Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-970/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə aktına əsasən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax şəhəri H.Əliyev prospekti 39 ünvanında yerləşən 0,04848 ha t orpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmasına dair öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(107)433/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Yevlax Bələdiyyəsinin 13 fevral 2009-cu il tarixli 06 nömrəli qərarı ilə Yevlax Bələdiyyəsinin torpaqlarına aid olan Yevlax şəhəri H.Əliyev prospektində yerləşən 484,8 kv.m torpaq sahəsi sahibkarlıq məqsədi üçün "xxxx" MMC-nin mülkiyyətinə verilmişdir.
2. Torpaqların alqı-satqısına dair xx.xx.2009-cu il tarixli akt tərtib edilmiş, torpaq sahəsinin dəyəri bələdiyyənin bank hesabın a ödənmişdir.
3. DTXK-nın Yevlax rayon şöbəsinin rəyinə əsasən, şöbə torpaq sahəsinin sahibkarlıq məqsədilə iddiaçıya satılmasına etiraz etməmişdir.
4. Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 24 nömrəli Sərəncamına əsasən, Yevlax Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli 06 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 484,6 kv.m torpaq sahəsində tərtib olunmuş layihə əsasında xidmət obyekti binasının (ticarət, ictimai iaşə, ofis obyektlərinin) tikintisinə razılıq verilmişdir.
5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, elektron məlumat bazasında mövcud olan Yevlax Bələdiyyəsinin xəritə materiallarında (DWJ-torpaq i slahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) və “X1 X2”ndə sözügedən torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat və digər sosial və ictimai tikinti altında olan torpaqlar, mülkiyyətçisi Yevlax Bələdiyyəsidir. İddiaçının naturada göstərdiyi torpaq sahəsi başqa şəxslərin mülkiyyətinə aid olan torpaq sahələri ilə üst-üstə düşmür. Yevlax Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı qərarı ilə iddiaçıya satılmış 484.8 kv.m torpaq sahəsi ilə naturada istifadə edilən 426.0 kv.m torpaq sahəsi üstüstə düşür.
6. Yevlax Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 380 nömrəli məktubuna əsasən, bələdiyyə mülkiyyətinə aid olan Yevlax şəhəri, H.Əliyev prospekti 39 ünvanında yerləşən, xx.xx.2009-cu il tarixli q ərarla İddiaçı mülkiyyətinə verilmiş 0,04848 ha torpaq sahəsinin hüdudlarına dair DTXK Yevlax rayon yerquruluşu planı tərtib olunmuş, normativ qiymətə görə torpağın dəyəri bələdiyyənin müvafiq hesabına ödənilmişdir. Qeyd olunan torpaq sahəsi 2009-cu ildən İddiaçı istifadəsində və sahibliyindədir. Yevlax Bələdiyyəsinin həmin torpaq sahəsinə dair heç bir iddiası yoxdur və torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun tanınmasına etiraz etmir.
7. Cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, Yevlax Bələdiyyəsi tərəfindən qəbul edilmiş 13 fevral 2009-cu il tarixli 06 nömrəli qərarı əsasında tərtib edilmiş “torpaq sahəsinin alqı-satqısına dair” aktı keçmiş DTXK-nin Yevlax rayon şöbəsində xx.xx.2009-cu il tarixində qeydə alınmışdır ki, bu da “Bələdi yyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 23 oktyabr 2007- ci il tarixli 466İİİQD saylı Qanununun, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mövcud tələblərinə ziddir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinə görə, bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
8. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən, torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15.1.1-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Yevlax şəhəri H.Əliyev prospekti 39 ünvanında yerləşən 0,04848 ha torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmasına dair öhdəliyini n cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması:
10. İddianın əsaslarına görə, Yevlax Bələdiyyəsinin 13 fevral 2009-cu il tarixli 06 nömrəli qərarı ilə İddiaçı rəsmi müraciəti (Yevlax Şəhər İcra Hakimiyyəti başçısı aparatının məktubu) nəzərə alınaraq Yevlax Bələdiyyəsinin torpaqlarına aid olan şəhərin Heydər Əliyev prospektində boş və istifadəsiz qalan ərazidən 484,8 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyəti üçün "xxxx" MMC-nin mülkiyyətinə verilmişdir.
11. Mülkiyyətə verilən 484,8 kv.m torpaq sahəsinin hüdudlarına dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Yevlax Rayon Şöbəsinin tərtib etdiyi yerquruluşu planı (cizgisi) və sahədə tikinti aparılmasının normativ qaydalara uyğunluğu barədə aidiyyəti sahələrin birgə rəsmi aktının təsdi q edilməsi, sahədə tikinti işlərinin arxitextura qaydalara uyğunluğu ŞİH başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsi ilə razılaşdırılmaqla həyata keçirilməsi, qərarın surətinin ayrılan torpaq sahəsinin dövlət qeydiyyatına alınması və kadastr planının hazırlanması üçün DTXK Yevlax Rayon Şöbəsinə, X4 Kadastr Mərkəzinə və DƏDRX-nin Yevlax Ərazi İdarəsinə göndərilməsi qərara alınmışdır.
12. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 №li Fərmanı ilə təsdiq edilmiş "Torpağın alqı-satqı qaydaları”na əlavəyə uyğun olaraq 14 fevral 2009-cu il tarixdə "Torpaqların alqı-satqısına dair" Yevlax Şəhər Bələdiyyəsi ilə "xxxx" MMC arasında akt bağlanmış və aktın bağlanması 1286 nömrə ilə qeydiyyata alınmışdır. Cavabdehin etirazları:
13. Cavabdeh etirazının əsaslarını imtina mə ktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
14. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1880/2022 nömrəli qərardadı ilə Yevlax Bələdiyyəsi üçüncü şəxs qismində icraata cəlb edilmişdir.
15. Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1880/2022 nömrəli qərarı ilə (hakim F.H.Hacızadə) iddia təmin edilməmişdir.
16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş materialları ilə öz təsdiqini tapır. Belə ki, Yevlax Bələdiyyəsinin 13 fevral 2009-cu il tarixli 06 nömrəli qərarı ilə Yevlax Bələdiyyəsinin torpaqlarına aid olan ərazidən 484,8 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün "xxxx" MMC-nin mülkiyyətinə verilmişdir. “Bələdiyyə torpaqlarının id arə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda bələdiyyə torpağının sahibkarlıq məqsədi ilə açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə satılması tələbinə riayət edilməmişdir.
17. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(107)-433/2022 nömrəli qərarı ilə (hakimlər R.R.Rəfiyev /sədrlik edən, məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək cavabdehin üzərinə Yevlax şəhəri H.Əliyev prospekti 39 ünvanında yerləşən 426.0 kv.m torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınması öhdəliyi qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırkı mübahisədə Yevlax Bələdiyyəsinin 13 fevral 2009-cu il tarixli 06 nömrəli qərarı ilə Yevlax Bələdiyyəsinin torpaqlarına aid olan Yevlax şəhəri H.Əliyev prospektində yerləşən 484,8 kv.m torpaq sahəsi sahibkarlıq məqsədi üçün "xxxx" MMC-nin mülkiyyətinə verilmiş, torpaqların alqı-satqısına dair xx.xx.2009-cu il tarixli akta və ABB-nin xx.xx.2009-cu il tarixli qəbzinə əsasən, iddiaçı torpaq sahəsinin dəyərini 970 manat məbləğində pulu bələdiyyənin bank hesabına ödəmi şdir. Bundan başqa, torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə əsas olmuş Yevlax Bələdiyyəsinin 13 fevral 2009-cu il tarixli 06 nömrəli qərarı bu vaxta kimi mübahisələndirilməmiş və Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 24 nömrəli Sərəncamı ilə Yevlax Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli 06 saylı qərarına əsasən İddiaçı mülkiyyətinə verilmiş 484,6 kv.m torpaq sahəsində tərtib olunmuş layihə əsasında xidmət obyekti binasının tikintisinə razılıq verilmişdir.
20. Yevlax Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 380 nömrəli məktubuna əsasən, bələdiyyə mülkiyyətinə aid olan Yevlax şəhəri, H.Əliyev prospekti 39 ünvanında yerləşən, xx.xx.2009-cu il tarixli qərarla İddiaçı mülkiyyətinə verilmiş 0,04848 ha torpaq sahəsinin hüdudlarına dair DTXK Yevlax rayon ye rquruluşu planı tərtib olunmuş, normativ qiymətə görə torpağın dəyəri bələdiyyənin müvafiq hesabına ödənilmişdir. Qeyd olunan torpaq sahəsi 2009-cu ildən İddiaçı istifadəsində və sahibliyindədir. Yevlax Bələdiyyəsinin həmin torpaq sahəsinə dair heç bir iddiası yoxdur və torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun tanınmasına etiraz etmir.
21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
22. Apelyasiya instansiyası məhkəməsi “Torpaq islahatı haqqında” Qanunun 19.2-ci bəndinin, “Torpaq bazarı haqqında” Qanunun 8.1-ci hissəsinin, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qan unun 9.1-ci maddəsinin tələblərini pozaraq nəzərə almamışdır ki, X3 şəhəri, H.Əliyev prospekti, 39 ünvanında yerləşən 484.8 kv.m torpaq sahəsini sahibkarlıq fəaliyyəti üçün İddiaçı MMC-yə qanunvericiliyin tələblərinə əsasən torpaq hərracları və müsabiqələri vasitəsilə deyil, birbaşa özü 13 fevral 2009-cu il tarixli 06 nömrəli qərarı ilə satmışdır, bu isə qanunverciliyin kobud pozulması kimi qiymətləndirilməli, iddia təmin edilməməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağı dakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 25. “İnzibati icraat haqqında” Qanun: Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
26. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdi rə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Şikayət a şağıdakı səbəblərə görə təmin oluna bilməz.
30. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegi yası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, Yevlax Bələdiyyəsinin 13 fevral 2009-cu il tarixli 06 nömrəli qərarı ilə Yevlax Bələdiyyəsinin torpaqlarına aid olan Yevlax şəhəri H.Əliyev prospektində yerləşən 426.0 kv.m torpaq sahəsinə dair hüquqla bağlı hər hansı bir mübahisələndirilən hal aşkar olunmamışdır.
33. Yevlax Bələdiyyəsinin 13 fevral 2009-cu il tarixli 06 nömrəli qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində göstərilən sənədlərə aid edildiyindən, cavabdeh inzibati orqanın formal mülahizələrə əsaslanan dəlillərə istinad etməklə qanunvericiliklə səlahiyyətlərinə və funksiyalarına aid edilmiş mə sələnin həllindən imtina etməsi ilə bağlı hərəkəti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci və 15-ci maddələrinin tələblərinə cavab vermədiyindən əsassız hesab edilir. 34. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinin tələbindən də göründüyü kimi, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
35. Yevlax Bələdiyyəsinin 13 fevral 2009-cu il tarixli 06 nömrəli qərarı geri çağırılmamış, ləğv edilməmiş, hər hansı səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir, hazırkı halda da hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
36. Beləliklə, iddiaçının yuxa rıda istinad edilən normaların məzmunundan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.
37. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 21(107)-433/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.