Məhkəmə qərarları › İş №2-1(102)-975/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-975/2022

07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-975/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2022-ci il tarixli, 2-1(103)821/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus 15 iyul 1979-cu il tarixli, ИТ-İ № ******* nömrəli əmək kitabçası ilə müəyyən edilmişdir ki, iddiaçı 3 avqust 1979-cu ildə Bakı Baş Tikinti İdarəsinin mexaniki təmir zavoduna çilingər yığmaçı qəbul edilmiş, 28 fevral 1980-ci ildə işdən azad edilmişdir. 9 iyun 1980-ci ildə Razin avtoparka konduktor qəbul edilmiş, 5 noyabr 1980-ci ildə işdən azad edilmişdir. 25 fevral 1983-cü ildə fəhlə qəbul edilmiş, 2 avqust 1983-cü ildə avtoparka sürücü vəzifəsinə keçirilmiş, 18 may 1984-cü ild ə fəhlə vəzifəsinə keçirilmiş, 6 iyun 1984-cü ildə profilaktoriyaya çilingər vəzifəsinə keçirilmiş, 2 oktyabr 1984-cü ildə sürücü vəzifəsinə, 14 may 1985-ci ildə avtoçilingər vəzifəsinə, 20 avqust 1985-ci ildə sürücü vəzifəsinə keçirilmiş, 2 sentyabr 1985-ci ildə işdən azad edilmişdir. 7 sentyabr 1985-ci ildə sürücü vəzifəsinə qəbul edilmiş, 15 oktyabr 1985-ci ildə işdən azad edilmişdir. 10 noyabr 1985-ci ildə Bakı Baş Tikinti İdarəsinin mexaniki təmir zavoduna çilingər yığmaçı vəzifəsinə qəbul edilmiş, 5 mart 1990-cı ildə işdən azad edilmişdir. 5 mart 1990-cı ildə “Keyfit” KOOP vulkanizatorçu vəzifəsinə qəbul edilmiş, 1 iyul 1991-ci ildə işdən azad edilmişdir. 4 iyul 1991-ci ildə Bakı eksperimental mebel fabriki № 2 tədarük sexinə dəzgahçı vəzifəsinə qəbul edilmiş, 3 fevral 1994-cü ildə i şdən azad edilmişdir. 5 noyabr 1994-cü ildə Əsaslı Təmir Xidmətinə gecə növbəsinə izolyasiyaçı vəzifəsinə qəbul edilmiş, 1 sentyabr 1995-ci ildə işdən azad edilmişdir. 2 aprel 2001-ci ildə 6 məvaciblə yol montyoru vəzifəsinə qəbul edilmişdir. 17 yanvar 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin 289 saylı Sərəncamına əsasən BMP və “Az.TMT” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. 18 iyul 2014-cü ildə "xxxx" QSC Yol xidməti 2 saylı Yol hissəsi 2-ci sahəsinə 4-cü dərəcə ilə yol montyoru peşəsinə qəbul edilmişdir.

2. H3 ******* nömrəli hərbi bilet ilə müəyyən edilmişdir ki, iddiaçı 19 noyabr 1980ci ildə hərbi xidmətə çağırılmış, 10 dekabr 1982-ci ildən tərxis edilmişdir. 3. Б № 019827 nömrəli diplomuna əsasən iddiaçı 1 sentyabr 1976-cı ildən 24 iyul 1979-cu ilədək Azərbaycan SSR Bakı şəhəri 56 nömrəli texniki peşə məktəbində çilingər peşəsi üzrə təhsil almışdır.

4. Azərbaycan Respublikası "xxxx" QSC-nin 17 dekabr 2020-ci il tarixli, A/323 nömrəli arayışında qeyd olunmuşdur ki, iddiaçı 2 aprel 2001-ci il tarixdən 18 iyul 2014cü il tarixədək Bakı Metropoliteninin Yol xidmətində yol montyoru (tuneldə yalnız gecə işi xüsusi zərərli iş şəraitində (24%), iş saatı 23:30-dan 05:30-dək) peşəsində çalışmışdır. 18 iyul 2014-cü il tarixindən "xxxx" QSC-nin Yol xidmətində yol montyoru (tuneldə yalnız gecə işi xüsusi zərərli iş şəraitində (24%), iş saatı 23:30-dan 05:30dək) peşəsində işləyir. Qeyd: Yol montyoru yol fəhləsi hesab edilir və yol fəhləsi tuneldə hər gecə ağır, xüsusi zərərli iş şəraitində (xüsusi zərərli iş şəraitinə görə əmək haq qına 24%, gecə saatına görə 40% əlavə ilə) işləyir.

5. Azərbaycan Respublikası "xxxx" QSC-nin verdiyi 4 iyun 2021-ci il tarixli, 40N10/3-662 nömrəli məktubunda bildirilmişdir ki, iddiaçı 5 noyabr 1994-cü il tarixindən 1 sentyabr 1995-ci il tarixinədək Bakı Metropoliteninin Əsaslı təmir xidmətində izoləedici (tuneldə yalnız gecə işi, 24% zərərli əmək şəraiti ilə) peşəsində çalışmış, 2 aprel 2001-ci il tarixindən bu günədək Yol xidmətində yol montyoru (tuneldə yalnız gecə işi, 24% zərərli əmək şəraiti ilə) peşəsində işləyir. İddiaçının xüsusi zərərli əmək şəraitində çalışdığı peşələr üzrə əmək stajı 20 il 11 ay 29 gün (iyirmi il on bir ay iyirmi doqquz gün) (3 iyun 2021-ci il tarixinə) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.Nəqliyyat maddəsinin 21.5. Metropolitenlər bəndinə (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) aiddir ki, bu da qüvvədən düşmüş 21 sentyabr 1993-cü il tarixli, 320 saylı Qərarın 23000000 XXVİİİ. Nəqliyyat 23002000

2. Metropolitenlər bölməsinin 2300200a (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndi ilə tənzimlənir. Qeyd: Yol montyoru - yol fəhləsi hesab edilir. Gecə saatlarına görə yol fəhləsinin əmək haqqına 40% ( qırx), xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% (iyirmi dörd) əlavə ödənc hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilir.

6. Azərbaycan Respublikası "xxxx" QSC-nin 22 iyul 2021-ci il tarixli, 40N-10/3894 nömrəli məktubu ilə müəyyən olunmuşdur ki, "xxxx" QSC-nin Yol xidmətinin yol montyorları Vəzifə Təlimatına əsasən əsas vəzifə və funksiyalar aşağıdakılardan ibarətdir: a. İşlərin icrası zamanı ancaq saz vəziyyətdə olan alət, avadanlıq və qurğulardan istifadə etmək; b. işə başlamazdan əvvəl, işin növündən asılı olaraq, xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrindən istifadə etmək; c. gecə vaxtı tuneldə və ya yerüstü sahədə işləyən zaman təmas relsinə gərginliyin verilməsini bildirən İİ xəbərdarlıq işarəsinə kimi icra etdiyi işi başa çatdırmaq və stansiyaya çıxmaq; ç. işin sonunda iş yerindən bütün alətləri və digər materialları yığışdırmaq; d. iş yerinə getməmişdən əvvəl TİQ və TTQ üzrə vəsiqəni götürmək; e. yolda aparılan cari və əsaslı təmir işlərinin norma və qaydalarına ciddi əməl etmək; ə. iş yerinə çatdıqdan sonra iş yerini hər iki tərəfdən “Dayan” işarəsi ilə çəpərləmək; f. sahə rəhbərinin göstərişinə əsasən yolda müvafiq işləri (epyura üzrə şpalları və əksqaçıcıları yerləşdirmək, relslərdə deşikləri açmaq və relsləri kəsmək, şpalları təmir etmək və s.) yerinə yetirmək; g. istehsalat sanitariyası qaydalarının tələblərinə müvafiq olaraq, bədbəxt hadisələr zamanı həkim gələnə kimi zərərçəkənə ilkin köməklik göstərməyi bacarmaq.

7. Dövlət Sosial Müdafiə Fondunun Xüs usi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən verilmiş 13 avqust 2021-ci il tarixli, **********9 nömrəli məktubda bildirilmişdir ki, iddiaçının 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 14820,87 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 28231,03 manat olmaqla cəmi pensiya kapitalı 43051,90 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olar aq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq iddiaçının 1 yanvar 2006-cı il tarixinədək olan 19 il 5 ay 12 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 14820,87 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 28231,03 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə onun Mərkəzi filiala müraciətində qeyd etdiyi kimi 60 yaşının tamam olduğu 29 dekabr 2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 39400,00 manat məbləğində hesablanmışdır.

8. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyi n edilməsini xahiş etmişdir.

9. Cavabdeh 17 fevral 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərl ə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5) yol montyoru vəzifəsi nəzərdə tutulmamışdır. Mərkəzi filiala təqdim edilən "xxxx" QSC-nin 17 dekabr 2020-ci il tarixli, A/323 nömrəli arayışda 2 aprel 2001-ci il tarixindən bugünədək "xxxx" QSC-nin Yol Xidmətində yol montyoru vəzifəsində işləməsi qeyd olunmuşdur. İddiaçının işlədiyi yol montyoru vəzifəsi yuxarıda qeyd olunan Siyahı üzrə metropoliten sahəsində olmadığından ərizəçinin güzəştli iş stajı yoxdur. Beləliklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı 29 mart 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 60 yaşından güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin 17 fevral 2021-ci il tarixli, **********9 saylı məktubu ilə iddiaçıya güzəştli şərtlərlə yaş a görə əmək pensiyasının təyin edilməsinə dair 30 dekabr 2020-ci il tarixli müraciəti təmin edilməmişdir. İddiaçı cavabdehin qeyd edilmiş mövqeyi ilə razı deyil və hesab edir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqda qərar qəbul edilməlidir. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair imtina məktubu göndərərkən bu əsası təkzib edən iş yerindən verilmiş 17 dekabr 2020-ci il tarixli, A/323 saylı arayışda göstərilən əsaslara əhəmiyyət və diqqət verilməmişdir. Belə ki, cavabdehə təqdim etdiyi "xxxx" QSC-nin 17 dekabr 2020-ci il tarixli, A/323 saylı arayışından məlum olmuşdur ki, iddiaçının həqiqətən də 2 aprel 2001-ci ildən 18 iyul 2014-cü il tarixədək Bakı Metropoliteninin yo l xidmətində yol montyoru (tuneldə yalnız gecə işi xüsusi zərərli iş şəraitində (24%) iş saatı 23:30-dan 05:30-dək) peşəsində işləmişdir. 18 iyul 2014-cü ildən bu günədək "xxxx" QSC-nin yol xidmətində yol montyoru (tuneldə yalnız gecə işi xüsusi zərərli iş şəraitində (24%) iş saatı 23:30-dan 05:30-dək) peşəsində işləmişdir. Yol montyoru yol fəhləsi hesab edildiyi və yol fəhləsi tuneldə hər gecə ağır xüsusi zərərli iş şəraitində (xüsusi zərərli iş şəraitinə görə əmək haqqına 24%, gecə saatına görə 40% əlavə ilə) işlədiyi bildirilmişdir. Ümumiyyətlə, Bakı Metropoliteninin tunellərində fəhlə kimi yalnız yol montyorları fəaliyyət göstərdiklərindən, tuneldə hər gecə ağır xüsusi zərərli iş şəraitində işləyən yol montyorları işəgötürənin də göstərdiyi kimi yol fəhləsi kimi qəbul edilməlidir.

12. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.

13. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(112)-5216/2021 nömrəli qərarı (hakim X1) ilə iddia təmin edilmiş, iddiaçıya 60 yaşdan, yəni 29 dekabr 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı xx xxxxxx 1960-cı il təvəllüdlü olmaqla 60 yaşını 29 dekabr 2020-ci il tarixdə tamamlamışdır. İddiaçı təhsil barədə sənəd, hərbi bilet və əmək kitabçasına əsasən iddiaçının 60 yaşı tamam olduğu günə ümumilikdə 25 ildən çox ümumi iş stajı toplamışdır. İddiaçının ümumi iş stajı cəmi 37 il 4 ay 15 gün təşkil edir. Həmçinin idiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Bu arayışda iddiaçının çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasının müvafiq qaydada təsdiqli surətindən də göründüyü kimi iddiaçı 2 aprel 2001-ci il tarixdə Bakı Metropoliteni Yol Xidmətinə 2-ci dərəcə yol montyoru (tuneldə yalnız gecə işi, xüsusi zərərli əmək şəraiti) təyin edilmişdir. "xxxx" QSC-nin təqdim etdiyi güzəştli arayışda iddiaçının 2 aprel 2001-ci il tarixindən Bakı Metropoliteninin Yol xidmətində yol montyoru peşəsində, tuneldə yalnız gecə işi xüsusi zərərli iş şəraitində (24%) iş saatı 23:30-dan 05:30-dək işlədi yi, yol montyorunun yol fəhləsi hesab edildiyi, gecə saatlarına görə yol fəhləsinin əmək haqqına 40% (qırx), xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% (iyirmi dörd) əlavə ödənc hesablandığı, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verildiyi qeyd edilmişdir. Eyni zamanda, iddiaçının hazırkı halda mərkəzləşdirilmiş elektron sistemdə işlədiyi vəzifənin adı məhz yol fəhləsi kimi qeyd edilmişdir. Beləliklə, iddiaçının əmək kitabçasında qeyd edilən vəzifə adı, eləcə də təqdim olunan peşə təlimatı və iş yerindən arayış əsasında həmin vəzifənin bilavasitə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda:

21. Nəqliyyat 21.5. Metropolitenlər yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlə peşəsinə uyğun olduğu müəyyən olunur. İddiaçının 2 aprel 2001-ci il tarixdən 29 dekabr 2020-ci il tarixədək xüsusi zərərli əmək şəraitində çalışdığı peşə üzrə əmək stajı 19 il 08 ay 28 gün təşkil edir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi 39.400,00 manat məbləğində hesablandığı halda, iddiaçının 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 14.820,87 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 28.231,03 manat olmaqla cəmi pensiya kapitalı 43.051,90 manat təşkil edir. Başqa sözlə, iddiaçının fərdi hesabında qeydə alınmış pensiya kapitalı ona güzəştli şərtlərlə yaşa görə pensiya təyininə imkan verir.

15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2022-ci il tarixli, 2-1(103)-821/2022 nömrəli qərarı (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X3 və X4) ilə Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri

20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üz rə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

22. Azərbay can Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda:

21. Nəqliyyat 21.5. Metropolitenlər yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr

23. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallar da 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərl i hesab olunur.

29. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu və pensiya kapitalı ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaş ır.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2022-ci il tarixli, 21(103)-821/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar