Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-975/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1959-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2022-ci il tarixli, 2-1(103)-3265/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı Dövlət Universitetinin xx.xx.2021-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, iddiaçı X4 1976-cı il 30 avqust tarixli, 299 n/c nömrəli əmrlə Kimya fakültəsinin əyani şöbəsinə qəbul olunmuş, 1981-ci il 09 iyul tarixdə həmin fakültənin əyani şöbəsini bitirmiş və ona 1981-ci il 14 iyul tarixində diplom verilmişdir.
2. İddiaçı 29 sentyabr 1983-cü il tarixdə X2 ilə nikaha girmiş, ni kah bağlandıqdan sonra ərə Əsgərov, arvada Əsgərova soyadı verilmişdir.
3. Cavabdehin 21 oktyabr 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının ümumi sığorta stajı 18 il 9 ay təşkil etməklə tələb olunan müddətdən (25 ildən) az olduğu, eyni zamanda xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 yanvar 2021-ci il tarixindən yaşa görə pensiya hüququnun təmin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onun la əsaslandırmışdır ki, 1976-cı ildə BDU-nun (əvvəlki ADU) kimya fakültəsinin əyani şöbəsinə daxil olmuş, 1981-ci ildə universiteti bitirmişdir. Ali təhsil müəssisəsini bitirdikdən sonra xx.xx.1981-ci il tarixli, 24 saylı əmrlə Salyan rayon Aqrokimya laboratoriyasına baş texnik vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1982-ci ildə 8 saylı əmrlə həmin müəssisədə aqrokimyaçı vəzifəsinə keçirilmişdir. Daha sonra xx.xx.1988-ci ildə öz ərizəsinə əsasən həmin müəssisə ilə əmək münasibətlərinə xitam verilmişdir. xx.xx.1988-ci ildən Salyan Plastmas zavodunda çalışmış, xx.xx.2001-ci ildən xx.xx.2005-ci ilədək 18 saylı Şəhər uşaq bağçasında tərbiyəçi müəllimə işləmişdir. 22 yanvar 2021-ci il tarixdə pensiya təyinatı ilə əlaqədar AR ƏƏSMN-in 1 nömrəli "DOST” mərkəzinə müraciət etmişdir. Pensiya təyinatı i lə əlaqədar onun tərəfindən təqdim edilmiş 1981-ci il tarixli, MT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunmuş iş stajından 18 il 9 ay nəzərə alınmışdır. Lakin onun əmək kitabçasında qeyd edilən X11 zavodunda işlədiyi xx.xx.1988-xx.xx.2001-ci illər üzrə iş stajı cavabdeh tərəfindən onun sığorta stajına hesablanmamışdır. Hesab edir ki, onun müraciəti əsassız və qanunsuz olaraq təmin edilməmişdir.
6. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, iddiaçının mövcud olan sosial sığorta stajı 18 il 09 ay olmaqla tələb edilən 25 il sosial sığorta stajından azdır. İddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2021 -ci il tarixdə yaranmışdır. İddiaçının əmək kitabçasında qeyd edilən əmək fəaliyyəti və təhsil dövrləri 28 il 02 ay təşkil edir (xx.xx.1976-xx.xx.1981, xx.xx.1981-x x.xx.1982, xx.xx.1982-xx.xx.1988, xx.xx.1988-xx.xx.2001, xx.xx.2001-xx.xx.2005). Lakin iddiaçının əmək kitabçasında qeyd edilən X11 zavodunda olan xx.xx.1988-xx.xx.2001-ci illər əmək fəaliyyəti dövrü mübahisəlidir. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun 6 saylı regional ərazi filialının böyük mütəxəssisi və X6 filialının böyük fond mühafizəçisi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən, X11 zavodunda qarşılıqlı yoxlama aparılmış və əmək haqqı hesablaşmalarında həmin şəxsin əmək haqqı alması faktı aşkarlanmamışdır. İddiaçının xx.xx.1988-xx.xx.1992-ci il illər üzrə əmək fəaliyyəti dövrü mübahisələndirilmir və sosial sığorta stajına (18 il 09 ay) daxil edilmişdir. Qanunvericiliyin tələbləri baxımından həmin tarixə qədər məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələbi olmamışdır. Lakin xx.xx.1992-ci ildən məcburi dövlət sosial sığorta haqları ödənilməlidir, şəxsin əmək haqqı almaması faktı həmin ödənişlərin aparıldığını istisna edir.
7. Birinci instansiya məhkəməsi tərəfindən ünvanlanmış sorğuya cavab olaraq Azərbaycan Respublikası X6 filialı tərəfindən təqdim edilmiş Salyan rayon X11 zavodunun arxiv sənədlərində, o cümlədən 1988-2001-ci illərə aid şəxsi heyət üzrə əmrlər və əmək haqqı cədvəllərindən 4 may 2022-ci il tarixli arxiv çıxarışında qeyd edilmişdir ki, X11 zavodunun şəxsi heyət üzrə əmrlərində Əkbərova-İddiaçı, əmək haqqı cədvəllərində X1 uşaq bağçası və körpələr evində tərbiyəçi işləməsinə dair qeydlər aşağıdakı kimidir: xx.xx.1988-ci il tarixli, 46-k nömrəli əmrlə 26.02.88-ci il tarixdən uşaq bağçası və körpələr evinə tərbiyəçi qəbul edilmişdir; xx.xx.1989-cu il tarixli 146-k nömrəli əmrlə 26.02.8826.02.89-cu illər üzrə 36 iş günü məzuniyyətə buraxılmışdır; xx.xx.1990-cı il tarixli 126-k nömrəli əmrlə 01.09.90-cı ildən 12.10.90-cı ilə kimi 36 iş günü müddətinə 89/90-cı il üzrə növbəti məzuniyyətə buraxılmışdır; xx.xx.1992-ci il tarixli 36-k nömrəli əmrlə 23.03.92-ci ildən 05.05.92-ci ilə kimi 36 iş günü müddətinə 90/91-ci ilin növbəti məzuniyyətinə buraxılmışdır; xx.xx.1993-cü il tarixli 134-k nömrəli əmrlə xx.xx.1993-cü ildən 11.01.93-cü ilə kimi 36 iş günü müddətinə 92/93-cü ilin növbəti məzuniyyətinə buraxılmışdır; xx.xx.1994-cü il tarixli 76-k nömrəli əmrlə 22.08.94-cü ildən xx.xx.1994-cü ilə kimi 36 iş günü müddətinə 93/94-cü ilin növbəti məzuniyyətinə buraxılmışdır; xx.xx.1995-ci il tarixli 167-k nömrəli əmrlə 1 5.12.95-ci ildən 03.02.96-cı ilə kimi 42t/g günü müddətinə 94/95-ci ilin növbəti məzuniyyətinə buraxılmışdır; xx.xx.1996-cı il tarixli 87-k nömrəli əmrlə 10.06.96-cı ildən 02.08.96-cı ilə kimi 42 t/g günü müddətinə 95/96-cı ilin növbəti məzuniyyətinə buraxılmışdır; xx.xx.1998-ci il tarixli 124-k nömrəli əmrlə 02.11.98-ci ildən 20.12.98-ci ilə kimi 42 t/g+6 t/g günü müddətinə 97/98-ci ilin növbəti məzuniyyətinə buraxılmışdır; xx.xx.1999-cu il tarixli 78-k nömrəli əmrlə 08.06.99-cu ildən 28.07.99-cu ilə kimi 42 t/g+9 t/g = 51 t/g günü müddətinə 98/99-cu ilin növbəti məzuniyyətinə buraxılmışdır; xx.xx.2000-ci il tarixli 42-k nömrəli əmrlə xx.xx.2000-ci ildən xx.xx.2000-ci ilə kimi 42 t/g günü müddətinə 99/2000-ci ilin növbəti məzuniyyətinə buraxılmışdır; xx.xx.2001-ci il tarixli 03-k nömrəli əmrlə xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilə kimi 42 t/g günü müddətinə 2000/2001-ci ilin növbəti məzuniyyətinə buraxılmışdır. Həmin arxiv çıxarışında Əkbərova-İddiaçı 1988-2001-ci illər üzrə əmək haqqı cədvəli də göstərilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(112)-4165/2022 nömrəli qərarı ilə (hakim H.A.Ağalarov) iddia təmin edilmiş, iddiaçıya 62 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, hazırda qüvvədə olan Qaydalarda 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcu ddur, əmək kitabçası normativ sənədlərə uyğun tərtib edilmişdir, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Bundan əlavə, iş materiallarında olan arxiv çıxarışında mübahisələndirilən dövr üzrə əmək fəaliyyətinə dair əmrlər (işə qəbul edilmə, məzuniyyət) sadalanmış, əmək haqqı cədvəlləri göstərilmişdir ki, bu da iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərin həqiqiliyini təsdiq edir. Əmrlərdə və əmək haqqı cədvəllərində iddiaçının soyadının müxtəlif yazılması (Əkbərova, Əsgərova) ilk növbədə iddiaçının soyadının nikaha daxil olduqdan sonra “Əkbərova”-dan “Əsgərova”ya dəyişməsi ilə əlaqədardır. Ümumiyyətlə isə, iddiaçının soyadının əmrlərdə və əmək haqqı cədvəllərində müxtəlif yazılma hallarının iddiaçının iradəsindən və müdaxilə imkanından kənar olması nəzərə alındıqda, həmin hallar iddianın əsaslılığına təsir etmir və özlüyündə əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına almağa əsas vermir.
10. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın təmin olunmamasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2022-ci il tarixli, 2-1(103)-3265/2022 nömrəli qərarı ilə (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/ İ.Ə.Kərimli və A.S.Hüseynov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(112)-4165/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hü quqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayəti imtina məktubuna və iddiaya qarşı etiraza uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən verilmiş sorğu əsasında əldə edilmiş arxiv arayışında, həm də cavabdeh tərəfindən verilmiş sorğu əsasında əldə edilmiş arxiv arayışında sözügedən illərdə X11 zavodunda əməkhaqqı alan şəxsin X3 olması qeyd edilmişdir.
15. Bu fakt arxiv arayışlarının iddiaçıya məxsus olması faktını şübhə altına alır. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı barədə işlərə xüsusi icraat qaydasında məhkəmə baxır.
16. Qeyd edilənlərə əsasən iddiaçının həmin dövrdə əmək haqqı almaması səbəbindən həmin illərin ona pensiya təyin edilərkən sosial sığorta stajı kimi hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1,0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə da ir” 2020-ci il 15 may tarixli Qərarında da qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından "Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-cİ maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əməkhaqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38 Sosial təminat hüququ. İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 20. “Əmək pensiyaları haqqında” Qanun Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti o rqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həd di 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.1. əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 21. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşla rın pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. 23. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 24. “İnzibati icr aat haqqında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
25. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmi n qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
27. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayə t edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. X9 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məh kəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya yaşa görə əmək pensiy asının təyin edilməsi üçün tələb olunan ümumi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
32. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməy i zəruri sayır.
34. Hazırkı mübahisəyə münasibətdə cavabdehin kassasiya şikayətinin əsas dəlili iddiaçının xx.xx.1988-xx.xx.2001-ci illərdə əmək fəaliyyətinə dair əmək kitabçasındakı qeydlərin düzgünlüyünün qarşılıqlı yoxlanılmasının mümkün olmaması ilə bağlıdır. Şikayətdə qeyd edilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun 6 saylı Regional Ərazi Filialının böyük mütəxəssisi və X6 filialının böyük fond mühafizəçisi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən X11 zavodunda qarşılıqlı yoxlama aparılmış və əmək haqqı hesablaşmalarında həmin şəxsin əmək haqqı alması faktı aşkarlanmamışdır.
35. Bununla bağlı nəzərə almaq lazımdır ki, bu qərarın 21-23-cü bəndlərində istinad olunan normalara, eləcə də həmin normaların təfsiri və tətbiqinə dair formalaşmış məhkəmə təcrübəsinə gör ə, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bu baxımdan cavabdeh tərəfindən həmin normaların tələbi və formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmalı, iddiaçının mübahisə olunan dövrə dair əmək stajı onun əmək kitabçasında qeyd edilmiş məlumatlar əsasında hesablanmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçıya məxsus etibarlı əmək kitabçası mövcuddur və həmin əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığı və şübhə altına alındığı iş üzrə materiallardan görünmür. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. İddiaçının mübahisələndirilən iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir.
36. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu mənada “İnzibati icraat haqqında” Qanunu nun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir.
37. Kassasiya şikayətinin X11 zavodunun mübahisələndirilən illərə aid arxiv arayışlarında və əməkhaqqı cədvəllərində iddiaçının əmək haqqı alması faktının aşkarlanmadığı, əməkhaqqı cədvəllərində X1 adının qeyd olunduğu barədə dəlilinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının soyadının əmrlərdə Əsgərova-Əkbərova kimi yazılması onun nikaha daxil olması və nikahdan sonra Əsgərova soyadını daşıması ilə bağlı olmuşdur və bu xüsusat iş üzrə materiallarla təsdiq olunur.
38. Ümumiyyətlə, kassasiya şikayətinin bu qərarın 34-cü və 37-ci bəndlərində məhkəmə tərəfindən münasibət bildirilmiş dəlilləri ilə bağl ı xüsusi olaraq qeyd olunmalıdır ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində obyektiv qərarın qəbulu baxımından aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
39. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağ a borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
40. Bu baxımdan, əslində kassasiya şikayətində qeyd olunan hallar, o cümlədən əmrlərdə və əmək haqqı cədvəllərində iddiaçının soyadının müxtəlif cür yazılma səbəbi obyektiv araşdırma prinsipinin tələbi baxımından cavabdehin özü tərəfindən xidməti vəzifəsinə görə araşdırılmalı və müəyyən olunmalı idi. Lakin həmin hallar üzrə cavabdeh tərəfindən lazımi araşdırma aparılmadığından, cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.
41. Bundan əlavə, iddiaçının X10 Emalı zavodunda 2006-cı il yanvarın 1-dək işlədiyi dövrün iş stajı kimi nəzərə alınmasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğ də silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir.
42. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır.
43. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanunazidd olmuş və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
44. Nəticə etibarı ilə, iddiaçıya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzəri nə qoyulması barədə apellyasiya məhkəməsinin qərarı əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2022-ci il tarixli, 21(103)-3265/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.