Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-972/2022 06.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tə ləbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 2022-ci il tarixli, 2-1(103)-527/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1982-ci il tarixli A seriyalı, 763149 nömrəli diplomun surətinə əsasən, iddiaçı xx.xx.1980-ci ildə 87 nömrəli Texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1982-ci ildə “Elektrik qatarlarının maşinist köməkçisi" peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir.
2. NZ seriyalı, ******* nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək həqiqi hərbi xidmətdə olmuşdur.
3. İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək olan müddətd ə təhsil almışdır. xx.xx.1981-ci ildə Azərbaycan Dəmir Yolları Bakı Lokomotiv Deposunun Qaldırıcı sexinə 3-cü dərəcəli hərəkət heyətinin təmiri üzrə çilingər qəbul edilmiş, xx.xx.1982-ci ildə Sovet ordusuna çağırıldığı üçün işdən azad edilmiş, xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək Sovet Ordusu sıralarında xidmət etmiş, xx.xx.1984-cü ildə Azərbaycan Dəmir Yolları Bakı Lokomotiv Deposunun Qaldırıcı sexinə 3-cü dərəcəli hərəkət heyətinin təmiri üzrə çilingər qəbul edilmiş, xx.xx.1984-cü ildə Motorvaqon bölməsi üzrə maşinistin köməkçisinin dublyoru keçirilmiş, xx.xx.1984-cü ildə Motorvaqon bölməsi üzrə maşinistin köməkçisi vəzifəsində sərbəst şəkildə işləməsi üçün icazə verilmiş, xx.xx.1986-cı ildə Azərbaycan SSR Bakı Texniki Məktəbinin maşinistlər və motorvaqon bölməsi üzrə kurslara getdiy i üçün işdən azad edilmiş, xx.xx.1986-cı ildə Azərbaycan Dəmir Yolları Bakı Texniki Məktəbinin elektrik qatarı maşinistləri kurslarına daxil olmuş, xx.xx.1987-ci ildə həmin kursları bitirmiş, xx.xx.1987-ci ildə motorvaqon bölməsi üzrə maşinistin köməkçisi qəbul edilmiş, xx.xx.1987-ci ildə motorvaqon bölməsi üzrə maşinist ixtisası verilmiş, xx.xx.1989-cu ildə motorvaqon bölməsi üzrə maşinist keçirilmiş, xx.xx.1994-cü ildə MVB maşinistə 3-cü dərəcə verilmiş, xx.xx.1996-cı ildə MVB maşinistə 2-ci dərəcə verilmiş, xx.xx.2009-cu ildə İstismar sexində Depoda növbətçi maşinist keçirilmiş, xx.xx.2017-ci ildə Depoda növbətçi təyin edilmişdir.
4. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh iddiaçıya 9 sentyabr 2020-ci il tarixli, **********3 nömrəli məktub ünvanlayaraq ona pensiyanın təyin edilməsindən imtina olunduğunu bildirmiş və qeyd etmişdir ki, əmək kitabçasında qeyd olunan xx.xx.1989-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC-nin Bakı Lokomotiv Deposunda işlədiyi motor vaqon maşinisti vəzifəsi həmin qurumun 11 iyun 2020-ci il tarixli, 343 nömrəli arayışında istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahisı»nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçiləri bəndində (21.4) nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddi açının 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Bundan başqa, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 46801,16 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 39722,48 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKT LARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona xx.xx.2020-ci il tarixdən, 57 yaşının tamam olan vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun müraciət etdiyi vaxt kifayət qədər güzəştli iş stajının olmasına baxmayaraq, cavabdeh tərəfindən əmək pensiyasının təyin edilməsindən imtina nəticəsində hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yarımbölməsində “elektrik qatarlarının maşinistləri” və “elektrik qatarlarının maşinist köməkçiləri” vəzifələri qeyd edilmişdir. Azərbaycan Dəmir Yolları QSC Bakı Lokomotiv Deposunun verdiyi arayışda qeyd olunur ki, “motor vaqonu maşinisti” anlayışı “elektrik qatarlarının maşinistləri” və “maşinist köməkçiləri” vəzifə adları ilə eynilik təşkil edir. Onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il ümumi və 2 nömrəli Siyahı üzrə 12 il 6 ay güzəştli sığorta stajı olduğundan, ona yaşa görə əmək pensiyası Qanunun 9.8-ci maddəsinə uyğun olaraq 20 06-cı ilin yanvarın 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndi ilə müəyyən edilmiş 57 yaşa çatdığı tarixdən təyin edilməlidir.
7. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2-1(112)-4712/2021 nömrəli qərarı ilə (hakim Pərviz Hüseynov) iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Məhkəmə hesab etmişdir ki, xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə ya şa görə pensiya hüququ verən iş stajına malik olduğundan, cavabdeh tərəfindən əlavə olaraq iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb edilməsi, iddiaçını ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal sosial ədalət prinsipinin pozulması kimi qiymətləndirilməlidir. İddiaçının təhsil aldığı müddət, həqiqi hərbi xidmət keçdiyi müddət, yuxarıda qeyd olunan işlədiyi dövrlər nəzərə alınmaqla, onun 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
10. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 20 22-ci il tarixli, 21(103)-527/2022 nömrəli qərarı ilə (hakimlər Mirzə Tağızadə-sədrlik edən və məruzəçi, Azad İmanov və Aytən Oruczadə) cavabdehin apelyasiya şikayəti təmin edilməmişdir.
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçı ona məxsus əmək kitabçasına əsasən, xx.xx.1989-xx.xx.2006-cı illərdə "xxxx" QSC-nin Bakı Lokomotiv Deposunda "motor vaqon maşinisti" peşəsində çalışmışdır. Nazirlər Kabinetinin 320 saylı, 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının 28-ci bölməsi "Nəqliyyat" (kod: ********) adlanır. Həmin bölmənin “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər" adlanan (kod: ********) 1ci bəndində dəmiryol nəqliyyatında güzəştli iş stajı verən peşələr sadalanır. Qeyd edilən bənddə “motor vaqon maşinisti” peşəsi öz əksini tapmamışdır. Təsadüfi deyildir ki, iddiaçının təqdim etdiyi “Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı Lokomotiv Deposunun tərtib etdiyi 343 saylı, xx.xx.2020-ci il tarixli arayışda iddiaçının çalışdığı peşənin hansı bənd (kod) altında nəzərdə tutulduğu göstərilməmiş, ümumi şəkildə, Nazirlər Kabinetinin müvafiq qərarına istinad edilmişdir. İddiaçıya pensiya təyin edilməsi üçün onun ən azı 46.801,16 manat məbləğin də pensiya kapitalına malik olması tələb edilir. Lakin, iddiaçının sahib olduğu pensiya kapitalı cəmi 39.722,48 manat təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə y aşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
17. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun 13-cü maddənin “b” bəndi. əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştl i şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən, həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” XXVİİİ. Nəqliyyat.
1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər, kod 2 3001000—14409 elektrik qatarlarının (seksiyalarının) maşinistləri və kod 23001000—16887 elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” 21-ci Bölmə. Nəqliyyat, 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər - elektrik qatarlarının (seksiyalarının) maşinistləri, elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri
20. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya in stansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfində n işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apelyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apelyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apelyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apelyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apelyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu, o cümlədən peşələrin uyğunluğu ilə bağlı məsələni hərtərəfli və lazımi qaydada araşdırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1989-xx.xx.2006-cı illərdə işlədiyi motor vaqon maşınisti və maşinist köməkçisi peşələrini Azərbaycan Respublikası Nazirlər Kabine tinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda (XXVİİİ Bölmə. Nəqliyyat,
1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər, kod 23001000—14409 elektrik qatarlarının (seksiyalarının) maşinistləri və kod 23001000—16887 elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri), eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Si yahısı»nda (21-ci Bölmə. Nəqliyyat, 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər-elektrik qatarlarının (seksiyalarının) maşinistləri, elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri) nəzərdə tutulmuş peşələrə uyğun hesab etməkdə apelyasiya məhkəməsi haqlı sayılmalıdır. Apelyasiya məhkəməsi bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Belə ki, hazırkı mübahisəyə münasibətdə peşələrin uyğunluğunun müəyyən olunması zamanı iddiaçının işlədiyi peşənin funksional təyinatı və məzmunu, habelə xarakteri nəzərə alınmalı və məhz bu baxımdan həmin peşələrin müvafiq siyahıda nəzərdə tutulmuş peşələrə uyğunluğuna qiymət verilməlidi r. Qiymətləndirmə zamanı iddiaçının bilavasitə çalışdığı və onun həmin müəssisədə icra etdiyi vəzifə funksiyalarının və gördüyü işlərin məzmununu, eləcə də xarakterini müəyyən edən və daha dəqiq bilən müəssisələr tərəfindən verilmiş arayışlar da diqqətə alınmalıdır. Bu baxımdan məhkəmə kollegiyası apelyasiya məhkəməsinin iddiaçının bilavasitə işlədiyi müəssisə tərəfindən verilmiş arayışı mötəbər hesab etməsini də əsaslı sayır. Odur ki, apelyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. İddiaçının işlədiyi peşələrin istinad olunan siyahılarda nəzərdə tutulmuş peşələrə uyğunluğu ilə bağlı məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, “motor vaqon” funksional anlayış olaraq motorlu vaqon hərəkət tərkibini (heyətini) ifadə edir və motorlu oxların quraşdırıldığı vaqonlara malik olan dəmiryolu hərəkət tərkibinin ümumi adı kimi istifadə olunur. Motorlu vaqon hərəkət tərkibinə elektrik qatarları, dizel qatarları, metro qatarları və sairə aiddir. Vaqonları motorlu oxa malik olan bütün sürət qatarları motorlu vaqon hərəkət tərkibinə aid olunur. Motorlu oxlar qatarların yüksək xüsusi gücə malik olmasını və bunun üzərindən onların yüksək sürətini təmin edir. SSRİ dövründə istehsal olunmuş elektrik qatarlarının əksəriyyətində aparıcı vaqonlar muxtar iş rejimində çalışmaq üçün zəruri olan avadanlıq komplekti ilə təchiz olunmurdu və buna görə də bir necə vaqondan (o cümlədən motorlu) ibarət olan seksiyaların tərkibində istifadə edilə bilərdi. Başqa sözlə, “motor vaqon” anlayışı qatarların texnoloji qurğularla və güc avadanlıqları ilə təchiz olunmasına, habelə onların istismar imkanlarının optimallaşdırılmasına bağlıdır. Bu baxımdan “motor vaqon” anlayışı motorlu vaqon hərəkət tərkibi və elektrik qatarlarıseksiyaları anlamında təfsir olunmalı, “motor vaqon maşinisti” və maşinist köməkçiləri peşələri müvafiq siyahılarda nəzərdə tutulmuş elektrik qatarlarının (seksiyalarının) maşinistləri, elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri) peşələri kimi qiymətləndirilməlidir. Başqa sözlə, müvafiq siyahılarda nəzərdə tutulmuş elektrik qatarlarının (seksiyalarının) maşinistləri, elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri) peşələrinin həm də “motor vaqon maşinisti” və maşinist köməkçiləri peşələrini ehtiva etdiyi qəbul edilməlidir.
28. Apelyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş fak tiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apelyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq, həmin Qanun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində ümumu və xüsusi, yəni tam stajla bağlı nəzərdə tutulmuş dispozisiya şərtləri 1 yanvar 2006-cı il tarixədək iddiaçıya münasibətdə tam ödənildiyindən, iddiaçı həmin şərtlərin ödənildiyi dövrdə qüvvədə olmuş qanunla müəyyən edilmiş digər şərtin – 57 yaşının tamam olduğu gündən güzəştli şərtlərlə əmək pensiyası hüququnu qazanmışdır. Bu baxımdan əmək pensiyasının təyin edilm əsi üçün iddiaçıdan pensiya kapitalının tələb olunması əsassızdır.
30. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya həmin pensiyanın təyin olunması ilə bağlı apelyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 2022-ci il tarixli, 21(103)-527/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.