Məhkəmə qərarları › İş №2-1(102)-970/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-970/2022

26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-970/2022 26.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “X7 Sağlamlıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İ ddiaçı “X7 Sağlamlıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2021-ci il tarixli, 2-1(103)-18/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Beynəlxal q Uşaq Sağlamlıq Mərkəzi adı ilə 19 avqust 1997-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır və hal-hazırda “X7 Sağlamlıq Mərkəzi” MMC İddiaçı Beynəlxalq Uşaq Sağlamlıq Mərkəzinin hüquqi varisidir. 2. ünvan 4iyyəti başçısının 23 mart 1998-ci il tarixli, 85 saylı sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən X3 İddiaçı Beynəlxalq Uşaq Sağlamlıq Mərkəzinin istifadəsinə verilmişdir. 3. ünvan 4iyyəti başçısının 15 dekabr 1998-ci il tarixli, 451 saylı sərəncamına əsasən ünvan 4iyyəti başçısının 23 mart 1998-ci il tarixli, 85 saylı sərəncamına dəyişiklik edilərək ünvan 1 ünvanında yerləşən X2 İddiaçı Beynəlxalq Uşaq Sağlamlıq Mərkəzinin balansına verilməsi qərara alınmışdır.

4. Bakı şəhər İcra Hakimiyyəti başçısı X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1998-ci ilin noyabr ayında ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair iddiaçının adına texniki pasport tərtib edilmişdir.

5. Bakı şəhəri İcraiyyə Komitəsi Texniki İnventarizasiya Bürosu tərəfindən 21 dekabr 1998-ci il tarixdə ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair iddiaçının adına sxem tərtib edilmişdir.

6. İddiaçı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 9 iyul 2018-ci il tarixli, **********73 nömrəli məktubu ilə iddiaçının müraciətindən imtina etmiş və bildirmişdir ki, poçt vasitəsilə daxil olmuş sənədlər surətdir, həmçinin sözügedən qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmi ş, torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı 7 sentyabr 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının 23 mart 1998-ci il tarixli, 85 saylı sərəncamına əsasən ünvan 2 ünvanında yerləşən X3 İddiaçı Beynəlxalq Uşaq Sağlamlıq Mərkəzinin istifadəsinə verilmişdir. İddiaçı Beynəlxalq Uşaq Sağlamlıq Mərkəzinin istifadəsində olan əmlak kompleksində Bakı şəhər İcra Hakimiyyəti başçısı X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən inventarlaşdırma işləri aparılmış və 1998-ci ilin noyabr ayında həmin obyektin texniki pasportu tərtib edilərək iddiaçıya təqdim edilmişdir. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 20 noyabr 1998-ci il tarixli xx/xx-2441 saylı məktubunu və “X7 Sağlamlıq Mərkəzi”nin müraciətini nəzərə alaraq, 15 dekabr 1998-ci il tarixli, 451 saylı sərəncamı ilə 23 mart 1998-ci il tarixli, 85 saylı sərəncamında dəyişiklik edərək, ünvan 1 ünvanında yerləşən X2 İddiaçı Beynəlxalq Uşaq Sağlamlıq M ərkəzinin balansına verilməsini qərara almışdır. İddiaçı Beynəlxalq Uşaq Sağlamlıq Mərkəzinin bazasında “X7 Sağlamlıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yarandığına görə hüquqi varis kimi əmlak kompleksi iddiaçının balansına keçmişdir. İddiaçı ünvan 1 ünvanında yerləşən əmlak kompleksi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi məqsədi ilə bütün lazımi sənədləri ərizəsinə əlavə etməklə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müxtəlif bəhanələr gətirərək həmin əmlak kompleksi üzərində iddiaçının mülkiyyət hüququnun daşı nmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir.

9. Cavabdehin etirazında göstərilmişdir ki, sözügedən qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. Həmçinin torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya cavab məktubu ünvanlanmışdır. Əlavə aparılan yoxlamaölçü işləri zamanı torpaq sahəsinin bir neçə tərəfdən sərhədlərinin şərti olması məlum olmuşdur. Bundan əlavə arxiv texniki pasportunda göstərilən tikililərdə və onun ətrafında, torpaq sahəsinin bir neçə tərəfində məcburi köçkün ailələri məskunlaşdığından və onlar tərəfindən ərazidə əlavə tikililər inşa ed ildiyindən sanatoriya binasının torpaq sahəsinə yerli baxış keçirmək mümkün olmamışdır. 10. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2-1(82)3974/2018 nömrəli qərarı (hakim Ç.A.Bəşirov) ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi üzərində “X7 Sağlamlıq Mərkəzi” MMC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının ərizəsinə konkret hansı sənədlərin əlavə edilmədiyini və çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmadığını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin Bakı şəhəri Xət ai rayon İcra Hakimiyyətinin başçısının 23 mart 1998-ci il tarixli, 85 saylı və 15 dekabr 1998-ci il tarixli, 451 saylı sərəncamları ilə iddiaçıya ayrıldığı, Bakı şəhər İcra Hakimiyyəti başçısı X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən invertarlaşdırma işləri aparılaraq 1998-ci ilin noyabr ayında həmin obyektin texniki pasportu tərtib edilərək iddiaçıya təqdim edilməsi, habelə həmin sənədlərin ləğv edilməməsi öz təsdiqini tapmışdır. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən ünvan 1 ünvanında yerləşən X2 İddiaçı Beynəlxalq Uşaq Sağlamlıq Mərkəzinin balansına verilməsini məhkəmə həmin əmlak kompleksinin iddiaçının mülkiyyətinə verilməsi kimi qiymətləndirmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi etirazda həmin əmlakda bir neçə məcburi köçkün ailəsinin yaşadığına gö rə iddiaçının ərizəsinin təmin edilməməsi qanunsuz və əsassızdır. Belə ki, iddiaçıya ayrılmış daşınmaz əmlakın hər hansı şəxs tərəfindən zəbt edilməsi “X7 Sağlamlıq Mərkəzi” MMCnin mülkiyyət hüququnun məhdudlaşdırılmasına əsas ola bilməz.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 aprel 2019-cu il tarixli, 2-1(103)-794/2019-cu il nömrəli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X6 Qeydiyyat İdarəsi və Xətai rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyul 2019-cu il tarixli, 2- 1(103)-794/2019 nömrəli qərardadı ilə hazırkı iş üzrə icraat iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı sərəncamların ləğv edilməsi tələbinə dair iddia ərizəsinə baxılıb qurtarılanadək dayandırılmışdır. 15. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8 noyabr 2019-cu il tarixli, 2-1(82)2875/2019 nömrəli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı 23 mart 1998-ci il tarixli 85 nömrəli və 15 deka br 1998-ci il tarixli 451 nömrəli sərəncamlarının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır.

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 dekabr 2019-cu il tarixli, 2-1(103)-3068/2019 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8 noyabr 2019-cu il tarixli, 2-1(82)-2875/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2-1(102)700/2020 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 dekabr 2019-cu il tarixli, 2-1(103)3068/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2021-ci il tarixli qərardadı ilə hazırkı iş üz rə icraat təzələnmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2021-ci il tarixli, 2-1(103)-18/2021 nömrəli qərarı (hakimlər: H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, E.E.Nağıyeva və C.A.Yusifov) ilə apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2-1(82)-3974/2018 nömrəli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 85 nömrəli və xx.xx.1998-ci il tarixli 451 nömrəli sərəncamlarına əsasən dövlət mülkiyyətində olan “X4”nın mövcud qanunvericiliyin tələbləri pozulmaqla “X7 Sağlamlıq Mərkəzi” MMC-nin balansına verildiyindən, daha sonradan Azərbaycan Respublikası Prezidentinin 9 de kabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə yaradılmış dövlət əmlakının Registrinə həmin obyekt barədə heç bir dövlət müəssisəsi tərəfindən sənəd təqdim edilməmişdir. Eyni zamanda, “X5” barədə məlumatların dövlət əmlakının Registrində qeydiyyata alınmamasına baxmayaraq, dövlət mülkiyyətində olan “X4”nın qeyri-dövlət müəssisəsi olan "X7 Sağlamlıq Mərkəzi” MMC-nin mülkiyyətinə verilməsi Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olduğu üçün həmin əmlak barədə yuxarıda qeyd edilən sərəncamlar mövcud qanunvericiliyin pozulması halı kimi qiymətləndirilmiş və qeyri-qanuni hesab edilmişdir.

21. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı hesab edir ki, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və reyestrdən çıxarışın verilməsindən cavabdehin qanunsuz imtinası nəticəsində mülkiyyət hüquqlarının həyata keçirilməsi məhdudlaşdırılmışdır. Cavabdeh tərəfindən iddiaçının ərizəsinə konkret hansı sənədlərin əlavə edilmədiyini və çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmadığını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, cavabdeh iddiaçının ərizəsinə həqiqətən də hər hansı sənədlərin əlavə edilmədiyini aşkar etdiyi təqdirdə o, həmin ərizədə göstərilmiş telefonla əlaqə saxlamaqla və yaxud iddiaçının ünvanına bildi riş göndərməklə həmin sənədlərin təqdim edilməsini ona təklif edə bilərdi. Bundan başqa, məhkəmə araşdırması zamanı ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin ünvan 4iyyəti başçısının 23 mart 1998-ci il tarixli, 85 saylı və 15 dekabr 1998-ci il tarixli, 451 saylı sərəncamları ilə iddiaçıya ayrıldığı, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən inventarlaşdırma işləri aparılaraq 1998-ci ilin noyabr ayında həmin obyektin texniki pasportu tərtib edilərək iddiaçıya təqdim edilməsi, habelə həmin sənədlərin ləğv edilməməsi öz təsdiqini tapmışdır. Eyni zamanda cavabdehin məhkəməyə təqdim etdiyi etirazda həmin əmlakda bir neçə məcburi köçkün ailəsinin yaşadığına görə iddiaçının ərizəsinin təmin edilməməsi qanunsuz və əsa ssızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

23. Üçüncü şəxs kassasiya şikayətinə dair etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin iddianı rədd etməklə qanuni və əsaslı qərar qəbul etdiyini bildirmiş və məhkəmənin 15 noyabr 2021-ci il tarixli, 2-1(103)-18/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna ə sasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda....

25. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məh kəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmamışdır.

29. İş materialları ilə müəyyən e dilmişdir ki, mübahisəli daşınmaz əmlak ünvan 4iyyəti başçısının 23 mart 1998-ci il tarixli, 85 saylı və 15 dekabr 1998-ci il tarixli, 451 saylı sərəncamları əsasında iddiaçıya verilmişdir.

30. İddiaçının şikayətinin dəlillərinə görə mübahisəli daşınmaz əmlakın yuxarıda qeyd edilən sərəncamlar əsasında iddiaçıya ayrıldığı, Bakı şəhər İcra Hakimiyyəti başçısı X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən inventarlaşdırma işləri aparılaraq 1998-ci ilin noyabr ayında həmin obyektin texniki pasportu tərtib edilərək iddiaçıya təqdim edilməsi, habelə həmin sənədlərin ləğv edilməməsi öz təsdiqini tapmış, cavabdeh inzibati orqan iddiaçının ərizəsinə konkret hansı sənədlərin əlavə edilmədiyini və həmin əmlakda bir neçə məcburi köçkün ailəsinin yaşadığına görə iddiaçının ərizəsinin təmi n edilməməsini göstərməklə iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsi məhdudlaşdırılmışdır.

31. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

32. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilən hallarından məlum olur ki, mübahisəli daşınmaz əmlak ünvan 4iyyətinin müvafiq sərəncamları ilə iddiaçının balansına verilməmişdən öncə dövlət əmlakı olmuşdur.

33. Mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə (1993-2000-ci illərdə) qüvvədə olmuş “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən dövlət mülkiyyətinin özəlləşdirilməsi həmin mülkiyyətin bu Qanunda müəyyən edilən qaydada xüsusi mülkiyyətə verilməsini nəzərdə tutur.

34. Həmin Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsini Azərbaycan Respublikası Prezidentinə tabe olan dövlət əmlakını idarə edən orqan həyata keçirir.

35. Azərbaycan Respublikası Prezidentinin 12 fevral 1996-cı il tarixli, 438 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi haqqında” Əsasnamənin birinci bəndinə əsasən Dövlət Əmlak Komitəsi Azərbaycan Respublikasında dövlət əmlakını idarəetməyə vəkil edilmiş orqandır.

36. Əsasnamənin birinci bəndinin ikinci abzasına əsasən Dövlət Əmlak Komitəsi respublika ərazisində və onun hüdudlarından kənarda yerləşən, Azərbaycan Respublika məxsus olan əmlak barəsində sərəncam vermək səlahiyyətini həyata keçirir.

37. Həmin Əsasnamənin üçüncü bəndinin beşinci abzasına əsasən müəyyən olunmuş qaydada dövlət mülkiyyətində o lan obyektlərin balansdan balansa verilməsi barədə rəy bildirmək Komitənin hüququdur.

38. Göründüyü kimi, hazırkı iş üzrə mübahisəli daşınmaz əmlakın iddiaçının balansına ayrılması ilə bağlı Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinin səlahiyyəti olmamış, dövlət əmlakı mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əməl edilmədən iddiaçıya ayrılmışdır. Halbuki, qeyd edilən dövlət əmlakı yalnız dövlət mülkiyyətinin özəlləşdirilməsini tənzimləyən qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada özgəninkiləşdirilə bilərdi.

39. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən ünvan 4iyyəti başçısının 23 mart 1998-ci il tarixli, 85 saylı və 15 dekabr 1998-ci il tarixli, 451 saylı sərəncamları qüvvədə olsalar da, həmin sərəncamlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş (qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar) hüquqmüəyyənedici sənədlər qismində çıxış edə bilməz.

40. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2021-ci il tarixli, 21(103)-18/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar