllə (İPM): Maddə N2. İşin hallarının araşdırılması prinsipi N2.N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə N4. Sübut e tmə vəzifəsi (-) N4.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 9N. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.N. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə q ərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.NN. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. İddiaçının kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstəri lmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. İddiaçının apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qar şı...Füzuli...rayonunun ərazisində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı və vəsiqəsi verilir.

29. İddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahı, həmçinin siyahı ilə birlikdə döyüşlərdə iştirakı sübut edən başqa sənədlər olmalıdır. İşə əlavə olunmuş arxiv arayışına əsasən N nömrəli hərbi hissə komandirinin aprel N4-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidmət etməsi barədə məlumat yoxdur.

30. İşdə olan iddiaçının uçot – qeydiyyat kartası hələ xx.xx.N983-cü ildə tərtib olunub doldurulmuşdur. Həmin tarixdən əvvəlki qeydlər müvafiq imzalarla təsdiq olunmuşdur. Lakin burada iddiaçının yenidən hərbi xidmətə çağırılması və tərxis olunması haqqında qeydlər karandaşla tərtib olunmuş və imzalanmamışdır.

31. Göstərilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin tərkibində iştirak etməsi mötəbər sübutlarla təsdiq olunmur.

32. Beləliklə, hazırki qərarın 22-ci bəndində qeyd olunan prosessual hüquq normasının tələbi baxımından iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməli olduğu halda bunu edə bilməmişdir.

33. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx. N8-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın N.6-cı bəndinə əsasən N988-ci il fevralın N-dən NN-ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində...aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə...- NN-ci il oktyabrın 9-dan N4-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərb i xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir.

34. Odur ki, kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessua l Məcəlləsinin 96.8, 96.9, 96.N0 və 98.N-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-N(N03)-72N/2022 nömrəli, 9 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar