Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-973/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, əvvəlki iş yerinə bərpa olunması və buraxılmış günlər üçün əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər İddiaçı Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, əvvəlki iş yerinə bərpa olunması və buraxılmış günlər üçün əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(104 )-582/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2022-ci il tarixli, 255 nömrəli əmrə əsasən RİH başçısının Plankənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 18.0.2-ci və 18.0.3-cü bəndlərində göstərilənlərə əməl etmədiyinə, heç bir üzrlü səbəb olmadan 2022-ci ilin noyabrın 24-də və 25-də 2 (iki) iş günü ərzində işə gəlməyərək onunla bağlanmış əmək müqaviləsinin 4.3.3-cü bəndinin tələblərini pozduğuna görə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 33.1.6-cı bəndinə əsasən xx.xx.2022-ci il tarixindən onun dövlət qulluğuna xitam verilmiş və tutduğ u vəzifədən azad edilmiş, iddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli 28 nömrəli əmək müqaviləsi ləğv edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində birinci icraat
2. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh başçısının kənd İƏD üzrə nümayəndəlikləri ilk HİK-nin xx.xx.2022-ci il tarixli, 255 saylı əmrin etibarsız hesab edilməsi və əvvəlki iş yerinə, yəni Gədəbəy rayon İHB-nın Plankənd İƏD üzrə nümayəndəsi vəzifəsinə işə bərpa olunmasına və buraxılmış günlər üçün əmək haqqı tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Cavabdeh başçısının xx.xx.2022-ci il tarixl i, 255 saylı əmrinin ləğv edilməsi, əvvəlki iş yerinə, yəni Gədəbəy rayon İHB-nın Plankənd İƏD üzrə nümayəndəsi vəzifəsinə işə bərpa olunması və buraxılmış günlər üçün əmək haqqı ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçının əsaslandırması:
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1990-cı il tarixdən dövlət orqanlarında müxtəlif vəzifələrdə işləmiş, dövlət qulluqçusudur. Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 44№-li sərəncamı əsasında Gədəbəy rayon İHB-nın Plankənd kənd İƏD-üzrə nümayəndəsi vəzifəsinə işə qəbul olunmuşdur. Həmin vəzifədə xx.xx.2022-ci il tarixədək işləmiş, işlədiyi müddətdə nümayəndəlik ərazisində eləcədə rəhbərlik tərəfindən heç bir narazılıq və heç bir töhmət və tapşı rıq almamışdır. İşlədiyi dövr ərzində iş buraxmamışdır. 5. xx.xx.2022-ci il tarixdə onun barəsində yazılmış işə davamiyyətlə bağlı Gədəbəy rayon İHB-nın ərazi idarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi Asif Ələsgərov tərəfindən tərtib edilmiş akt qərəzli olmaqla rəhbərlik tərəfindən sifariş əsasında tərtib edilmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə işə davamiyyətlə bağlı təkrar həmin şəxs tərəfindən onun barəsində yazılmış aktlar ancaq sifariş əsasında tərtib edilmişdir. Həmin aktlara imza edən şəxslər rəhbərlik tərəfindən göstəriş əsasında həmin aktlara imza etmişlər. cavabdehin etirazı:
6. Cavabdeh iddia tələbinə dair yazılı etiraz verməmişdir. məhkəmənin sərəncamına əsasən cavabdeh tərəfindən təqdim olunmuş materiallar 7. xx.xx.2022-ci il tarixli akta əsasən, Gədəbəy RİH başçısının aparatının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi X3, Gədəbəy RİH başçısının Plankənd İƏD üzrə nümayəndəliyinin müavini X5, Miskinli bələdiyyəsinin sədri X4 iştirakı ilə akt tərtib edilmiş və qeyd edilmişdir ki, Gədəbəy RİH başçısının Plankənd İƏD üzrə nümayəndəliyinin işçilərinin əmək intizamı yoxlanılarkən Plankənd ərazi nümayəndəsi İddiaçı bütün iş günü müddətində işdə olmadığı müəyyən olundu. 8. xx.xx.2022-ci il tarixli akta əsasən, Gədəbəy RİH başçısının aparatının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi X3, Gədəbəy RİH başçısının Plankənd İƏD üzrə nümayəndəliyinin müavini X5, Miskinli bələdiyyəsinin sədri X4 iştirakı ilə akt tərtib edilmiş və qeyd edilmişdir ki, Gədəbəy RİH başçısının Plankənd İƏD üzrə nümayəndəliyinin işçilərinin əmək intizamı yoxlanılarkən Plankənd ərazi nümayəndəsi İddiaçı bütün iş günü müddətində işdə olmadığı müəyyən olundu. 9. xx.xx.2022-ci il tarixli xidməti məlumata əsasən, RİH başçısının aparatının Ərazi İdarəetmə və Yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsini icra edən A.Ələsgərov Gədəbəy RİH başçısı O.Mürsəlova Gədəbəy RİHB Plankənd İƏD üzrə nümayəndəsi İlqar Məlikovun 24-25 noyabr 2022-ci il tarixlərdə heç bir üzrlü səbəb olmadan işə gəlməməsi barədə məlumat vermişdir. 10. xx.xx.2022-ci il tarixli akta əsasən, Gədəbəy RİH başçısının aparatının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi X3, şöbənin böyük məsləhətçisi X2, Aparatın hüquq şöbəsinin məsləhətçisi X1 iştirakı ilə akt t ərtib edilmiş və qeyd edilmişdir ki, Gədəbəy RİH başçısının Plankənd İƏD üzrə nümayəndəsi İddiaçı Malik oğlu 2022-ci ilin 24-25 noyabr (iki gün) bütün iş günü ərzində işdə olmaması barədə tərtib edilmiş aktla bağlı xx.xx.2022-ci il tarixdə Gədəbəy RİH aparatına dəvət olundu. Heç bir əsaslı səbəb göstərmədən işdə olmaması barədə izahat verməkdən imtina etdi.
11. Gədəbəy RİHB-in kənd İƏD üzrə nümayəndəlikləri Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli iclas protokolundan çıxarışa əsasən, Gədəbəy RİH başçısının xx.xx.2022-ci il tarixli, 446 nömrəli təqdimatı nəzərə alınması, İddiaçı əmək müqaviləsinin ləğvinə etiraz edilməməsi qərara alınmışdır. 12. xx.xx.2022-ci il tarixli, 255 nömrəli əmrə əsasən, RİH başçısının Plankənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı "Döv lət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 18.0.2-ci və 18.0.3-cü bəndlərində göstərilənlərə əməl etmədiyinə, heç bir üzrlü səbəb olmadan 2022-ci ilin noyabrın 24-də və 25-də 2 (iki) iş günü ərzində işə gəlməyərək onunla bağlanmış əmək müqaviləsinin 4.3.3-cü bəndinin tələblərini pozduğuna görə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 33.1.6-cı bəndinə əsasən 2022-ci ilin 05 dekabr tarixindən onun dövlət qulluğuna xitam verilmiş və tutduğu vəzifədən azad edilmiş, İddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 28 nömrəli əmək müqaviləsi ləğv edilmişdir. 13. xx.xx.2022-ci il tarixli akta əsasən, Gədəbəy RİH başçısının aparatının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi X3, Gədəbəy RİH başçısının Plankənd İƏD üzrə sabiq nümayəndəsi İddiaçı, Gədəbəy RİH başçısının Plankənd İƏD üzrə nümayəndəliyinin müavini X5 iştirakı ilə akt tərtib edilmiş və qeyd edilmişdir ki, Gədəbəy RİH başçısının Plankənd İƏD üzrə nümayəndəsi İddiaçı xx.xx.2022-ci il tarixli, 255 nömrəli əmr ilə tutduğu vəzifədən azad edildiyi üçün öhdəsində olan 1 ədəd dairəvi gerbli möhür, 1 ədəd künc ştampı, 1 ədəd əmr kitabı və 1 ədəd sərəncam kitabı alınaraq Gədəbəy RİH başçısının Plankənd İƏD üzrə nümayəndəliyinin müavini X6 təhvil verilmişdir. 14. “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” X13 xx.xx.2022-ci il tarixli, PHŞ/6.38-22022-538 nömrəli məktubuna əsasən, Gədəbəy rayon Çalburun kənd sakini, xx.xx.1693- cü il təvəllüdlü İddiaçı xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə Gədəbəy rayon RMX-a müraciət etməmişd ir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1457/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 255 nömrəli əmri verilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir.
17. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat:
18. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-582/2023 saylı qərarı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 21(114)-1457/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etmişdir.
20. İddiaçının apellyasiya şikayətinin dəlili kimi aktların qanuna müvafiq qaydada tərtib edilməməsi, imza edən şəxslərin iradəsinə müdaxilə edilməsi və həmin gün onun iş yerində vəzifə səlahiyyətlərini yerinə yetirməsi qeyd olmuşdur.
21. Apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X8 ifadə verərək bildirmişdir ki, o, əvvəllər Plankənd İƏD üzrə nümayəndəliyinin sədri, İddiaçı sədr olduğu müddətdə isə sədrin müavini vəzifəsində işləmişdir. Aktlar tərtib edilən günlərdə, yəni 24-25 noyabr 2022-ci il tarixlərdə Plankənd İƏD üzrə nümayəndəlikdə işdə olmuş, bu zaman nümayəndə İddiaçı gün boyu xidmət yerində olmamış, onun mobil telefonu ilə əlaqə saxlamaq istəsə də telefonuna zəng çatmamışdır. Həmin aktlar qeyd olunduqları gün, qeyd edilən şəxslərin iştirakı ilə idarədə tərtib edilmişdir, həmin aktların tərtibi zamanı ona heç bir təsir və ya təzyiq olmamışdır.
22. Apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X7 ifadə verərək bildirmişdir ki, 24-25 noyabr 2022-ci il tarixlərdə Plankənd İƏD üzrə nümayəndəliyində səlahiyyətinə uyğun olaraq davamiyyəti yoxlamağa təhkim edilmiş, yoxlama zamanı İddiaçı iki gün ardıcıl olaraq iş yerində olmaması müəyyən edilmiş və bu halın təsdiq olunması üçün tərəfindən akt tərtib olunmuşdur. Akt icra nümayəndəliyinin binasında qeyd olunan şəxslərin iştirakı ilə tərtib edilmiş və imzalanmışdır.
23. İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qə bul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
24. Göründüyü kimi inzibati orqan aparılmış icraatı əks etdirən və məhkəmə araşdırmasına təqdim edilən materiallar ilə inzibati aktın qəbul edilməsinin zəruriliyini və qanunauyğunluğunu sübut etmişdir. Digər tərəfdən iddiaçı tərəfindən inzibati aktın ləğv edilməsinə əsas ola biləcək hər hansı sübutlar təqdim edilməmiş, apellyasiya şikayəti formal mülahizədən ibarət olmuşdur.
25. Başqa sözlə, inzibati aktı mübahisələndirən iddiaçı qeyd olunan günlərdə işdə olmasını, aktların həqiqəti əks etdirməməsini sübut edəcək hər hansı bir sənədi təqdim etməmişdir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan tərəfindən əmr qəbul edilən zamanı istər “İnzibati İcraat haqqında” və “Dövlət qulluğu haqqında” qanunların, istə rsə də əmək münasibətlərinə xitam verilməsinə dair əmək qanunvericiliyinin tələbləri pozulmamışdır, bunun əksini sübut edəcək hər hansı bir dəlil nə birinci, nə də apellyasiya instansiya məhkəməsinə təqdim edilməmişdir.
27. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ c. kassasiya şikayətinin dəlilləri
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 11.1, 11.2-ci maddələrinin tələbi pozulmuşdur. Məhkəmə sadalanan prosessual hüquq normalarını pozaraq iddiaçının xəstəliyi ilə bağlı məhkəmə iclasının təxirə salması barədə teleqramı nəzərə almamış və işə iddiaçının iştirakı o lmadan baxmışdır. Bununla da iddiaçı öz mövqeyini ifadə etmək imkanından məhrum olunmuşdur. Bundan başqa, iddiaçının iştirakı olmadan məhkəmədə şahid qismindən dindirilmiş şəxslərə mübahisələndirilən inzibati aktla bağlı suallar vermək və həmin inzibati aktın qanunsuzluğu ilə bağlı öz mövqeyini ifadə etmək hüquqlarından məhrum olunmuşdur.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbi pozulmuşdur. Sadalanan normaya görə cavabdeh iddiaçının xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə işdə olmamağını sübut etməlidir, cavabdeh isə sübut kimi xx.xx.2022-ci il və xx.xx.2022-ci il olan aktları irəli sürmüşdür. Lakin həmin aktlarda kifayət qədər şübhələr və qərəzlik mövcuddur. Yoxlamaya cəlb edilmiş A.Qasımovun, A.Ələsgərovun və digərinin təhkim edilməs i barədə müvafiq əmrlərin olub-olmadığını inzibati aktı qəbul etmiş inzibati orqan sübut etməlidir.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə sübutları tam və hərtərəfli araşdırmamışdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il və xx.xx.2022-ci il aktlardan görünür ki, aktı Miskinli bələdiyyə sədri Osman Quluyev, Plankənd İƏD nümayəndəliyin müavini Azər Qasımov və Gədəbəy İH məsul işçisi Asif Əliyev imzalamışlar. İddiaçı ilk öncə qeyd edir ki, adı çəkilən aktlar elektron qaydada yazılmışdır və aktların harada tərtib olunması dəqiq məlum deyil. Aktların iddiaçının iş otağında tərtib olunmaması dəqiqdir. Çünki, qeyd olunan tarixlərdə iddiaçı işdə olmuş və həmin aktların iddiaçının iş otağında tərtib olunması texniki c əhətdən mümkün deyil. Bundan başqa, Miskinli bələdiyyə sədri Osman Quluyevin hər hansı icra nümayəndəsinin davamiyyətini yoxlamaq səlahiyyətində deyil. Plankənd İƏD nümayəndəliyin müavini Azər Qasımov isə iddiaçının müavini olmaqla təsirə məruz qalmış və o da aktları imzalayarkən iş yerində olmamışdır. Lakin məhkəmə bu kimi mötəbər halları diqqətə almamış və onları hər tərəfli araşdırmamışdır.
31. Bundan başqa, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi PHŞ Gədəbəy rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2022-ci il tarixli, PHŞ/6. 38-2-2-2022-538 nömrəli məktubun sürətindən görünür ki, Gədəbəy rayon Çalburun kənd sakini İddiaçı xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə Gədəbəy rayon RMX-a müraciət etməmişdir.
32. Bu məktubun özü özündə bir çox şübhələr doğurur və icra hakimiyyətinin iddiaçıya qarşı olan qərəzliyini sübut edir. Belə ki, iddiaçı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə işdə olduğunu qeyd etmişdi. Cavabdeh isə iddiaçının işdə olduğunu bilə-bilə qabaqcadan Gədəbəy rayon mərkəzi xəstəxanasından bu məktubu almaqla iddiaçının qabaqcadan işdən çıxarılmasını planlaşdırmışdır. Zənn edilsə ki, qeyd olunan tarixlərdə iddiaçı xəstə olmuşdur bununla bağlı xəstəliyi ilə əlaqədar iddiaçı istənilən xəstəxanaya müraciət edə bilərdi.
33. Məhkəmə Gədəbəy rayon Mərkəzi Xəstəxanasının məktubunu sübut kimi qiymətləndirməməli idi.
34. Bundan başqa, məhkəmədə dindirilən şahidlərin ifadələri arasında ziddiyyət vardır və məhkəmə həmin ziddiyyəti aradan qaldırmamışdır. Belə ki, hər iki şahid 24-25 noyabr 2022-ci il tarixlər də Plankənd İƏD üzrə nümayəndəlikdə olduqlarını bildirmişlər, lakin şahidlərdən Azər Qasımov aktın idarədə, digər şahid Asif Ələsgərov aktın nümayəndəliyin binasında tərtib edildiyini bildirmişlər. Bu mühüm bir ziddiyyətdir və bu ziddiyyətlər aktın hüquqiliyini şübhəyə salır.
35. Bundan başqa, şahid Azər Qasımov 24-25 noyabr 2022-ci il tarixlərdə Plankənd İƏD üzrə nümayəndəlikdə olduğunu iddiaçının gün boyu xidmət yerində olmadığını və iddiaçının mobil telefonla əlaqə saxlamaq istədiyini, telefona zəng çatmadığını bildirmişdir. Lakin şahidin bu arqumentini sübut edən telefon zənglərini məhkəmə təqdim etməməsi və məhkəmə tərəfindən tələb edilməməsi onun yalan ifadə verməsinə dəlalət edir. d. kassasiya şikayətinə etirazın dəlilləri
36. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqd im etmiş və etirazında qeyd etmişdir ki, 2 iş günü ərzində işdə olmayan iddiaçı məsələ ilə bağlı hər hansı üzrlü səbəb göstərə bilməyərək kassasiya şikayətində həmin günlər işdə olduğunu iddia edir. Bununla bağlı əsaslı dəlilləri olmadığı üçün aktın doğru olmaması bərədə əsassız iddialar irəli sürür. Belə ki, kassasiya şikayətində iddiaçının işdə olmaması barədə tərtib olunmuş aktın şahidlərdən Azər Qasımovun idarədə Asif Ələsgərovun isə nümayəndəliyin binasında tərtib olunduğunu bildirmələri ziddiyyət kimi göstərilir. Hər iki ifadədə nümayəndəliyin inzibati binasını nəzərdə tutulur. Bununla belə, Miskinli Bələdiyyəsinin sədri Osman Quliyevin və inzibatı ərazi dairəsi üzrə nümayəndəliyin müavini Azər Qasımov aktın tərtib olunmasında şahid kimi iştirak etmişdirlər.
37. Kassasiya şikayətində iddia olunur ki, həmin tarixlərdə xəstə olmaması barədə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasından məktub alınması onun qabaqcadan işdən çıxarılmasının planlaşdırılması və qərəzli olması kimi təqdim olunur. Belə ki, iddiaçı 2022ci il noyabrın 24-də və 25-də 2 iş günü ərzində işdə olmamış, onun həmin dövrdə harada olması cavabdehə məlum olmamış, işə isə hansı səbəbdən gəlməməsini müəyyənləşdirərkən xx.xx.2022-ci il tarixdə sözügedən məktub alınmışdır. Göründüyü kimi qabaqcadan planlaşdırılmış şəkildə olsaydı məktubun alınması onun işdə olmadığı dövrdən əvvələ təsadüf edərdi.
38. İddiaçı şahid Azər Qasımovun onun işdə olmamasını təsdiq edən telefon zənglərinin məhkəməyə təqdim etməməsini bildirir. Əgər iddiaçının bu iddianın əksini sübut edəcək sübutları olsaydı özü məhkəməyə təqdim edərdi. TƏTB İQ EDİLƏN HÜQUQ
39. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızd ırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
40. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
41. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirild iyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
44. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsaslarını lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
45. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, inzibati orqan aparılmış icraatı əks etdirən və məhkəmə araşdırmasına təqdim edilən materiallar ilə inzibati aktın qəbul edilməsinin zəruriliyini və qanuna uyğunluğunu sübut etmişdir.
46. Belə ki, iddiaçının 24, 25 noyabr 2022-ci il tarixlərdə bütün iş günü ərzində iş yerində olmadığı həmin tarixlərdə tərtib olunmuş aktlarla t əsdiq olunmuşdur.
47. Bundan başqa, apellyasiya icraatı zamanı iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar şahid qismində dindirilmiş, Plankənd İƏD üzrə nümayəndəliyinin sədrinin müavini vəzifəsində işləmiş X8 təsdiq etmişdir ki, 24, 25 noyabr 2022-ci il tarixlərdə Plankənd İƏD üzrə nümayəndəlikdə işdə olmuş, bu zaman nümayəndə İddiaçı gün boyu xidmət yerində olmamış, həmin faktla bağlı aktların tərtibində iştirak etmiş, ona heç bir təsir və ya təzyiq olmamışdır.
48. Oxşar məzmunlu ifadəni apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş, aktda adı qeyd olunan, Gədəbəy RİH başçısının aparatının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi X7 da vermişdir.
49. Aktların məzmununun mötəbərliyini təkzib edən, mübahisələndirilən inzibati aktın ləğvinə əsas verən hər hansı sübut işdə yoxdur.
50. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarın ləğvinə əsas vermir.
51. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-582/2023 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.