Məhkəmə qərarları › İş №2-1(102)-971/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-971/2022

13.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-971/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1960, FİN:0xxxxxxx) cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-371/2022 saylı, 24 yanvar 2022-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 23 oktyabr 1978-ci il tarixdən 07 noyabr 1980-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur.

2. İddiaçıya məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən müəyyən edilir ki, iddiaçı 24 avqust 1977-ci ildə “Azəlvanmetaltəmirtikinti” trestinin Tikinti və konstruksiya və qeyri-standart avadanlıqların istehsalı üzrə Bakı müəssisəsi “Randeli” sexinə 1-ci dərəcəli presləyici v əzifəsinə işə qəbul edilmiş, (Azərbaycan SSR Nazirlər Kabinetinin 15 avqust 1977-ci il tarixli 281 nömrəli Qərarına əsasən Tikinti və konstruksiya və qeyri-standart avadanlıqların istehsalı üzrə Bakı müəssisəsinin adı dəyişdirilərək Bakı X1muş), 01 aprel 1978-ci ildə alüminium konstruksiyalar sexinə 2-ci dərəcəli presləyici vəzifəsinə işə qəbul edilmiş, 23 oktyabr 1978-ci ildə Sovet ordu sıralarına qəbul edilməsi ilə əlaqədar işdən azad edilmiş, 23 oktyabr 1978-ci il tarixdən 07 noyabr 1980-ci il tarixədək hərbi xidmətdə olmuşdur, 04 yanvar 1981-ci ildə Azərbaycan SSR Əlvan Metallurgiya İdarəsi Bakı Yüngül Metalların Emalı Zavodu 1 nömrəli metal konstruksiyaları və qübbələr sexinə mexaniki yığma işləri üzrə 2-ci dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, 01 dekabr 1982-ci ildə həmin sexdə mexaniki yığma işləri üzrə 3-cü dərəcəli çilingər vəzifəsinə, 01 noyabr 1983-cü ildə həmin sexdə mexaniki yığma işləri üzrə 4-cü dərəcəli çilingər vəzifəsinə, 10 fevral 1984-cü ildə 4-cü dərəcəli təmirçi çilingər vəzifəsinə, 02 yanvar 1985-ci ildə kəsmə sexinə 2-ci dərəcəli kəsici vəzifəsinə keçirilmiş, 05 avqust 1986-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 1986-cı il tarixli 205r nömrəli Qərarına əsasən Bakı Yüngül Metalların Emalı Zavodu ilə BAPZ birləşdirilmiş və onların bazasında BSYMİZ yaradılmış, iddiaçı 01 iyul 1987-ci ildə 8 nömrəli sexə 2-ci dərəcəli kəsici vəzifəsinə işə qəbul edilmiş, 17 avqust 1987-ci ildə 3-cü dərəcəli kəsici vəzifəsinə, 01 sentyabr 1987-ci ildə 2 nömrəli sexə 3-cü dərəcəli kəsici vəzifəsinə keçirilmiş, MSM 13 aprel 1988-ci il tarixli 153 nömrəli əmrlə BSYMİZ və Bakı Əlvan Metalların Emalı Zavodu birləşərək Bakı Əlvan Metalların Emalı Zavodu adlandırılmış, iddiaçı 03 oktyabr 1989-cu ildə Azərbaycan SSR ƏQM 36-cı maddəsinin 5-ci bəndinə əsasən “Azərəlvanmetaltəmirtikinti” trestinin Bakı Konstruksiyalar və Tikinti detallarının İstehsalı Zavoduna köçürülmə qaydasında işdən azad edilmiş, xx xxxxxxx 1989-cu ildə “Azərəlvanmetaltəmirtikinti” trestinin Bakı Konstruksiyalar və Tikinti detallarının İstehsalı Zavodu konstruksiya və tikinti detallarının hazırlanması sexində preslərdə metal qayçılarla 2-ci dərəcəli kəsici vəzifəsinə işə qəbul edilmiş, 01 mart 1990-cı ildə metalkonstruksiya sexinə 4 dərəcəli çilingər vəzifəsinə keçirilmiş, 07 mart 1993-cü ildə Azərbaycan SSR ƏQM 36-cı maddəsinə əsasən tərəflərin razılığı ilə işdən azad edilmiş, 13 mart 1994-cü ildə “Azərittifaq”ın “Dostluq” istirahət bazasına təsərrüfat müdiri vəzifəsinə işə qəbul edilmiş, 01 dekabr 1994-cü ildə “Dostluq” istirahət bazasına müvəqqəti olaraq direktor vəzifəsinə keçirilmiş, 03 may 1995-ci ildə “Dostluq” istirahət bazasının direktoru vəzifəsinə təyin edilmiş, 12 mart 2001-ci ildə Azərbaycan Respublikası ƏQM-nin 69-cu maddəsinin 1ci bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, 01 fevral 2003-cü ildə Müharibə Əlilləri üçün Müalicə Pansionatına baş aşpaz vəzifəsinə işə qəbul edilmiş, 01 fevral 2017-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, 01 avqust 2017-ci ildə Xəzər rayonu Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbinə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə i şə qəbul edilmiş, 01 avqust 2018-ci ildə öz xahişi ilə işdən azad edilmişdir.

3. İddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbi ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış 20 noyabr 2020-ci il tarixli **********3 saylı məktubda qeyd edilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cə mi 25952,02 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Əlavə olaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 57 yaşının tamam olduğu 13 avqust 2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiаçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8, 9.1-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, o, xx.xx.2020-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh orqan onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçının əmək stajı, əmək fəaliyyəti və yaşı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə imkan verir.

6. Bakı İnzibati Məhk əməsinin (hakim X3, 2-1(112)-3317/2021 saylı iş) 11 avqust 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı 13 avqust 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilmişdir.

7. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının 25 ildən artıq ümumi iş stajına malik olması, o cümlədən 12 il 6 aydan artıq əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçının əlavə olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləği olan tələbə cavab verməsi, onu digər şəxslərə, yəni ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal sosial ədalət prinsipinə ziddir. Ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərin əmək pensiyası hüququnun yaranması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması alternativi nəzərdə tutulmuşdur. Lakin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan şəxslərin əmək pensiyası hüququ həmin şəxslərin (kişilərin) 25 il sığorta stajına malik olması və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təmina tına imkan verdikdə yaranır, yəni qeyd edilən şəxslərin əmək pensiyası hüququn yaranması üçün göstərilən hər iki tələbin (sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı) mövcud olması nəzərdə tutulmuşdur. Bu isə həmin şəxsləri ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərlə müqayisədə daha ağır vəziyyətə salır.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər H.Həmidov - sədrlik edən və məruzəçi, E.Nağıyeva və C.Yusifov ) 2-1(103)-371/2022 nömrəli 24 yanvar 2022-c i il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilərək yeni qərar qəbul edilməsi və ya işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayətinin dəlillərinə görə, aparılmış inzibati icraat, eləcə də məhkəmədə araşdırılmış iş materiallarından məlum olur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 25952,02 manat təşkil edir. Belə ki, hər iki instansiya məhkəməsi iddiaçının güzəştli iş stajının qiymətləndirilməsində səhvə yol vermiş, işlədiyi vəzifələrin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid olubolmamasını müəyyən etmək üçün ətraflı araşdırma aparmamış və müvafiq arayışlar tələb etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır....... 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”

14. İnz ibati Prosessual Məcəllə (İPM): Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsa slandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

16. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

19. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

20. İddiaçının güzəştli şərtlə pensiya hüququnun yaranması üçün 1 yanvar 2006-cı il tarixədək 25 ildən az olmayan ümumi staja, o cümlədən 12 il 6 aydan az olmayan güzəştli şərtlə pensiya hüququ verən staja malik olmalıdır.

21. İddiaçının əmək kitabçasında olan məlumatlara görə 1 yanvar 2006-cı ilə qədər onun 25 ildən az olmayan ümumi stajı mövcud olmuşdur.

22. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək randeli sexində presləyici vəzifəsində (Siyahı: İİ, bölmə: Vİİ, kod: 209260014921), xx.xx.1981-ci il tarixdən xx.xx.1985-ci il tarixədək təmirçi çilingər vəzifəsində (Siyahı: İİ, bölmə: Vİİ, kod: 2092304a-18559), xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək 8 nömrəli sexdə kəsici vəzifəsində (Siyahı: İİ, bölmə: Vİİİ, kod: 1072101a17914), xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək metalkonstruksiya sexində təmirçi çilingər vəzifəsində (Siyahı: İİ, bölmə: Vİİ, kod: 2092304a-18559) işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı həmin işdə çalışan işçilərə güzəştli təqaüdə çıxmağa imkan verir.

23. Apellyasiya instansiyası məhkəməsinin araşdırmasından görünür ki, iddiaçının işlədiyi həmin peşələr Siyahıda qeyd edilmişdir və iş stajı 12 il 6 aydan çoxdur.

24. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdı rmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2022-ci il tarixli, 21(103)-371/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar