Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-974/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət X4 Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi; dənizdə neft-qaz çıxarma; əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət X4 Suraxanı rayon şöbəsinə qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dai r inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 16 yanvar tarixli 2-1(103)-227/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 2018-ci il 27 noyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Azə rbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 57 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və müddətin 12 il 6 ay həmin işlərdə çalışmışdırsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim olunan sənədlərə əsasən zəruri iş stajı nəzərə alınmaqla iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması mümkün hesab olunur. 50 yaşdan pensiya təyin edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmadığından pensiyanın təyin olunması mümkün deyil. İddiaçı 2018-ci il 30 noyabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 1983-cü il 25 noyabr tarixdən 1995-ci il 01 noyabr tarixəd ək «Artyomneft» NQÇİ-də, x xxxxxx 1995-ci il tarixdən hal-hazıradək «28 May» NQÇİ-də işlədiyi dövr AR NK-nın 320 nömrəli xx xxxx 1993-cü il tarixli qərarı ilə müəyyən edilmiş güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx xxx 2008-ci il tarixdən (50 yaşdan)güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə təyin edilərək hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, iddiaçı 1958-ci il 13 may tarixdə anadan olmuş, 1983-cü il 25 noyabr tarixindən 1995-ci il 1 noyabr tarixinədək “Artyomneftqaz” Dənizdə Neft və Qazçıxarma İdarəsində, 1995-ci il 1 noyabr tarixdən halhazıradək “28 May” Neft və Qazçıxarma İdarəsində dənizdə xüsusi zərərli iş şəraiti olan müxtəlif vəzifələrdə işləmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 21 yanvar tarixli 2-1(82)694/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, 1983-cü il 25 noyabr tarixindən halhazıradək əmək şəraiti xüsusi zə rərli olan işlərdə iş stajı nəzərə alınmaqla 50 yaşından, yəni 2008-ci il 13 may tarixdən həmin vaxt qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərdəki orta aylıq əmək haqqı əsas götürülməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərar alınmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququ 2010-cu ili 1 yanvar tarixindən əvvəl yarandığından, müvafiq pensiya təyin olunarkən “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanunun 10.2-ci və 27-ci maddələrinin 2008-ci il 13 may tarixdə qüvvədə olan tələbləri əsas götürülməlidir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 16 may tarixli 2-1(103)-1174/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 13 noyabr tarixli 2-1(102)-2485/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 16 may tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəmə yə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2019-cu il 6 dekabr tarixli qərardadı ilə cavabdeh Dövlət X4 Suraxanı rayon şöbəsi Dövlət X4 X3 İdarəsi ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 16 yanvar tarixli 21(103)-227/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçıya məxsus əmək kitabçasında qeyd olunan onun 1984-cü 28 may tarixdən 1990-cı il 9 oktyabr tarixədək neftqazçıxarma idarəsində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə işlədiyi m ühəndis vəzifəsi və 1990-cı il 9 oktyabr tarixdən 1995-ci il 1 noyabr tarixədək əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə çalışdığı baş mühəndisin müavini vəzifəsi 1 nömrəli Siyahıda nəzərdə tutulmamışdır. Bu da o deməkdir ki, iddiaçı 1997-ci il 1 avqust tarixədək 10 il xüsusi iş stajına malik olmamışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Şikayətin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmadan iddianı rədd etmişdir. Həm də iddiaçının iş yoldaşları olmuş Əliverdiyev Akif, Qasımov Ramiz, Məlikov Azad və Mütəllibov Natiq barəsində Ali Məhkəmənin qəbul etdiyi qərarları nəzərə almamışdır. DSMF sədrinin 2007-ci il 8 noyabr tarixli xx/x x-3402 saylı məktubunun 5-ci bəndində qeyd edilir ki, güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün NKnın 2007-ci il 23 yanvar tarixli qərarı ilə təsdiq edilmiş Siyahıda peşə və vəzifələr sadalanmadan istehsalatlar göstərilibsə, bu zaman peşə və vəzifələrin adından asılı olmayaraq həmin istehsalatların bütün işçiləri güzəştli pensiya hüququna malikdirlər. Məsələn: Siyahının 10.4-cü bölməsinə daxil olan fəhlələr, rəhbərlər və mütəxəssislər tam iş günü texniki karbon istehsalatında məşğuldur. Bu halda həmin istehsalatda məşğul olan bütün işçilər peşə və vəzifələrindən asılı olmayaraq güzəştli pensiya hüququ qazanırlar. Məktubun 6-cı bəndində qeyd edilir ki, Siyahıda işçilərin peşələri ümumi ada daxil edilmişdirsə, bu halda bütün peşələrdə çalışan işçilərin, o cümlədən baş, böyük mütəxəssi slər və onların köməkçilərinin güzəştli şərtlərlə pensiya hüququ vardır. Məsələn: qazmaçı - qazmaçı köməkçisi, mexanik - mexanik köməkçisi, usta - usta köməkçisi və s. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndəİPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində veri lmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlə rdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şə rtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa;... Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 69-cu maddəsinə əs asən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq olunur. İş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Beləliklə, həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 1 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə) 50 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndində nəzərdə tutulmuş 20 illik ümumi və 10 illik xüsusi iş stajını 1997ci il avqustun 1-dək qazanmış olmalıdır. İddiaçının 1983-cü il 24 noyabr tarixdən 1984-cü il 28 may tarixinədək “Artyomneftqaz” NQÇİ-nin İstehsalatın avtomatlaşdırılması sexində elektrik montyoru peşəsində işləməsi A zərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda nəzərdə tutulmuş «1100000a – 19861» kodu ilə “11000000 -
1. Qazma, 1100000a – «a» fəhlələr, - «bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları» peşəsinə uyğun olduğu müəyyən edilmişdir. İddiaçının 1984-cü il 28 may tarixdən 1990-cı il 09 oktyabr tarixinədək həmin neftqazçıxarma idarəsində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis işləməsinə gəldikdə, iddiaçının istinad etdiyi 1100000b-17541 kodu ilə nəzərdə tutulmuş peşəyə (1100000b – b. Rəhbərlər və mütəxəssislər, «quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədəngeofiziki parti yaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları») uyğunluğu müəyyən edilməmişdir. Eyni ilə, iddiaçının 1990-cı il 09 oktyabr tarixdən 1995-ci il 1 noyabr tarixədək işlədiyi əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə baş mühəndisin müavini vəzifəsi də iddiaçının istinad etdiyi Siyahının 1100000b – 24125 kodu ilə müəyyən olunmuş “1100000b – b. Rəhbərlər və mütəxəssislər, «neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri” vəzifələrinə uyğun olduğu müəyyən edilməmişdir. Belə ki, iddiaçının neftqazçıxarma idarəsində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə işlədiyi mühəndis və baş mühəndisin müavini vəzifələri 1 nömrəli Siyahıda nəzərdə tutulmamışdır. Beləlik lə, iddiaçı 1997-ci il 1 avqust tarixədək 10 il xüsusi iş stajına malik olmamışdır. İddiaçının DSMF sədrinin 2007-ci il 8 noyabr tarixli xx/xx-3402 saylı məktubun 5-ci və 6-cı bəndlərinə istinadı da vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, istinad edilən məktubun 5-ci bəndində qeyd edilir ki, Siyahıda peşə və vəzifələr sadalanmadan istehsalatlar göstərilibsə, bu zaman peşə və vəzifələrin adından asılı olmayaraq həmin istehsalatların bütün işçiləri güzəştli pensiya hüququna malikdirlər. Məsələn: Siyahının 10.4-cü bölməsinə daxil olan fəhlələr, rəhbərlər və mütəxəssislər tam iş günü texniki karbon istehsalatında məşğuldur. Bu halda həmin istehsalatda məşğul olan bütün işçilər peşə və vəzifələrindən asılı olmayaraq güzəştli pensiya hüququ qazanırlar. Məktubun 6-cı bəndində qeyd edilir ki, Siyahıda işçilərin peşələri ümumi ada daxil edilmişdirsə, bu halda bütün peşələrdə çalışan işçilərin, o cümlədən baş, böyük mütəxəssislər və onların köməkçilərinin güzəştli şərtlərlə pensiya hüququ vardır. Məsələn: qazmaçı - qazmaçı köməkçisi, mexanik - mexanik köməkçisi, usta - usta köməkçisi və s. Hazırkı halda, iddiaçının istinad etdiyi Siyahının müvafiq bəndində istehsalat sahəsi ilə yanaşı, peşələr də bilavasitə qeyd edilmişdir. Digər tərəfdən, istinad edilən Siyahıda məhz mədən-geofiziki partiyaların mühəndisləri göstərilmişdir ki, iddiaçının əmək kitabçasında olan qeydə əsasən, o, mədən-geofiziki partiyalarda deyil, idarədə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis kimi işləmişdir. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məc buretmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı 1997-ci il 1 avqust tarixədək 10 il xüsusi iş stajına malik olduğunu sübut edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 2020-ci il 16 yanvar tarixli 21(103)-227/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov