Məhkəmə qərarları › İş №2-1(102)-975/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-975/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-975/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli mənzillə təmin olunma Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsə qar şı “cavabdehin imtina məktubunun qanunsuz hesab edilməsi və iddiaçının (ailəsinin) yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil və ya fərdi yaşayış evi ilə təmin olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 dekabr 2024-cü il tarixli, 2-1(103)-3267/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Xətai rayon icra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli, 456 saylı Sərəncamına əsasən Bakı şəhəri, Y.Səfərov küçəsi, 18 saylı evin yaşayış sahəsi 40.0 kv.m olan 2 otaqlı 31 saylı mənzilində yaşayan vət. X6 İ qrup gözdən əlili kimi 6 nəfər (özü, oğlu, gəlini, nəvəsi, 2 nəticəsi) ailə tərkibi ilə yaşayış yeri üzrə güzəştli mənzil növ bəsinə alınmış və onun mənzil növbəsi xx.xx.2006-cı il tarixdən hesab edilmişdir.

2. Sonradan İddiaçı ərizə ilə rayon icra Hakimiyyətinə müraciət edərək, X1nun vəfatı ilə əlaqədar (ölüm haqqında şəhadətnamə xx.xx.2018-ci il, AZ-1 №903938) onun yaşayış yeri üzrə mənzil növbəsinin ailə üzvləri ilə birlikdə öz adına keçirilməsini xahiş etmişdir.

3. Xətai Rayon İcra Hakimiyyəti başçısının 309 nömrəli xx.xx.2021-ci il tarixli sərəncamı ilə X2 vəfatı ilə əlaqədar yaşayış yeri üzrə olan mənzil növbəsi 7 nəfər (özü, arvadı, oğlu, gəlini və 3 nəvəsi) ailə tərkibi ilə oğlu İddiaçı adına dəyişdirilməsi və onun xx.xx.2006-cı il tarixdən güzəştli əsaslarla yaşayış yeri üzrə mənzil növbə siyahısında hesab edilməsi qərara alınmışdır.

4. İddiaçı mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar cavabdehə m üraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, xx.xx.2006-cı il tarixində Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış gözdən əlilliyi olan mərhum X1nun mənzil növbəliliyi xx.xx.2021-ci il tarixdə adına keçirilmişdir. Sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə mövcud qanunvericiliyə uyğun olaraq baxılacaqdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiаçı İddiaçı Cavabdeh publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin imtina məktubunun qanunsuz hesab edilməsi və iddiaçının (ailəsinin) yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil və ya fərdi yaşayış evi ilə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini etmişdir.

6. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, o, 7 nəfər ailə üzvü ilə birlikdə ünvan 1 ünvanında pasport qeydiyyatındadırlar. X1 2019-cu il tarixdə öldükdən sonra Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının 30 sentyabr 2021-ci il tarixli 309 nömrəli Sərəncamdan çıxarışa əsasən X1nun vəfatı ilə əlaqədar yaşayış yeri üzrə olan mənzil növbəsi 7 nəfər (özü, arvadı, oğlu, gəlini və 3 nəvəsi) ailə tərkibi ilə oğlu İddiaçı dəyişdirilməsi və o, xx.xx.2006-cı il tarixdən güzəştli əsaslarla yaşayış yeri üzrə mənzil növbə siyahısında hesab edilməsi qərara alınmışdır. Bir neçə müddət əvvəl ona məlum olmuşdur ki, mənzil növbəsində o və ailə üzvləri 1 (bir) otaqlı mənzilə görə növbə siyahısına götürülmüşlər. Bununla narazı olduğu üçün cavabdehə xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli ərizələrlə ilə müraciət edərək o və ailə üzvlərinin 1 (bir) otaqlı deyil, 2 (iki) və daha çox otaqlı mənzilə görə növbə siyahısına götürülməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-3/2-71-31911/202 nömrəli cavab məktubu ilə bildirmişdir ki, "mövcud qanunvericiliyə uyğun olaraq" baxılacaqdır. İkinci müraciət ərizəsinə isə telefonla bildirimişdir ki, müraciəti cavablandırılmışdır.

7. Cavabdeh iddiaya dair etirazını məhkəməyə təqdim edərək göstərmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid a ilələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 20202023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernob ıl AES- də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. İddiaçı 26 may 2006-cı il tarixində Qarabağ müharibəsi iştirakçısı kimi mənzil növbəsinə dayanmış və hal-hazırda Bakı şəhəri Xətai Rayon İcra Hakimiyy ətinin 30 sentyabr 2021-ci il tarixli 309 nömrəli Sərəncamı ilə həmin növbəni yenidən öz adına keçirmişdir. Müharibə iştirakçısı olmuş şəxslərin mənzil təminatının həyata keçirilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin vəzifə səlahiyyətlərinin xaricindədir. Həmçinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətindən xx.xx.2023-cü il tarixli 11/2- 462/2023 məktubla Agentliyə təqdim olunmuş siyahıda İddiaçı adı öz əksini tapmamışdır.

8. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə təqdim edərək “özü və ailə üzvlərinin 2 (iki) və daha çox otaqlı mənzillə təmin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(11 2)-3888/2024 saylı, 27 mart 2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3888/2024 saylı, 24 aprel 2024-cü il tarixli qərarı ilə (hakim X3) ilə iddia təmin edilmiş, İddiaçı və ailə üzvlərinin yaşayış sahəsinə ehtiyacı olan qismində 2 (iki) və daha çox otaqlı mənzillə təmin olunması öhdəliyi Cavabdehn üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh qanunvericiliklə məhz onun üzərinə qoyulmuş öhdəliyi icra etməmiş, məsələsini tam araşdırmadan, iddiaçının ”Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqınd a” Azərbaycan Respublikası Prezidentinin sərəncamında göstərilən şəxslər kateqoriyasına aid olmasını və mənzil uçotunda mənzil sahəsinə ehtiyacı olan şəxs kimi dayanmasını nəzərə almadan qanunvericiliklə üzərinə düşən öhdəliyi icra etməmişdir ki, bununla da “İnzibati icraat haqqında” Qanunun tələblərini pozmuşdur.

12. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

13. İş apellyasiya instansiya məhkəməsinin icraatında olan zaman iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ona növbəlilik qaydasında 2 (iki) otaqdan az olmamaqla mənzil verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul e dilməsini xahiş etmiş, apellyasiya instansiya məhkəməsinin protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 dekabr 2024-cü il tarixli, 2-1(103)-3267/2024 nömrəli qərarı (hakimlər X8 (məruzəçi), X4 və X7) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3888/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmiş, iddia tələbi təmin edilmiş, İddiaçı (ailə üzləri ilə birgə) yaşayış sahəsinə ehtiyacı olan qismində 2 (iki) otaqdan az olmamaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı sərəncamına əsasən müvafiq növbəlilik qaydasında mənzillə təmin olunması öhdəliyi Cavabdehn üzərinə qoyulmuşdur.

15. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarına görə sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Odur ki, iddiaçıya yaşayış sahəsinə ehtiyacı olan qismində 2 (iki) otaqdan az olmamaqla şərti ilə növbəlilik qaydasında mənzil sahəsi verilməlidir.

16. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının l əğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Şikayətdə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamlarına, eləcə də Mənzil Məcəlləsinin 30.1, 50 və 56.7-ci maddələrinə istinad edilərək apellyasiya instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilir.

18. Qeyd edilir ki, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının qəbul etmiş olduğu 2-1(103)- 3267/2024 saylı xx.xx.2024-cü il tarixli qərarında hər iki maddədə verilmiş vətəndaş anlayışlarının eyni mənaya malik olmasını və yaşayış sahəsinin ümumi sahəsi müəyyənləşdirilərkən İddiaçı oğlu olan X5 mülkiyyətində olan ünvan 1 ünvanında ümumi sahəsi 62 kv.m olan 2 otaqlı mənzili- ailə üzvlərinin ümumi sayının uçot normasını müəyyən edən zaman (16 kv.m x 7 =112 kv.m) olmasını nəzərə almamışdır. Həmçinin, məhkəmə öz qərarında X5 mülkiyyətində olan ünvan 1 ünvanında, ümumi sahəsi 62 kv.m olan 2 otaqlı mənzil sahəsini 7 nəfərə münasibətdə yaşayış sahəsinin ayrılma norması kimi (64 kv.m: 7= 9.14 kv.m) müəyyən edərək bir növ özü-özünü təkzib etmişdir. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən qəbul edilmiş 21(103)-3267/2024 saylı xx.xx.2024-cü il tarixli qərar ləğv edilərək iddia tələbi mümkünsüz hesab edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştir akına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs;... Maddə

31. Əlilliyi olan şəxslərin mənzil təminatı 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 31.2. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.

21. Azərba ycan Respublikasının Mənzil Məcəlləsi: Maddə

55. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçotdan çıxarılması... 55.3. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydası “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Maddə

56. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin verilməsi 56.1. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. 56.2. Sosial kira yə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri aşağıdakılara verilir: 56.2.1. yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara; 56.2.2. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə; 56.2.3. bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda gös tərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşlara. 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ haki miyyət tədbiridir;... Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə i şə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. İş materiallarından görünür ki, iddiaçının hüquqi marağı ona növbəlilik qaydasında 2 (iki) otaqdan az olmamaqla mənzil verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasına yönəlmişdir.

27. Apellyasiya instansiya məhkəməsinin qərarı ilə iddia tələbi əsaslı hesab edilərək iddiaçının (ailə üzləri ilə birgə) yaşayış sahəsinə ehtiyacı olan qismində 2 (iki) otaqdan az olmamaqla Azərbaycan Respublikası Nazi rlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı sərəncamına əsasən müvafiq növbəlilik qaydasında mənzillə təmin olunması öhdəliyi Cavabdehn üzərinə qoyulmuşdur.

28. Hazırkı iş üzrə cavabdeh apellyasiya instansiya məhkəməsinin qərarını mübahisələndirərək iddianın təmin edilməsi barədə gəlinmiş nəticənin qanuni olmadığı qənaətindədir.

29. Belə ki, şikayət müəllifi hesab edir ki, iddiaçının gəlini və üç nəvəsi Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü hesab edilməyindən mənzillə bağlı məsələlər onlara münasibətdə tətbiq edilə bilməz.

30. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilmiş bu arqumentlə razılaşmayaraq bildirir ki, Xətai Rayon İcra Hakimiyyəti başçısının 309 nömrəli xx.xx.2021ci il tarixli sərəncamı ilə X2 vəfatı ilə əl aqədar olaraq yaşayış yeri üzrə olan mənzil növbəsi 7 nəfər (özü, arvadı, oğlu, gəlini və 3 nəvəsi) ailə tərkibi ilə oğlu İddiaçı adına dəyişdirilməsi və onun xx.xx.2006-cı il tarixdən güzəştli əsaslarla yaşayış yeri üzrə mənzil növbə siyahısında hesab edilməsi qərara alınmışdır.

31. Başqa sözlə Xətai Rayon İcra Hakimiyyəti başçısının 309 nömrəli xx.xx.2021-ci il tarixli sərəncamı əsasında iddiaçı yaşayış yeri üzrə mənzil növbəsi siyahısına daxil edərkən mənzillə bağlı uçot normasında onun özü, arvadı, oğlu, gəlini və üç nəvəsi daxil edilmişdir. 32. “İnzibati icraat haqqında” Qanunun tələbinə əsasən Xətai Rayon İcra Hakimiyyəti başçısının 309 nömrəli xx.xx.2021-ci il tarixli sərəncamı da bir inzibati aktdır və həmin inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtarmadığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı hesab edilir. Odur ki, iddiaçı mənzillə təmin edilərkən onun gəlini və üç nəvəsinin nəzərə alınmaması ilə bağlı cavabdeh tərəfindən irəli sürülmüş arqumentin hüquqi əsası yoxdur.

33. Kassasiya şikayətində qeyd edilən digər hal isə iddiaçıya ayrılan yaşayış sahəsi norması ilə bağlıdır. Qeyd edilir ki, Mənzil Məcəlləsinin 56.7-ci maddəsinə uyğun olaraq, mənzil ayrılma norması 16 kvadratmetr olduğundan və iddiaçının oğlunun mülkiyyətində olan 62 kv.m mənzil sahəsinin mövcudluğu nəzərə alındığından İddiaçı və onun arvadı üçün yaşayış sahəsinin ayrılma norması 1 otaqlı mənzildir.

34. Cavabdehin kassasiya şi kayətində qeyd etdiyi bu halı təhlil edən məhkəmə kollegiyası həmin dəlilə aşağıdakı kimi hüquqi qiymət verilməsini məqsədə müvafiq hesab edir.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” 27 noyabr 2019-cu il tarixli, 459 nömrəli Qərarı ilə sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir.

36. Yəni, qərara əsasən mənzil növbəsində olan hər bir şəxs üçün yaşayış sahəsinin ay rılma norması 16 kvadratmetrdir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisəsiz halı qismində iddiaçının oğlu X5 adına ünvan 1 ünvanında ümumi sahəsi 62 kv.m olan 2 otaqlı mənzilin olması çıxış etdiyindən, cavabdeh tərəfindən iddiaçı mənzil təmin edilərkən iddiaçının oğlunun mülkiyyətində 62 kv.m-lik 2 otaqlı mənzilin olma faktı nəzərə alınmalıdır.

38. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, iddiaçı mənzillə təmin edilərkən cavabdeh tərəfindən növbəlilik qaydasına əməl edilməlidir. Belə ki, Mənzil Məcəlləsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota duran vətəndaşlara yaşayış sahələri növbəlilik (uçota alınma tarixi nəzərə alınmaqla) və növbədənkənar qaydada verilir. Hazırkı iş üzrə iddiaçı Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 56.2-ci maddəsində qeyd olu nan şəxslər kateqoriyasına aid olmadığından onun müvafiq növbəlilik qaydasında mənzillə təmin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

39. Beləliklə, yuxarıda qeyd edilən halları ümumiləşdirən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçı mənzillə təmin edilərkən onun oğlunun mülkiyyətində olan ünvan 1 ünvanında ümumi sahəsi 62 kv.m-lik 2 otaqlı mənzil nəzərə alınmaqla (ailə üzləri ilə birgə) yaşayış sahəsinə ehtiyacı olan qismində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı sərəncamına əsasən müvafiq növbəlilik qaydasında mənzillə təmin olunmalıdır.

40. Məhkəmə kollegiyası həm də nəzərə alır ki, cavabdeh kassasiya şikayətində iddiaçıya bir otaqlı mənzilin verilməsini məqsədə müvafiq h esab etmişdir.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxs tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 dekabr 2024-cü il tarixli, 2-1(103)-3267/2024 saylı qərarı dəyişdirilsin. İddiaçı mülkiyyətdə olan ünvan 1 ünvanında ümumi sahəsi 62 kv.m 2 otaqlı mənzil nəzərə alınmaqla (ailə üzləri ilə birgə) yaşayış sahəsinə ehtiyacı olan qismində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı sərəncamına əsasən müvafiq növbəlilik qaydasında mənzillə təmin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazi rliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsin üzərinə qoyulsun. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar