Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-97/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası X2 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-97/2020 Bakı şəhəri xx xxxxxx 2020-ci il Açar sözlər: həyatyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Hüseynov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı və vəkili Nəvəzi Əzizlinin, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövl ət Komitəsi yanında Daşınmaz Əmlakı Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi xxx1nin və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1891/19 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakı Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xxx2 ünvanda yerləşən 214 saylı mənzilinin həyətinin torpağının onun adına mülkiyyət hüquqi ilə dövlət qeydiyyatına alınması, dövlət reyestrindən çıxarışın verilməsi və torpaq sahəsinə plan və ölçünün tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi onun həyətyanı torpaq sahəsi ilə birlikdə 1956-cı ildən onun atasına məxsus olmuş və vərəsəlik əsasında iddiaçının mülkiyyətinə keçirilmişdir. Torpaq haqqında qanunvericiliyin tələblərinə görə vətəndaşl arın qanuni istifadəsində olan fərdi yaşayış evlərinin və həyətayanı sahələrin altında yerləşən torpaqlar əvəzsiz olaraq onların mükiyyətinə verilir. Bu səbəbdən, iddiaçı ona məxsus evin həyatyanı sahəsinin plan və ölçüsünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsinə dair cavabdehə müraciət etmiş, cavabdeh isə həmin sahənin yaşayış binasının tərkib hissəsi olması və binanın bütün sakinlərinin istifadəsində olması əsası ilə imtina etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya məxsus mənzilin yerləşdiyi torpaq sahəsi birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədə yerləşdiyindən, həmin sahəyə iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması mümkün olmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(81)164/2019 saylı qərarı ilə (hakim Miminat Hacıbəyova) iddia tələbi təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, qanunvericilik mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinanın konkret hallarını nəzərdə tutmuş, cavabdeh isə belə əsasların mövcud olmasını sübuta yetirə bilməmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1891/2019 saylı qərarı ilə (sədrlik edən Valeh Ağayev, hakimlər Afaq Nuriyeva və Cahangir Yusifov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instan siya məhkəməsinin qərarı qismən ləğv edilməklə iddia qismən – Bakı şəhəri xxx2 214 saylı mənzilin tikinti altı torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçının adına dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisəli 580 kv.m torpaq sahəsinin iddiaçının istifadəsində olmasına dair qanunamüvafiq hüquqmüəyyənedici sənədlər cavabdehə təqdim olunmamış və iş materiallarında mövcud olmamışdır. İddiaçıya məxsus mənzilin yerləşdiyi binanın altındakı torpaq sahəsi qanunvericiliyə əsasən binada yerləşən bütün mənzillərin mülkiyyətçilərinə ümumi paylı mülkiyyət olaraq məxsus olduğundan və müvafiq sahənin xüsusi mülkiyyətə verilməsi qanunvericiliklə nəzərdə tutulmadığından iddiaçının tələb etdiyi hüquq dövlət qeydiyyatına alına bilinən hüquq kimi qiymətləndirilə bilməz. Bu səbəbdən, iddia tələbi yalnız iddiaçıya məxsus mənzilin altında yerləşən torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydə alınması hissəsində əsaslı olmuşdur. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 245, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8, 15.1, 15.1.1, 23.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olun muş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində bildirmişdir ki, işə baxan zaman apellyaiya məhkəməsi onun iddia ərizəsində olan tələbi tamam kənara qoyub, cavabdehin şikayəti əsasında qərar qəbul etmişdir. Halbuki, nə iddia tələbində, nədəki cavabdehə etdiyi müraciətdə mənzilin tikinti altı torpaq sahəsinə mülkiyyət hüququnun verilməsi barədə heç bir tələb olmamışdır. Daha bir əsas kimi bildirilmişdir ki, mübahisəli ünvanda ümumiyyətlə bina evi olmadığından və sakinlər fərdi yaşayış evlərində yaşadığından apellyasiya məhkəməsinin iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin bina sakinlərinin ümumi istifadəsində olmasına və iddiaçının tələb etdiyi hüququn qeydə alınmasının qanunvericiliklə nəzərdə tutulmamasına dair gəldiyi nəticə əsassız olmuşdur. İddiaçı həmçinin qeyd etmişdir ki, mübahisəli ünvanla bağl torpaq sahəsinin ayrılması və ilkin texniki pasportun verilməsinə dair cavabdehə etdiyi müraciətinə cavab olaraq tələb olunan sənədlərin cavabdehin arxivində aşkar olunmadığı bildirilmişdir. Müvafiq sənədlərin mövcud olmadığı halda, cavabdehin iddiaçı tərəfindən mülkiyyət hüquqlarının qeydə alınmasının tələb olunduğu torpaq sahəsinin paylı mülkiyyət hüququ ilə binanın bütün sakinlərinə məxsus olmasına dair dəlili anlaşılan olmamışdır. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili kassasiya şikayətinə uy ğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Bakı Qarnizonu tərəfindən verilmiş 208 nömrəli, xx xxx 1956-ci il tarixli orderə əsasən, X nömrəli hərbi hissəsinin X nömrəli mənzili X1 ayrılmışdır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırmavə Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsi qəsinə əsasən, Bakı şəhəri, xxx3 214 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Bakı şəhəri, xxx2 214 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. İddiaçının kassasiya şikayətində bildirdiyi dəlilə münasibətdə digər prosessual hüquq normalar yoxlanılarkən aşağıdakılar müəyyən edilmişdir. İddiaçı bildirmişdir ki, apellyaiya məhkəməsi onun iddia ərizəsində olan tələbi tamam kənara qoyub, cavabdehin şikayəti əsasında qərar qəbul etmişdir. Halbuki, iddiada və cavabdehə etdiyi müraciətdə mənzilin tikinti altı torpaq sahəsinə mülkiyyət hüququnun verilməsi barədə tələbi olmamışdır. Məhkəmə kollegiyası dəlillə razılaşdığını aşağıdakılardan irəli gəldiyini qeyd edir. İddia tələbi ilə iddiaçı yaşadığı mənzilinhəyətyanı torpağının onun adına mülkiyyət hüquqi ilə dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi apardığı hüqu qi qiymətləndirmənin nəticəsi olaraq mənzilin tikinti altı torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçının adına dövlət qeydiyyatına alınmasını qərara almışdır. Azərbaycan Respublikası İPM-nin: - 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur; - 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddələrin tələblərindən gör ündüyü kimi, iddia tələbləri ilə bağlı məhkəmənin yardım etmək vəzifəsi yol verilən formal xətaların aradan qaldırılmasından, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsindən və yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasından ibarətdir. Eyni zamanda, tələbə qiymət verərkən, məhkəmə iddia tələbindən kənara çıxmamalıdır. İddiaçı tərəfindən verilmiş iddia tələbində formal xəta olmamış, tələb aydın surətdə mənzilin həyətyanı torpağın üzərində mülkiyyət hüququnun qeydə alınmasından ibarət olmuş və müvafiq iddia növü kimi verilmişdir. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iddiaçının tələbindən kənara çıxmaqla qərar qəbul etmiş və bununla da inzibati prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Apellyasiya məhkəməsi hesab etm işdir ki, iddiaçıya məxsus mənzilin yerləşdiyi binanın altındakı torpaq sahəsi qanunvericiliyə əsasən binada yerləşən bütün mənzillərin mülkiyyətçilərinə ümumi paylı mülkiyyət olaraq məxsus olduğundan və müvafiq sahənin xüsusi mülkiyyətə verilməsi qanunvericiliklə nəzərdə tutulmadığından, iddiaçının tələb etdiyi hüquq dövlət qeydiyyatına alına bilinən hüquq kimi qiymətləndirilə bilməz. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, mübahisəli ünvanda ümumiyyətlə bina evi olmadığından və sakinlər fərdi yaşayış evlərində yaşadığından apellyasiya məhkəməsinin iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin bina sakinlərinin ümumi istifadəsində olmasına və iddiaçının tələb etdiyi hüququn qeydə alınmasının qanunvericiliklə nəzərdə tutulmamasına dair gəldiy i nəticə əsassız olmuşdur. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. İddiaçının tələbinin əsaslandırdığı hallara münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə Qanun): - 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.4. bu Qanun qüvvəyə minənədək müv afiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; - 8.0.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur:hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri;torpaq sahəsinin planı və ölçüs ü;torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi; dövlət rüsumunun ödənilməsi barədə sənəd. Sadalanmış maddələrdən göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması üçün müvafiq əsaslar mövcud olmalıdır ki, onlar aşağıdakı sənədlərə uyğun olaraq müəyyən edilə bilər: - qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul edilmiş akt, - hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; - müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən siyahıda nəzərdə tutulmuş, istinad edilən Qanun qüvvəyə minənədək daşınmaz əmlak üzərində hüququn əldə edilməsinə dair sənəd. Qeydiyyatın aparılması üçün həmin sənəd və mülkiyyət hüququ torpaq sahəsi üzərində aparılmalı olduqda ona dair plan və ölçü cavabdehə təqdim edilməlidir. Yuxarıda istinad edilmiş Qanunun 8.0.8-ci maddəsində göstərilmiş “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərinSiyahısı” aiddir. Bununla yanaşı, iddiaçı tələbinin hüquqi əsası kimi "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa istinad etmişdir ki, həmin Qanunda tələbə münasibətdə aşağıdakılar müəyyən edilmişdir: - 9-cu maddəsin ə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir; - 10-cu maddəsinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Maddələrin tələblərindən göründüyü kimi, vətəndaşların qanuni istifadəsindəkihəyətyanı sahələrinəvəzsiz olaraq onların qanuni istifadəsinə götürdükləri ölçüdə verilməsi nəzərdə tutulmuşdur. İşin hallarına görə iddiaçıya dövlət qeydiyyatına alınmış mülkiyyət hüququ ilə daşınmaz əmlak kimi mənzil məxsus olmuş və həmin mənzilə d air hüququ qeydə alınmışdır. Lakin iddia tələbi ilə həmin mənzilin həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını iddiaçı xahiş etdiyindən, bilavasitə həmin torpaq sahəsinə dair yuxarıda göstərilmiş sənədlərdən birini iddiaçı təqdim etməli idi. Belə sənəd işdə olan sənədlərə əlavə edilməmişdir və onun mövcud olmamasını apellyasiya məhkəməsi bildirsə də, lakin bununla bağlı aşağı instansiya məhkəmələri tərəfindən müvafiq araşdırma aparılmamışdır. Belə ki, qeyd edilmiş Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Siyahının: - 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın döv lət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); Bu normativ-hüquqi aktdan göründüyü kimi, yaşayış evinin həyətyanı torpaq sahəsinə münasibətdə mülkiyyət hüququnun qeydə alınması üçün ə sas həmin torpaq sahəsinə dair tərtib edilmiş texniki pasport təşkil etməlidir. İşin birinci instansiya məhkəməsinə aid olan inzibati icraat materiallarından göründüyü kimi, qeyd edilmiş sənədlə əlaqədar xxx2 ünvanda yerləşən 214 saylı mənzilə aid torpaq sahəsi ilə bağlı məsələ araşdırılmışdır. Halbuki, apellyasya məhkəməsinin hüquqi qiymətləndirməsi çoxmənzilli binada sahə mülkiyyətçilərinin ümumi əmlakına aid olan torpaq sahəsi ilə əlaqədar olduğundan, texnuki pasportun bilavasitə xxx2 ünvana aid olan binanın həyətyanı torpaq sahəsi üzrə tərtib edilibedilməməsi məsələsi məyyən olunmalı idi. Göstərilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, xxx2 ünvanda yerləşən binanın çoxmənzilli bina olması və ona aid həyətyanı torpaq sahəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada mö vcud olması müəyyən edildiyi halda, həmin torpaq sahəsinə münasibətdə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin çoxmənzilli binada sahə mülkiyyətçilərinin ümumi əmlakı məsələlərini tənzimləyən 35.1, 35.2, 35.4, 36.1, 36.4-cü maddələrin tələbləri baxımından qiymət verilməlidir. Gəldiyi nəticəyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu müddəalara əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının bildirdiyi əsaslara dair işin hallarını müəyyən etməli və cavabdehin mülkiyyət hüququnun qeydə alınmasına dair imtinanın hüquqi və faktiki əsasları üzrə yenidən araşdırma aparmaqla tələbə qiymət verməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və iş i təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlil qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1891/19 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-97/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-97/2020
11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver