Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-97/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: keçmiş hərbi qulluqçuya təyin edilmiş əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı) qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 27 iyul tarixli, 2-1(103)-396/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.
2. Cavabdeh 2019-cu il 21 oktyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçıya 2003-cü il 1 oktyabr tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xidməti illərinə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli, 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 2 007-ci il 1 yanvar tarixdən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən ona əmək pensiyası həmin tarixdən etibarən idarə tərəfindən ödənilir. Ona əmək pensiyası təyin edildikdən sonra Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində xidmətə cəlb olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə uyğun olaraq əmək pensiyası təyin edildikdən sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Qeyd olunanları nəzərə alaraq bildirilməlidir ki, 2017-ci il 20 sentyabr tarixdə xidmətdən tərxis olunmağı ilə əlaqədar Dövlət Sərhəd Xidməti tərəfindən idarəyə daxil olmuş 2018-ci il 12 fevral tarixli, 001611 nömrəli yeni məlumat vərəqəsinə əsasən əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2019-cu il 15 yanvar tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun barəsində cavabdehə göndərilmiş məlumat vərəqəsinə müvafiq olaraq ona təyin edilmiş pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun barəsində cavabdehə Dövlət Sərhəd Xidməti tərəfindən göndərilmiş məlumat vərəqəsinə müvafiq olaraq ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cava bdehə həvalə edilməsini xahiş etmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 5 avqust tarixli, 2-1(112)-1877/2020 nömrəli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2003-cü il 1 oktyabr tarixdən Müdafiə Nazirliyi tərəfindən ona pensiya təyin edilmişdir. Hərbi xidmətdən ehtiyata buraxılmağı ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim edilməsi” qaydalarına əsasən yeni ZE55598 məlumat vərəqini ona əmək pensiyasının təyin edilməsi (yenidən hesablan ması) üçün Dövlət Sosial Müdafiə Fonduna təqdim etmişdir. Lakin Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi ona ünvanladığı 03/89/02-183 nömrəli, 2018-ci il 28 fevral tarixli məktubu ilə Əmək Məcəlləsinin 32.1-ci və 37.1-ci maddəsinə istinad edərək yaşa görə əmək pensiyasının ömürlük təyin edildiyini əsas gətirərək pensiya təyinatının yenidən digər dövrün təminat xərcliyinə (“Məlumat vərəqinə”) əsasən hesablanmasının qanunvericiliyin tələblərinə zidd olduğunu qeyd edərək imtina etmişdir. Daha sonra, iddiaçı tərəfindən yenidən edilən müraciətə cavabdeh tərəfindən verilən 03/89/02-532 saylı, 2018-ci il 5 iyul tarixli cavab məktubunda eyni səpkili cavab verilməklə və “Əmək pensiyaları haqqında” Qanunun müvafiq maddələrinə istinad edilməklə əmək pens iyasının yenidən hesablanmasının mümkün olmadığı bildirilmişdir. Daha sonra, iddiaçı tərəfindən yenidən 2019-cu il 4 sentyabr tarixdə cavabdehə əmək pensiyasının yenidən hesablanması üçün müraciət edilmişdir. Cavabdeh tərəfindən 2019-cu il 7 oktyabr tarixli, **********3 saylı pensiyanın yenidən hesablanması haqqında cavab məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunduğu və əmək pensiyasının təyin ed ilməsi üçün İdarəyə təqdim edildiyi, sözügedən qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən idarəyə göndərildiyi, bu səbəbdən əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablamanın aparılması məsələsinə təminat xərcliyində baş verən dəyişikliklər barədə müvafiq məlumatın sonuncu xidmət keçilən orqandan idarəyə daxil olduqdan sonra baxıla biləcəyi qeyd olunmuşdur. Qeyd edilən cavab məktubu 2019-cu il 14 oktyabr tarixində alınmışdır. Hesab edilməlidir ki, bu imtina onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci, 32.1-ci və 37.3.1-ci maddəsinə istinad edərək Müdafiə Nazirliyi tə rəfindən təqdim edilmiş yeni “Məlumat vərəqi” əsasında onun xidmət illərini nəzərə almamış, bu məlumat vərəqi əsasında ona pensiya təyin etməkdən imtina etmişdir. Cavabdeh burada əsasən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci yarımbəndinə istinad edərək məsələ ilə bağlı hüquqi mövqeyini əsaslandırmağa çalışmışdır. Lakin həmin norma 2017-ci il 1 iyul tarixdə qüvvəyə minmişdir. O isə həmin tarixdən əvvəl ehtiyata buraxılmış və barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən tərtib edilmiş ZE55598 nömrəli məlumat vərəqi 2003-cü ildə hazırlanmışdır. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 2007-ci il 27 avqust tarixdə Dövlət Sosial Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilən iddiaçıya aid ZE-55598 saylı məlumat vərəqinə əsasən sonuncuya tutduğu vəzifəyə uyğun olaraq yaşa görə əmək pensiyası pensiya təyin edilmişdir. Lakin iddiaçı 2018-ci il 20 fevral və 2018-ci il 12 fevral tarixlərdə müxtəlif orqanlar tərəfindən tərtib edilmiş iki müxtəlif məzmunlu məlumat vərəqələrini cavabdehə təqdim etmişdir. 2018-ci il 19 fevral tarixdə iddiaçı yenidən yaşa görə təqaüd almaq məqsədi ilə ərizə ilə İdarəyə müraciət etmişdir. Qeyd edilən məlumat vərəqələrinin tərtib edilmə tarixlərindən göründüyü kimi, iddiaçı cavabdehə məhz Dövlət Sərhəd Xidmətindən daxil olmuş məlumat vərəqəsindən sonra qeyd edilən məzmunlu ərizə ilə müraciət etmişdir. Bununla əlaqədar 2018-ci il 14 fevral tarixdə cavabdeh tərəfindən iddiaçının Müdafiə Nazirliyinin xə tti ilə pensiya aldığı səbəbi ilə onun yeni ərizəsində olan tələbinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd etdiyi kimi iddiaçının öz adına olan, tərtib edilmə müddəti arasında cəmi 8 gün fərq olan iki müxtəlif dövlət orqanları tərəfindən tərtib edilmiş məlumat vərəqələrinə cəlb etmək istəməkdədir. Belə ki, hər iki məlumat vərəqəsinə baxdıqda müəyyən edilmişdir ki, onların hər ikisi 1973-cü il 5 may təvəllüdlü İddiaçı barəsində tərtib edilmiş, Müdafiə Nazirliyi tərəfindən 2018-ci il 20 fevral tarixdə tərtib edilmiş məlumat vərəqəsində onun rütbəsi kapitan, Dövlət Sərhəd Xidməti tərəfindən 2018-ci il 12 fevral tarixli məlumat vərəqəsində isə onun rütbəsi mayor olaraq qeyd edilmişdir. Dövlət Sərhəd Xidməti tərəfindən qeyd edilmiş məlumat vərəqəsindən göründüyü kimi, id diaçı 2017-ci il 20 sentyabr tarixdə öz arzusu ilə Dövlət Sərhəd Xidmətindən ehtiyata buraxılmış, onun təqvimi xidməti illəri 22 il 09 ay 17 gündür. Beləliklə, Dövlət Sərhəd Xidməti tərəfindən göndərilmiş həmin məlumat vərəqəsinə əsasən iddiaçı 1995-ci il 3 yanvar tarixdə Dövlət Sərhəd Xidmətində xidmətə başlamışdır. Lakin Müdafiə Nazirliyindən göndərilmiş məlumat vərəqəsinə əsasən iddiaçı 2003-cü il 29 sentyabr tarixdə Müdafiə Nazirliyindən kapitan rütbəsində xidmət müddətini başa vurduğundan tərxis olunmuş, bu zaman onun təqvimi xidmət illəri il 11 il 9 ay 13 gün olmuşdur. Müdafiə Nazirliyinin həmin məlumat vərəqəsindən göründüyü kimi iddiaçı 1992-ci il 16 yanvar tarixdən Müdafiə Nazirliyinin tərkibində xidmət etmiş və 2003-cü il 29 sentyabr tarixdə ordudan tərxis edilmişdir. X1 Xidməti və Müdafiə Nazirliyi tərəfindən eyni şəxs olan iddiaçı barəsində tərtib edərək göndərdikləri məlumat vərəqəsinə baxdıqda belə nəticəyə gəlmək olar ki, şəxs eyni zamanda müxtəlif qurumlarda hərbi qulluqçu kimi xidmət etmişdir. Lakin belə bir hal mümkün olmadığından, qeyd edilən məlumat vərəqələrinin mötəbər olmaları şübhəlidir. İddiaçının adına 2018-ci il 20 fevral tarixdə yenidən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən yenidən tərtib edilmiş məlumat vərəqi cavabdehə daxil olmuş və iddiaçı tərəfindən ərizə verilərək pensiyasının yenidən sonuncu məlumat vərəqinə əsasən hesablanıb ödənilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən 2018-ci il tarixli qərar ilə iddiaçının ərizəsi “Əmək pensiyaları haqqında“ Qanunun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq imtina edilmişdir. biri nci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 6 avqust tarixli, 2-1(112)-1877/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hərbi qulluqçu olan iddiaçıya hərbi xidmətdən buraxıldıqdan sonra əmək pensiyası təyin edildiyindən və o bundan sonra hərbi xidmətini davam etdirdiyindən ona sonuncu təminat xərcliyinə görə pensiyasının yenidən hesablanması “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə ziddir. Ona görə də, cavabdehin iddiaçının müraciətini təmin etməməsi qanuni və əsaslı olmuşdur.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının 2021-ci il 27 iyul tarixli, 2-1(103)-396/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 6 avqust tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq bildirmişdir ki, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunduğuna dair müddəa aşkar olaraq pensiyaya çıxmış hərbi qulluqçunun hərbi xidmətini başa vurduğunu ehtiva edir. Pensiyaya çıxdıqdan sonrakı əmək fəaliyyətini davam etdirən pensiyaçılara (işləyən əmək pensiyaçılarına) münasibətdə «Əmək pensiyaları haqqında» Qanunun 37.1-ci maddəsinin müddəaları tətbiq olunmalıdır. Başqa sözlə, işləyən əmək pensiyaçısı pensiy a təyin olunduqdan sonrakı dövr üzrə qazandığı sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalına ümid edə bilər. Həmin normanın tələbi (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) iddiaçıya tətbiq olunduqda, o, pensiya təyin edildikdən sonrakı hərbi xidmətdən tərxis olunduqdan (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən) sonra pensiyanın yenidən hesablanmasını təminat xərcliyinə görə deyil, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazandığı sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalına görə tələb edə bilər. «Əmək pensiyaları haqqında” Qanunda dəyişiklər edilməsi barədə 2017-ci il 10 mart tarixli, 543-VQD №-li Qanununla (2017-ci ilin iyulun 1-dən qüvvəyə minmişdir) “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə edilmiş əlavələrə gəldikd ə, onlar zaman qüvvəsinə görə hazırkı mübahisəyə tətbiq olunmasalar belə, həmin əlavələr əslində yuxarıda istinad edilən normaların mahiyyətini və məqsədlərini dəyişməmiş, əksinə qanunverici normaların əhatə etdiyi münasibətləri daha aşkar tənzimləmişdir.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi hüquq münasibətlərin yaranması zamanını nəzərə almamışdır. Bu səbəbdən hesab edilməlidir ki, Bakı Apelyasiya Məhkəməsinin 2021-ci il 27 iyul tarixli qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir və ləğv olunmalıdır. Hərbi xidmətdə olmanın son yas həddinə çatmamış şəxsin konkret halda isə iddiaçının hüquqi əsasına görə eyni hüquqi yaradan başqa bir xidmət orqanında xidmət etməsinin yolverilməzliyi qanunla nəzərdə tutulmamışdır. İddiaçının ona xidmət illərinə görə pensiya təyin edilməsindən sonra başqa bir xidmət orqanında xidmətə qəbul edilməsi və həmin orqanda xidmət etməsi onun üçün əvvəllər xidmət etdiyi qulluq növünə görə eyni qulluq (hərbi qulluqçu) növü olduğundan, həm Müdafiə Nazirliyi və həmdə DSXdə xidmət etdiyi illər hesablanaraq iddiaçıya təyin edilmiş pensiya onun xidmət illərinin cəminə və həm də əlavələrlə birlikdə hesablanması hüququ yaranmışdır. Hazırda iddiaçı sonuncu (DSX) xidmət yerindən verilmiş yeni məlum at vərəqəsindəki təminat xərcliyinə görə (22 il, 9 ay, 17 gün, ümumilikdə güzəştli 41 il 20 gün olmaqla) pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Göründüyü kimi, İddiaçıya xidmət illərinə görə pensiya hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunlarının qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Qanunla nəzərdə tutulmuş şərtlərlə və əsaslarla təyin edilmişdir. Odur ki, işin bu halında iddiaçının pensiya hüququ «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Qanuna müvafiq olaraq təyin edilməli, qulluq illərinə görə əlavələr isə 2017-ci il 1 iyul tarixədək qüvvədə olan Qanuna müvafiq olaraq hesablanmalıdır. İş materiallarından görünür ki, iddiaçı ümumilikdə Silahlı Qüvvələrdə 22 ildən artıq xidmət etmiş və onun pensiya hüququ 2017-ci il 1 iyul tarixdən yarandığından ona həmin tarixdən əvvəl olan qanun norması tətbiq edilməlidir. b. kassasiya şikayətinə etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda və iddia ərizəsinə etirazda göstərilənlər təşkil edir. Bundan əlavə etirazda göstərilmişdir ki, qanunvericiliyin tələblərindən göründüyü kimi, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunduğuna dair müddəa aşkar olaraq pensiyaya çıxmış hərbi qulluqçunun hərbi xidm ətini başa vurduğunu ehtiva edir. Pensiyaya çıxdıqdan sonrakı əmək fəaliyyətini davam etdirən pensiyaçılara (işləyən əmək pensiyaçılarına) münasibətdə «Əmək pensiyaları haqqında» Qanunun 37.1-ci maddəsinin müddəaları tətbiq olunmalıdır. Başqa sözlə, işləyən əmək pensiyaçısı pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazandığı sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalına ümid edə bilər. Həmin normanın tələbi (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) iddiaçıya tətbiq olunduqda, o, pensiya təyin edildikdən sonrakı hərbi xidmətdən tərxis olunduqdan (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən) sonra pensiyanın yenidən hesablanmasını təminat xərcliyinə görə deyil, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazandığı sığorta və yığım hissələri üzrə toplanmı ş pensiya kapitalına görə tələb edə bilər. «Əmək pensiyaları haqqında” Qanunda dəyişiklər edilməsi barədə 2017-ci il 10 mart tarixli, 543-VQD №-li Qanununla (2017-ci ilin iyulun 1-dən qüvvəyə minmişdir) “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə edilmiş əlavələrə gəldikdə, onlar zaman qüvvəsinə görə hazırkı mübahisəyə tətbiq olunmasalar belə, həmin əlavələr əslində yuxarıda istinad edilən normaların mahiyyətini və məqsədlərini dəyişməmiş, əksinə qanunverici normaların əhatə etdiyi münasibətləri daha aşkar tənzimləmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.6. Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiya çılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: Maddə 37.3.1.yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra i şlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir;...
17. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəm ə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. 21. “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda istinad edilən normalarının əlaqəli təhlilindən də göründüyü kimi hərbi qulluqçulara pensiya (hərbi pensiya) onların təminat xərcliyi əsasında təyin edilir və təminat xərcliyindəki sonrakı artımlar da hərbi qulluqçunun hərbi xidmətdən buraxıldığı gündə sonuncu vəzifə üzrə aldığı miqdara şamil edilir. Hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunduğuna dair müddəa aşkar olaraq pensiyaya çıxmış hərbi qulluqçunun hərbi xidmətini başa vurduğunu ehtiva edir. Pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçı (işləyən əmək pensiyaçısı) pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazandığı sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalına ümid edə bilər.
22. Həmin normaların tələbləri iddiaçıya tətbiq olunduqda, o, pensiya təyin edildikdən sonrakı hərbi xidmətdən tərxis olunduqdan (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən) sonra pensiyanın yenidən hesablanmasını təminat xərcliyinə görə deyil, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazandığı sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalına görə tələb edə bilər.
23. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgü ndür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 27 iyul tarixli, 21(103)-396/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.