Məhkəmə qərarları › İş №2-1(102)-971/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-971/2020

03.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-971/2020 03.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçıAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli pensiya 50 yaşdan, 1 saylı Siyahı, xüsusi iş stajı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli yi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı “50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında” iddia tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1572/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı xx.xx.1956-cı il tarixdə Şəki rayonunda anadan olmuşdur, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsi). İddiaçı 50 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Na zirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh xx.xx.2019-cu il tarixli, **********6 nömrəli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Bundan sonra, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Neft Daşları» NQÇİ-də xx.xx.1979-cu il tarixdən xx.xx.1983-cü il tarixədək, 04.081988-ci il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı Qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 saylı Siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2006-cı il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunveri ciliyə müvafiq olaraq 2004- 2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə təyin edilərək hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı bildirmişdir ki, 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2019-cu il tarixli bildirişində vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları və bu hüquqların həyata keçirilməsi qaydalarının xx.xx.2006-cı il tarixdən «Əmək pensiyaları haqqında» Qanunu ilə tənzimləndiyini qeyd edərək, həmin Qanunun 9.1-ci maddəsinin xx xxxx 2017ci ildən qüvvədə olan yeni redaksiyasına və 9.8-ci maddəsinin tələbinə istinad edərək onun ərizəsini təmin etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə rəsmi qaydada hər hansı münasibət bildirilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(082)1639/2019 saylı qərarı ilə (hakim: Z.M.Tağıyev) iddia təmin edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarını pozmuşdur. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1572/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı ilə (sədrli k edən: C.A.Yusifov, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(082)1639/2019 saylı qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.1997-ci il tarixinə 20 il ümumi iş stajı mövcud olsa da, tələb olunan ən azı 10 il xüsusi zərərli və ağır işlərdə iş stajı mövcud deyildir. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçının xx.xx.1988-xx.xx.1994-cü illərdə «XXİİ Qurultay» adına NQÇİ- də (dənizdə) qaz-kompressor sexində mühəndis və sex rəisi kimi işlədiyi 5 il 5 ay 27 gündən ibarət iş stajı 1 saylı Siyahının 1100000b-l 7541 saylı kodu üzrə quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri: mədən-geofıziki partiyaların rəisləri, mühəndisləri, geofızikləri, geoloqları, texnikləri, ustaları, 1100000b-24125 saylı kodla neft, qaz və qaz kondensantı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri peşələri üzrə xüsusilə zərərli və ağır iş şəraiti üzrə peşəyə aid olduğu təsdiq edilir. xx.xx.1994-xx.xx.2000-ci illərdə «Neft Daşları» NQÇİ-də (dənizdə) neft-qaz hasilatı sexini n 2 №-li kompressor stansiyasının kompressor avadanlıqlarının istismarı və təmiri üzrə aparıcı mühəndis, mühəndis-texnoloq, böyük mexanik, rəis müavini vəzifələrində işlədiyi dövrün xx.xx.1997-ci il tarixdə 50 yaş pensiya həddi artırılana qədər təşkil edən 3 il 6 aydan ibarət hissəsi isə 1 saylı Siyahıda 1100000b- 23485 saylı kod üzrə nəzərdə tutulan neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensantının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan mexaniklər, böyük mexaniklər, habelə 1100000b-24125 saylı kod üzrə nəzərdə tutulan neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsal at xidmətlərinin rəisləri və onların müavinləri vəzifələrə uyğundur. İddiaçı xx.xx.1994-cü il tarixdə 28 May adına NQÇİ-də 2 №-li kompressor stansiyasında kompressor avadanlıqlarının istismarı və təmiri üzrə aparıcı mühəndis kimi işə qəbul edilmiş, xx.xx.1994-cü il tarixdə əməyin ödənilməsinin vahid Tarif cədvəlinə keçməsi ilə əlaqədar həmin sexdə 12-ci dərəcəli turbin və kompressor avadanlıqlarının təmiri üzrə mühəndis-texnoloq vəzifəsinə keçirilmiş, xx.xx.1995-ci il tarixdən ştat cədvəlində edilmiş dəyişikliklərlə əlaqədar həmin sexdə avadanlıqların təmiri üzrə 12-ci dərəcəli böyük mexanik keçirilmiş və xx.xx.1999-cu il tarixədək həmin vəzifəni icra etmişdir. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsinin xüsusilə zərərli iş stajı kimi qəbul etmədiyi iddiaçının işlədiyi vəzifələr v ə peşələr 1 saylı Siyahı üzrə xüsusilə zərərli və ağır peşələr sırasına aid edilmişdir. Lakin apelyasiya məhkəməsi işin bu halını tam araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış proses iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin kollegiya kasassiya şikayətini əsassız hesab edir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. Ə sas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölk ənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Kassasiya şikayətinin mahiyyətindən görünür ki, iddiaçı ona 50 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməli olduğunu iddia edərək, cavabdehin imtina cavabı ilə və apelyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan əsasla iddiaçıya 50 yaşından pensiya təyin olunmasından imtinası, həmçinin apelyasiya instansiya məhkəməsinin qərarı əsaslıdır. Belə ki, xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər (xx.xx.2006-cı il tarixə qədər) qüvvədə olmuş, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan: 13-cü maddəsinin «a» bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə dəyişiklik edilərək 50 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır). 67-ci maddəsinin 3-cü hissəsinin «c» bəndinə əsasən, hərbi xidmət dövrü, «d» bəndinə əsasən ali təhsil müddəti də i ş stajına daxil edilir. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, eyni zamanda, “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən də Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Qanunvericiliyin qeyd olunan tələbləri qaydasında iddiaçının iş materiallarında olan notarial qaydada təsdiq olunmuş ə mək kitabçasını və ali təhsili haqqında diplomunu və hərbi biletini (surətləri) tədqiq edən apelyasiya instansiyası məhkəməsi iddiaçının aşağıdakı kimi iş stajı müəyyən etmişdir: xx.xx.1973 – xx.xx.1974 – Şəki İpək Kombinatında baramaaçan fəhlə (11 ay 9 gün): xx.xx.1974-xx.xx.1975 – «Azərelektroişıq» İstehsalat Birliyində fəhlə (5 ay 11gün); xx.xx.1975-xx.xx.1977 - müddətli həqiqi hərbi xidmət (2 il 26 gün); xx.xx.1977-xx.xx.1979 – «Azərelektroişıq» İstehsalat Birliyində fəhlə (2 il 2 ay 12gün); xx.xx.1979 - xx.xx.1983 - XXİİ qurultay adına NQÇİ-də (dənizdə), neft və qaz hasilatı sexində operator (3 il 10 ay 18 gün); 1983-1988- Moskva Neft və Qaz İnstitutunda əyani təhsil müddəti (5 il) xx.xx.1988 – xx.xx.1994 - XXİİ qurultay adına NQÇİ-də (dənizdə), qaz kompressor sexində mühəndis və sex rəisi (5 il 5 ay 27 gün); xx.xx.1994-xx.xx.2000 - Neft Daşları «NQÇİ-də (dənizdə) neft və qaz hasilatı sexinin 2 №-li kompressor stansiyasına kompressor avadanlıqlarının istismarı və təmiri üzrə aparıcı mühəndisi, mühəndisi-texnoloqu, böyük mexaniki, rəis müavini vəzifəsini müvəqqəti icra edən (6 il 3 ay 23 gün (o cümlədən, xx.xx.1997-ci il tarixinə qədər 3 il 6 ay) Beləliklə də, əmək kitabçasının qeydləri üzrə iddiaçının iş stajı xx.xx.1997-ci il tarixinə (yəni, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin «a» (və «b») bəndəlində nəzərdə tutulan güzəştli pensiya yaş həddinə dəyişiklik edilənə qədər olan tarixə) 23 il 5 ay 13 gün ümumi iş stajı toplanır. Onun həmin iş stajından xx.xx.1979 - xx.xx.1983-cü il dövründə «XXİİ Qurultay» adına NQÇİ-də (dənizdə), neft və qaz hasilatı sexində operator peşəsində işlədiyi 3 il 10 ay 18 gün iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 1 №-li Siyahısında «X» hissəsinin 2ci bəndinin «a» yarımbəndinin 110000 «a»-15824 şriftində nəzərdə tutulan («Neft və qaz hasilatı üzrə operatorlar») xüsusilə zərərli və ağır iş şəraitinə aid olunan, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin «a» bəndinə əsasən, ona 50 yaşından güzəştli şərtlərlə pensiya hüququ verən peşədir. İddiaçının xx.xx.1988–xx.xx.1994-cü illərdə «XXİİ Qurultay» adına NQÇİ-də (dənizdə), qaz-kompressor sexi ndə mühəndis və sex rəisi kimi işlədiyi 5 il 5 ay 27 gündən ibarət iş stajını isə 1 №-li Siyahıda xüsusilə zərərli və ağır iş şəraitinə aid peşə kimi nəzərdə tutulmamışdır. Həmçinin, onun xx.xx.1994-xx.xx.2000-ci illərdə «Neft Daşları» NQÇİ-də (dənizdə) neftqaz hasilatı sexinin 2 №-li kompressor stansiyasının kompressor avadanlıqlarının istismarı və təmiri üzrə aparıcı mühəndis, mühəndistexnoloq, böyük mexanik, rəis müavini vəzifələrində işlədiyi dövrün xx.xx.1997-ci il tarixdə 50 yaş pensiya həddi artırılana qədər təşkil edən 3 il 6 aydan ibarət hissəsi də 1 saylı Siyahıda xüsusi zərərli və ağır vəzifələr sırasında təsbit olunmamışdır. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının yalnız neft-qaz hasilatı sexində operator kimi işlədiyi 3 il 10 ay 18 gündən ibarət iş stajının 1 №-li Siyah ıda nəzərdə tutulan göstəriciyə aid edilməsi mümkündür. Beləliklə, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin «a» bəndinin tələbinə əsasən, iddiaçıya 1 №-li Siyahı üzrə 50 yaşından pensiya təyin olunması üçün onun xx.xx.1997-ci il tarixinə 20 il iş stajı mövcud olsa da, tələb olunan ən azı 10 il xüsusilə zərərli və ağır işlərdə iş stajı mövcud deyil. Belə olan halda, iddiaçıya 50 yaşından pensiya təyin edilməsi üçün faktiki əsasların mövcudluğu sübuta yetirilmir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya 50 yaşından pensiya təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticə sində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin iddianın təmin edilməməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələ rini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1572/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar