Məhkəmə qərarları › İş №2-1(102)-974/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-974/2021

26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-974/2021 26.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (çıxarışın verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "ünvan 1i ünvanda yerləşən 1,03 ha torpaq sahəs inə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-27/2021 nömrəli iş üzrə 01.03.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 26 may 2021-ci tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçın cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "ünvan 1i ünvanında yerləşən 1,03 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməs i vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1ində yerləşən, 2.26 ha torpaq sahəsinə mülkiyyət hüququnu qeydiyyata alaraq adına Dövlət Reyestrindən Çıxarış verilməsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin Oğuz rayon şöbəsindən xahiş etmişdir. Lakin araşdırma nəticəsində aydın olmuşdur ki, torpaq islahatı zamanı onlara verilmiş həmin torpaq sahəsi onun və ailə üzvlərinin adına yazılsa da, qanuni istifadəsində olan həmin 2.26 ha torpaq sahəsindən 0.08 ha hissəsinə JN-743 nömrəli Dövlət Aktı hazırlanmışdır. Qeyd edi r ki, sonradan 1.15 ha torpaq sahəsinə 085240A, 085366A və 085384A saylı Torpaq sahəsinin planı və ölçüsü sənədləri hazırlanmışdır. Ona görə də torpaq islahatı zamanı ünvan 1i üzrə torpaq payı alan subyektlərin siyahısının, Oğuz rayonu X3 Aqrar İslahat Komissiyasının qərarının və həmin qərarın təsdiq olunması barədə Oğuz Rayon Aqrar İslahat Komissiyasının qərarının təsdiq olunmuş surətlərinin ona göndərilməsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən xahiş etmişdir. Xidmətdən iddiaçıya göndərilən 07 may 2020-ci il tarixli **********91 nömrəli cavab məktubunda 5 nəfər ailə üzvlərinin adına 0.10 ha qanuni istifadədə, 2.00 ha faktiki torpaq sahəsinin qeyd edildiyi bildirilmişdir. Bundan sonra iddiaçı cavabdeh Azə rbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi idarəsinə müraciət edərək faktiki istifadələrində olan torpaq sahəsini mülkiyyət hüquqularının qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. İddiaçıya idarədən verilmiş cavab məktubunda onun müraciətinin 1.03 ha hissəsinə aid xahişi icra olunmasından imtina edilmiş, qalan 1.23 ha torpaq sahəsinə isə hüquq müəyyənedici sənədlər olduğuna görə qeydiyyata alınmasına maneə olmadığını bildirmişlər. Buna görə də ünvan 1i ünvanda yerləşən 1,03 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin torpaq sahələri halhazırda da iddiaçı və ailəsinin istifadəsindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

3. Birinci instansiya məhkəməsinin 15.09.2020-ci il tarixli, 2-1(116)1100/2020 nömrəli (sədrlik edən hakim İlqar Cabbarov) qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "ünvan 1ində yerləşən 1,03 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə 139.1 və 152.1-ci maddələrinə, Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununa 1.0.4, 2.1, 8.0, 11.1 və 15-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddia tələbi əsassızdır.

5. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 15.09.2020-ci il tarixli, 2-1(116)-1100/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin isə təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiya məhkəməsi) 01.03.2021-ci il tarixli, 2-1(107)-27/2021 nömrəli (hakimlər Rövşən Rəfiyev - sədrlik edən və məruzəçi, Vəzirxan Məlikov və İmanverdi Şüküro v) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 15.09.2020-ci il tarixli, 21(116)-1100/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1 və 152.1-ci maddələrinə, Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununa 1.0.4, 2.1, 8.0, 10.2, 11.1 və 15-ci maddələrinə istinadən belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

8. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsi qeyd olunan maddələrin tələblərini pozmuş, iş üzrə mübahisəli hüquq münasibətlərini tənzimləyən hüquq normalarına dəqiq riayət etməmiş, tətbiq edilməli olan qanun və normativ aktları tətbiq etməmişdir. Hazırki işin materiallarından da aydın görünür ki, onun kasasiya şikayəti, iş üzrə verdiyi izahatları və irəli sürdüyü dəlilləri, o cümlədən kasasiya şikayətinin müəyyən edilməsi ilə əlaqədar təqdim etdiyi əlavə sübutların əsasını dövlət tərəfindən ona verilmiş pay torpağına mülkiyyət sənədi ala bilməməyim təşkil edir. Hazırkı işə məhkəmə baxışı zamanı ilk növbədə onun mülkiyyət hüquqlarına və qanuni mənafelərinə zərər vurulduğunu sübut etmək üçün kifayət qədər sübut və dəlillər təqdim etməyinə baxmayaraq apelyasiya instansiyası məhkəməsi şikayət etdiyi və qərarında bu sübut və dəlilləri nəzərə almamış dır. Apelyasiya instansiyası məhkəməsinin 15.09.2020-ci il tarixli 2-1(116)-1100/2020 saylı qərarında qeyd edilmiş hüquq normalarını olduğu kimi köçürsə də, həmin hüquq normalarını düzgün tətbiq etməmiş, əsaslandırmadan düzgün olmayan nəticəyə gəlmişdir. Uzun illər torpaq sahəsindən istifadə etsə də, dəfələrlə müraciət etməyinə baxmayaraq mülkiyyət sənədi ala bilməmişdir. Bu səbəbdən də onu son ümid yeri kimi məhkəməyə müraciət etmişdir. Həm birinci instansiya məhkəməsi, həm də apelyasiya məhkəməsi onun guya qeyd edilən torpaq sahəsindən istifadə etmədiyi və həmin torpaq sahəsinin yerini tanımadığı barədə cavabdehin əsassız rəyinə istinad edərək şikayət etdiyi qərarları qəbul etmişdir. Əslində onun mütəxəssisə həmin torpaq sahəsinin Kərimli Bələdiyyəsinə məxsus olduğunu bildirmişdir. O h əm məhkəmədə, həm də mütəxəssisə həmin torpağın bələdiyyə mülkiyyətinə aid olduğunu və onun əskik torpağının əvəzinə 13.04.2009-cu il tarixli akta əsasən verildiyini bildirsə də bu xüsusat nəzərə alınmamış, Kərimli Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməmişdir. Məhkəmə nəinki onun yardım etməmiş, iddia tələbini rədd etməklə onun gələcəkdə də torpağına mülkiyyət sənədi almaq hüququndan məhrum etmişdir.

9. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 01.03.2021-ci il tarixli, 2-1(107)-27/2021 nömrəli qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kasasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

12. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

13. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

14. Ali Məhkəmənin İ nzibati Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 01.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

16. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

17. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətindəki dəlillər əsassızdır.

18. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

19. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

20. Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır.

21. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyün ün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

22. İşdə olan 05.05.2020-ci il tarixli **********57 nömrəli cavabdehin iddiaçıya qarşı göndərilən imtina məktubundan görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 05.08.1998-ci il tarixli 68 saylı qərarı ilə Sizə 0,39 ha, 0,46 ha və 0,29 ha həyətyanı torpaq sahələrinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” hazırlanmışdır. Qeyd olunan sənədlərin bir nüsxələri Ərazi İdarəsinin arxivində mövcuddur. Ərizənizdə qeyd olunan və çatışmayan 1,03 ha torpaq sahəsinə heç bir hüquq müəyyənedici sənəd təqdim etmədən qeydiyyata alınması mümkün deyildir.

23. İşdə olan Oğuz Rayon Aqrar İslahat Ko missiyasının 05.08.1998-ci il tarixli 68 saylı iclas protokolunun çıxarışına əsasən Oğuz Rayon Kərimli kənd Aqrar İslahat Komissiyasının qərarı təsdiq edilmiş, Oğuz rayon Kərimli kəndində özəlləşdirilərək torpaq paylarının bölünüb rəsmiləşdirilməsinə köməklik göstərilməsi respublika Aqrar-İslahat Komissiyasından xahiş edilməsi, qərardan irəli gələn yer quruluşu işlərinin yerinə yetirilməsinə köməklik göstərilməsinin Respublika Torpaq Komitəsindən xahiş edilməsi, sənədləşmə işinin təşkil olunmasının Oğuz rayon Torpaq Şöbəsinə tapşırılması qərara alınmışdır.

24. İşdə olan JN-743 KOD 40504018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktından müəyyən edilir ki, həmin Aktda Oğuz rayonu AİK-nın 05 avqust 1997-ci il tarixli 68 nömrəli qərarı ilə verilən 0.08 ha torpaq sahəsinin mülkiyyətçi sinin ailə tərkibində İddiaçı adı qeyd olunmuşdur.

25. İşdə olan Oğuz rayon Kərimli Bələdiyyəsinin 13.04.2009-cu il tarixli aktda qeyd edilmişdir ki, Kərimli kənd sakini İddiaçı Oğuz rayon İcra Hakimiyyətinə onların ailə üzvlərinə düşən pay torpağının normadan az olduğunu bildirərək şikayət etmişdir. Həmin şikayətlə əlaqədar həm bələdiyyədə, həm də Oğuz rayon Torpaq və Xəritəçəkmə Şöbəsində araşdırma aparılmışdır. Nəticədə Oğuz rayon İcra Hakimiyyəti 12.03.2009-cu il tarixli XV12.09 saylı məktubla bildirmişdir ki, Nazarovanın ailəsinə 1.03 hektar torpaq sahəsi əksik verilmişdir. Həmin əksik torpaq sahəsinin həll olunmasını bələdiyyədən xahiş olunmuşdur. Bütün bunları nəzərə alaraq və ailə başçısının əlil olduğunu nəzərə alaraq, “Bələdiyyələrin statusu haqqında” Qanunun müvafiq maddəsini nə zərə alaraq icarə haqqı alınmadan müvəqqəti olaraq bələdiyyənin əkinə yararlı ehtiyat fond torpaqlarından 1.03 hektar həmin ailənin istifadəsini məsləhət bilirlər.

26. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A seriyalı 085240 nömrəli torpaq sahəsinin planı və ölçüsündən qeyd edilmişdir ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05.08.1998-ci il tarixli 68 nömrəli qərarı ilə, 3909.9 kv.m həyatyanı torpaq sahəsi X2 adına 24.09.2008-ci il tarixli 1389 nömrə ilə dövlət torpaq kadastrı kitabında uçota alınmışdır.

27. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A seriyalı 085366 nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd edilmişdir ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05.08.1998-ci il tarixli 68 nömrəli qərarı ilə, 4668.51 kv.m həyatyanı torpaq sahəsi X2 adına 24.09.2008-ci il tarixli 1515 nömrə ilə dövlət torpaq kadastrı kitabında uçota alınmışdır.

28. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A seriyalı 085384 nömrəli torpaq sahəsinin planı və ölçüsündən qeyd edilmişdir ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05.08.1998-ci il tarixli 68 nömrəli qərarı ilə, 2958.58 kv.m həyatyanı torpaq sahəsi X1 adına 24.09.2008-ci il tarixli 1533 nömrə ilə dövlət torpaq kadastrı kitabında uçota alınmışdır.

29. Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 30. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət q eydiyyatına alınmalı deyildirsə; 31. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 32. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 33. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 34. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 35. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

36. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ər izəçiyə 5 gün müddətində bildiriş göndərilir.

37. Həmin Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır.

38. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödəni lməsi barədə sənəd əlavə olunur.

39. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

40. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 17.07.2020ci il tarixli **********49 nömrəli məktubunda qeyd edilmişdir ki, təqdim olunmuş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, torpaq sahəsinə dair qeydiyyat üçün əsas olan hüquqmüəyyənedici sənəd təqdim etməmiş və bu səbəbə görə də müraciətinin icrası tərəflərindən mümkün olmamışdır. İddiaçı faktiki olaraq torpaq sahəs indən istifadə etmir və ümumiyyətlə torpaq sahəsinin yerini tanımır.

41. Göründüyü kimi, iddiaçının iddia etdiyi mülkiyyət hüququnun Dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmamışdır və bu baxımdan da cavabdeh inzibati orqanın iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinası qanuni və əsaslı olmuşdur.

42. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 01.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələri ni rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.03.2021-ci il tarixli, 21(107)-27/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar