Məhkəmə qərarları › İş №2-1(102)-971/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-971/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-971/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı15 və digərlərinin Cavabdehnə qarşı (üçüncü şəxs "xxxx" MTK-nın iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (sərəncam və aktların ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, iddiaçılar İddiaçı15, İsgəndər Ağayevin, İddiaçı18, İddiaçı6 nümayəndəsi Azad Salayevin və vəkillərinin Vəkil1, cavabdehin nümayəndəsi Hafiz Aberkarovun və vəkili Ellara Abbasovanın, üçüncü şəxsin vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı15 və digərlərinin Cavabdehnə qarşı (üçü ncü şəxs "xxxx" MTK-nın iştirakı ilə) sərəncam və aktların ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-226/2021 nömrəli iş üzrə 09.03.2021-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 30 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı15, İddiaçı6, İddiaçı14, İddiaçı13, İddiaçı12, İddiaçı11, İddiaçı10, İddiaçı9, X4, İddiaçı7, İddiaçı16, İddiaçı17, X7, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24, İddiaçı27, İddiaçı26, İddiaçı25, İddiaçı29, X1, İddiaçı30, İddiaçı31, İddiaçı32 Çovdar qızı və İddiaçı33 cavabdeh Bakı şəhəri Cavabdehnə qa rşı (üçüncü şəxs "xxxx" MTK-nın iştirakı ilə) Bakı şəhəri Cavabdeh başçısının 16 oktyabr 2017-ci il tarixli 263 nömrəli Sərəncamı və əlaqəli aktları Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov 158 ünvanına dair hissədə ləğv edilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdirlər.

2. İddiaçıların iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar uzun illərdir ki, ünvan 3 ünvanında yerləşən binada tam mülkiyyət hüququ ilə yaşayırlar. Bina kooperativ binasıdır və 5 saylı Mənzil Tikinti Kooperatividir. Yaşadıqları və mülkiyyyətlərində olan mənzillərin yerləşdiyi bina 1973-cü ildə inşa edilmiş və təhvil verilmiş, bünövrəsi olduqca möhkəmdir, bayır divarına üzlük daş çəkilmişdir, lifti vardır. 5 saylı MTK-nı n sakinləri son dövrdə yaşadıqları mənzilləri əsaslı təmir etmiş, sanitar, kommunikasiya və istilik sistemlərini öz vəsaiti hesabına yeniləmişdirlər. Bakı şəhəri Cavabdeh başçısının 16 oktyabr 2017-ci il tarixli 263 nömrəli Sərəncamı ilə yaşadıqları Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmişdir. Şirkətin nümayəndələri isə bəzi sakinlərə bildiriblər ki, baş ofisə gəlin, mülkiyyət hüququnuzu təsdiq edən sənədlərinizi təqdim edin və mənzilləri boşaldın. Tələblərini isə Pilot Layihənin icrası ilə əsaslandırırlar. İddiaçılar isə icra hakimiyyəti başçısının sərəncamı ilə onların binasına, yəni ünvan 3 ünvanındakı binaya aid hissədə razılaşmırlar və 16 oktyabr 2017-ci il tarixli 263 nömrəli Sərəncamın aşağıdakı əsaslara görə ləğv edilməli olduğunu diqqətə çatdırırlar: 1) Bakı şəhəri Cavabdeh başçısının 16 oktyabr 2017-ci il tarixli 263 nömrəli Sərəncamında AR Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarının rəhbər tutulması göstərilmişdir. Həmin Qərarda konkret olaraq Nəsimi rayonu üzrə nəzərdə tutulmuşdur ki, “Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənz ildən ibarət 226 yaşayış binasının sökülsün”. Yaşadıqları bina 1973-cü ildə tikilmiş və istismara qəbul edilmişdir, binanın istismar müddəti (100 illik) belə bitməmişdir, yəni Şamil Əzizbəyov 158 ünvanında yerləşən bina AR Nazirlər Kabinetinin Qərarının təsir dairəsinə düşmür və qəzalı deyil; 2) Bina sakinləri yekdilliklə binanın sökülməsinə etiraz edir və Bakı şəhəri Cavabdeh başçısının 16 oktyabr 2017-ci il tarixli 263 nömrəli X3 158 ünvanına münasibətdə ləğv edilməsini tələb edir; 3) Bakı şəhəri Cavabdeh başçısının 16 oktyabr 2017-ci il tarixli 263 nömrəli Sərəncamında ərazinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi qeyd edilmişdir. Lakin sakinlərə binanın sökülməsi ilə bağlı qanunsuz tələblər "xxxx" MTK tərəfindən edilir. Elektron Vergi İdarəsində isə "xxxx" MMC haqqında he ç bir məlumat yoxdur, yəni belə hüquqi şəxs mövcud deyildir. Məhdud Məsuliyyətli Cəmiyyət və Mənzil Tikinti Kooperativi hüquqi şəxsin müxtəlif təşkilati formasıdır. Yəni onlar sakinlərə ümumiyyətlə Pilot Layihənin olub olmaması və onun icrasının hansı hüquqi şəxsə həvalə edilməsi belə məlum deyil. Bu isə həmin sərəncamın hüquqi qüvvəsi məsələsini şübhə altına alır. 4) Maraq üçün bina sakinləri şirkətdən və Cavabdehndən tikintiyə razılıq barədə sərəncamı, AR FHN-nin rəyini və Pilot Layihəni icra edəcək hüquqi şəxs barədə rəsmi sənədləri tələb etsə də bu sənədlər onlara göstərilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

3. Birinci instansiya məhkəməsinin 04.09.2020-ci il tarixli, 2-1(112)109/2020 nömrəli (sədrlik edən hakim Elvin Əliyev) qərarı i lə iddianın rədd edilməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən İPM-nin 1.2-ci maddəsinə, MPM-nin 217.2-ci maddəsinə, Mənzil Məcəlləsinin 10, 12.2, 12.4-cü maddələrinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 58.1, 67.1-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddia tələbi əsassızdır.

5. İddiaçılar həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 04.09.2020-ci il tarixli, 2-1(112)-109/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.03.2021-ci il tarixli, 2-1(103)-226/2021 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik e dən və məruzəçi, Afaq Nuriyeva və Aida Hüseyn) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 04.09.2020-ci il tarixli, 2-1(112)-109/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Mülki Məcəllənin 152.5-ci maddəsinə, "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2020-ci il tarixli Qərarına əsaslanmaqla belə hesab etmişdir ki, iddiaçıların hüquqlarından sui-istifadə etməsi qanunvericiliyin tələblərinə zi ddir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətlərinin dəlilləri

8. İddiaçıların kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı mexaniki olaraq birinci instansiya məhkəməsinin qərarının köçürülməsi ilə tərtib edilmişdir. İddiaçıların apelyasiya şikayətində qeyd etdikləri dəlillərə və verilmiş vəsatətlərə heç bir hüquqi münasibət bildirilməmişdir. Məhkəmə qərarında verilmiş əsaslandırmanın işin mahiyyətinə heç bir aidiyyətinin olmaması. Belə ki, məhkəmə qərarda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə istinad edərək iddiaçıların mülkiyyət hüquqlarından sui-istifadə etməsi qənaətinə gəlmişdir. Halbuki bu maddənin iddiaçıların heç də qəzalı vəziyyətdə olmayan, qanunsuz sərəncamla "x xxx" MTK-nın icarəsinə verilən bina və onun yerləşdiyi torpaq sahəsinin şirkətə haqlı olaraq verməmələrinə aidiyyəti yoxdur. Sadə dillə desək, iddiaçının öz mənzilini "xxxx" MTK-ya əvəzləşdirmə üçün verməməsi mülkiyyət hüququndan istifadə kimi qiymətləndirilə bilməz. Əksinə Nəsimi RİH və "xxxx" MTK vətəndaşın mənzilini əlindən almaq cəhdləri mülkiyyət hüquqlarına qəsddir və kobud şəkildə fundamental və toxunulmaz hüquq olan mülkiyyət hüququnun pozulmasıdır. Məhkəmə mülkiyyət hüququnun pozuntusuna diqqət çəkmək əvəzinə Nəsimi RİH və Yeni Ailə MTK-nın qanunsuz hərəkətlərinə bəraət qazandırmaq istəmişdir. Qeyd edir ki, binada 19 mənzildə 57 nəfər sakin yaşayır və cavabdeh Nəsimi RİH və üçüncü şəxs Yeni Ailə MTK-nın köçürülən və binada yaşayan sakinlərin sayı barədə məhkəmədə iddiaları (guya 9 nəfər qalıb) tamamilə yalandır. İcra başçısının belə sərəncam verməyə səlahiyyətinin olmaması. Belə ki, Sərəncamda AR Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahi, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarının rəhbər tutulması göstərilmişdir. Həmin Qərarda konkret olaraq Nəsimi rayonu üzrə nəzərdə tutulmuşdur ki, “Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 577 mənzildən ibarət 226 yaşayış binası sökülsün". Qeyd edək ki, yaşadığıqları bina 1973-cü ildə tikilmiş, istismara qəbul edilmişdir, 5 saylı Mənzil Tikinti Koopeativləri var, binanın bayır divarına üzlük daş çəkilmişdir, li fti vardır, yaşadığıqları mənzilləri əsaslı təmir etmiş, sanitar kommunikasiya və istilik sistemlərini öz vəsaitləri hesabına yeniləşdirlər. Beləliklə binanın istismar müddəti belə bitməmişdir, yəni Şamil Əzizbəyov 158 ünvanında yerləşən bina AR Nazirlər Kabinetinin Qərarının təsir dairəsinə düşmür. Məhkəmə qərarını əsaslandırmaq üçün qeyd etmişdir ki, AR Nazirlər Kabinetinin adı çəkilən qərarda təkcə XİX əsrin sonu XX əsrin əvvələrində tikilən binalar deyil, həmçinin bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların sökülməsi də nəzərdə tutulmuşdur. Qeyd edək ki, yararsız vəziyyətdə olan binaların siyahısı Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin internet səhifəsində yerləşdirilmiş, siyahı təsdiq edilmişdir, həmin siyahıda Bakı şəhəri üzrə yararsız v əziyyətdə olan binaların yerləşdiyi küçə və ünvanlar dəqiq qeyd edilmişdir, həmin siyahıda ünvan 6 ünvanında yerləşən yaşadıqları bina yoxdur. Xüsusi mülkiyyətdə olan torpaq sahəsi və mənzillərə dair yerli icra hakimiyyətinin sərəncam verməsinin qanunsuzluğu. İş üzrə iddiaçıların mənzillərə və binanın yerləşdiyi torpaq sahəsinə xüsusi mülkiyyətinin olması işin mübahisəsiz halıdır. Belə ki, hər bir iddiaçının xüsusi mülkiyyətini təsdiq edən çıxarış və digər sənədlər məhkəməyə təqdim edilmişdir. Məhkəmədə Nəsimi RİH-nin nümayəndəsi binanın yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olması barədə iddialarının heç bir sübutla əsaslanmaması. Belə ki, məhkəmə iclaslarında Nəsimi RİH-nin nümayəndəsi Hafiz Aberkarov sərəncamda qeyd olunan torpaq sahəsinin dövlətə məxsus olması və dövlət adın dan icra hakimiyyəti başçısının 16.10.2017-ci il tarixli 263 saylı sərəncam verməsini qanuniliyini iddia etdi. Məhkəmə iclasında həmin torpaq sahəsinin dövlətə məxsus olmasını təsdiq edən sübutlar tələb edildi, lakin nümayəndə heç bir sənəd təqdim edə bilmədi. Məhkəmə prosesi zamanı təyin edilmiş məhkəmə tikinti ekspertizalar binanın qəzalı olmaması və düzgün olaraq 226 ədəd sökülməli olan binalar siyahısında təsbit edilməməsini sübut etdi, lakin məhkəmə bu halları nəzərə almadı. Məhkəmənin sərəncamın qanunsuzluğu barədə gətirdikləri dəlilləri qəbul etməməsi və vəsatətləri təmin etməməklə prosessual pozuntulara yol verilməklə qərar qəbul edilməsi. Məhkəmə prosesində dəfələrlə tələb etməklərinə baxmayaraq Nəsimi RİH tərəfindən "xxxx" MTK ilə ayrılmış torpaq sahəsinə dair icarə müqaviləsi və torpağın ayrıc aktı təqdim edilməmişdir.

9. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçılar kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin 09.03.2021-ci il tarixli, 2-1(103)-226/2021 nömrəli qərarın ləğv edilməsini və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı10 kasasiya şikayətindəki dəlilləri digər iddiaçıların dəlilləri ilə eynidir. Buna görə də İddiaçı10 kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin 09.03.2021-ci il tarixli, 2-1(103)-226/2021 nömrəli qərarın ləğv edilməsini və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kasasiya şikayətinə qa rşı cavabdeh etirazda kasasiya şikayəti əsassız olduğunu qeyd etmiş, məhkəmə kollegiyasından apelyasiya instansiyası məhkəməsinin 09.03.2021-ci il tarixli, 2-1(103)-226/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili Vəkil1 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 09.03.2021-ci il tarixli qərarın ləğv edilməsini və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

13. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı15, İddiaçı26, İddiaçı18, İddiaçı6 nümayəndəsi İddiaçı17 də vəkili Vəkil1 çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 09.03.2021-ci il tarixli qərarın ləğv edilməsini və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdirlər.

14. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili E.Abbasova kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 09.03.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 09.03.2021-ci il tarixli qərarının isə dəyişdirilmədən qüvvədə saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi H.Aberkarov da vəkili E.Abbasovanın çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 09.03.2021-ci il tarixli qərarının isə dəyişdirilmədən qüvvədə saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

16. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 09.03.2021-ci i l tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 09.03.2021-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

17. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər iddiaçılar məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

18. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə müba hisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

20. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçılar və vəkillərinin, cavabdehin nümayəndəsi və vəkilinin, üçüncü şəxsin vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçıların kasasiya şikayəti təmin edilməməli, apelyasiya məhkəməsinin 09.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

22. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

23. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hər iki kasasiya şikayətindəki dəlillər eyni olduğundan onlara eyni hüquqi qiymət verilir.

24. Məhkəmə koll egiyası hesab edir ki, kasasiya şikayətindəki dəlillər əsassızdır.

25. Belə ki, iddiaçılar kasasiya şikayətində yazırlar ki, “məhkəmə qərarı mexaniki olaraq birinci instansiya məhkəməsinin qərarının köçürülməsi ilə tərtib edilmişdir. İddiaçıların apelyasiya şikayətində qeyd etdikləri dəlillərə və verilmiş vəsatətlərə heç bir hüquqi münasibət bildirilməmişdir.”

26. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların bu dəlili formal olmaqla əsassızdır.

27. Belə ki, məlum olduğu kimi apelyasiya instansiyası məhkəməsi 09.03.2021-ci il tarixli qərarla birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 04.09.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlamış, yəni birinci instansiya məhkəməsinin bu inzibati mübahisə üzrə olan hüquqi mövqeyi ilə razılaşaraq onu təsdiq etmişdir.

28. Belə olan halda apelyasiya məhkəməsinin iş üzrə olan hallara dair gəldiyi bir sıra qənaətlərin birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə üst-üstə düşməsi və hətta həmin hüquqi mövqeyini təkrarlaması normaldır və təbiidir.

29. Bu arada xatırlatmaq lazımdır ki, İPM-nin 87.8-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

30. Digər tərəfdən apelyasiya məhkəməsinin 09.03.2021-ci il tarixli qərarının əsaslandırıcı hissəsindən göründüyü kimi, apelyasiya instansiyası məhk əməsi qərarın həmin hissəsində iddiaçıların apelyasiya şikayətindəki dəlilləri faktiki olaraq cavablandırmaqla onlara hüquqi münasibət bildirmişdir.

31. İddiaçılar kasasiya şikayətində yazıblar ki, “məhkəmə qərarında verilmiş əsaslandırmanın işin mahiyyətinə heç bir aidiyyətin olmaması. Belə ki, məhkəmə qərarda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə istinad edərək iddiaçıların mülkiyyət hüquqlarından sui-istifadə etməsi qənaətinə gəlmişdir... Halbuki bu maddənin iddiaçıların heç də qəzalı vəziyyətdə olmayan, qanunsuz sərəncamla Yeni Ailə MTK-nın icarəsinə verilən bina və onun yerləşdiyi torpaq sahəsinin şirkətə haqlı olaraq verməmələrinə aidiyyəti yoxdur.”

32. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların bu dəlili də əsassızdır, belə ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə əsaslandırmanı düzgün vermiş və haqlı olaraq Mülki Məcəllənin 152.5-ci maddəsini istinad etmişdir.

33. Məlum olduğu kimi həmin Məcəllənin 152.5-ci maddəsində deyilir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

34. İş üzrə isə müəyyən edilmişdir ki, sözügedən binadan sakinlərin böyük hissəsi (45 ailə) könüllü olaraq çıxmış və onlarla şirkə t arasında tikiləcək yeni mənzillər barədə artıq müqavilələr də bağlanmışdır. Yerdə qalan 13 ailə isə (yəni iddiaçılar) binadan çıxmamaqla digər sakinlərin (yəni 45 ailənin) ictimai maraqlarını nəzərə almadan, öz mülkiyyətlərindən faktiki olaraq sui-istifadə edirlər.

35. İddiaçılar kasasiya şikayətində həmçinin yazırlar ki, “icra başçısının belə sərəncam verməyə salahiyyətinin olmaması... Binanın istismar müddəti belə bitməmişdir.”

36. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların bu dəlili əsassızdır, belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Cavabdeh başçısının 16 oktyabr 2017-ci il tarixli 263 nömrəli Sərəncamının 1-ci bəndində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02/05-1531 saylı 02.09.2017-ci il tarixli t ikinti-planlaşdırma eskizini və memarlıqplanlaşdırma bölməsini nəzərə alaraq, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi göstərilmişdir.

37. Bakı İnzibati Məhkəməsinin 03.03.2020-ci il tarixli 2-1(112)-109/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: “-Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov 158 ünvanında yerləşən yaşayış binasının ayrı-ayrı konstruktiv elementlərində, o cü mlədən, yükdaşıyan divarlarında hər hansı zədələr, qüsurlar (çatlar, aşınmalar) mövcuddurmu, mövcuddursa bunlar binanın dayanıqlığına mənfi təsir göstərirmi? Binanın yükdaşıyan konstruksiyaları qüvvədə olan seysmik normaların tələblərinə cavab verirmi? Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov 158 ünvanında yerləşən yaşayış binasının istismarı sakinlərin həyatı üçün təhlükəlidirmi?”. Ekspertizanın aparılması Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə tapşırılmışdır.

38. Məhkəmə Ekspertizası Mərkəzinin 23.06.2020-ci il tarixli, 10/421 nömrəli ekspert rəyinin nəticəsində göstərilmişdir: “1-ci sual üzrə: Baxış keçirilən zaman aşkar edilmiş (rəyin tədqiqat hissəsində göstərilən) qüsurları n yaşayış binasının faktiki vəziyyətdə dayanıqlığına mənfi təsir göstərməsi vizual olaraq müəyyən edilməsə də, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi tərəfindən verilmiş mütəxəssis rəyinin nəticəsinə görə ünvan 3 saylı ünvanda yerləşən yaşayış binasında, açıq eyvanların müxtəlif inşaat materialları ilə bağlanması və genişləndirilməsi binanın əlavə (layihə üzrə nəzərdə tutulan normadan artıq) yüklənməsinə səbəb olduğu üçün binanın və onun ayrı-ayrı konstruktiv elementlərinin dayanıqlığı üçün potensial təhlükə yaradır. 39. 2-ci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi tərəfindən verilmiş mütəxəssis rəyinin nəticəsinə görə, ünvan 3 saylı ünvanda yerləşən yaşayış binasın ın yükdaşıyan konstruksiyaları qüvvədə olan seysmik normaların tələblərinə cavab vermir. 40. 3-cü sual üzrə: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi tərəfindən verilmiş mütəxəssis rəyinin nəticəsi nəzərə alınmaqla, rəyin tədqiqat hissəsində göstərilmiş şərait və Normativ aktların tələblərinə əsasən, ünvan 3 saylı ünvanda yerləşən yaşayış binası, tikinti-quraşdırma işləri aparılan inşaat meydançasının (Şamil Əzizbəyov küçəsi və Azadlıq prospektində) daimi və potensial təhlükəli faktorlarının təsir zonasında yerləşdiyinə görə binanın istismarı sakinlərin həyat və sağlamlıqları üçün təhlükəlidir.”

41. Bakı şəhəri Cavabdeh başçısının 16 oktyabr 2017-ci il tarixli 263 nömrəli Sərəncamı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nə simi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 86 saylı, 25.02.2016-cı il tarixli Qərarının icrası olaraq qəbul edilmişdir.

42. Azərbaycan Respublikası Nazirlər Kabineti 86 saylı, 25.02.2016-cı il tarixli Qərarını Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsim i, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul etmişdir.

43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25.02.2016-cı il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir: “Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Cavabdeh, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Nərimanov Rayon icra Hakimiyyəti, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti, Bakı şəhər Pirallahı Rayon İcra Hakimiyyəti və Hakimiyyəti aidiyyəti üzrə 5 il müddətinə aşağıdakıları həyata keçirsinlər: 1.1. mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı, 1127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş 63 yaşayış binasının, Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, Xətai rayonu üzrə 6956 nəfərin yaşadığı 2016 mənzildən ibarət 99 yaşayış binasının, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət 219 yaşayış binasının, Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illə rində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının, Yasamal rayonu üzrə 1257 nəfərin yaşadığı 427 mənzildən ibarət 18 yaşayış binasının, Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, Pirallahı rayonu üzrə 3131 nəfərin yaşadığı 1174 mənzildən ibarət 297 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşay ış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini...”

44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 482 nömrəli Qərarının 3-cü bəndinə əsasən “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarı ləğv edilmişdir.

45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 482 nömrəli Qərarının 4-cü bəndində qeyd edilmişdir: “Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Cavabdeh, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyəti bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə aşağıdakıları həyata keçirsinlər: qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə ol an binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi” (4.2-ci bənd).

46. İddiaçılar eyni zamanda kasasiya şikayətində göstərmişlər ki, “Xüsusi mülkiyyətdə olan torpaq sahəsi və mənzillərə dair yerli icra hakimiyyətinin sərəncam verməsinin qanunsuzluğu məhkəmədə Cavabdeh nümayəndəsinin binanın yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olması barədə iddiaçıların heç bir sübuta əsaslanmaması.”

47. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların bu dəlilləri əsassızdır.

48. Belə ki, cavabdehin sözügedən sərəncamı Azərbaycan Respublikası Nazirlər Kabinetinin məlum 25 fevral 2016-cı il tarixli qərarının icrası ilə əlaqədar qəbul edilmişdir.

49. Digər tərəfdən iddiaçılarda olan dövlət çıxarışları mənzillərinə verilmişdir, torpaq sahəsinə deyil, torpaq sahəsinin isə dövlət mülkiyyətində olması ilə bağlı cavabdehdə çıxarışın olmasına zərurət yoxdur, çünki bu hamıya məlum olan faktdır.

50. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

51. Azərbaycan Respublikası MPM-nin 82.1-ci maddəsinə görə hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.

52. İddiaçılar kasasiya şikayətində bununla yanaşı yazırlar ki, “məhkəmə prosesi zamanı təyin edilmiş məhkəmə tikinti ekspertizaları binanın qəzalı olmaması və düzgün olaraq 226 ədəd sökülməli olan binalar siyahısında təsbit edilməməsini sübut etdi, lakin məhkəmə bu halları nəzərə almadı.”

53. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların bu dəlili də əsassızdır, belə ki, yuxarıda artıq göstərildiyi kimi, Məhkəmə Ekspertizası Mərkəzinin 23.06.2020-ci il tarixli, 10/421 nömrəli ekspert rəyində Fövqəladə Hallar Nazirliyinin mütəxəssis rəyinə əsasən qeyd edilir ki, sözügedən yaşayış binasının yükdaşıyan kons truksiyaları qüvvədə olan seysmik normalarının tələblərinə cavab vermir.

54. İddiaçılar kasasiya şikayətində həçinin yazırlar ki, “Cavabdeh tərəfindən Yeni Ailə MTK ilə ayrılmış torpaq sahəsinə dair icarə müqaviləsi və torpağın ayrıc aktı təqdim edilməmişdir”.

55. Məhkəmə kollegiyası iddiaçıların bu dəlilini əsassız hesab edir ki, belə ki, bu cavabdehlə MTK arasında olan hüquq münasibətlərinə aid olan məsələdir, iddiaçıların iddia tələbinə isə bunun aidiyyəti yoxdur.

56. Apelyasiya instansiyası məhkəməsi tərəfindən həmçinin müəyyən edilmişdir ki, apelyasiya şikayətinin binanın, həmçinin, torpaq sahəsinin iddiaçıların xüsusi mülkiyyətində olması dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarına əsasən müəyyən edilir ki, binada olan 54 mülkiyyətçidən hal-hazırda 11-i müqavilə bağlamaqda n imtina edir. Çünki Bakı İnzibati Məhkəməsi 14 nəfəri iddiaçı qismində tanımış, onlarda yalnız 11-i apelyasiya şikayətini imzalamışlar. MTK tərəfindən ağlabatan təkliflər irəli sürülməsinə baxmayaraq onlar razılığın əldə olunmasının tərəfdarı deyillər.

57. Belə ki, "xxxx" MTK tərəfindən hazırkı iş üzrə iddiaçı qismində çıxış edən və "xxxx" MTK ilə müqavilə bağlamayan ünvan 3 saylı ünvanda yerləşən binanın 14 sakininə (mülkiyyətçilərinə) aşağıdakı təkliflər edilmişdir: İddiaçı15 – 138.34 kv.m., İddiaçı6 – 99.67 kv.m., İddiaçı14 – 71.08 kv.m., İddiaçı13 – 138.34 kv.m., İddiaçı10 – 88.17 kv.m., İddiaçı17 – 138.34 kv.m., İddiaçı18 – 71.08 kv.m., İddiaçı21 (İddiaçı25) – 71.08 kv.m., İddiaçı25 – 138.34 kv.m., İddiaçı22 - 133.44 kv.m., İddiaçı24 – 164.39 kv.m., İddiaçı27 – 71.08 kv.m., İddiaçı26 – 71.08 kv.m., İddiaçı29 – 183.43 kv.m, 71.08 kv.m və 71.08 kv.m.

58. Bununla bağlı apelyasiya məhkəməsi düzgün olaraq "xxxx" MənzilTikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2020-ci il tarixli Qərarına əsaslanmışdır. Qərarda qeyd olunmuşdur ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülki yyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.

59. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəs ində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

60. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya məhkəməsinin 09.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçıların kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.03.2021-ci il tarixli, 21(103)-226/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar