Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-972/2021 08.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı, Üçüncü şəxs X7, Üçüncü şəxslər X12, X1 və X2 nümayəndəsi X4 və onların vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X8, X13, X21, İsmayıllı rayon Qalacıq Bələdiyyəsi, X19, X6, X9) “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələblərinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 19 mart tarixli, 2-1(107)-142/2021 nömrəli qərarından üçüncü şəxslər X19, X6 və X9 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək JN-044F KOD 40711028 n ömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsini və 0.28 ha torpaq sahəsinin arxiv arayışına əsasən onun adına rəsmiləşdirilməsi xahiş etmişdir.
2. Cavabdeh 2018-cu il 03 may tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətində deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2018-ci il 13 noyabr tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona verilmiş JN-044F KOD 40711028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi və 2016-cı il 04 avqust tarixli, 27 5 nömrəli İsmayıllı rayon Dövlət Arxivinin arayışına uyğun olaraq onun İsmayıllı rayonu, İstisu kəndində yerləşən 0.28 ha torpağına mülkiyyət sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək JN-044F kod 40711028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, JN-043F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin arxiv arayışına əsasən ona məxsus olan 0.28 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.0198 ha hissədə ləğv edilməsi və 0.28 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələb ini onunla əsaslandırmışdır ki, İsmayıllı rayon Dövlət Arxivindən verilmiş 2016-cı il 04 avqust tarixli, 275 nömrəli arxiv arayışına əsasən iddiaçının mərhum atası X3 İsmayıllı rayonunun İstisu kəndində 0.28 ha torpaq sahəsi ayrılmışdır. Lakin iddiaçı verilmiş JN-044F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də onlara ayrılmış torpaq sahəsi texniki səhv olaraq 0.08 ha kimi göstərilmişdir. Halbuki uzun illər onlar faktiki olaraq 0.28 ha torpaq sahəsinə sahiblik etmişlər. Bundan əlavə iddiaçıya verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də iddiaçının adı səhvən “Habil” kimi yazılmışdır. İddiaçı həmin şəhadətnamədə qeyd edilən “Habil” adının ona aid olması ilə bağlı İsmayıllı Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və həmin məhkəmənin 2(037)4 6/2018 saylı, 2018-ci il 19 yanvar tarixli qətnaməsinə əsasən iddiaçının ərizəsi təmin edilmiş, JN-044F KOD 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd edilən “X11” ilə “İddiaçı”nun eyni şəxs olması faktı müəyyən edilmişdir. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı İsmayıllı rayonu, İstisu kəndində yerləşən 0.08 ha torpaq sahəsinə dair JN-044 F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və 0.28 ha torpaq sahəsinin arxiv arayışına əsasən adına rəsmiləşdirilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. İddiaçının iddia etdiyi tələblər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Qeyd olunan s əbəblərdən də müraciətinin icrası mümkün olmamışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati Məhkəməsinin 2020-ci il 12 noyabr tarixli, 2-1(116)-18/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə JN044F kod 40711028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, JN-043F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin arxiv arayışına əsasən iddiaçı və ailə üzvlərinə məxsus olan 0.28 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.0198 ha hissədə ləğv edilməsi, iddiaçı və ailə üzvlərinin 0.28 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı və ailə üzvlərinin qanuni istifadəsində 0.28 ha torpaq sahəsi olmuş, lakin torpağa mülkiyyət hüququna dair şəhadətnamədə torpaq sahəsinin ölçüsü 0.08 ha qeyd edilmişdir. Ləğvi tələb olunan JN043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də torpaq sahəsinin ölçüsü 0.16 ha göstərilsə də, 3-cü şəxslərin həmin ölçüdə torpaq sahəsinin qanuni istifadələrində olmasına dair ilkin sənədlər olmamış, əksinə, məhkəmə tərəfindən toplanmış sənədlərdə onların qanuni istifadəsində olan torpaq sahəsinin 0.12 ha olduğu qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, 0.28 ha torpaq sahəsi iddiaçı və ailə üzvlərinin qanuni istifadəsində olmuşdur. İddiaçının qanuni istifadəsində 0.28 ha torpaq sahəsi olduğu halda, məhkəmə hesab etmişdir ki, iddiaçı və ailə üzvlərinə 0.08 ha torpaq sahəsinə JN-044F kod 40711028 nömrəli “T orpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin hazırlanması, həmçinin həmin torpaq sahəsinin 0.0198 ha hissəsinə İsmayıllı rayon AİK-in 1998-ci il 21 aprel tarixli, 46 nömrəli qərarına istinadən 3-cü şəxslərin adına JN-043F nömrəli şəhadətnamənin hazırlanması əsassız olmuşdur. Belə ki, iddiaçının qanuni istifadəsinə keçmiş 0.28 ha torpaq sahəsi torpaq islahatı haqqında qanunun tələbləri baxımından sonuncunun mülkiyyətinə verilmişdir.
9. Üçüncü şəxslər X19, X6, X9 həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 19 mart tarixli, 21(107)-142/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 2020-c i il 12 noyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Üçüncü şəxslər X19, X6, X9 həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
13. Şikayətin dəlillərinə görə, şəhadətnamələrin verilməsinə əsas olmuş qərar qüvvədə olduğu üçün onun əsasında verilmiş şəhadətnamələr ləğv edilə və ya düzəliş aparıla bilməz. Aqrar islahat həyata keçirilən zaman şəhadətnamələrdə qeyd olunan torpaq sahələri adları şəhadətnamədə olan şəxslərin mülkiyyətinə ve rilmiş, iddiaçılar həmin vaxt qeyd olunan qərarı mübahisələndirməmiş, şəhadətnamə tərtib olunub onlara təqdim edilən zaman da oradakı qeydin düzgün olmaması ilə bağlı müvafiq orqanlara müraciət etməməklə qanunvericiliklə müəyyən olunmuş müddətləri ötürmüşlər.
14. Bundan əlavə, məhkəmə iddianı təmin etmək üçün şübhəli arxiv arayışlarına istinad etmiş, lakin həmin arxiv arayışlarında rəqəmlərin müxtəlifliyi nəzərə alınmamışdır. İş materiallarında olan iddiaçının ailə üzvlərinin adına olan “JN-044F kod 40711028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə onların mülkiyyətinə 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmçinin, İsmayıllı rayon Qalacıq İƏB-üzrə İstisu kolxozunun islahatı ilə əlaqədar İstisu və Çayqovuşan kəndində yaşayan pasport qeydiyyatında olan torpaq payı almaq hüququ olan vətəndaşların “Siyahısı”nın təsdiq edilmiş surətində 250-ci sırada iddiaçının ailə üzvlərinin adları və həyətyanı torpaq sahəsi 0,20 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. Cavabdehin 2019-cu il 16 iyul tarixli, **********52 nömrəli məktubunda qeyd edilmişdir ki, elektron baza məlumatlarında JN-044F olan şəhadətnamənin 0,08 ha hissəsi ilə qonşu olan torpaq sahəsi 223BB nömrəsi ilə bələdiyyə mülkiyyətindədir. Məhkəmə rəsmi dövlət qurumlarının torpağın mülkiyyətə verilməsinə dair qərar qəbul edən vaxt olan rəsmi məlumatları nəzərə almadan sonradan əldə edilmiş şübhəli Arxiv arayışlarına əsasən qanunsuz qərar qəbul etmişdir. İddiaçıların məhkəməyə təqdim etdiyi, onların istifadəsində 0,28 ha torpaq sahəsinin olması haqqında olan arxiv arayışları əgər həqiqidirsə, onda, İsmayıllı rayon Qalacıq İƏB üzrə İstisu kolxozunun islahatı ilə əlaqədar İstisu və Çayqovuşan kəndində yaşayan pasport qeydiyyatında olan torpaq payı almaq hüququ olan vətəndaşların “Siyahısı”nda niyə zəbtlə birlikdə onların istifadəsində 0,20 ha torpaq sahəsi olması göstərilmişdir. Bundan əlavə məhkəmə qərarında göstərilən arayışlarda olduğu kimi iddiaçıların istifadəsində 0,28 ha torpaq sahəsi olmuşdursa, nə üçün İsmayıllı Rayon Məhkəməsində tərəflər arasında olan mübahisə zamanı bu arayışlar alınaraq məhkəməyə təqdim edilməyib. b. məhkəmə icraatı iştirakçılarının izahatları
15. Üçüncü şəxslər X12, X1 və X2 nümayəndəsi və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.
16. İddiaçı və üçüncü şəxs X13 məhkəmə iclasında vəkil i lə təmsil olunmadıqlarından, çıxışlarda iştirak etmədilər.
17. Cavabdeh və üçüncü şəxslər X8, X21, İsmayıllı rayon Qalacıq bələdiyyəsi məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
18. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçü n əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şika yəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (hə cmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Şikayət qismən əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqq ında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə istinadla qeyd etmişdir ki, həmin qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi həmin normanın tələbini üçüncü şəxslərin adlarına verilmiş JN043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə münasibətdə nəzərə almamışdır.
24. Həm də nəzərə alınmalıdır ki, üçüncü şəxslərin adlarına verilmiş JN-043F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin hüquqi qüvvəsi həmin şəhadətnamədə istinad edilən inzibati akta – İsmayıllı rayon Aqrar İslahat Komissiyasının qərarına əsaslanır. Həmin qərarın ləğvinə, hər hansı səbəbdən qüvvədən düşdüyünə, yaxud müb ahisələndirilən şəhadətnamənin məzmunun həmin qərara uyğun olmadığına (torpaq sahəsinə hüquqa dair qeydiyyatın həmin qərara uyğun aparılmadığına) dair işdə məlumat yoxdur. Buradan, iddianın həmin hissəyə münasibətdə mümkünlük şərtləri yoxlanılmamışdır. İşin hallarının araşdırılması prinsipinin tələbləri isə iddianın mümkünlük şərtlərinin yoxlanılmasına da aiddir.
25. Digər tərəfdən, üçüncü şəxslərin torpaq sahəsinin İsmayıllı rayon Qalacıq kənd İƏD-nin 50 nömrəli Arxiv fondunda saxlanan 1996-2000-ci illərin İstisu kəndi üzrə təsərrüfatbaşına kitabında X10 ailə başçısı olmaqla onun və ailə üzvlərinin adlarına qeyd olunan 0.12 ha-dan artıq olması həmin artıq hissənin (0.04 ha) məhz iddiaçının əsaslandığı arayışda göstərilən torpaq sahəsinin hesabına yarandığını özüözlüyündə ehtiva etmir. Bel ə ki, torpaq sahəsi fərdi-müəyyən əşya olmaqla, onun yerləşmə vəziyyəti, hüdudları döngə nöqtələrinin koordinatları ilə müəyyən edilir. İddiaçının öz tələbinin əsası kimi istinad etdiyi arayışda iddia olunan 0.28 ha torpaq sahəsinin koordinatları göstərilməyib. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən təqdim olunmuş “İsmayıllı rayonu İstisu kəndində yerləşən İddiaçı istifadəsində olan 0.2549 ha həyətyanı torpaq sahəsinin yerləşmə sxemi” və sxemdə göstərilən koordinatlar isə - həmin İdarənin 2019-cu il 5 noyabr tarixli müşayiət məktubunun məzmunundan da göründüyü kimi - JN-044F KOD 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” üzrə 0.08 ha sahədən əlavə iddiaçının və ailə üzvlərinin istifadəsində olan torpaq sahəsinin faktiki vəziyyətinə görə tərtib olunmuşdur (İ cild, iş v.115, 116). Başqa sözlə, hətta iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi arayışda göstərilən 0.28 ha torpaq sahəsinə hüququnun olduğu müəyyən edildikdə belə, koordinatları müəyyən edilməmiş 0.28 ha ölçüdə torpaq sahəsinə hüquq digər şəxslərin ləğv edilməmiş (və qeydə alınmış) hüquqlarının zərərinə həyata keçirilə bilməz. JN-043F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin (tam və ya qismən) ləğvi isə həmin sənəddə istinad olunan inzibati aktla verilmiş hüququ ləğv etmir.
26. Beləliklə, JN-043F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən üçüncü şəxslər X22, X6 və X5 məxsus torpaq sahəsinə münasibətdə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halla r apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmamış, İPMin 12.1, 58.7, 82-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır.
27. Məhkəmə kollegiyası, nəzərə alır ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçının faktiki istifadəsində olan 0.2549 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən JN-044F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.08 ha torpaq sahəsi ilə yanaşı, həm də bələdiyyə mülkiyyətində saxlanılan 0.1749 ha torpaq sahəsindən ibarətdir və həmin (0.1749 ha) torpaq sahəsi hissəsinə iddiaçının və ailə üzvlərinin mülkiyyət hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsini üçüncü şəxs Qalacıq Bələdiyyəsi və cavabdeh inzibati orqan mübahisələndirməmiş, məhkəmə aktlarından şikayət verməmişlər. Həmçinin həmin hissədə iddianın təmin olunması üçüncü şəxslər X19, X6, X2 maraqlarına toxunmur. Buna görə də, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən - “cavabdehin üzərinə JN-043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv arayışına əsasən iddiaçı və ailə üzvlərinə məxsus olan 0.28 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.0198 ha hissədə ləğv edilməsi, İddiaçı və ailə üzvlərinin həmin (üst-üstə düşən 0.0198 ha) torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədini verilməsi öhdəliyinin qoyulması” hissəsində ləğv edilməli, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
28. Məhkəmə kollegiyası, həmçinin nəzər ə alır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını bütövlükdə (həm də onların maraqlarına toxunulmayan hissədə) mübahisələndirən üçüncü şəxslərin şikayətlərinə mahiyyəti üzrə tam həcmdə baxaraq rədd etdiyindən, bununla da, üçüncü şəxslərin apellyasiya şikayətində irəli sürdükləri tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən tam təmin olunmadığından, həmin qərarın bütünlükdə ləğvinə dair şikayət iddianın üçüncü şəxslər X19, X6 və X2 maraqlarına toxunmayan hissəsinə münasibətdə də mümkünlük şərtlərinə cavab verir və həmin şikayət üzrə kassasiyanın mümkünsüz hesab edilməsi üçün əsaslar yoxdur (İPM-in 90.2-ci maddəsi). Lakin şikayət qeyd olunan hissədə mümkün olsa da, apellyasiya instansiyası məhkəməsinin qərarının üçüncü şəxslərə məxsus JN-043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə əhatə olunmayan torpaq sahəsinə aid hissədə ləğvi üçün əsaslar yoxdur.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 19 mart tarixli, 21(107)-142/2021 nömrəli qərarı «JN-043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv arayışına əsasən iddiaçıya və ailə üzvlərinə məxsus olan 0.28 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.0198 ha hissədə ləğv edilməsi, İddiaçı və ailə üzvlərinin həmin (üst-üstə düşən 0.0198 ha) torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi» hissəsində ləğv edilir. İş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissəd ə təmin olunmur. Qərar qalan hissədə üçüncü şəxslər X22, X6 və X2 şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılır. Qərar qətidir.