Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-973/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi, istismara qəbul aktı, tikinti obyektinin istismarına icazə sənədi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı (xx.xx.1965-ci il təvəllü dlü; FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2022-ci il tarixli, 21(107)-223/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli Seriya MA ******* №-li çıxarışa əsasən, Qəbələ şəhərində yerləşən 0.05 ha tor paq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
2. Qəbələ RİH başçısının xx.xx.2005-ci il tarixli 165 №-li sərəncamından çıxarışdan görünür ki, Qəbələ şəhər sakini İddiaçı Qəbələ Bələdiyyəsindən alqı-satqı yolu ilə aldığı 310 kv.m torpaq sahəsində ticarət və iaşə xidməti obyektinin tikintisinə başlamağa icazə verilmişdir. Əsas: Qəbələ Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 07 saylı qərarı, xx.xx.2005ci il tarixdə qeydə alınmış 274 saylı torpaqların alqı-satqısına dair akt, xx.xx.2005-ci il tarixli 31 saylı ödəniş qəbzi.
3. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintilərin Dövlət Reyestri, Tikinti obyektlərinə verilən koda dair şəhadətnamədən görünür ki, ünvan 1 ünvanında yerləşən “Ticarət və ictimai iaşə obyekti” 001890 nömrə ilə, xx.xx.2019-cu il tarixdə tikin tilərin dövlət reyestrində qeydə alınmış və informativ və statistik xarakterli kod - 40601014-3-2501-001890/0419 – verilmişdir. 4. ünvan 1 ünvanında yerləşən “Ticarət və ictimai iaşə obyekti”nin eskiz layihəsinə əsasən, müvafiq layihə şəhərin baş memarı ilə razılaşdırılmışdır.
5. Ö/002886 №-li, xx.xx.2019-cu il tarixli istismara hazırlıq aktından görünür ki, obyektin əsas göstəriciləri olaraq 2 mərtəbəli binanın ümumi sahəsi 907.5 kv.m, tikintialtı sahəsi 446 kv.m, həcmi 5730.0 kub.m, tikintinin başlanma tarixi xx.xx.2006, qurtarma tarixi xx.xx.2012-ci il qeyd edilmişdir. İstismara hazırlıq aktı FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin, sifarişçinin, podratçının və layihəçinin nümayəndələri tərəfindən imzalanmışdır.
6. Qəbələ rayon İcr a Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Ö/İİ03/2019 №-li Tikinti obyektinin istismarına icazə sənədindən görünür ki, tikintialtı sahəsi 446 kv.m olan tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alınaraq xx.xx.2019-cu il tarixdən “ünvan 2 ünvanında 2 mərtəbəli ticarət və iaşə xidməti” tikinti obyektinin istismarına icazə verilmişdir.
7. İddiaçı qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi ilə birgə vahid daşınmaz əmlak obyekti kimi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair cavabdehə müraciət etmişdir.
8. Cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, tərəfinizdən inşa edilən qeyri-yaşayış binasının 8,4 kv.metr tikinti altı sahəsi mülkiyyətinizdə olan 0,05 ha torpaq sahəsinin sərhədləri xaricinə düşür. Eyni zamanda, müəyyən olunmuşdur ki, qeyri-yaşayış binasının faktiki planı eskiz layihədə göstərilən plana uyğun deyildir. Aşkar edilən uyğunsuzluqlar səbəbindən və “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən ərizənizin icrasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus məxsus 0.05 ha torpaq sahəsinin üzərində olan qeyri-yaşayış binası üzərində (“Nigar” şadlıq evi) vahid daşınmaz əmlak obyekti kimi mülkiyyət hüququnun dövlə t reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 07 saylı qərarı ilə iddiaçıya 0.05 ha torpaq sahəsi satılmışdır. Qəbələ RİH başçısının xx.xx.2005-ci il tarixli 165 №-li sərəncamı ilə iddiaçıya həmin torpaq sahəsi üzərində ticarət və iaşə xidməti obyektinin tikintisinə başlamağa icazə verilmiş, tikinti 2006-2012-ci illərdə həyata keçirilmiş, Qəbələ RİH tərəfindən xx.xx.2019-cu il tarixdə tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyi qeyd edilərək istismara qəbul edilmişdir. Bundan sonra iddiaçı, mülkiyyətində olan həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış obyektinin vahid daşınmaz əmlak obyekti kimi dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.
11. Cavabdeh iddiaya dair etiraz ərizəsini qeyri-yaşayış binasının 8.4 kv.m hissəsinin iddiaçının mülkiyyətində olan 500 kv.m torpaq sahəsinin hüdudlarından kənarda yerləşməsi və qeyri-yaşayış binasının faktiki vəziyyətinin təqdim edilmiş layihədən fərqli olması ilə əsaslandırmışdır.
12. Şəki İnzibati Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2-1(116)-609/22 nömrəli qərarı (hakim V.Musayev) ilə iddia təmin edilmiş, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İddiaçı məxsus 0.05 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası üzərində iddiaçının (“Nigar” şadlıq evi) vahid daşınmaz əmlak obyekti kimi mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur.
13. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, qeyri-yaşayış binasının eskiz layihəsi Qəbələ RİH-nin memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmış, Qəbələ RİH tərəfindən həmin qeyri-yaşayış binasının tikintisinə icazə verilmiş, həmçinin sonuncu tərəfindən tikili xx.xx.2019-cu il tarixdən istismara qəbul edilmiş və istifadəsinə icazə verilmişdir. İddiaçının, üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur, iddiaçının inşa etdiyi tikili ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2-ci maddəsində göstərilən tələb lər yerinə yetirilmişdir.
14. Həmçinin məhkəmə hesab etmişdir ki, tikilinin layihəsinin təsdiq edilməsi və onun istismara qəbuluna razılıq verilməsi Qəbələ rayon İcra Hakimiyyətinin səlahiyyətində olmuş və sonuncu xx.xx.2019-cu il tarixli Ö/İİ-03/2019 №-li Tikinti obyektinin istismarına icazə sənədində tikinti altı sahəsi 446 kv.m olan tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini qeyd edərək onun istismarına icazə vermişdir. Beləliklə, həmin məlumatların doğruluğuna və qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına hüquqi qiymət vermək Qəbələ rayon İcra Hakimiyyətinin vəzifəsi olmuş, yuxarıda istinad olunan sənədlərin məzmunundan göründüyü kimi Qəbələ Rayon İcra Hakimiyy əti sözügedən obyektin tikinti layihəsinə uyğun inşa edildiyini müəyyən etmiş və ötən müddət ərzində müvafiq sərəncam və digər sənədlər mübahisələndirilməmişdir.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-223/2022 nömrəli 14 dekabr 2022-ci il tarixli (hakimlər: R.Rəfiyev - sədrlik edən və məruzəçi, V.Məlikov və G.Cavadova) qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 5 may 2022-ci il tarixli, 2-1(116)-609/2022 nömrəli qərarı ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilərək iddiaçının iddiası rədd edilmişdir.
17. Apellya siya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi ilə müəyyən edildi ki, tələbdə qeyd edilən qeyri-yaşayış binasının 8.4 kv.m hissəsinin yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. İşdə olan 002886 №-li, xx.xx.2019-cu il tarixli istismara hazırlıq aktından görünür ki, tikintinin başlanma tarixi xx.xx.2006, qurtarma tarixi xx.xx.2012-ci il qeyd edilmişdir. Bununla bağlı, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü ilin yanvarın 1-dək) inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün müvafiq icra hakimiyyəti orqanının istismara qəbul aktı iş materiallarında aşkar edilməmişdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.1999-cu il tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş və xx.xx.2000-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının (AzDTN) 1.6-1-in tələblərinə əsasən, dövlət qəbul və qəbul komissiyaları görülən işlərin nəticəsində obyektin istismara qəbul edilməsi və ya edilməməsi haqda qərar qəbul edirlər.
18. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələb etdiyi qeyri-yaşayış binasının 8.4 kv.m hissəsinin yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Həmçinin, iş materiallarına istismara hazırlıq aktı və tikinti obyektinin istismarına icazə sənədi əlavə edilməsinə baxmayaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin AzDTN 1.6-1-in tələblərinə əsasən, müvafiq icra hakimiyyət orqanı tərəfindən verilən qeyri-yaşayış binasının istism ara qəbul aktı mövcud olmadığından iddia tələbi əsassızdır. Bundan başqa, qeyri-yaşayış binasının faktiki vəziyyəti təqdim edilmiş layihədən fərqli tikilmişdir və inşa edilmiş qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin 8.4 kv.m hissəsi üzərində mülkiyyət hüququna malik deyildir və təqdim olunan layihə tikintinin faktiki vəziyyətini əks etdirmir.
19. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:
20. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, o, qeyri-yaşayış sahəsinin sənədində olan ölçüsünə uyğun çıxarış almaq istəyir, qeyri-yaşayış sahəsinin artıq ölçüsünün çıxarışa daxil edilməsi kimi hər hansı tələbi yoxdur. Belə ki, işə məhkəmədə baxılarkən o, tələbini dəqiqləşdirmiş və ona məxsus olan 0,05 ha torpaq sahəsi üzərindəki qeyri-yaşayış binası üzərində hüquqlarının qeydə alınmasını tələb etmişdir. Apellyasiya məhkəməsinin tələbdə qeyd olunan qeyri-yaşayış binasının 8,4 kv.m hissəsinin yerləşdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olduğu ilə bağlı bildirdikləri düzgün deiyldir. Çünki, 8,4 kv.m hissə onun iddia tələbinə aid deyildir və yalnız mülkiyyətindəki 0,05 ha torpaq sahəsi üzərində yerləşən hissəsinə çıxarışın verilməsini tələb etdiyindən, məhkəmə iddia tələbindən kənara çıxmışdır. Müvafiq torpaq sahəsinin isə onun mülkiyyətində olması və tikilinin 2013-cü ilədək (Azər baycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək) inşa edilməsi məhkəməyə təqdim edilmiş sənədlərdə öz əksini tapdığından işin mübahisələndirilməsi əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və istər cavabdeh öz imtinasını, istərsə də Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası iddianın təmin edilməməsi barədə öz qərarını hər hansı bir maddi hüquq və prosessual hüquq normaları ilə əsaslandırmamışlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərb aycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... Maddə 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:... 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu tə sdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;... Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edi lmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Mad də 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barəd ə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.10 Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə işin müəyyən edilmiş faktiki hallarına mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
27. Məhkəmələr tərəfindən müəyyən olunmuş işin faktiki hallarına görə, Qəbələ şəhərində yerləşən 0.05 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Qəbələ RİH başçısının xx.xx.2005-ci il tarixli 165№-li sərəncamı ilə iddiaçıya həmin torpaq sahəsi üzərində ticarət və iaşə xidməti obyektlərinin tikintisinə başlamağa icazə verilmiş, müvafiq layihə şəhərin baş memarı ilə razılaşdırılmış, tikinti 2006-2012-ci illərdə həyata keçirilmişdir. Daha sonra isə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin, sifarişçinin, podratçının və layihəçinin nümayəndələri tərəfindən imzalanmış Ö/002886 №-li, xx.xx.2019-cu il tarixli istismara hazırlıq aktı verilmişdir. Tikiliyə daha sonra Qəbələ rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2019-cu il tarixli Ö/İİ-03/2019 №-li tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü təsdiq edən tikinti obyektinin istismarına icazə sənədi verilmişdir.
28. Cavabdeh müraci əti təmin etməkdən imtina əsasları kimi iş üzrə olan qeyriyaşayış binasının 8.4 kv.m hissəsinin iddiaçının mülkiyyətində olan 500 kv.m torpaq sahəsinin hüdudlarından kənarda yerləşməsinə və qeyri-yaşayış binasının faktiki vəziyyətinin təqdim edilmiş layihədən fərqli olmasına istinad etmişdir.
29. Apellyasiya instansiya məhkəməsi cavabdehin mövqeyi ilə razılaşaraq qərarında qeyd etmişdir ki, işdə olan 002886 №-li, xx.xx.2019-cu il tarixli istismara hazırlıq aktından görünür ki, tikintinin başlanma tarixi xx.xx.2006, qurtarma tarixi xx.xx.2012-ci ildir. Bununla bağlı, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü ilin yanvarın 1-dək) inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün müvafiq icra hakimiyyəti orqanının istismara qəbul aktı iş materiallarında aşkar edilməmişdir.
30. Apellyasiya məhkəməsinin göstərilən mövqeyini əsassız hesab etməklə məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərininin qeydiyyata alınmasına münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanın tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı tələb olunan sənədlərdir. Göründüyü kimi, qeyri yaşayış binaları üzərində mülkiyyət hüququnun yaranması üçün qeyd edilən müvafiq maddəyə əsasən 4 (dörd) əsas sənəd tələb olunur.
31. Maddənin dispoziyasında tələb olunan şərtlərin ödənilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2012-ci il tarixli 0364452№-li çıxarışa əsasən iddiaçının qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququ var, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, **********71 reyestr №-li torpaq sahəsinin planı və ölçüsü təsdiq edilmişdir, Qəbələ RİH Başçısının 31 avqust 2005-ci il tarixli 165 №-li sərəncamı ilə iddiaçıya torpaq sahəsində ticarət və iaşə xidməti obyektinin tikintisinə başlamağa icazə verilmiş, müvafiq layihə icra hakimiyyəti orqanı ilə razılaşdırılmış, son olaraq, Qəbələ RİH tərəfindən 7 avqust 2019-cu ildə həmin tikinti obyektinin istismarına №Ö/İİ-03/2019 nömrəli icazə verilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin qərarında istismara qəbul aktının olmaması qeydinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, istismara qəbul aktı ilə iş materiallarında iddiaçıya münasibətdə verilmiş tikinti obyektinin istismarına icazə sənədi məzmunca eyni məsələləri həll edən hüquqi sənədlərdir. Belə ki, tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatlı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Odur ki, iddiaçı tərəfindən inşa edilmiş tikilinin ŞTM-nin qüvvəyə mindiyi tarixədək başa çatdırılmasına baxmayaraq, daha sonra 7 avqust 2019-cu ildə tikinti obyektinin istismarına icazə sənədinin alınması iddiaçının tələbini təmin etməkdən imtinaya əsas təşkil edə bilməz. Həlledici olan tikintisi başa çatmış obyektin tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatlı üzrə istifadənin mümkünlüyünün müəyyən olunmasıdır. Qanunvericilikdə hüququn qeydə alınması üçün istismara qəbul aktının və ya tikinti obyektinin istismarına icazə sənədinin tələb olunmasının əsas məqsədi də məhz həmin halın təsdiq edilməsidir. İddiaçı tikinti obyektinin istismarına icazə sənədi təqdim etdiyindən, o, qanunvericilikdə tələb olunan müvafiq sənədi təqdim etmiş hesab olunmalıdır.
33. Apellyasiya instansiya məhkəməsi qərarında həmçinin qeyd etmişdir ki, iddiaçının təl əb etdiyi qeyri-yaşayış binasının 8.4 kv.m hissəsinin yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Bununla yanaşı, qeyri-yaşayış binasının faktiki vəziyyəti təqdim edilmiş layihədən fərqli tikilmişdir və inşa edilmiş qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin 8.4 kv.m hissəsi üzərində mülkiyyət hüququna malik deyildir və təqdim olunan layihə tikintinin faktiki vəziyyətini əks etdirmir.
34. Kollegiya apellyasiya məhkəməsinin qeyd olunan mövqeyini də əsassız hesab edir. Belə ki, iddianın dəqiqləşdirilməsi barədə məhkəməyə təqdim edilən ərizəyə əsasən, iddiaçı ona məxsus 0.05 ha torpaq sahəsinin üzərində olan qeyri-yaşayış binasının vahid daşınmaz əmlak obyekti kimi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Beləliklə, iddiaçı yalnız özünə mülkiyyət hüququ əsasında məxsus olan sahənin üzərində yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etmişdir. Odur ki, iddiaçının cavabdehin etiraz etdiyi 8.4 kv.m-ə münasibətdə mülkiyyət hüququnu qeydə aldırmağa dair iddia tələbi yoxdur, buna görə də, bu əsasla iddiadan imtina etmək qanunsuz və əsassız olmuşdur.
35. Məhkəmə kollegiyası təqdim edilən layihə ilə faktiki tikili arasındakı uyğunsuzluğa münasibətdə isə qeyd edir ki, əvvəla, cavabdeh bu halı bildirsə də, uyğunsuzluğun tam olaraq nədən ibarət olduğuna dair heç bir sübut təqdim etməmiş, beləliklə də, uyğunsuzluqla bağlı məsələ qeyri-müəyyən olaraq qalmışdır. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, bildirilən layihədən kənara çıx ma istismara icazə sənədinin verilməsi ilə ortadan qalxır, belə ki, yuxarıda da qeyd edildiyi kimi istismara icazə sənədi mövcud vəziyyətin tikintiyə dair normativ aktlara uyğun olduğunu təsdiq edən sənəddir.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-223/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı Xalıs oğluna məxsus 0.05 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası üzərində (“Nigar” şadlıq evi) vahid daşınmaz əmlak obyekti kimi iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və çıxarşın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqti sadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar qətidir.