Məhkəmə qərarları › İş №2-1(102)-970/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-970/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-970/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının X3 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: yalnız qara mühasibatlıq sənədləri əsasında verginin hesablanmasının yolverilməzliyi; inzibati icraatın düzgün aparılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin nümayəndəsi X1 və vəkili Vəkil2 iştirakı ilə İddiaçı X2 cav abdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-599/2021 saylı, 16 fevral 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Cavabdehin 01.02.2019-cu il tarixli **********175634 saylı qərarı ilə iddiaçı müəssisə barəsində səyyar vergi yoxlaması aparılmış, yoxlamanın nəticəsi 12.12.2019-cu il tarixli **********176569 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir.

2. Cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyin in pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 17.12.2019-cu il tarixli **********194822 №-li qərarla iddiaçıya 1.388.856,50 (2018-ci il üzrə azaldılmış ƏDV 1.096.154,68 manat; 2018-ci il üzrə azaldılmış sadələşdirilmiş vergi 25.485,88 manat; 2018-ci il üzrə büdcəyə ödənilməli olan ƏDV (qeydiyyatsız) 267.215,94 manat) məbləğində əlavə vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 694.508,25 manat maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş 17.12.2019-cu il tarixli, **********194822 №li “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulm asına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh vergi orqanı iddiaçı tərəfindən təqdim edilmiş ilkin mühasibatlıq sənədlərində, eləcə də təqdim edilmiş vergi bəyannamələrində hər hansı vergidən yayınma faktı aşkar edə bilmədiyindən, yoxlamanı "məcburi olaraq" VCİAD-ın əməkdaşları tərəfindən yoxlamadan əvvəlki tarixdə qeyri-qanuni olaraq götürülmüş ciddi hesabat blankı və ilkin mühasibat sənədi sayılmayan, mənbəyi bəlli olmayan "qara mühasibatlıq" sənədləri əsasında aparmış və həmin sənədlərə əsasən iddiaçıya əlavə vergiyə cəlb edilən dövriyyə müəyyən etmişdir. Halbuki, cavabdehin hesablama zamanı istinad və sübut qismində istifadə etdiyi "qara mühasibatlıq" sənədləri iddiaçının f aktiki olaraq həyata keçirdiyi əməliyyatlarını, vergitutulan dövriyyəsini, gəlir və xərclərini əks etdirən və öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən sənəd hesab edilə bilməz. Buna baxmayaraq, cavabdeh inzibati orqan həmin təsdiqedici sənədlərdə hər hansı vergidən yayınma halı aşkar edə bilmədiyindən, hesablama zamanı mənbə qismində qanunvericiliyin tələblərinə cavab verməyən, mənbəyi bəlli olmayan, hər hansı rəsmi xarakter daşımayan, mötəbərliyi şübhə doğuran və ən əsası ciddi hesabat blankı sayılmayan sənədlərə istinad edərək əlavə vergi məbləği hesablamışdır ki, bu da onun qanunla qorunan hüquq və maraqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Bundan başqa, cavabdeh vergi orqanı səyyar vergi yoxlam ası zamanı Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərini də pozmuşdur. Beləliklə, cavabdeh vergi orqanı onun istehsal həcmi və vergiyə cəlb edilən dövriyyəsi ilə bağlı obyektiv qiymətləndirmə apara bilməmiş, real olmayan bir nəticəyə gəlmişdir.

5. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, yoxlamada vergilərin hesablanması üçün istifadə olunmuş, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin (hazırkı Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi) əməkdaşları tərəfindən sahibkardan götürülmüş, 2018-ci ildə aparılmış əməliyyatları əks etdirən “qara mühasibatlıq” sənədlərində sahibkarın yoxlanılan dövrdə real istehsal və satış həcminin ilkin mühasibat sənədlərində əks etdirilmiş analoji göstəricilərindən dəfəl ərlə artıq olduğu müəyyən edilmişdir. Beləliklə, yoxlama nəticəsində sahibkarın 01.04.2018 - 01.01.2019-cu il dövrü üzrə ƏDV-yə 18% dərəcə ilə cəlb edilən ümumi dövriyyəsinin 6.681.659,0 manat olduğu müəyyən edilmiş, ondan 1.202.698,62 manat ƏDV hesablanmış, əvəzləşdirilən ƏDV isə 78.583,80 manat müəyyən edilməklə, büdcəyə ödənilməli 1.124.114,82 manat ƏDV hesablanmışdır. Göründüyü kimi, yoxlama ilə sahibkar tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində (kameral hesablamalar nəzərə alınmaqla) büdcəyə ödənilməli ƏDV-nin 1.096.154,68 manat azaldılması müəyyən edilmişdir. Yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən 2017-ci ilin İ - İV rübləri və 2018-ci ilin İ rübü üzrə sadələşdirilmiş vergi bəyannamələri təqdim edilmiş, vergiyə cəlb edilən ümumi hasilat 223.860,8 manat məbləğində göstəri lmiş və həmin hasilatdan Vergi Məcəlləsinin 220.1-ci maddəsi ilə Bakı şəhərində fəaliyyət göstərən vergi ödəyiciləri üçün nəzərdə tutulmuş 4% dərəcə ilə 8.954,43 manat məbləğində sadələşdirilmiş vergi hesablanmışdır. Yoxlama ilə sahibkarın yoxlanılan dövr üzrə 01.01.2017-ci il tarixdən 01.02.2018-cı il tarixədək sadələşdirilmiş verginin ödəyicisi olduğu, 01.02.2018-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata durmağa və həmin tarixdən ƏDV-nin hesablanmasına dair öhdəliyinin yaranması müəyyən edilmişdir. Yoxlama aktına əlavə olunmuş hesablama cədvəlindən və yuxarıda göstərilənlərdən göründüyü kimi, yoxlanılan dövrdə sahibkarın 2017-ci ilin 1-ci rübündən 2018-ci ilin 1-ci rübünədək (yalnız yanvar ayı) olan dövr üzrə sadələşdirilmiş verginin ödəyicisi olması, bu vergi növü məqsədləri üçün üm umi hasilatın 861.007,8 manat olduğu müəyyən edilmiş və ondan Vergi Məcəlləsinin 220.1-ci maddəsinə əsasən 4% dərəcə ilə 34.440,31 manat məbləğində vergi hesablanmışdır. Aktdan və əlavə olunmuş cədvəllərdən göründüyü kimi, yoxlama nəticəsində sahibkar tərəfindən 2017-ci il üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində kənarlaşma aşkar edilməmiş, 2018-ci ilin İ rübü üzrə təqdim edilmiş bəyannamədə sadələşdirilmiş verginin 25.485,88 manat azaldılması müəyyən edilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2400/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakim: N.Abıyev) iddia tələbi təmin edilmişdir.

7. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/2785 №li 08.09.2020-ci il tarixli ekspert rəy i ilə razılaşaraq hesab etmişdir ki, iddiaçı vergitutma məqsədləri üçün gəlir və xərclərinin uçotunu qanunla müəyyən edilmiş qaydada (elektron qaimə faktura, elektron vergi hesab faktura, bank çıxarışları və digər sənədlər ilə) rəsmiləşdirmiş və onun tərəfindən təqdim edilmiş vergi bəyannamələri ilə ilkin mühasibatlıq sənədləri arasında hər hansı kənarlaşma aşkar edilməmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2400/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, şikayətdə qərarın və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-599/2021 saylı, 16 fevral 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: V.Ağayev, hakimlər: A.Nuriyeva və A.Hüseyn) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)2400/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, iddianın təmin edilməsi və sonradan qərarın dəyişdirilmədən qüvvədə saxlanılması üçün mötəbər sübut hesab olunan ekspert rəyi i şin faktiki hallarını tam əhatə etmədiyindən, başqa sözlə desək, iddiaçıya hesablanmış vergilərin əsasını təşkil edən mənbəyi bəlli olan əlaqəli məlumatlar, yəni “qara mühasibatlıq” sənədləri tədqiq edilmədən qəbul edildiyindən iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, səyyar vergi yoxlamasının nəticələri əsasında iddiaçıya hesablanmış vergilər vergi ödəyicisində keçirilmiş operativ nəzarət tədbiri zamanı əldə edilmiş “qara mühasibatlıq” sənədləri əsasında hesablanmışdır. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi) “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 08.01.2019-cu il tarixli **********6029 n ömrəli qərarı əsasında iddiaçının fəaliyyətinə dair alqı-satqını təsdiq edən sənədlər, nümunə kimi polad material və armatur götürülmüşdür. Qeyd olunan hərəkətlər sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında 08.01.2019-cu il tarixli protokolla rəsmiləşdirilmişdir. Həmin protokol iddiaçı tərəfindən şəxsən imzalanmış və möhürlə təsdiq edilmişdir. Başqa sözlə, qeyd olunan sənədlərin mənbəyi bəllidir və bu sənədlərin mənbəyi qismində bilavasitə iddiaçının özü çıxış edir. Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumat əlaqəli məlumat hesab olunur və onlardan vergilərin hesablanmasında bilavasitə istifadə oluna bilər.

13. Ekspertiza iddiaçı tərəfindən təqdim olunmuş sənədlər, bəyannamə məlumatları əsasında aparıld ığından həmin ekspertiza ilə iddiaçının real-faktiki dövriyyəsi müəyyən edilməmişdir. Məhz iddiaçı tərəfindən vergi tutulan əməliyyatların əksər hissəsi ilkin mühasibatlıq sənədləri ilə rəsmiləşmədiyindən və həmin əməliyyatlar iddiaçıdan götürülmüş “qara mühasibatlıq” sənədlərində öz əksini tapdığından həmin sənədlər də nəzərə alınmaqla iddiaçının həqiqi vergi tutulan dövriyyəsi müəyyən edilməli idi. Eyni zamanda, iddiaçının vergi tutulan əməliyyatlarının ilkin mühasibatlıq sənədləri ilə məqsədli olaraq rəsmiləşdirilməməsi, onu həmin əməliyyatlara görə vergi ödəmək vəzifəsindən azad edə bilməz. İddiaçının vergi tutulan əməliyyatlarını ilkin mühasibatlıq sənədlərində rəsmiləşdirməyərək, həmin əməliyyatları “qara mühasibatlıq” sənədlərində əks etdirməsi özü- özlüyündə iddiaçının vergi öhdəli klərini yerinə yetirməkdən məqsədli yayındığını sübut edən faktdır. Mübahisələndirilən qərar üzrə hesablanmış vergilər “qara mühasibatlıq” sənədləri əsasında hesablandığından həmin sənədlərin tədqiqi həyata keçirilmədən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi ümumiyyətlə iş üzrə heç bir mötəbər sübut əhəmiyyəti daşıya bilməz.

14. İddiaçı tərəfindən 1.121.640,56 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində ********* nömrəli cinayət işi başlanmış, cinayət işinin istintaqı zamanı əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 29.07.2020-ci il tarixli 9/2324 saylı ekspert rəyi ilə adı çəkilən “qara mühasibatlıq” sənədlərinin mövcudluğu və iddiaçının real dövriyyəsini əks etdirməsi təs diq olunmuş və hesablanmış vergilərin düzgünlüyü müəyyən olunmuşdur. Cinayət işinin istintaqı zamanı əldə edilmiş 29.07.2020-ci il tarixli 9/2324 saylı ekspert rəyi işin faktiki hallarını tam əhatə etdiyindən iş üzrə mötəbər sübutdur və məhkəmə tərəfindən sübutların qiymətləndirilməsi zamanı yuxarıda qeyd edilən faktlar nəzərə alınmamışdır. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza üzrə verilmiş 08.09.2020-ci il tarixli 9/2785 nömrəli ekspert rəyi isə iddiaçı tərəfindən vergi tutulan əməliyyatların sadəcə bəyan edilən bir hissəsini əhatə etdiyindən tam olmayan sübut olmaqla iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Beləliklə, inzibati işin materialları arasında eyni ekspert təşkilatının vergilərin hesablanması ilə bağlı bir-birindən kəskin fərqlənən iki ekspert rəyi vardır.Bunda n əlavə, iş materiallarına əlavə edilmiş “qara mühasibatlıq” sənədlərində əməliyyatların həyata keçirildiyi tarixlər, təqdim edilmiş malların növü, həcmi, dəyəri və alıcıların adları öz əksini tapmışdır. Məhz, bu məlumatlar əsasında yoxlama ilə iddiaçının qəsdən uçot aparmamaqla vergidən yayındırdığı dövriyyə müəyyən edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə yazılı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində onun iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti və zifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inz ibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Madd ə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəm ə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

23. Belə ki, hazırkı iş üzrə yoxlanılan dövrdə iddiaçının real istehsal və satış həcmi ilkin mühasibat sənədlərində əks etdirilmiş göstəricilərdən fərqlənməmişdir və bu hal işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən təyin edilən ekspertiza nəticəsində verilmiş 9/2785 №li 08.09.2020ci il tarixli ekspert rəyində də qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş sənədlər (bank çıxarışı, ƏDV depozit hesabından çıxarış, alınmış və satılmış mallar üzrə elektron qaimə fakturalar, elektron vergi hesab fakturaları, bəyannam ələr) nəzərə alınmaqla səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fiziki şəxs X3 tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergilərin az hesablanması müəyyən olunmamışdır.

24. Cavabdehin iddiaçı barəsində aparılmış səyyar vergi yoxlaması nəticəsində hesablanan vergilərin əsasını Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları tərəfindən sahibkardan götürülmüş 2018-ci ildə aparılmış əməliyyatları əks etdirən “qara mühasibatlıq” sənədləri təşkil edir.

25. Kassasiya şikayətinin də əsas dəlili odur ki, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları tərəfindən sahibkardan götürülmüş, 2018-ci ildə aparılmış əməliyyatları əks etdirən “qara mühasibatlıq” sənədlərində sah ibkarın yoxlanılan dövrdə real istehsal və satış həcminin ilkin mühasibat sənədlərində əks etdirilmiş analoji göstəricilərindən dəfələrlə artıq olduğu müəyyən edilmiş, iş üzrə ekspert rəyi yalnız ilkin mühasibatlıq sənədləri əsasında aparılmış, “qara mühasibatlıq” sənədləri nəzərə alınmamış, işə baxan aşağı instansiya məhkəmələri də “qara mühasibatlıq” sənədləri əsasında iddiaçının real dövriyyəsinin müəyyən edilməsi istiqamətində hər hansı araşdırma aparmamışlar.

26. Bu dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh iddiaçının “qara mühasibatlıq” sənədləri əsasında dövriyyəsinin bəyan ediləndən daha artıq olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi sənədlərin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir.

27. Belə ki, inzibati qanunvericiliyin tələbi baxımından vergi orqanının inzibati icraat zamanı (bu halda səyyar vergi yoxlamasının aparılması və müvafiq qərar qəbul edilməsi zamanı) işin hallarını obyektiv araşdırmaq hüququ vardır (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“İnzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi).

28. Cavabdeh tərəfindən götürülmüş və iş materiallarına əlavə edilmiş, cavabdehin “qara mühasibatlıq” sənədləri adlandırdığı materiallara nəzər yetirdikdə müəyyən olunur ki (İİ cild: iş v. 27-101) həmin sənədlərdə iddiaçı müəssisənin rəhbərinə və ya digər səlahiyyətli şəxsinə aid imza, müəssisənin möhürü yoxdur. Həmçinin, həmin sənədlərdə malın təqdim edildiyi şəxsə dair də hər hansı rekvizitlər mövcud deyildir. Bundan əlavə, həmin sənədlərdə müəyyən rəqəmlər sad alanmış, həmin rəqəmlərlə riyazi əməliyyatlar aparılmışdır, lakin qeyd olunan məlumatlar konkret dövr üzrə real istehsal həcmini müəyyən etməyə imkan vermir. Belə ki, həmin məlumatlardan iddiaçının həqiqətən hər hansı əməliyyat aparmasını (məs.:alqı-satqı, təhvil-təslim, xidmət göstərilməsi və s.) müəyyən etmək qeyri-mümkündür. Həmçinin, cavabdeh tərəfindən səyyar vergi yoxlaması zamanı ekspert və mütəxəssis dəvət edilsə də, sonradan onların yardımından istifadə edilməmişdir (halbuki, bu əsasla yoxlama 9 dəfə dayandırılmışdır). Belə olan halda, iddiaçının dövriyyəsinin necə hesablanması (kifayət qədər böyük məbləğdən söhbət gedir - ƏDV üzrə 6.681.659 manat, sadələşdirilmiş vergi üzrə 861.007,8 manat) ilə bağlı sual ortaya çıxır. İş materiallarında isə iddiaçının real dövriyyəsinin hesablan ması qaydasına (konkret sübutlara istinad etməklə) dair hər hansı məlumat yoxdur. Həmçinin, “qara mühasibatlıq” sənədləri əsasında cavabdeh tərəfindən hesablama aparılarkən iddiaçının özünün bəyan etdiyi məbləğlərin nəzərə alınması, başqa sözlə, eyni əməliyyatın iki dəfə nəzərə alınıb - alınmaması məsələsinə də aydınlıq gətirilməmişdir. Səyyar vergi yoxlamasındakı qeyd olunan məlumatları da təhlil etdikdə görünür ki, yoxlama aktında cavabdeh “01.04.2018 - 01.01.2019-cu il dövrü üzrə ƏDV-yə 18% dərəcə ilə cəlb edilən dövriyyənin 6.681.659 manat olduğu müəyyən edilmişdir”, “sadələşdirilmiş vergi məqsədləri üçün ümumi hasilatın 861.007,8 manat olduğu müəyyən edilmiş” kimi ifadələr yazmaqla kifayətlənmiş, hesablamanın riyazi əsası konkret mötəbər sübutlara istinadla göstərməmişdir.

29. Cavabde h inzibati orqan kimi yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməməli, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmalı (məs.: alıcıları müəyyən etməli, izahat almalı, operativ vergi nəzarəti imkanlarından istifadə etməli və s.), başqa sözlə, iddiaçının real istehsal dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar təqdim etməli idi.

30. Lakin, cavabdeh inzibati orqan bunu etməyərək, sadə riyazi hesablamaları özündə əks etdirən “kağızlara” istinad etməklə, əlavə araşdırma aparmadan, ekspert və mütəxəssisdən istifadə etmədən, apardığı hesablamanı əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati aktın qəbul edilməsinin zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərar qəbul etmişdir.

31. Məhkəm ə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-599/2021 saylı, 16 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar