Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-975/2021 09.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, vəkili X5 və cavabdehin vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2020-ci il tarixli, 2-1(103)-608/2020 nömrəli qərarından cavabdehin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur və Şirvan şəhərində yaşayır.
2. İddiaçıya məxsus olan ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasında və hərbi biletində olan qeydlərə əsasən iddiaçı 04.05.1980-17.05.1982-ci illərdə hərbi xidmət ke çmiş, 28.09.1979-cu il tarixdən 21.04.1980-ci il tarixədək Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin Sənaye tikinti mexanizasiya trestinin 3 saylı İxtisaslaşmış Mexanizasiya İdarəsində kran sahəsinə 2-ci dərəcəli fəhlə, 10.09.1982-ci il tarixdən 03.01.1983-cü il tarixədək Azərbaycan SSR Ticarət Nazirliyinin Təmir-Tikinti İdarəsində 2-ci dərəcəli fəhlə, 28.01.1983-cü il tarixdən 27.12.1987-ci il tarixədək Əli Bayramlı ŞRES Azərbaycan SSR energetika və elektrifikasiya üzrə Baş istehsalat idarəsində İV qrup yanacaq-nəqliyyat sexində tökücü, 27.12.1987-ci il tarixdən 3-cü dərəcəli tökücü-boşaldıcı, 16.02.1996-cı il tarixdən yanacaq-nəqliyyat sexində 5-ci dərəcəli dispetçer, 01.06.1998-ci il tarixdən həmin sexdə İİİ dərəcə yanacaq boşaldan, 09.09.2002-ci il tarixdən həmin sexdə dispetçer, 11.1 0.2002-ci il tarixdən həmin sexdə daimi 5-ci dərəcəli dispetçer, 03.07.2015-ci il tarixdən yanacaq–nəqliyyat sexində İV qrup yanacaq ötürən maşinist, 20.04.2016-cı il tarixdən 15.01.2019-cu il tarixədək Qazan turbin sexinin yanacaq nəqliyyat sahəsinə İV qrup yanacaq ötürən maşinist vəzifəsində işləmişdir.
3. İddiaçı 12.06.2019-cu il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.
4. Cavabdeh iddiaçının xahişini təmin etməkdən imtina etmiş və iddiaçıya 11 iyul 2019-cu il tarixli, **********5 nömrəli məktubla cavab verərək bildirmişdir ki, təqdim etdiyi sənədlərə görə onun güzəştli şərtlərlə əmək pensiyası hüququ verən stajı 12 il 6 aydan azdır.
5. Cavabdeh iddiaçıya təkrar olaraq ünvanlandığı 22.08.2019-cu il tari xli, **********0 nömrəli məktubda bildirmişdir ki, iddiaçıya 11 iyul 2019-cu il tarixli, **********5 nömrəli cavab məktubundan sonra təqdim edilmiş Azərbaycan Respublikası “xxxx” ASC-nin “X10 Stansiyası” MMC-nin 19 iyul 2019-cu il tarixli, 20/206/17/128 nömrəli arayışında onun ümumi iş stajının 25 ildən artıq olduğu müəyyən edilsə də, güzəştli iş stajı 12 il 6 aydan az təşkil etdiyinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı 2019-cu il 08 oktyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, hüququnun yarandığı, yəni 19 fevral 2017-ci il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 28.09.1979-cu ildən əmək fəaliyyətinə başlamış, 15.01.2019-cu ilə qədər işləmiş və işlədiyi sosial sığorta stajı tam şəkildə əmək kitabçasında öz əksini tapmışdır. 28.01.1983-cü ildən 16.02.1996-cı ilə qədər və 01.06.1998-ci ildən 09.09.2002-ci ilə qədər Əli Bayramlı DRES-də tökücü-boşaldıcı (yanacaq boşaldan) vəzifəsində, digər illərdə isə müxtəlif vəzifələrdə işləmişdir. Onun işlədiyi tökücü-boşaldıcı (yanacaq boşaldan) vəzifəsi istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısında (2140000a—1859 8) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda öz əksini tapmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. Lakin cavabdeh ona güzəştli iş stajının 12 il 06 aydan az təşkil etdiyini əsas gətirərək güzəştli şərtlərlə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Halbuki, yuxarıda sadaladığı kimi onun ümumi iş stajı 40 ilə qədər, 01 yanvar 2006-cı il tarixə qədər güzəştli iş stajı 17 ilə qədərdir. Belə olan halda cavabdeh təşkilatın ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina etməsi tamamilə qanunsuzdur. Cavabdeh iddia tələbinə qarşı yazılı izahatında bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, azı 25 il iş stajı olduqda və bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahılarda göstərilən peşələrdə işlədikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malik olurlar. İddiaçı isə qeyd olunan maddədə nəzərdə tutulmuş iş stajına malik deyil. İddiaçı müvafiq iş stajını 01.01.2006-cı il tarixinədək yığdığını iddia etsə də, işlədiyi işlərdəki stajının ən azı 12 il 6 ayının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təs diq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. İddiaçının təqdim etdiyi iş yerindən arayışda, Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarının qeyri-müəyyən bölməsinə istinad olunur. Bundan əlavə, iddiaçı ona “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna uyğun olaraq 55 yaşdan pensiya təyin edilməsini istəmişdir. Halbuki, qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli, 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 200 0-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Yəni iddiaçının yetərli stajı olsa belə, hüququ yalnız 57 yaşdan yarana bilərdi. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 2-1(81)435/2019 saylı qərarı ilə (hakim E.Əliyev) iddia tələbi təmin edilməmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, İddiaçı 01.01.2006-cı il tarixədək 25 ildən artıq (həqiqi hərbi xidmət dövrü nəzərə alınmaqla 25 il 10 ay 17 gün) ümumi iş stajına malik olsa da, onun 01.01.2006-cı il tarixədək işlədiyi vəzifələrdən yalnız 27.12.1987-16.02.1996-cı illərdə (8 il 01 ay 21 gün) işlədiyi “tökücülər-boşaldıcılar” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəşt li şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. İddiaçının 01.01.2006-cı il tarixədək 12 il 6 aydan artıq güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının mövcud olmaması iş materialları ilə öz təsdiqini tapmışdır.
9. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiya məhkəməsindəki icraat İddiaçı apelyasiya icraatında iddia tələbinin dəqiqləşdiril məsi barədə ərizə təqdim edərək ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini xahiş etmiş və onun ərizəsi icraata qəbul edilmişdir.
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2020-ci il tarixli, 2-1(103)-608/2020 saylı qərarı ilə (hakimlər E.Nağıyeva (sədrlik edən və məruzəçi), H.Həmidov, V.Məmmədov) iddiaçının apelyasiya şikayəti təmin olunmuş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 2-1(81)-4351/2019 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilmiş, İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı 19.02.2019-cu il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş pensiya məbləğinin ödənilməsi vəzifəsi cav abdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya məhkəməsi iddiaçının 28.01.1983-27.12.1987-ci illərdə (04 il 10 ay 29 gün) çalışdığı tökücü, 27.12.198716.02.1996-cı illərdə (08 il 01 ay 19 gün) çalışdığı tökücü- boşaldıcı, 01.06.199809.09.2002-ci illərdə (04 il 03 ay 08 gün) çalışdığı yanacaq-boşaldan peşələri Nazirlər Kabinetinin 320 saylı məlum Qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda (kod: 2140000a18598 - tökücülər-boşaldıcılar) öz əksini tapdığını bildirmişdir. İddiaçı, 3 fərqli peşədə çalışmışdır: 04 il 10 ay 29 gün - tökücü; 08 il 01 ay 19 gün tökücü-boşaldıcı; 04 il 03 ay 08 gün yanacaq-boşaldan. Məhkəmənin istinad etdiyi kod altında nəzərdə tutulan peşənin adı isə belədir: tökücülər - boşaldıcılar. Məhkəmə hər üç peşənin eyni olduğunu hesab etmiş və bu nəticəyə gələrkən “X10 Stansiyası” MMC-nin 08 sentyabr 2020-ci il tarixli, 20/206/17/33 saylı məktubuna istinad etmişdir. Halbuki, həmin məktub qeyd edilən peşələrin eyni olması nəticəsinə gəlməyə əsas vermir. Belə ki, məktubda yalnız tökücü-boşaldıcı (süzücü-tökücü) peşələrindən söhbət gedir. Ancaq məktubda “tökücü” və “tökücü-boşaldıcı” peşələrinin eyni olması və ya eyni işin icrasını ehtiva etməsi öz əksini tapmayıb. Məhkəmə bu barədə heç bir əsaslandırma apara bilməyib. İddiaçının 12 il 6 ay güzəştli iş stajına malik olması iş materialları ilə təsdiqlənmir. b. Kasasiya şikayətinə qarşı etirazlar
13. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdehin vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi.
15. İddiaçı və onun vəkili kassasiya şikayətinin dəlilləri ilə razı olmadıqlarını bildirərək təmin olunmamasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, i şsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
17. «Əmək pensiyaları haqqında» Qanun Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə
3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiy a təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021-ci ilin 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaoluna nların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə
30. Əmək pensiyasını təy in edən orqan 30.1. Əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi küçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni hayata keşirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. 18. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanun: Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. (13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır). Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müə ssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları Əlavə
2. «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı»... 2.4.1-ci bənd. «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.
20. İnzibati icraat haqqında qanun Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə
16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
21. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmu ş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayətləri vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənziml əyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin birgə təhlilindən göründüyü kimi 57 yaşına çatmış o kişilərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilər ki: bu şəxs 01.01.2006-cı il tarixə azı 25 il sığorta stajına malik olsun; bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı və ya Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmə k pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilən işlərdə işləmiş olsun.
26. Əgər bu şərtlərdən hər hansı biri mövcud olmazsa, qeyd olunan qanun normasına əsasən şəxsə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması mümkün olmayacaqdır.
27. İddiaçının xx.xx.1962-ci il təvəllüdlü olmaqla, 57 yaşa çatması, habelə 01.01.2006-cı ilədək 25 ildən çox sosial sığorta stajına malik olması işin mübahisəsiz halıdır.
28. Cavabdeh iddiaçıya pensiya təyin etməkdən imtina etməsinin səbəbini onunla izah edir ki, iddiaçınin 01.01.2006-cı ilədək güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə stajı 12 il 6 aydan azdır.
29. İşə baxmış apelyasiya instansiyası məhkəməsi isə cavabdehin imtinasını əsassız hesab edərək, iddiaçının Əli Bayramlı ŞRE S Azərbaycan SSR energetika və elektrifikasiya üzrə Baş istehsalat idarəsində 28.01.1983-27.12.1987-ci il illərdə (04 il 10 ay 29 gün) yanacaq-nəqliyyat sexində işlədiyi tökücü, 27.12.1987-16.02.1996-cı illərdə (08 il 01 ay 19 gün) işlədiyi tökücü-boşaldıcı və 01.06.1998-09.09.2002-ci illərdə (04 il 03 ay 08 gün) işlədiyi yanacaq boşaldan peşələrini güzəştli şərtlərlə pensiya təyin olunmasına imkan verən peşələrə aid etmişdir. Həqiqətən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın “Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” bölməsinin a) altqrupunda, 2140000a—18598 kodu altında “tökücülər-boşaldıcılar” peşəsi qeyd olunmuşdur. Buna görə də iddiaçının X1 yanacaq-nəqliyyat sexində “tökücü-boşaldıcı” işlədiyi 27.12.1987-16.02.1996-cı illər (08 il 01 ay 19 gün) ona güzəştli şətlərlə pensiya təyin olunmasına imkan verən staj sayılmalıdır. Apelyasiya instansiyası məhkəməsi iddiaçının həmin sexdə 28.01.1983-27.12.1987ci il illərdə işlədiyi “tökücü” və 01.06.1998-09.09.2002-ci illərdə işlədiyi “yanacaq boşaldan” vəzifələri də “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda nəzərdə tutulan “Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” bölməsinin a) altqrupunda, 2140000a—18598 kodu altında “tökücülər-boşaldıcılar” peşəsinə uyğunlaşdırmışdır. İşə baxmış məhkəmə kollegiyası bu zaman həm də Azərbaycan Respublikası “xxxx” ASC “X10 Stansiyası” MMC-nin 19.07.2019-cu il tarixli, 20/206/17/128 nömrəli arayışına istinad etmişdir. Həmin arayışda göstərilmişdir ki, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, 23.01.2007-ci il tarixli Qərarında qeyd edildiyi kimi tökücülər-boşaldıcılar (yanacaq boşaldan); yanacaq ötürücülərin maşinistləri (24.Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin a) fəhlələr bölümü) güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Bu arayışın sübut kimi əhəmiyyəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləş dirməkdir. Bu arayışda şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilməli, ümumi ifadələrdən istifadə edilməməli, sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməlidir. Nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Ona görə də, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməlidir. Şəxsin işlədiyi peşələrin siyahıda göstərilən peşələrə uyğunlaşdırılmasında çətinlik yarandıqda, məhkəmə işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətlənd irici istehsalat-texnoloji məlumatları, işçinin əmək funksiyaları və eyniləşdirmə üçün zəruri olan digər meyar əlamətlərini əks etdirməklə arayış verilməsini tələb edə bilər. İddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də sözügedən arayışla bağlı əlavə araşdırma aparmış, “xxxx” ASC-nin “X10 Stansiyası” MMC-yə sorğu ünvanlayaraq, işin obyektiv və hərtərəfli araşdırılması məqsədilə iddiaçının iş materiallarında olan ИT-İ seriyalı, ******* №-li əmək kitabçasının təsdiq edilmiş surətinə əsasən onun X2 işləməsini göstərən 28.01.1983-cü il, 49 №-li; 28.12.1987-ci il, 699 OTZ №-li, 02.05.1998-ci il tarixli, 200 PİŞ №-li əmrlərinin iddiaçıya münasibətdə təsdiq edilmi ş surətlərinin, eyni zamanda iddiaçının işlədiyi “tökücü” və “tökücü-boşaldıcı” peşələrinin arasında hansı fərqlərin olması, iddiaçı eyni işi icra etmişsə hansı səbəbdən vəzifəsinin fərqli göstərildiyi, bu peşələrin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda göstərilmiş hansı koda aid olması barədə ətraflı məlumatların qısa müddət ərzində məhkəməyə təqdim olunması xahiş edilmişdir. Sorğuya cavab olaraq 14.09.2020-ci il tarixdə “xxxx” ASC-nin “X10 Stansiyası” MMC tərəfindən məhkəməyə ünvanlanmış cavabda qeyd edilmişdir ki, tökücü-boşaldıcı (süzücü-tökücü) (slivşik-razlivşik) fəhlə peşəsi 1969-1973-cü illərdə mövcud olmuşdur. 1987-ci ildə S SRİ-nin Əmək və Sosial məsələlər üzrə Dövlət Komitəsi tərəfindən təsdiqlənmiş Vahid X6 da slivşik-razlivşik (tökücü-boşaldıcı; süzücü-tökücü; slivşikrazlivşik) fəhlə peşəsi və işin xarakteristikası öz əksini tapıb. Hazırda qüvvədə olan və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 09 avqust 2006-cı il tarixli №10-2-li qərarı ilə təsdiq edilmiş “Fəhlə peşələri və İşlərin Vahid X7”nda (hissə İ) İİ fəsil “Bütün sahələr üçün ümumi olan əməyin ixtisas dərəcələri üzrə tarifləşdirilən fəhlə peşələri siyahısı”nda tökücü-boşaldıcı (süzücü-tökücü) fəhlə peşəsinin dərəcə diapazonu göstərilməklə tökücü-boşaldıcı (süzücü-tökücü) fəhlə peşəsinin iş xüsusiyyətləri qeyd edilmişdir. “X10 Stansiyası” MMC istismara verildiyi vaxtdan (1962-ci il) layihə üzrə mazut və təbii qaz yanacağı ilə işləmişdir. Süzücü fəhlə peşəsinin 1978-ci ildə adının tökücü-boşaldıcı (süzücü- tökücü) adı ilə dəyişdirilməsi iş yerlərinin attestasiyası ilə və yuxarıda adı qeyd olunan “Vahid X7” ilə bağlı olmuşdur. Vəzifə adının qismən dəyişdirilməsinə baxmayaraq işin xüsusiyyəti eyni olmuşdur. Yəni bu vəzifədə işləyənlər mazut yanacağının boşaldılması və mazut çənlərinə bölüşdürülməsi ilə məşğul olmuşlar. Stansiya üzrə verilmiş 699 saylı, 28.12.1987-ci il tarixli əmr əldə olunmadığından həmin sənədin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, 23.01.2007-ci il tarixli Qərarın ın 24-cü bölümünün, fəhlələr hissəsində “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” hissəsində qeyd olunduğu kimi tökücülər-boşaldıcılar (süzücü-tökücü) güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmçinin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “xxxx” ASC “X10 Stansiyası” MMC tərəfindən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 ünvanlanmış 23.07.2020-ci il tarixli, 20/206/18/29 №-li cavab məktubunda İddiaçı verilmiş güzəştli şərtlərlə əmək pensiyasına görə arayış qeyd olunan tökücü, tökücü-boşaldıcı vəzifələrinin eyni iş icra etdikləri, yəni mazutu çənlərdən estakadaya və estakadadan digər çənlərə boşaltmaq işini yerinə yetirdikləri qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iş yerindən verilmiş bu məlumatlar, iddiaç ının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan iddiaçının X1 yanacaq-nəqliyyat sexində işlədiyi “tökücü” və “yanacaq boşaldan” vəzifələrini də “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda nəzərdə tutulan “Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” bölməsinin a) altqrupunda, 2140000a-18598 kodu altında “tökücülərboşaldıcılar” peşəsinə uyğunlaşdırmaqda haqlı olmuşdur. Çünki məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğunu (eyniliyini), işin konkret halları (iddiaçının tu tduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə almaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. İddiaçının iş yerindən verilmiş arayışla birmənalı olaraq müəyyən olunur ki, stansiyanın yanacaq-nəqliyyat sexində işləmiş “tökücü” və “yanacaq boşaldan” vəzifəsində işləyənlərin gördüyü işlər, peşələrin a dları müxtəlif olmasına baxmayaraq “tökücüboşaldıcı” işləyən şəxslərin gördüyü işlərin xüsusiyyəti eyni olmuşdur. 2006-cı ildə təsdiq edilmiş “Fəhlə peşələri və işlərin vahid X7”nın “Bütün sahələr üçün ümumi olan, əməyin ixtisas dərəcələri üzrə tarifləşdirilən fəhlə peşələri” adlanan İİ fəslində süzücü-tökücü (doldurucu) kimi müəyyən olunmuş peşədə işləyənin işin xüsusiyyətləri aşağıdakı kimi müəyyən edilmişdir: Benzinin, kerosinin, neft və digər neft məhsullarının,... müxtəlif anbarlara qəbulu. Məhsulun avtomatik və yarımavtomatik maşınlardan müxtəlif taraya süzülməsi. Vaqon-çənlərin dəmiryolu estakadalarının süzücü dayanacaqları altında düzülməsi. Süzücü şlanqların çənlərin ağzına buraxılması. Sürgülərin açılması və bağlanılması. Vaqon-çənlərin məhsul artığından təmizlənməsi. Çən və kom munikasiyaların qızdırılması. Süzülən və doldurulan məhsulların uçotunun aparılması. Bu kitabçada elektrik enerjisi istehsalı sahəsində “tökücü” və “yanacaq boşaldan” peşələri ayrılıqda nəzərdə tutulmamışdır. Lakin işəgötürən tərəfindən verilmiş arayışdan, iddiaçının tökücü və tökücü-boşaldıcı işlədiyi dövrdə eyni işi icra etdiyi aydın şəkildə müəyyən edilir.
30. Göründüyü kimi iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün həmin normada nəzərdə tutulan dispozisiya şərtləri mövcuddur və apelyasiya məhkəməsi də məhz bu əsasla iddianın təmin olunmasını qanuni hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsi işin hallarını tam müəyyən etmiş və maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur.
31. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2020-ci il tarixli, 21(103)-608/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.