Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-972/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Bakı şəhər İddiaçı Cavabdeh1 (üçüncü şəxs Maliyyə Nazirliyinin iştirakı ilə) qarşı iş üzrə QƏRAR (Açar sözlər: mənzil hüququ ilə bağlı mübahisələr; kompensasiya ödənilməklə daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun, iddiaçının vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Bakı şəhər İddiaçı Cavabdeh1 (üçüncü şəxs Maliyyə Nazirliyinin iştirakı ilə) qarşı daşınmaz əmlakın boşaldılması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İ K-nın xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-159/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh1 qarşı ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar mülkiyyətçi Cavabdeh1 101167 manat məbləğdə kompensasiya ödənilərək fərdi yaşayış evinin boşaldılması barədə iddia ərizəsi və sonradan iddia tələbinə dəqiqləşmə barədə ərizə ilə 1 saylı Bakı İnzibat i-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı şəhər İddiaçı müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə İddiaçı alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir. Cavabdeh1 ünvan 1 mülkiyyətçisidir. Həmin əmlak Nazirlər Kabinetinin qeyd olunan 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarının təsirinə düşür. Cavabdehə danışıq (könüllü alqısatqı) yolu ilə onun mülkiyyətində olan daşınmaz əmlakın satın alınmasına razılıq barədə bildiriş göndərilmişdir. İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq cavabdehə yaşadığı ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 101167 manat məbləğində kompensasiya (2 aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla) ödəməyə hazır olduğunu bildirmişdir. Lakin cavabdeh təklif olunan kompensasiyanı almaqdan imtina etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(81)-1594/2019 nömrəli (sədrlik edən hakim M.Hacıbəyova) qərarı ilə iddianın təmin edilməsi, ünvan 1 ünvand a yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar mülkiyyətçi Cavabdeh1 101167 manat məbləğdə kompensasiya ödənilərək fərdi yaşayış evinin boşaldılması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhk əməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-159/2020 nömrəli (hakimlər V.Baxışova - sədrlik edən və məruzəçi, E.Nağıyeva və H.Həmidov) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,iddiaçının qeyd elədiyi torpaqların dövlət ehtiyacları üçün alınmasının əsasları qanunda göstərilmişdir və məhdud saydadır. Bunlar: dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafiz əsinin təmin edilməsi; müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; dəniz limanının ərazisinin artırılması. Qeyd olunan ərazidə, iddiaçı tərəfindən göstərilən ehtiyaclardan hər hansı biri göstərilməməklə bərabər, eyni zamanda söküləcək olan 1130 evin necə və hansı yolla müəyyən ediləcəyi naməlumdur. Digər tərəfdən torpaq sahələrinin koordinatlarını, ölçülərini və sərhədlərini göstərən yer quruluşu xəritə ona təqdim olunmamışdır. Xəritədə onun yaşadığı ərazinin qeyd olunan qərarın təsir dairəsinə düşdüyü müəmmalıdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-159/2020 saylı qərarını ləğv edərək, iddia tələbinin rədd olunmas ı barədə qərarın çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kol legiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-159/2020 saylı qərarla, Cavabdeh1 apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 21(82)-1594/2019 saylı qərarının dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun 1.1.6, 1.1.11, 4.1, 7.1, 7.2, 20.1.6, 26.1-ci maddələrinə, Nazirlər Kabinetinin «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» xx xxxxxx 2018-ci il tarixli, 51 saylı Qərarına istinad etməklə, belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Məhkəmə kollegiyası cavabdehin kasasiya şikayətindəki dəlillərini əsassız sayır, belə ki, kasasiya şikayətindən göründüyü kimi həmin dəlillərin xülasəsi 2 amillə bağlıdır: birincisi, «kompensasiya məbləği ədalətli deyildir» və ikincisi, «xəritədə bizim yaşadığımız ərazinin qeyd olunan qərarın təsir dairəsinə düşdüyü müəmmalıdır». Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi, İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnziba ti-İqtisadi Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinə dəqiqləşmə verərək ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar mülkiyyətçi Cavabdeh1 101167 manat məbləğdə kompensasiya ödənilərək fərdi yaşayış evinin boşaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 190868 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, aaa 45,2 kvadrat metr yaşayış sahəsi olan ev 6/47 cavabdehin tam mülkiyyətindədir. Qeyd edilən fərdi yaşayış evinin xx xxxx 2004-cü il tarixdə tərtib edilmiş texniki pasportunda evin yaşayış sahəsinin 48,8 kvadrat metr köməkçi sahəsinin 8,6 kvadrat metr olduğu, ümumi sahənin isə 57,4 kvadrat metr olduğu qeyd edilmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üçün «xxxx» MMC tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-ci il tarixli «Qiymətləndirmə hesabatından çıxarış»a əsasən həyata keçirilmiş ölçmə işləri nəticəsində ünvan 3 ünvanda yerləşən evin ümumi faktiki sahəsi 70,12 kvadrat metr olmaqla əsas sahəsi 50,74 kvadrat metr köməkçi sahəsi 11,87 kvadrat metr, sanitariya qovşağı 1,1 kvadrat metr xidməti keçid 6,41 kvadrat metr, metlax döşəmə 12,19 kvadrat metr təşkil etmiş, əsas və köməkçi sahələri üçün kompensasiya məbləği hər kvadrat metr üçün Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faiz əlavə olunmaqla 1500 manatdan, sanitariya qovşağı və xidməti keçid üçün 800 manatdan, metlax döşəmə üçün 20 manatdan hesablanmışdır. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx xxxxxx 2019-cu il tarixli akta əsasən cavabdehə ona məxsus yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı rəsmi bildiriş göndərilməsinə və 43 saylı MKİS vasitəsilə dəfələrlə dəvət edilməsinə baxmayaraq cavabdeh komissiyada iştirak etməmişdir. Burada xüsusi olaraq qeyd edilməlidir ki, cavabdehin evin in texniki pasportuna görə evin ümumi sahəsinin 57,4 kvadrat metr olduğu halda ekspert tərəfindən kompensasiyanın məbləği ümumi faktiki sahəyə, yəni, 70,12 kvadrat metrə görə hesablanmışdır. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan kimi Bakı şəhər İddiaçı müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Bakı şəhəri İddiaçınə tapşırılmışdır ki, göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərıni «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq həyata keçirməsi və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Bakı şəhərinin Yasamal rayo nu ərazisində vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış obyektlərinin bir qisminin dövlət ehtiyacları üçün alınması haqqında» xx xxxxxx 2018-ci il tarixli Qərarında Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayıl bəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd olmaqla, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektinin dövlət ehtiyacları üçün alınması müəyyən edilmiş və alınan torpaq sahələrinin koordinatlarını, ölçülərini və sərhədlərini göstərən yerquruluşu xəritəsi əlavə olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 201 8-ci il tarixli Qərarına əlavə edilmiş həmin xəritə və iş materiallarına əlavə edilmiş xəritələr əsasında müəyyən edilmişdir ki, cavabdehin mülkiyyətində olan ev Nabat Aşurbəyova və Abdulla Şaiq küçələri arasında olan Z.Adıgözəlov küçəsində yerləşməklə dövlət ehtiyacları üçün alınacaq torpaq sahəsinin koordinatları daxilində yerləşir. Yəni, bu məsələdə cavabdehin kasasiya şikayətində yazdığı kimi heç bir «müəmmalı» hal yoxdur, hər şey çox konkret və aydındır. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsınə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 1.1.6-cı maddəsinə görə kompensasiya – bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəzdir. Həmin Qanunun 1.1.11-ci maddəsinə əsasən zərərli təsir – alınan torpaqda dövlət ehtiyacının yaranmasına səbəb olmuş layihənin həyata keçirilməsi, o cümlədən layihə ilə nəzərdə tutulmuş yeni tikintinin (obyektin) inşası və (və ya) həmin tikintinin təyinatı, yaxud istifadəsi (istismarı) ilə əlaqədar alınan torpaqla yanaşı olan torpağın və ya saxlanılan (alınmayan) torpağın bazar qiymətinin və ya bərpa qiy mətinın azaldılmış məbləğidir. Həmin Qanunun 7.1-ci maddəsinə görə torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alın maqla kompensasiya almaq hüququna malikdir. Həmin Qanunun 20.1.6-ci maddəsinə müvafiq olaraq alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır. Həmin Qanunun 26.1-cı maddəsınə əsasən alan orqan alınanın təsirin məruz qalan şəxslərə həmin şəxslərin mülkiyyət və digər hüquqlarını təsdiq edən sənədlərin alan orqana təqdim edilməsi barədə bıldiriş göndərir və həmin bildirişi alan şəxs müvafiq sənədləri və ya onların surətini alan orqana təqdim etmək, alan orqan isə həmin sənədlərin əsli təqdim edilməklə surətinin alınmasını təsdiq edən qəbzi həmin şəxsə təqdim etmək öhdəliyi daşıyır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı ol araq birinci instansıya məhkəməsinin mövqeyi ilə razılaşmaqla belə qənaətə gəlmişdir ki, cavabdehə iddiaçı tərəfindən mülkiyyətində olan fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar təklif edilən 101167 manat ədalətli və qanunun tələblərinə uyğundur. Belə ki, yuxarıda artıq göstərildiyi kimi təqdim edilmış qiymətləndirmə hesabatından görünür ki, cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinin sənəd üzrə ümumi sahəsi 57,4 kvadrat metr olsa da, kompensasiya faktiki istifadədə olan sahə üzrə, yəni, 70,12 kvadrat metr üçün hesablanmış, eyni zamanda kompensasiya hesablanarkən Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faiz əlavə nəzərə alınmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası h esab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 21(103)-159/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-972/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-972/2020
17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver