Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-97/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “İddiaçı cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə və Səhiyyə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: şikayət üzrə kassasiyanın mümkün hesab edilməməsi; hüquq varisliyinə yol verilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vək il Məhəbbət oğlunun iştirakı ilə, İddiaçı və onun himayəçisi Qanuni nümayəndə cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və Səhiyyə Nazirliyinə qarşı “İ qrup əlillik dərəcəsi kimi hesab etməklə ona uyğun pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-154/2020 nömrəli, 2020-ci il 03 iyun tarixli qərarından Qanuni nümayəndə tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı və onun himayəçisi Qanuni nümayəndə cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və Səhiyyə Nazirliyinə qarşı “İddiaçı əlillik dərəcəsinin təyin edilməsi üçün əsas olan qaraciyər sirrozu xəstəliyinin (qaraciyər çatışmamazlığının) yarandığı vaxtdan 2014-cü il tarixədək İ qrup əlillik dərəcəsi kimi hesab etməklə, İ qrup əlilik dərəcəsinə uyğun pensiyanın, ödəniş ediləcəyi tarixə uyğun məhkəmə tərəfindən hesablanması, hesablanmış məbləğin və əlavə olaraq gecikdirilmiş hər gün üçün 15 faiz cərimə ilə ödənilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dö vlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin və Səhiyyə Nazirliyinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir.
2. İddiaçının himayəçisi Qanuni nümayəndə təcili təmin tədbiri görülməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, məhkəmədə işə baxıldığı müddət ərzində təcili təmin tədbiri görülməsi, ölkə daxilində uzun müddətdir dəqiq diaqnoz qoyulmaması, Səhiyyə Nazirliyi və digər orqanların onlara və birinci qrup əlil bacısına olan münasibəti, digər halları nəzərə alaraq iddiaçının ölkə xaricində tibb müəssisələrinin birinə yerləşdirilməsinə göstəriş verilməsini xahiş etmişdir.
3. Şəki İnzibati Məhkəməsinin 2020-ci il 11 fevral tarixli, 2-1(116)-528/2020 nömrəli qərardadı ilə ərizə təmin olunmamışdı r.
4. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-cu il 03 iyun tarixli 21(107)-154/2020 saylı qərardadı ilə Şəki İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
6. Qanuni nümayəndə həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
7. Qanuni nümayəndə, həmçinin ərizə ilə müraciət edərək bacısı İddiaçı 2020-ci il 25 avqust tarixdə vəfat etməsini nəzərə alaraq onun – yəni Qanuni nümayəndə (və anası X1, mümkündürsə hər ikisinin) İddiaçı hüquq varisi kimi tanınmasını xahiş etmişdir. c. məhkəmə icraatı iştirakçılarının izahatları
8. Qanuni nümayəndə ərizə ilə müraciət edərək işə onun iş tirakı olmadan baxılmasını xahiş etmişdir.
9. Qanuni nümayəndə vəkili məhkəmə iclasında çıxış edərək kassasiyanın mümkünlüyünə dair məsələnin və ərizədə göstərilənlərin həllini məhkəmənin mülahizəsinə buraxdığını ifadə etdi.
10. Cavabdehlər məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
11. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
13. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının himayəçisi Qanuni nümayəndə təcili təmin tədbiri görülməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, məhkəmədə işə baxıldığı müddət ərzində təcili təmin tədbiri görülməsi, iddiaçının ölkə xaricində tibb müəssisəl ərinin birinə yerləşdirilməsinə göstəriş verilməsini xahiş etmişdir. Mübahisələndirilən qərardad da məhz həmin məzmunda ərizəyə baxılması ilə əlaqədardır. Lakin Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 099502 №-li “ölüm haqqında şəhadətnamə”yə görə, İddiaçı 2020-ci il 25 avqust tarixdə vəfat etmişdir.
14. Beləliklə, təcili təmin tədbiri bilavasitə iddiaçının şəxsiyyəti ilə bağlı olduğundan həmin ərizə üzrə hüquq varisliyi, buradan, təcili təmin tədbiri görülməsi barədə ərizə üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayətinin verilməsi istisna edilir.
15. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Prosessual hüquq varisliyinə dair ərizə təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 03 iyun ta rixli, 21(107)-154/2020 saylı qərardadından Qanuni nümayəndə tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır, kassasiya şikayətinin qəbulundan imtina edilir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov