Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-972/2025 24.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təy inat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2024-cü il tarixli, 21(103)-3221/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Əvvəlki məhkəmə icraatı:
1. İddiaçı xx.xx.1953-cü il təvəllüdlüdür və 55 yaşı xx.xx.2008-ci ildə tamam olmuşdur.
2. İddiaçıya DSMF Qaradağ rayon Şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
3. Sonradan iddiaçı 01 dekabr 1973-cü il tarixdən 24 iyul 1974-cü il tarixinə kimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda hazırlıq şöbəsinin (fəhlə fakültəsində) təhsil aldığı müddətin iş stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı və yaşı kifayət etdiyinə görə 2008-ci ildən pensiyanın hesablanıb birdəfəlik ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. 4. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 fevral 2013-cü il tarixli, 2inz(81)170/13 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərar qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir Qərara izahla bağlı məhkəmə icraatı:
5. Daha sonra iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2013-cü il tarixli qərara 2008-ci ildən iddiaçıya pensiya hesablanması zamanı həmin dövrdə qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8, 27.1-ci maddələrinə əsasən orta aylıq əmək haqqı əsas götürülməklə pensiyanın hesablanmasına əs as verməsinə dair qərara izah verilməsini xahiş etmişdir. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 mart 2017-ci il tarixli qərardadı ilə məhkəmənin 28 fevral 2013-cü il tarixli qərarına aşağıdakı izah verilmişdir: «... 2008-ci ildən iddiaçıya pensiya hesablanması zamanı həmin dövrdə qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8, 27.1-ci maddələrinə əsasən orta aylıq əmək haqqı əsas götürülməklə pensiyanın hesablanmasına əsas verir».
7. Həmin qərardaddan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 8-1(103)-7/2017 saylı, 25 may 2017-ci il tarixli qərardadı ilə təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 mart 2017-ci il tarixli qərardadı ləğv edilərək iddiaçının mə hkəmə qərarına izah verilməsi barədə ərizəsi təmin olunmamışdır.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 2-1(102)1586/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 8-1(103)7/2017 saylı, 25 may 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hazırkı məhkəmə mübahisəsinin yaranma əsasları:
9. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək ona xx.xx.2008-ci il tarixindən həmin dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8, 27.1-ci maddələrinə əsasən (orta aylıq əmək haqqı əsas götürlüməklə) pensiyanın hesablanmasını xahiş etmişdir.
10. Cavabdehin iddiaçıya ünvanlamış xx.xx.2 023-cü il tarixli, 3-17-1/2- M147137/2022 nömrəli məktubunda bildirilmişdir ki, iddiaçıya xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci mad dəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. İddiaçının xx.xx.2016-cı il tarixində işdən azad olması ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya sığorta kapitalına görə əmək pensiyası Fondun Qaradağ rayon şöbəsi tərəfindən yenidən hesablanaraq 216,60 manatdan 338,66 manata (indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 587,11 manat) artırılıb. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyy ən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Bununla əlaqədar olaraq, işləyən əmək pensiyaçı kimi ödənilməli olan, lakin ödənilməyən məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində sonradan qeydə alındığından onun xx.xx.2023-cü il tarixli müraciətinə əsasən əmək pensiyası yenidən hesablanaraq 587,11 manatdan 728,98 manata artırılıb. Bundan başqa, xx.xx.2023-cü il tarixində işdən azad olmağı ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 8159,79 manat sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (8159,79:72 ay (144 ay - 72 ay)=113,33 manat) tərəfimizdən xx.xx.2023cü il tarixdən yenidən hesablanaraq 728,98 manatdan 842,31 (728,98+113,33) manata artırılıb. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.2008-ci il tarixdən həmin dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci və 27.1-ci maddələrinə əsasən (20042005-ci ilin orta aylıq əmək haqqı əsas götürülməklə) pensiyanı n hesablanaraq iddiaçıya ödənilməsi, o cümlədən hazırkı inzibati işin mahiyyəti üzrə məhkəmə qərarı qəbul edilən tarixədək qeyd olunan pensiya hesablaması nəticəsində yaranmış fərqin birdəfəyə iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı tələbini işin hallarına uyğun olaraq əsaslandırılmış və qeyd etmişdir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır, belə ki, ona xx.xx.2008-ci ildən ona pensiyanın hesablanması zamanı həmin dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və 27.1-ci maddələrinə uyğun (orta aylıq əmək haqqı əsas götürülməklə) pensiyanın hesablanması əsası vardır.
13. Cavabdeh iddiaya dair yazılı münasibətində iddianın mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etm işdir.
14. Bakı İnzibati Məhkəməsinin 26 aprel 2024-cü il tarixli 2-1(112)-2351/2024 nömrəli qərarı ilə (hakim A.Əhədova) iddia tələbi təmin edilmiş və İddiaçı pensiyasının 2004-2005ci ilin orta aylıq əmək haqqı əsas götürülməklə, xx.xx.2008-ci il tarixdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci və 27.1-ci maddələrinə əsasən yenidən hesablanması və pensiyanın yenidən hesablanması üçün müraciət etdiyi xx.xx.2023-cü il tarixdən əvvəlki 3 il üçün hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
15. Məhkəmə hesab etmişdir ki, iddiaçıya məhkəmənin qanuni qüvvəsini almış və icra edilmiş qərarı ilə güzəştli şərtlərlə pensiyası xx.xx.2008-ci il tarixdən təyin edilmişdir. Bununla da iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hü ququnu əldə etməsi xx.xx.2010-cu il tarixdən əvvəlki dövrə təsadüf edir, belə olan halda iddiaçı qanuna müvafiq dəyişikliyin edildiyi xx.xx.2010-cu il tarixədək qazanılmış pensiya hüququ əldə etdiyindən, onun pensiyası pensiya hüququnun yarandığı dövrdə qüvvədə olmuş qaydalara uyğun- “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci və 27.1-ci maddələrinə əsasən orta əmək haqqına istinadən yenidən hesablanmalı və yaranmış fərq ödənilməlidir.
16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
17. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək əmək pensiyasının 2006-2007-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə, xx.xx.2008-ci il tarixdə qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci və 28-ci maddələrinə əsasən yenidən hesablanması və pensiyasının yenidən hesablanması barədə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən əvvəlki 3 il üçün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2024-cü il tarixli, 2-1(103)-3221/2024 nömrəli qərarı ilə (hakimlər: C.Yusifov - sədrlik edən və məruzəçi, A.Oruczadə və G.Abbasova) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 26 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmiş, İddiaçı əmək pensiyasının 2006-2007-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə, xx.xx.2008-ci i l tarixdə qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci və 28-ci maddələrinə əsasən yenidən hesablanması və pensiyasının yenidən hesablanması ilə bağlı müraciət etdiyi xx.xx.2023-cü il tarixdən əvvəlki 3 (üç) il üçün hesablanraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
19. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən aşağıdakıları qeyd etmişdir: “Qanunvericiliyin iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yarandığı xx.xx.2008-ci il tarixdə qüvvədə olmuş tələblərinə əsasən orta aylıq əmək haqqına görə əmək pensiyalarının hesablanma qaydası keçmiş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müəyyən etdiyi qaydalara müvafiq olaraq - pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı - onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliy yətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanırdı Belə ki, hələ 2008-ci ildə qüvvədə olmuş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının “21” avqust 1997-ci il tarixli 29-3 nömrəli qərarı ilə təsdiq edilmiş və “28” 08 1997-ci il tarixdə Ədliyyə Nazirliyində qeydiyyata alınmış “Pensiya hesablanması üçün orta aylıq əmək haqqının müəyyən edilməsi qaydaları”nın 1-ci bəndi nəzərdə tuturdu ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq pensiya təminatı üçün əsas olan orta aylıq əmək haqqı məbləğindən iki təqvim ilinin 12 ayı ərzindəki gəlirə görə, yəni, qeyd edildiyi kimi son 24 ayın gəlirinə görə hesablana bilər. Konkret halda isə iddiaçıya məhkəmə qərarı ilə təyin olunan pensiyanın qeyd olunan qanunvericiliyin tələbləri qaydasında deyil, «Əmək pensiyaları haqqında» Qanunun 2010-cu ildən sonra qüvvədə olan müddəalarına uyğun hesablandığı, yəni, iddiaçının pensiya hüququ yarandığı vaxt yuxarıda qeyd olunan maddi hüquq normaları nəzərə alınmadan hesablandığı işin mübahisəsiz haldır. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçıya məhkəmə qərarı əsasında pensiya təyin olunarkən, cavabdeh pensiyanın hesablanma qaydasına riayət etməmiş, həmin vaxt qüvvədə olmuş maddi hüquq normaları ilə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, iddiaçının bununla da qanunla qorunan hüquqlarını pozmuşdur.”
20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın l əğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh kassasiya şikayətində apellyasiya şikayətinin dəlillərini təkrarlamışdır. Cavabdeh kassasiya şikayətinə əlavə verərək aşağıdakıları qeyd etmişdir: Məhkəmənin istinad etdiyi Qanunun xx.xx.2008-ci il tarixdə qüvvədə olmuş 27-ci maddəsi “Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması” adlanırdı. Qanunun 27.1-ci maddəsinin həmin vaxt qüvvədə olan redaksiyasına əsasən isə Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılarkən Qanun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il tarixinədək) qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ Qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilirdi. Həmçinin nəzərə alınmalıdır ki, məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının “21” avqust 1997-ci il tarixli 293 nömrəli qərarı ilə təsdiq edilmiş və “28” 08 1997-ci il tarixdə Ədliyyə Nazirliyində qeydiyyata alınmış “Pensiya hesablanması üçün orta aylıq əmək haqqının müəyyən edilməsi qaydaları” “Vətəndaşl arın pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq pensiya təminatı üçün əsas olan orta aylıq əməkhaqqının hesablanma mexanizmini müəyyən edir. Halbuki, Qanunun 27.2-ci maddəsinin həmin vaxt qüvvədə olmuş redaksiyasına uyğun olaraq həmin Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən əvvəl sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması Qaydaları” ilə müəyyən edilirdi. Həmin Qaydaların 1-ci misalına əsasən xx.xx.2006-cı il tarixdə yaşa görə pensiyaya ç ıxan şəxsin xx.xx.2006-cı il tarixədək 50 manat orta aylıq əməkhaqqı və 30 il sığorta stajı vardır. Əmək pensiyasının məbləği həmin tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq 35 manat (50 manat X 70%) məbləğində müəyyənləşdirilir. (xx.xx.2006-cı il tarixindən sonra fərdi hesaba toplanmış pensiya kapitalına görə yeni sistemdə qazanılmış pensiya məbləği ayrıca hesablanır). Misaldan da göründüyü kimi Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək pensiyanın şərti hesablanması zamanı orta aylıq əməkhaqqı xx.xx.2006-cı il tarixədək olan dövr üzrə müəyyən edilir, xx.xx.2006-cı il tarixindən sonra fərdi hesaba toplanmış pensiya kapitalına görə yeni sistemdə qazanılmış pensiya məbləği isə ayrıca hesablanır. “Vətənd aşların pensiya təminatı haqqında” Qanunun 71-ci maddəsinə əsasən pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əməkhaqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əməkhaqqından hesablanırdı. Qanunun xx.xx.2006-cı il tarixindən qüvvəyə mindiyi nəzərə alınaraq, Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada əmək pensiyası əmək fəaliyyətinin həmin ilədək axırıncı 24 ayına, yəni 20042005-ci illərə aid orta aylıq əməkhaqqından hesablana bilərdi. Beləliklə, Qanunun 27-ci maddəsinin 2010-cu il 1 yanvar tarixinədək qüvvədə olmuş redaksiyası əməkhaqqı əsasında hesablanmanı mümkün hesab etsə də, müva fiq hesablanma dövrü xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə deyil, Qanun qüvvəyə minməzdən əvvəlki dövr - 2004-2005-ci illər üzrə hesablanmanı ehtiva etməlidir. Bu zaman iddiaçının əmək pensiyası almaq hüququnu yeni Qanun qüvvəyə mindikdən sonra qazanması da diqqətə alınmalıdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasinin Konstitusiyasi: Maddə
149. Normativ hüquqi aktlar... Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.... 24. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2008-ci il tar ixdə qüvvədə olmuş redaksiyası: Maddə 9.8 bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə
27. Bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qala n məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Maddə
28. Bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 32.1 Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir.
25. İnzibati Prosessual Məc əllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tu tulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
26. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarş ı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normal arı düzgün tətbiq olunmuşdur.
30. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.
32. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı onun əmək pensiyasının 2006-2007-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə, xx.xx.2008-ci il tarixdə qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci və 28-ci maddələrinə əsasən yenidən hesablanmasına yönəlmişdir.
33. İşin hallarından müəyyən olunur ki, iddiaçıya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-170/2013 saylı xx.xx.2013-cü il tarixli qərarı ilə xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixinə kimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda hazırlıq şöbəsinin (fəhl ə fakultəsində) təhsil aldığı müddətin iş stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı və yaşı kifayət etdiyinə görə 2008-ci ildən pensiyanın hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinə həvalə edilmiş, həmin qərar qanuni qüvvəsini aldıqdan sonra, cavabdeh tərəfindən icra edilmişdir.
34. Göründüyü kimi iddiaçının 2008-ci il tarixdən pensiya hüququnun yaranması qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. İddiaçıya təyin edilməli olan pensiyanın hansı qaydada hesablanmalı olduğu məsələsinə münasibətdə isə kollegiya aşağıdakıları qeyd edir.
35. İddiaçının pensiya hüququnun yarandığı xx.xx.2008-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olmuş redaksiyasına əsasən: - 31.1-ci maddəyə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. - 32-ci maddənin 1-ci bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. - 37.7-ci maddəyə görə isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir 36. “Əmək pensiyaları haqqında” Qanunun 10.2-ci maddəsinə və 27-ci maddəsinə Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununa dəyişiklik və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD №l i Qanununa müvafiq olaraq edilmiş dəyişiklik 01 yanvar 2010-cu il tarixindən qüvvəyə minmişdir. Bu dəyişikliklərlə 01 yanvar 2006-cı il tarixdən qüvvədə olan pensiya hesablamalarının aparılması qaydası dəyişdirilmişdir. Beləliklə, xx.xx.2006 - xx.xx.2010cu il tarixlərdə bir hesablama qaydası, xx.xx.2010-cu il tarixdən etibarən isə başqa hesablama qaydası tətbiq edilməyə başlanılmışdır.
37. İddiaçının pensiya hüququ yaranan zaman (2008-ci ildə) “Əmək pensiyaları haqqında” Qanunun (01 yanvar 2010-cu il tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək) 10.2-ci maddəsində qeyd edilirdi ki, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PS+(PSK/T), burada SH – yaşa görə əmək pensiyasının sığorta hissəsidir, PS-bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmı ş əmək pensiyasının sığorta hissəsidir, PSK-sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu barədə qeydə alınmış pensiya kapitalıdır, T-göstərilən pensiya ödənişi müddətinin aylarının sayıdır.
38. Həmin Qanunun (xx.xx.2010-cu il tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək) 27-ci maddəsində isə göstərilmişdir ki, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu Qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu Qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir.
39. Hazırkı mübahisənin halları baxımından aydınlaşdırılmalı məsələ 01 yanvar 2010-cu il tarixədək qüvvədə olan qanunvericiliyə uyğun yaşa görə əmək pensiyası hüququ olan lakin həmin tarixdən sonra əmək pensiyası təyin edilməsi üçün müraciət etmiş şəxslərə pensiya hesablanmasının hansı qaydada aparılması ilə bağlıdır. İşin halları baxımından iddiaçının dəyişikliklərin edildiyi 01 yanvar 2010-cu il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə etdiyi mübahisə doğurmur.
40. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ xx.xx.2008-ci il tarixində yarandığından ona təyin edilmiş əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 2-ci bəndinin və 27-ci maddəsinin həmin tarixdə qüvvədə olan tələblərinə uyğun hesablanmalıdır. Çünki iddiaçı dəyişikliyin edildiyi 01 yanvar 2010-cu il tarixədək qazanılmış pensiya hüququ əldə etmişdir. Bu hüquq, həmçinin pensiyanın hüququn özünün qazanıldığı vaxt qüvvədə olan qanunvericiliyə uyğun hesablanmasını tələb edir. Əks halda, hüququn qazanılmış vəziyyətdə təmin edilməsi mümkün olmaz. Qazanılmış hüquqlara münasibətdə isə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış pensiya hüququ sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni sonradan yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl pe nsiya hüququ əldə etmiş şəxslərin hüquqlarını əvəzsiz ləğv edə bilməz.
41. Bundan başqa, sonrakı hesablama qaydası iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
42. Göründüyü kimi məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyini haqlı hesab edərək qeyd edir ki, iddiaçının pensiya hüququ xx.xx.2008-ci il tarixdən yarandığı halda, cavabdeh tərəfindən həmin vaxt qüvvədə olan yuxarıda qeyd olunan maddi hüquq normaları nəzərə alınmamışdır.
43. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə gör ə, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2024-cü il tarixli, 21(103)-3221/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.