Məhkəmə qərarları › İş №2-1(102)-974/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-974/2023

18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-974/2023 18.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax Tərəvəz- Südçülük Kollektiv təsərrüfatının X1 Komissiyasının xx.xx.2000-ci il tarixli qərarına əsasən Yevlax rayonu Havarlı kəndi ərazisində yerləşən “Boz Dağın” ətəyində 3 saylı 1961-ci ildə tikilmiş, qazma qoyun damının (qeyri-yaşayış sahəsi) üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq, çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(107)-288/2022 nömrəli, 8 dekabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

1. İddiaçı 24 iyun 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Yevlax Tərəvəz- Südçülük Kollektiv təsərrüfatının X1 Komissiyasının xx.xx.2000-ci il tarixli qərarına əsasən Yevlax rayonu Havarlı kəndi ərazisində yerləşən “Boz Dağın” ətəyində 3 saylı 1961-ci ildə tikilmiş, qazma qoyun damının (qeyri-yaşayış sahəsi) üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq, çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-133/2022 nömrəli, 22 iyul 2022-ci il tarixli qərarı ilə (hakim Vüqar Musayev) iddia tələbi təmin edilmiş, Yevlax Tərəvəz-Südçülük Kollektiv təsərrüfatının X1 Komissiyasının xx.xx.2000-ci il tarixli qərarına əsasən Yevlax rayonu Havarlı kəndi ərazisində yerləşən “Boz Dağın” ətəyində 3 saylı 1961-ci ildə tikilmiş, qazma qoyun damının (qeyri-yaşayış sah əsi) üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

3. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-288/2022 nömrəli, 8 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və G.İ.Cavadova) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-133/2022 nömrəli, 22 iyul 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.

5. İddiaçı kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessua l müddətin bərpası barədə ərizə verərək həmin qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT

6. İddiaçı kassasiya şikayətini prosessual müddətin buraxılması ilə təqdim etmiş və bu barədə prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

7. Müddətin bərpasına dair ərizədə qeyd edilmişdir ki, iddiaçı apellyasiya instansiyası məhkəməsinə ona dövlət hesabına vəkil təyin olunması üçün müraciət etməsinə baxmayaraq, məhkəmə tərəfindən ərizəsi təmin edilməmiş və bu səbəbdən, zaman itkisinə məruz qalmışdır. İddiaçı İPM-nin 24.1-ci maddəsinə istinad edərək buraxılmış prosessual müddətin üzrlü hesab edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

8. İnz ibati Prosessual Məcəllə (İPM): Maddə 23.1 Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132. 3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ

9. Məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

10. İş materialları araşdırıl araq müəyyən edilmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-288/2022 nömrəli, 8 dekabr 2022-ci il tarixli qərarı iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş və bu barədə qəbz işə əlavə olunmuşdur. (səh. 177)

11. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək, dövlət büdcəsinin vəsaiti hesabına vəkil ilə təmin olunmasını xahiş etmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-288/2022 nömrəli, 26 yanvar 2023-cü il tarixli qərardadı ilə ərizə rədd edilmişdir.

12. Sonradan, iddiaçı xx.xx.2023-cü il tarixdə öz maddi vəsaiti hesabına vəkil ilə müqavilə bağlayaraq, xx.xx.2023-cü il tarixdə elektron qaydada kassasiya şikayəti vermişdir.

13. Qeyd olunanları nəzərə alaraq məhkəmə kolleg iyası hesab edir ki, iddiaçı vəkil xidmətlərini ödəmək üçün maddi vəsaitə sahib olmasına baxmayaraq, xx.xx.2023-cü il tarixdə dövlət büdcəsinin vəsaiti hesabına vəkil ilə təmin olunma barədə ərizə ilə apellyasiya məhkəməsinə müraciət etmişdir. Eyni zamanda, ərizənin rədd edilməsi barədə apellyasiya məhkəməsinin qərardadını mübahisələndirməməklə, məhkəmə kollegiyasının gəldiyi nəticəni təsdiq etmiş olmuşdur.

14. Beləliklə, iddiaçı Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(107)-288/2022 nömrəli, 8 dekabr 2022-ci il tarixli qərarından xx.xx.2023-cü il tarixdə kassasiya şikayəti verməklə qanunvericilikdə müəyyən edilmiş prosessual müddətin ötürülməsinə yol vermişdir.

15. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qər arında Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayətinin verilməsi müddəti (qərarın təqdim olunduğu gündən 1(bir) ay müddətində) barədə qeyd edilməsinə baxmayaraq, iddiaçı tərəfindən kassasiya şikayəti təqdim edilərkən qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət üzrlü səbəb olmadan ötürülmüşdür. Bu səbəbdən, hazırda təqdim olunmuş prosessual müddətin bərpası barədə ərizə əsassızdır və formal xarakter daşıyır.

16. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nə zərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

17. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.

18. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı üzürsüz səbəbdən müddəti buraxmış, müddətin üzrlü səbəbdən buraxılmasına dair heç bir mötəbər sübut təqdim etməmiş və bu səbəbdən kassasiya şikayətinin verilməsi üçün pros essual müddətin bərpası barədə ərizə təmin edilməməli və kassasiya şikayəti mümkün sayılmamalıdır.

19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İPM-nin 96.2 və 96.3cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-288/2022 nömrəli, 8 dekabr 2022-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə rədd edilsin. Kassasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar