Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-975/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə qərarına izah verilməsi; yeni yaranmış faktiki və hüquqi hallar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı məhkəmə qərarına izah verilməsinə dair ərizə üzrə çıxarılmış Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 20 dekabr tarixli, 2-1(105)834/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(118)-882/2020 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “03 may 2019-cu il tarixli, **********2 saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası qismən təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 03 may 2019-cu il tarixli **********2 saylı əmri qismən, İddiaçı aid hissədə ləğv edilməsi, onun əvvəlki vəzifə sinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
2. Həmin qərar yuxarı instansiyası məhkəmələrində mübahisələndirilməklə son nəticədə qüvvədə saxlanılmış, 28 mart 2022-ci il tarixdə icraya yönəldilmiş, daha sonra isə icra vərəqəsi verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək qərarın icra edilmədiyini bildirmiş və məcburi işburaxmaya görə əmək haqqının məhkəmə qərarı icra olunana qədər ödənilməli olması ilə bağlı izah verilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ona müddətli əmək müqaviləsi bağl amağı təklif etdiyindən bununla razılaşmır. Əgər əsassız olaraq işdən çıxarılmasaydı, DSMF publik hüquqi şəxs olandan sonra öz vəzifəsinə uyğun əmək fəaliyyətini davam etdirəcəkdi. Artıq 5 ilə yaxındır ki, əmək hüquqları bərpa edilmir. Əvvəllər işlədiyi sosial yardım üzrə sektorun müdiri vəzifəsi hazırda şöbə müdiri vəzifəsinə uyğun gəlir. Bundan başqa, cavabdeh ona məcburi iş buraxmaya görə ödənilməli məbləğləri də düzgün hesablamaqla ödənişi tam məbləğdə həyata keçirmir. Belə ki, cavabdeh məcburi işburaxmaya görə əmək haqqının Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə çevrilənə qədər ödəniləcəyini bildirmişdir.
5. Cavabdeh məhkəmə qərarının icrası ilə bağlı 07 aprel 2023-cü il tarixli məktubunda bildirmişdir ki, məhkəmə qərarının “əmrin ləğv edilməsi” hissəsində icrasını təmin etmə k məqsədilə Nazirliyin 13 may 2022-ci il tarixli, **********6 nömrəli əmri ilə Nazirliyin “İddiaçı və E.Quliyevin əmək müqavilələrinə xitam verilmələri barədə” 3 may 2019-cu il tarixli, **********2 nömrəli əmri İddiaçı aid hissədə ləğv edilmişdir. Nazirlik yanında DSMF Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1076 nömrəli fərmanının 1.3-cü bəndinə uyğun olaraq dövlət orqanı kimi ləğv edilərək Nazirliyin tabeliyində yarardılmış publik hüquqi şəxsə çevrilmişdir. Qərarın “iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi” hissəsi ilə bağlı nəzərə alınmalıdır ki, İddiaçı əvvəllər çalışdığı dövlət qulluğu vəzifəsi artıq mövcud deyildir. Həmçinin Nazirliyin strukturunda iddiaçının əvvəllər çalışdığı dövlət qulluğu vəzifəsinə analoji olan vakant vəzifə də mövcud deyildir. Qeyd olunanlar nəzərə alınaraq 18 aprel 2022-ci il tarixdə İddiaçı Nazirliyə dəvət edilərək Nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsində görüş keçirilmiş və ona Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialının (Sumqayıt, Abşeron, Xızı) Ünvanlı dövlət sosial yardımının təminatı şöbəsində “sektor müdiri” vəzifəsi mövcud olmadığından onun əvvəllər çalışdığı vəzifənin (Sumqayıt şəhər şöbəsinin Sosial yardım və müavinət sektorunda sektor müdiri) qulluq funksiyaları ilə oxşar olan həmin şöbədə vakant aparıcı mütəxəssis vəzifəsi (əmək haqqı – 1800 manat) təklif olunmuş, bu barədə ona rəsmi məktublar göndərilmiş, lakin iddiaçı təklif edilən vəzifə ilə bağlı münasibətini bildirməmişdir. Məhkəmə qərarının “iddiaçıya məcburi iş buraxma müddəti ü çün əmək haqqının ödənilməsi” hissəsində icrasını təmin etmək məqsədilə İddiaçı ödəniləcək məcburi iş buraxma müddəti üçün müəyyən olunmuş əmək haqqı (xx.xx.2019-cu ildən DSMF-nin dövlət orqanı kimi ləğvi tarixinədək) isə iddiaçı özünə aid bank hesabı təqdim etmədiyindən Yasamal rayon İcra şöbəsinin depozit hesabına köçürülmüşdür.
6. Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2-1(118)-882/2020 nömrəli qərardadı ilə (hakim V.E.Əzizova) ərizə təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(118)-882/2020 saylı qərarının icrası ilə bağlı izah edilmişdir ki, İddiaçı məcburi işburaxmaya görə əmək haqqı işdən azad edildiyi vaxtdan məhkəmə qərarı icra olunana qədər ödənilməlidir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məcburi işburaxma, işçinin işəgötürənin təqsiri ucbatından öz əmək funksiyalarının icrasını müəyyən dövr üçün icra edə bilməməsidir. İşçi tərəfindən işburaxma dövrü üçün işçiyə hər hansı ödəniş olunmur. İşəgötürənin təqsiri ucbatından məcburi işburaxma baş verdikdə isə işəgötürən itirilmiş əmək haqqını tam ödəməlidir.
8. Cavabdeh apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. a) apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2023cü il tarixli, 2-1(105)-834/2023 nömrəli qərardadı ilə (hakimlər G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və A.M.Süleymanova) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2-1(118)-882/2020 nömrəli qərardadı ləğv edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(118)882/2020 saylı qərarına izah verilməsinə dair iddiaçının ərizəsi təmin edilməmişdir.
10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə qərarının izah edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar olmalı və həmin əsaslar qərarın məzmunu dəyişdirilməsinə səbəb olan hal kimi çıxış etməməlidir. Məhkəmə iddiaçının ərizənin əsası kimi istinad etdiyi hallarla bağlı qeyd etmişdir ki, həmin hallar məhkəmə qərarına izah verilməsi üçün əsas qismində çıxış etməmişdir. Belə ki, iddiaçının ərizədə istinad etdiyi halların məzmunundan görünür ki, həmin hallar məhkəmə qərarının qeyrimüəyyənliyi və ya anlaşılmazlığı ilə bağlı olan hallara aid olmamaqla, məhz icra sənədinin icrası ilə bağlı olan hallardan ibarət olmuşdur. Həmçinin qeyd edilməlidir ki, hazırki iş üzrə müvafiq məhkəmə qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 03 may 2019-cu il tarixli **********2 saylı əmri qismən, İddiaçı aid hissədə ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət verməd ən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə qeyd edilən halları əsas götürərək hesab etmişdir ki, indiki halda məhkəmə qərarında hər hansı qeyri-müəyyənliyin və ya anlaşılmazlığın, habelə ziddiyyətli halın olması müəyyən edilməmiş, hansı ki yalnız həmin hallar müəyyən edildiyi halda qərarın izah edilməsi mümkün ola bilərdi.
11. İddiaçı kassasiy a şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, cavabdeh tərəf yalnız hüquqi şəxs olana qədər (müəssisə) əmək haqqını ödəyir, qalan aylar üçün əmək haqqı ödənilmir. Bu, məhkəmə qərarının qismən icra edilməsi hesab olunmalı və tələbkarın haqlı tələbi qorunmalıdır. Belə ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, İddiaçı məcburi işburaxma dövrü üçün də əmək haqqı ödənilməlidir. Cavabdeh isə həmin müddəti işə bərpanı həyata keçirdiyi gündən deyil, 2020-ci ilə qədər olan dövrün əmək haqqısını hesablayaraq depozit hesabına köçürmüşdür. Bu halda, məhkəmə qərarı qismən icra edilmiş hesab olunmal ıdır. Ona görə də, qərara izah verilməsi zərurəti yaranmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd olunur ki, məhkəmə qərarının icrası və ondan irəli gələn hüquqi nəticələrlə bağlı müvafiq işlər görülmüşdür. Belə ki, məhkəmə qərarının “əmrin ləğv edilməsi” hissəsində icrasını təmin etmək məqsədilə Nazirliyin 13 may 2022-ci il tarixli, **********6 nömrəli əmri ilə Nazirliyin “İddiaçı və E.Quliyevin əmək müqavilələrinə xitam verilmələri barədə” 3 may 2019-cu il tarixli, **********2 nömrəli əmri İddiaçı aid hissədə ləğv edilmişdir. Qərarın “iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi” hissəsinin icrasının təmin edilməsi ilə bağlı cavabdeh qeyd etmişdir ki, 18 aprel 2022-ci il tarixində iddiaçı Nazirl iyə dəvət edilərək Nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsində görüş keçirilmiş və ona hal-hazırda Sumqayıt şəhərində fəaliyyət göstərən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialının Ünvanlı dövlət sosial yardımının təminatı şöbəsində vakant aparıcı mütəxəssis vəzifəsi təklif olunmuş, Sumqayıt Apelyasiya Məhkəməsində proses davam etdiyi dövrdə ilk öncə ona təklif edilmiş vəzifə ilə razılaşmış, daha sonra isə işlə təmin olunmadan imtina etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun işçiləri dövlət qulluqçuları hesab edilmədiyindən iddiaçının əvvəlki vəzifəsinə bərpası mümkün deyildir. Qərarın “iddiaçıya məcburi işburaxma müddəti üçün əmək haqqının ö dənilməsi” hissəsində icrasını təmin etmək məqsədilə İddiaçı ödəniləcək məcburi işburaxma müddəti üçün müəyyən olunmuş əməkhaqqı ona aid bank hesabı təqdim edilmədiyindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin depozit hesabına köçürülmüşdür. TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün h əlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikay ət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
15. Mülki Prosessual Məcəllə: 230.1. İşə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətna mə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. 230.3. Qətnamə icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. 230.5. Qətnamənin izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. 16. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 saylı, 19 noyabr 2021-ci il tarixli qərarı “1. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 79.1-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Nəzərə alınmalıdır ki, inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir....
33. Məhkəmələr nəzərə almalıdırlar ki, İPM-in 1.2 və 116.1-ci maddələrinə uyğun olaraq inzibati işlər üzrə məhkəmə qərarlarının icrası ilə bağlı MPM-in və “İcra haqqında” Qanunun müvafiq normalarına istinadla və inzibati mübahisələrin xüsusiyyətləri nəzərə alınmaqla məhkəmə aktının izah edilmə si, icrada dönüş, məhkəmə qərarının icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qərarın icra üsulunun və qaydasının dəyişdirilməsi, icra hərəkətlərinin təxirə salınması və icra üzrə icraatın dayandırılması məsələlərinə də baxıla bilər”. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxıl an zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmadığından qəbul edilən məhkəmə qərardadı ləğv olunmalıdır.
20. Apellyasiya məhkəməsi ərizəni rədd edirkən ona əsaslanmışdır ki, indiki halda məhkəmə qərarında hər hansı qeyri-müəyyənliyin və ya anlaşılmazlığın, habelə ziddiyyətli halın olması müəyyən edilməmişdir, hansı ki, yalnız həmin hallar müəyyən edildiyi halda qərarın izah edilməsi mümkün ola bilərdi. İddiaçının dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, bu dəlillər məhkəmə qərarına izah verilməsi üçün əsas deyildir. Belə ki, həmin hallar məhkəmə qərarının qeyri-müəyyənliyi və ya anlaşılmazlığı ilə bağlı olan hallara aid olmamaqla, məhz icra sənədinin icrası ilə bağlı olan hallardan ibarət olduğundan iddiaçının bu məzmunlu ərizəsi əsassızdır.
21. Məhkəmə kol legiyası aşağıda göstərilənlərə əsasən apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmır.
22. Məhkəmə kollegiyası “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 saylı, 19 noyabr 2021-ci il tarixli qərarının 1-ci bəndindəki mövqeni xatırlatmaqla bir daha qeyd edir ki, məhkəmə qərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. Məhkəmə qərarının icra olunmaması məhkəmə müdafiəsi hüququnu puç və əhəmiyyətsiz etməklə həmin hüququn son nəticədə xəyali hala çevrilməsinə səbəb olur.
23. Buna görə də, məhkəmə qərarı vaxtında, tam və düzgün icra olunmalıdır. Bu qaydada icra onu nəzərdə tutur ki, qərar vaxtında icra olunmaqla yanaşı, həm də onun məzmununa uyğun icra olunmalı, icra formal deyil, mahiyyəti üzrə baş tutmuş olmalıdır. Müvafiq olaraq borclunun icranı təmin etməyə yönəlmiş hərəkətləri qərarın hədəflədiyi yekun faktiki və hüquqi nəticələri təmin etməlidir.
24. Bununla yanaşı, kollegiya qeyd edir ki, cavabdeh orqanın üzərinə qoyulmuş öhdəliyin xarakterindən, eləcə də məhkəmə qərarının icrası mərhələsində yaranmış yeni faktiki və hüquqi hallardan asılı olaraq icra ilə bağlı həyata keçirilməli hərəkətlər fərqli ola bilər. Belə ki, əgər qərarın icrası mərhələsində yaranmış yeni faktiki və hüquqi hallar icranın həyata keçirilməsi vəziyyətinə obyektiv olaraq təsir edirsə, sözügedən hallar cavabdehin icraya dair öhdəliklərinin həcminə və həyata keçirilməsi qaydasına təsir edə bilər. Bu zaman, həmçinin tərəflərin davranışlarına və icranın baş tutma sına yönəlmiş niyyətlərinə də qiymət verilməlidir. Nəhayət, bu mərhələdə, həm də məhkəmənin xidməti vəzifəsindən irəli gələn öhdəlikləri də vardır. İcraya nəzarət edən məhkəmədən gözlənilən yeni faktiki və hüquqi halları nəzərə almaqla məhkəmə qərarına izah verilməsi, icra barədə qərardad çıxarılması və s. prosessual imkanlardan istifadə etməklə icranın baş tutmasını təmin etməkdir.
25. Qeyd edilənlərin hazırkı işin hallarına tətbiqi ilə bağlı nəzərə alınmalıdır ki, cavabdehin üzərinə məhkəmə qərarı ilə qoyulmuş öhdəlik iddiaçını əvvəlki vəzifəsinə bərpa etməkdən və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsindən ibarətdir. İşin hallarından, həmçinin müəyyən olunur ki, tərəflər istər iddiaçının əvvəlki vəzifəsinə bərpası, istərsə də ona ödənilməli olan məcburi iş buraxma müddə ti üçün əmək haqqının məbləği ilə bağlı mübahisə edirlər. Eyni zamanda, nəzərə alınmalıdır ki, iddiaçının işə bərpa tələbinin təmin edilməsi üzrə məhkəmə mübahisələri Ali Məhkəmə tərəfindən 02 fevral 2022-ci il tarixli qərarın qəbul edilməsi ilə başa çatsa da, məhkəmə mübahisələrinin davam etdiyi dövrdə yeni faktiki və hüquqi vəziyyət yaranmışdır. Yəni iddiaçının işlədiyi DSMF icra hakimiyyəti orqanı kimi ləğv edilmiş, onun əsasında DSMF publik hüquqi şəxs yaradılmışdır. Beləliklə, yeni faktiki və hüquqi vəziyyət yaranması halı göz önünə alınmaqla icranın hansı qaydada həyata keçirilməsi məsələsinə aydınlıq gətirilməlidir. Bu mənada, apellyasiya məhkəməsi tərəfindən məhkəmə qərarına izah verilməsindən imtina əsassız olmuşdur.
26. Cavabdehin iddiaçını əvvəlki vəzifəsinə bərpa etmək öhdəli yi ilə bağlı qeyd edilməlidir ki, işin hallarından görünür ki, cavabdeh bununla bağlı iddiaçıya rəsmi təkliflər etmişdir. İlk növbədə, nəzərə alınmalıdır ki, iddiaçının işdən çıxarılmasının qanunsuzluğu məhkəmə qərarı ilə öz təsdiqini tapdığından və yeni yaranmış vəziyyətə görə cavabdeh iddiaçını məhz əvvəlki vəzifəsinə bərpa edə bilmədiyindən, cavabdehin onu əvvəlki işinə ən yaxın olan oxşar işlə təmin etmək öhdəliyi qalır. Bu öhdəlik qanuni qüvvədə olan məhkəmə qərarının icra edilməsi vəzifəsindən doğur. Lakin cavabdehin sözügedən öhdəliyi oxşar vəzifənin təklif edilməsi ilə məhdudlaşır. Odur ki, məhkəmənin qiymətləndirməli olduğu əsas məsələlərdən biri cavabdeh tərəfindən təklif edilmiş vəzifənin iddiaçının əvvəlki işi ilə oxşarlığının müəyyən edilməsidir. Bu zaman, əvvəlki vəzifənin əm ək funksiyaları ilə təklif olunan yeni vəzifənin əmək funksiyaları, eləcə də vəzifə üzrə ödənilən əmək haqları müqayisə olunmalıdır. Əgər məhkəmə, apardığı dəyərləndirmənin nəticəsi olaraq qeyd edilən şərtlərə riayət olunmaqla oxşar vəzifənin təklif olunduğu qənaətinə gələrsə, iddiaçının həmin vəzifə ilə razılaşmamasına baxmayaraq cavabdeh iddiaçını əvvəlki vəzifəsinə bərpa etmək öhdəliyi üzrə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmiş hesab oluna bilər.
27. Məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi məsələsinə münasibətdə də oxşar yanaşma tətbiq edilməlidir. İddiaçının sözügedən ödənişləri almaq hüququ əmək haqqının faktiki ödənildiyinin dayandırıldığı andan başlamaqla iddiaçıya oxşar vəzifənin təklif olunduğu ana qədər olan dövrü əhatə etməl idir. Kollegiya cavabdehin bununla bağlı ödənişin DSMF-nin publik hüquqi şəxsə çevrildiyi ana qədər edilməli olduğuna dair mövqeyini əsassız hesab edir. Bu, hazırkı işin xüsusi hallarından irəli gəlir. Belə ki, qanuni qüvvədə olan məhkəmə qərarı ilə iddiaçını əvvəlki vəzifəsinə bərpa etmək və məcburi iş buraxma müddəti üçün əmək haqqını ödəmək öhdəliyi DSMF-nin deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmuşdur.
28. Məhkəmə kollegiyası hesab edir ki, təkrar apellyasiya baxışında yuxarıda qeyd olunmuş hüquqi mövqelər nəzərə alınmaqla müvafiq faktiki halların müəyyənləşdirilməsi üzrə zəruri araşdırmanın və qiymətləndirilmənin aparılması təmin olunmaqla, məhkəmə qərarına izah verilməyə dair ərizə üzrə qanuni və əsaslı məhkəmə aktının çıxarılması təmin olunmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 2-1(105)-834/2023 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.