Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-971/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: subyektiv hüquq, hüquqi maraq ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pub lik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayon Bum bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 12 nömrəli qərarına əsasən mərhum X4 Qəbələ rayon Bum qəsəbəsində tikinti məqsədilə ayrılmış, xx.xx.2006-cı il tarixdə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsində dövlət qeydiyyatına alınmış və JN-0711 kod 40600038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmiş 0,0338 ha torpaq sahəsinə dair X1 adına arayışın (elektron çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 dekabr 2023-cü il tarixli, 2-1(107)-477/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qə rarı qəbul etdi. İŞİN HALLARİ
1. Qəbələ rayonu Bum bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 12 nömrəli qərarı ilə X2 tikinti məqsədi ilə 0,0338 hektar torpaq sahəsi satılmış, bundan sonra xx.xx.2006-cı ildə X2 JN-0711 kod 40600038 nömrəli “Torpağa mülkiyyət hüququnda dair” Dövlət Aktı verilmişdir.
2. X5 22 yanvar 2017-ci il tarixdə vəfat etmişdir.
3. X1 nümayəndəsi cavabdehə ərizə ilə müraciət edərək Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,011 ha və 0,0228 ha torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
4. Cavabdeh 28 aprel 2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, aparılan araşdırma nəticəsində iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsi arasında 350 m məsaf ə fərqi var. Həmçinin faktiki torpaq sahəsi Ərazi İdarəsində mövcud olan elektron baza xəritəsində məktəb ərazisi kimi qeyd edilmişdir. Bu səbəbdən də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Bum bələdiyyəsinin 07 dekabr 2002-ci il tarixli, 12 nömrəli qərarına əsasən mərhum həyat yoldaşı X2 Qəbələ rayon Bum qəsəbəsində tikinti məqsədləri üçün ayrılmış, 23 fevral 2006-cı il tarixində keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsində dövlət qeydiyyatına alınmış və JN-0711 seriyalı 40600038 kod nömrəli “Torpağa mülkiyyət hüqu quna dair” Dövlət Aktı verilmiş 0,0338 ha torpaq sahəsi ilə bağlı hüquqların adına təkrar qeydiyyatının mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla buna dair ona çıxarış və texniki sənəd verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsinin əsaslarına görə, Qəbələ rayon Bum Bələdiyyəsinin 07 dekabr 2002-ci il tarixli, 12 saylı qərarına əsasən iddiaçının mərhum həyat yoldaşı X4 Qəbələ rayonu, Bum qəsəbəsində tikinti məqsədləri üçün 0,0338 ha torpaq sahəsi alqı-satqı yolu ilə satılmışdır. İddiaçının mərhum ərinin torpaq sahəsi üzərindəki hüququ 23 fevral 2006-cı il tarixində keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsində qeydiyyata alınmış və ona JN 0711 seriyalı, 40600038 kod nömrəli “Torpağa mülkiyyət hüq uquna dair” dövlət aktı verilmişdir. İddiaçının əri 22 yanvar 2017-ci il tarixində vəfat etmişdir. Ərinin ölümündən sonra ərizəsi üzrə Qəbələ regional “Asan Xidməd” mərkəzindəki notariat ofisində V-390 nömrəli vərəsəlik işi açılmış, iddiaçı varis olaraq tanınmışdır. İddiaçı onu da qeyd edir ki, “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında həyat yoldaşının soyadı səhvən “Əzənmədov” yerinə, “Əzməmmədov” şəklində qeyd olunmuşdur. Bu xəta məhkəmə aktı ilə aradan qaldırılmışdır. Belə ki, iddiaçının ərizəsi üzrə işə xüsusi icraat qaydasında baxan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-150/2022 saylı qətnaməsi ilə “Qəbələ rayon Bum Bələdiyyəsinin 07 dekabr 2002-ci il tarixli, 12 saylı qərarına əsasən X1 mülkiyyətinə verilmiş JN 0711 nömrəli (kod: ********) “Torpağa mülkiy yət hüququna dair” dövlət aktının mərhum X4 məxsus olması hüquqi faktı” müəyyən edilmişdir. Qətnamə qüvvəyə minmiş və icraya yönəldilmişdir. İddiaçı bildirir ki, mərhum ərinin 2006-cı ildə sözügedən torpaq sahəsi ilə bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət hüququ dövlət tərəfindən tanınmış və öz hüquqi qüvvəsini saxlamaqdadır. İndiyə qədər bu hüquq hər hansı orqan, yaxud fiziki və ya hüquqi şəxs tərəfindən mübahisələndirilməmiş, bununla bağlı daşınmaz əmlakın ərazi dövlət reyestri orqanına və ya yerli bələdiyyə orqanına, yaxud da həmin orqanlardan sair qurumlardan ünvanına hər hansı etiraz, iddia, tələb daxil olmamışdır. Qeyd olunanlara əsasən iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.
7. Cavabdeh iddia ərizəsinə etiraz etmişdir ki, etira zın əsasını imtina məktubunda qeyd edilənlər təşkil edir.
8. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, “Qəbələ rayon Bum bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 12 nömrəli qərarına əsasən mərhum X4 Qəbələ rayon Bum qəsəbəsində tikinti məqsədilə ayrılmış, xx.xx.2006-cı il tarixdə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsində dövlət qeydiyyatına alınmış və JN-0711 kod 40600038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmiş 0,0338 ha torpaq sahəsinə dair X3 adına arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. Şəki İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
10. Şəki İnzibati Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2-1(116)-189/2023 saylı qərarı ilə (hakim X7) iddia tələbi təmin edilməmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, mərhum X1 adına tərtib edilmiş JN-0711 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən 711A nömrəli konturda göstərilmiş 0,0228 hektar torpaq sahəsi ilə faktiki naturada ölçülmüş 0,0228 hektar torpaq sahəsi üst-üstə düşmür, 110 kv.m. torpaq sahəsi isə başqa şəxsin istifadəsində olan torpaq sahəsi olmaqla hər iki torpaq sahəsi sənəd üzrə ayrılmış torpaq sahəsindən aralı yerləşir. Sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında 350 m məsafə fərqi vardır. Bununla yanaşı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, dövlət aktında göstərilmiş torpaq sahəsi iki planşet hissəsindən ibarət olmaqla (228,34 və 110,22 kv.m) iki fərqli ərazidə yerləşir, bir-birinə qonşu (bitişik) torpaq sahələri deyildir. Odur ki, onların iddiaçının tələbinə uyğun olaraq vahid daşınmaz əmlak kimi qeydə alınması da yolverilməzdir.
12. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 dekabr 2023-cü il tarixli, 2-1(107)-477/2023 nömrəli qərarı ilə (hakimlər X6 (məruzəçi), X12 və X8) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2-1(116)-189/2023 saylı qərarı dəyşdirilmədən saxlanılmışdır.
14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış dır.
15. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
16. Şikayətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1, 13.11-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilir.
17. Qeyd edilir ki, iddiaçının torpağın mülkiyyətçisi olmasına dair hüquqi və texniki sənədləri mövcuddur, həmin sənədlər mübahisələndirilmir, heç bir fiziki və ya hüquqi şəxs bu torpaq sahəsinə iddialı deyildir. Əslində, mərhum ərinin hüququ tanınıb və qeydiyyata a lınıb, iddiaçı ərinin vəfatı ilə bağlı olaraq təkrar qeydiyyat üçün müraciət edir. Mərhumun adına olan aktın sxemindəki koordinatlar keçmiş SSRİ məkanında daha çox tətbiq olunan coğrafi Qauss-Kryuker düzbucaqlı koordinat sistemi (Pulkova-42) ilə təyin olunan koordinatlardır. Mütəxəssis rəyindəki koordinatlar isə GPS-84 koordinat sistemi ilə təyin edilib. Nəzəriyyədə bu koordinat sistemlərdəki sürüşmə uyğunsuzluğun 150 metrəyə kimi olması mümkündür, praktikada isə bəzən daha çox ola bilir. Obyektiv olaraq, uyğunsuzluqların olması mümkündür. Lakin bu uyğunsuzluqlar o demək deyil ki, 20 ildən çoxdur ki, faktiki istifadəsində olan torpaq sahəsi onların deyildir. b. kassasiya şikayətinə etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Daşınm az əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.5. 2006-cı il iyulun 6-dək mü vafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə
22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik 22.1. Etibarlı idarəetmə və ya qəyyumluq əsasında daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı bütün hüquqlar bu münasibətləri müəyyən edən sənədlər, o cümlədən müqavilələr və məhkəmə qərarları əsasında dövlət qeydiyyatına alınır. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsa sında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1321. Vərəsəlik şəhadətnaməsi anlayışı 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəli k şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Maddə 1324. Vərəsənin vərəsəsinə vərəsəlik şəhadətnaməsi verilməsi Əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, onun vərəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik şəhadətnaməsi ala bilərlər. Maddə 1325. Miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.
21. Azərbaycan Respub likasının İnzibati Prosessual Məcəlləsi: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şika yət mümkün hesab edilmişdir.
23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iddia mümkün sayılmamalıdır.
25. Bu özünü iki əsasda ehtiva edir. Məhkəmə kollegiyası onların hər birinə ayrı ayrılıqda münasibət bildirməyi məqsədə müvafiq hesab edir. İddia ilə bağlı hüquqi marağının olmaması
26. Hazırki iş üzrə iddia tələbindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə çatmaq istədiyi hüquqi nəticə dövlət akt ı əsasında ərinin adına verilmiş torpaq sahəsinə mülkiyyət hüququna dair arayışın əldə edilməsinə nail olmaqdan ibarətdir.
27. İş materiallarından görünür ki, mübahisəli torpaq sahəsi JN-0711 KOD 40600038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə iddiaçının mərhum əri X1 mülkiyyətinə verilmişdir. 28. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 4-cü maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçın ın ərinə xx.xx.2002-ci il tarixdə dövlət aktı əsasında satılmış torpaq sahəsi “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 4-cü maddəsinin təsiri altına düşür. Yəni verilmiş dövlət aktı iddiaçının ərinin mülkiyyət hüquqlarını təsdiq edir. Başqa sözlə, iddiaçının ərinə məxsus torpaq sahəsi üzərində mülkiyyət hüquqları JN-0711 KOD 40600038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə təsdiq edildiyindən hazırki vəziyyətdə iddia tələbi üzrə vəfat etmiş şəxsin adına arayışın tələb edilməsinin hüquqi əsası yoxdur.
30. Beləliklə, qanunun tələbindən və yuxarıda şərh edilənlərdən də görünür ki, “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı hüquqmüəyyənedici sənəd olmaqla daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması barədə çıxarışla eyni hüquqi qüvvəyə malik olduğundan və m ülkiyyət hüququnu təsdiq etdiyindən hazırki tələblə bağlı iddiaçının hüquqi marağı qalmamışdır. Subyektiv hüququn olmaması ilə bağlı.
31. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hak imiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi).
32. İnzibati mübahisə üzrə iddia isə onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların t ələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin.
33. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsi nə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.(8.6-cı bənd).
34. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.”(9-cu bənd)
35. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
36. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə iddiaçının subyektiv hüquqi mövcud deyildir.
37. İş materiallarından görünür ki, JN-0711 KOD 40600038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı X1 adına olmuşdur. İşə əlavə edilmiş “Ölüm haqqında” şəhadətnaməyə əsasən o, 22 yanvar 2017-ci il tarixdə vəfat etmişdir.
38. Qəbələ regional “ASAN XİDMƏT” Mərkəzindən təqdim edilmiş 8V-392 saylı vərəsəlik işindən görünür ki, iddiaçı və onun övladları hər birinə ayrılıqda vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariat ofisinə müraciət etmişlər. Lakin iş materiallarında belə bir şəhadətnamə mövcud deyildir.
39. Mülki qanunvericiliyə görə vərəsələrin mirası qəbul etməsini təsdiq edən sənəd vərəsəlik şəhadətnaməsidir. Hazırkı vəziyyətdə vərəsəlik şəhadətnaməsinin olmaması (ən azından bu hal iş materialları ilə təsdiq edilmir) iddiaçının tələbi ilə məhkəməyə müraciət etmək hüququnu istisna edir. Başqa sözlə iddiaçı mirasın qəbuluna dair sübut təqdim etmədiyindən iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ yoxdur.
40. Məhkəmə kollegiyası bildirir ki, iddiaçı ərinin mülkiyyətinə olan torpaq sahəsi ilə bağlı notariat orqanına müraciət etməklə vərəsəlik şəhadətnaməsi əldə etməli, bundan sonra X1 adına verilmiş dövlət aktında olan torpaq sahəsinə vərəsəlik qaydasında reyestrdə hüququn qeydə alınması barədə cavabdeh orqana müraciət etməlidir. Hazırkı vəziyyətdə isə iddiaçının bu prosedur qaydaya riayət etməsi təsdiq olunmur.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 07 dekabr 2023-cü il tarixli, 2-1(107)-477/2023 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayon Bum bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 12 nömrəli qərarına əsasən mərhum X4 Qəbələ rayon Bum qəsəbəsində tikinti məqsədilə ayrılmış, xx.xx.2006-cı il tarixdə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsində dövlət qeydiyyatına alınmış və JN-0711 kod 40600038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmiş 0,0338 ha torpaq sahəsinə dair X1 adına arayışın (elektron çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası