Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-97/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilərək ehtiyata buraxılmaq əmrinin yenilənməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “Dövlət Sərhəd Xidmətinin rəisinin müavini-X2 xx.xx.2021-ci il tarixli 682 ş/h nömrəli əmrinin ləğv edilərək onun ehtiyata buraxılmaq əmrinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.10-cu (Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə) maddəsinə uyğun rəsmiləşdirilməsi üçün yeni əmrin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 13 sentyabr 2022-ci il tarixli, 2-1(105)550/2022 nömrəli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin müavini X4 xx.xx.2021-ci il tarixli, 682 ş/h nömrəli əmrinə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə müvafiq olaraq gizir Əliyev X6 Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır.
2. İddiaçı onun ehtiyata buraxılmaq əmrinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu (Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə) maddəsinə uyğun rəsmiləşdirilməsi barədə əmrin verilməsini xahiş etsə də, o, öz ərizəsinə əsasən xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmışdır.
3. İddiaçı ilə aparılmış 7 sentyabr 2021-ci il tarixli söhbət haqqında arayışa əsasən söhbət zamanı onun xidməti fəaliyyəti ətraflı təhlil edilmiş, şikayət və təklifləri dinlənilmişdir. İddiaçı hərbi xidmətini davam etmək arzusunda olmadığını və tərxis olunmaq istəyinin təmin olunmasını israrla xahiş etmişdir. Həmçinin gizir İddiaçı ordu sıralarından tərxis olunacağı təqdirdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən, yəni xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılacağı bildirilmiş və qeyd olunanlarla razılaşaraq arayışı imzalamışdır.
4. İddiaçı tərəfindən verilmiş raporta əsasən o, 82 mm-lik minaatan divizion komandiri Müşfiq Quliyevə müraciət edərək, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən DSX-dən ehtiyata buraxılmağı üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırmağı xahiş etmiş, sağlamlıq vəziyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar həkim komissiyasında şəhadətləndirilməyə, müalicə və müayinəyə ehtiyacı olmadığını bildirmişdir. Onun Silahlı Qüvvələrdən qısa müddətdə ehtiyata buraxıldığı təqdirdə s ənədlərinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə göndərilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı iddia ərizəsi ilə cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək Dövlət Sərhəd Xidmətinin rəisinin müavini - X2 xx.xx.2021-ci il tarixli 682 ş/h nömrəli əmrinin ləğv edilərək ehtiyata buraxılmaq əmrini “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu (Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə) maddəsinə uyğun rəsmiləşdirilməsi üçün yeni əmrin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia on unla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdə Dövlət Sərhəd Xidmətində gizir kimi həqiqi hərbi xidmətə başlamış, xx.xx.2018-ci il tarixdə xidmətini davam etdirmək üçün X7 Məntəqəsinə nəzarətçi vəzifəsinə təyin olunmuş, xx.xx.2020-ci il tarixədək X7 Məntəqəsində nəzarətçi vəzifəsində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2020-ci il tarixdə xidmət yeri DSX-nın Qazax rayonunda yerləşən N nömrəli hərbi hissəsinə (kəşfiyyatçı vəzifəsinə), xx.xx.2021-ci il tarixdə Füzuli rayonunda yerləşən N nömrəli hərbi hissəsinə (taqım komandiri vəzifəsinə), xx.xx.2021-ci il tarixdə Qubadlı rayonunda yerləşən N nömrəli hərbi hissəsinə (taqım komandiri vəzifəsinə) dəyişdirilmişdir. xx.xx.2021-ci ildə DSX-nın N nömrəli hərbi hissəsindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublika sı Qanununun 41.0.6-cı (xidməti uyğunsuzluğa görə) maddəsi ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. N nömrəli hərbi hissədə hərbi xidmət etdiyi vaxt xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissənin komandiri raportla müraciət edərək onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu (Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə) maddəsinə əsasən Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırmağını xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə müraciət məktubunun N nömrəli hərbi hissəyə çatdırılması barədə poçt xəbərnaməsi ona verilmişdir. Lakin xx.xx.2021-ci ilədək nə ehtiyata buraxılmamış, nə də raportuna rəsmi cavab verilməmişdir. Şifahi müraciətlərinə də müsbə t cavab verilməmişdir. Komandanlıq tərəfindən ona ehtiyata buraxılmağın yeganə yolunun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı (xidməti uyğunsuzluğa görə) maddəsi ilə ehtiyata buraxılmaq istəməyi barədə müraciət etmək olduğu bildirildi. İlk müraciətinə heç bir cavab verilmədiyini və ehtiyata buraxılmaq məsələsinin həll olunmadığından xx.xx.2021-ci il tarixdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı (xidməti uyğunsuzluğa görə) maddəsi ilə ehtiyata buraxılmaq istəməyi barədə hərbi hissə komandirinə raportla müraciət etmiş və həmin maddə ilə də Dövlət Sərhəd Xidmətindən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra xx.xx.2021-ci il tarixdə Dövlət Sərhəd Xidmətinə ərizə ilə müraci ət edərək cavabdehin xx.xx.2021-ci il tarixli 682 ş/h nömrəli əmrinin ləğv edilərək onun ehtiyata buraxılmaq əmrini “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə uyğun rəsmiləşdirilməsi üçün yeni əmr vermələrini xahiş etmiş, Dövlət Sərhəd Xidmətinin xx.xx.2021-ci il tarixli məktubu ilə müraciətinin təmin olunmasından imtina edilmişdir.
7. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, DSX-nın sabiq hərbi qulluqçusu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, sabiq hərbi qulluqçu İddiaçı 7 sentyabr 2021-ci il tarixdə raportla müraciət edərək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində hər bi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmasını, buraxılacağı təqdirdə Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməsinə ehtiyacı olmadığını və hərbi qeydiyyata götürülmək üçün şəxsi iş materiallarının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon idarəsinə göndərilməsini xahiş etmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılması barədə raportla müraciəti əsasında İddiaçı ilə söhbət aparılmış, xidməti fəaliyyəti ətraflı təhlil edilərək tərxis olunmaq arzusunun səbəbləri soruşulmuş, şikayət və təklifləri dinlənilmiş, ona qalıb xidmət etməsi təklif olunsa da o, fikrində qəti olduğunu, xidmət etmək arzusunda olmadığını, eyn i zamanda hərbi hissədə hər-hansı bir şəxsə qarşı iddiasının olmadığını, ehtiyata buraxıldıqdan sonra Dövlət Sərhəd Xidmətində yenidən xidmətə qəbul edilməsi üçün müraciət etməyəcəyini bildirmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin və digər normativ hüquqi aktların tələbləri İddiaçı nəzərinə çatdırılmış, ona ehtiyata buraxılması barədə qərar verməyə tələsməməsi barədə tövsiyələr verilmiş, fikrinin dəqiqləşdirilməsi üçün vaxt verilmiş, lakin ikinci söhbətə ehtiyacının olmadığını bildirərək tez bir zamanda Silahlı Qüvvələrin ehtiyatına buraxılmasını təkidlə xahiş etmişdir. İddiaçı sabiq hərbi qulluqçu İddiaçı 07 sentyabr 2021-ci il tarixli raportu əsasında Dövlət Sərhəd Xidməti rəisinin müavini, X4 xx.xx.202 1-ci il tarixli, 682 ş/h nömrəli əmrinə əsasən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına göndərilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4761/2022 nömrəli 12 yanvar 2022-ci il tarixli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim C.B.Məmmədov) 29 iyun 2022-ci il tarixli, 2-1(118)-1428/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, qanunvericilikdə ehtiyatda ol mağın son yaş həddinə çatmayan hərbi qulluqçuların hansı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaları müəyyən edilmişdir ki, onlardan biri də hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətməsi, törətdiyi cinayətlə əlaqədar məhkum olunması, səhhətinin xidmətə yol verməməsi, attestasiyanın nəticələrinin mənfi olması və qanunvericiliklə müəyyən olunmuş digər səbəblərlə əlaqədar xidməti uyğunsuzluqla bağlıdır. İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti qarşısında üzərinə düşən vəzifələri 5 il müddətinə yerinə yetirəcəyinə dair öhdəlik götürmüş, lakin o, vaxtından əvvəl bağlaşmanın ləğv edilməsini tələb etmişdir. Bağlaşmanın ləğvi qaydası isə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci və 42-ci maddələri ilə tənzimlənir və həmin ma ddələrin tələblərinə əsasən yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitləri öz arzuları ilə ehtiyata buraxıla bilər.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasını (hakimlər: F.Ə.Məmmədov /məruzəçi və sədrlik edən/, H.Ç.Babayeva və Z.T.Məmmədov) 13 sentyabr 2022-ci il tarixli, 2-1(105)-550/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 29 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 15. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı (xidməti uyğunsuzluğa görə) maddəsi ilə o hərbi qulluqçular ehtiyata buraxılır ki, kobud intizam pozuntularına yol versin, ardıcıl olaraq bir neçə intizam cəzası alsın, verilmiş intizam cəzalarından nəticə çıxarmasın. DSX özü müraciət etmiş olsa belə həmin maddə ilə onu ehtiyata buraxmamalı idi. 16. “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan t ərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Deməli, məhkəmə onun Dövlət Sərhəd Xidməti tərəfindən bərabərlik hüququnun pozulub-pozulmamasını ümumiyyətlə araşdırmamışdır. Bununla bağlı sorğu verilsəydi məlum olacaqdı ki, iddiaçının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə əsasən müraciətinə DSX müsbət cavab verib onu həmin maddə ilə ehtiyata buraxmasa da onunla eyni statusa malik hərbi qulluqçular həmin qurumdan sözügedən maddə ilə ehtiyata buraxılıblar. 17. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 162-ci maddəsinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Gözlənilən buraxılma ilə bağlı söhbətlər aşağıdakı qaydada aparılır: - polkovnik-leytenant da daxil olmaqla ona qədər olan hərbi qulluqçularla; - hərbi hissədə - bilavasitə rəis və hərbi hissə komandiri tərəfindən.
18. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır.
19. İddiaçı yalnız bir dəfə fərdi söhbət aparılmış, fərdi söhbət zamanı ehtiyata buraxılmaq istəyinin yeganə səbəbinin əvvəlki xidmət yerinə qayıtmaqla bağlı olduğunu qeyd etmişdir.
20. Dövlət Sərhəd Xidmətinin iş materiallarına əlavə etdiyi şəxsi işindən də göründüyü ki, həmin sənədlərin içində söhbət vərəqəsi yoxdur. Məhkəmə ehtiyata buraxılmaq üçün zəruri olan bu şərti nəzərə almamışdır.
21. Şikayət əsaslandırılarkən əlavə olaraq “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41, 42, 43-cü maddələrinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156, 163-cü bəndlərinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 23. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunu: Maddə
40. Həqiqi hərbi x idmətdən buraxılma 40.1. Müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. 40.2. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu Qanunun 41.0.3-cü, 41.0.5-ci, 41.0.8-ci, 42.0.2-ci və 42.0.3-cü maddələrində, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları isə həmçinin bu Qanunun 41.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılırlar. 40.3. Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətke çmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Maddə
41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X3”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası” 2.10. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə uyğun olaraq bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: (...) 2.10.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar (...) 3.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinə, Azərbaycan Respublikasının Strateji X5 Agentliyinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna həqiqi hərbi xidmətə fərdi qaydada könüllü daxil olmaq istəyən həqiqi hərbi xidmət hərbi qulluqçularının, hərbi vəzifəlilərin və hərbi qeydiyyatda olmayan qadınların, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin seçilməsini, sənədlərin toplanılmasını və şəxsi işlərin tərtib edilməsini həmin dövlət orqanlarının kadr aparatları həyata keçirirlər. 3.23. Hərbi qulluqçular “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci və 42-ci maddələrinə əsasən ehtiyata və ya istefaya buraxıldıqda, həmçinin həlak olması, ölməsi, itkin düşməsi və məhkəmənin qərarı ilə ölmüş elan edilməsi ilə əlaqədar şəxsi heyətin siyahısından çıxarıldıqda, bağlaşma ləğv olunmuş hesab edilir..... 3.25. Bağlaşma əsasında həqiqi hərbi xidmətin müddətləri “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddə sinə əsasən aşağıdakı kimi təqvim hesabı ilə müəyyənləşdirilir: (...) 3.25.2. gizirlər və miçmanlar üçün 5 il. Bu müddət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək, hər dəfə 5 ilədək müddətə uzadılır (...) 25. “İnzibati icraat haqqında” Qanunu Maddə
64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
26. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılma sı prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə
58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəm ə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar q əbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. İddiaçının kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. İddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanu niliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə is tinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. İddiaçının şikayətinin dəlillərinə əsasən onunla yalnız bir dəfə fərdi söhbət aparılmış, fərdi söhbət zamanı ehtiyata buraxılmaq istəyinin yeganə səbəbinin əvvəlki xidmət yerinə qayıtmaqla bağlı olduğunu qeyd etmişdir. Dövlət Sərhəd Xidmətinin iş materiallarına əlavə etdiyi şəxsi işindən də göründüyü ki, həmin sənədlərin içində söhbət vərəqəsi yoxdur. Məhkəmə ehtiyat a buraxılmaq üçün zəruri olan bu şərti nəzərə almamışdır.
33. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
34. İddiaçı gizir İddiaçı ərizəsi nəzərə alınaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin müavini, X4 xx.xx.2021-ci il tarixli, 682 ş/h nömrəli əmrinə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır.
35. İddiaçı həmin əmrin dəyişdirilərək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.10-cu maddəsinə istinad edərək hərbi qulluqçu ilə bağlaşma ləğv edilməsi əsası ilə ehtiyata buraxılmasını xahiş etmişdir.
36. İddiaçı tərəfindən 7 sentyabr 2021-ci il tarixdə yaz ılmış raportdan görünür ki, o, 82 mm-lik minaatan divizion komandiri Müşfiq Quliyevə müraciət edərək, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən DSX-dən ehtiyata buraxılmağı üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırmağı xahiş etmiş, sağlamlıq vəziyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar həkim komissiyasında şəhadətləndirilməyə, müalicə və müayinəyə ehtiyacı olmadığını bildirmişdir. Onun Silahlı Qüvvələrdən qısa müddətdə ehtiyata buraxıldığı təqdirdə sənədlərinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə göndərilməsini xahiş etmişdir.
37. İddiaçı ilə aparılmış 7 sentyabr 2021-ci il tarixli söhbət haqqında arayışda qeyd edilənlərə əsasən söhbət zamanı onun xidməti fəaliyyəti ətraflı tə hlil edilmiş, şikayət və təklifləri dinlənilmişdir. İddiaçı hərbi xidmətini davam etmək arzusunda olmadığını və tərxis olunmaq istəyinin təmin olunmasını israrla xahiş etmişdir. Həmçinin iddiaçı ordu sıralarından tərxis olunacağı təqdirdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən, yəni xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılacağı bildirilmiş və qeyd olunanlarla razılaşaraq arayışı imzalamışdır.
38. Göründüyü kimi iddiaçının kassasiya şikayətində qeyd etdikləri iş materialları ilə təsdiq edilmir və həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvi üçün əsas ola bilməz.
39. Beləliklə iddiaçının mübahisələndirdiyi əmr onun özü tərəfindən yazılmış raport əsasında qəbul edilmiş və cavabdeh həmin əmri verərkən hər h ansı qanun pozuntusuna yol verməmişdir. Mübahisələndirilən əmr hazırkı qərarın 23-25-ci bəndlərində istinad edilən qanunvericilik normalarının tələbləri baxımından qanunidir.
40. Odur ki, apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli, 2-1(105)-550/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.