Məhkəmə qərarları › İş №2-1(102)-976/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-976/2020

05.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-976/2020 05.06.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı iş üzrə Açar söz: əlilliyə görə pensiya təyin edilməsindən imtina GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər Şöbəsinə (bundan sonra cavabdeh və ya DSMF-un Şəki şəhər Şöbəsi) qarşı “10.01.1984-cü ildən 10.04.1993-cü ilədək Kəlbəcər rayon ət və süd emalı zavodunda, 01.06.1993-cü ildən 31.12.2000-ci ilədək Kəlbəcər çörək kombinatının çörək sexində, 01.01.2001-ci ildən 31.12.2003-cü ilədək “X” firmasında, 02.01.2004-cü ildən 16.01.2006cı ilədək “X” MMC-də işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-34/2020 saylı, 15.01.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 05.06.2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Iddiaçı **.**.1966-cı ildə Şəki şəhərində doğulmuş, Xx seriyalı *****nömrəli əmək kitabçasına əsasən 10.01.1984-cü ildən 10.04. 1993-cü ilədək Kəlbəcər rayon ət və süd emalı zavodunda ekspeditor, 01.06.1993- cü ildən 31.12.2000-ci ilədək Kəlbəcər çörək kombinatının nəzdində olan Gəncə şəhər 3-cü mikrorayonda yerləşən çörək sexində xəmirkar, 01.01.2001-ci ildən 31.12.2003-cü ilədək Ünvan yerləşən "X" firmasının nəzdində olan çörək sexində xəmirkar, 02.01.2004-cü ildən 16.01.2006-cı ilədək Ünvan yerləşən "X" MMC-in nəzdində olan çörək sexində xəmirkar işləmişdir. Ona 23.10.2018-ci ildə ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcəli əlillik və bu əlilliyə görə 130 manat məbləğində sosial müavinət təyin edilmişdir. İddiaçı ona əlilliyə görə pensiya təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 04.02.2019-cu il tarixli cavab məktubu ilə iddiaçıya pensiya təyin etməkdən imtina edilmiş və bildirilmiş dir ki, ona əlilliyə görə əmək pensiyası təyin olunması üçün 12 il sosial sığorta stajı və ya 12557,16 manat pensiya kapitalı tələb olunur. İddiaçının 1984-2005-ci illərdə olan iş stajının əmək haqqı cədvəllərinə əsasən qarşılıqlı yoxlanması üçün DSMF-un Kəlbəcər rayon şöbəsinə sorğu məktubu göndərilmiş, sorğu ilə əlaqədar DSMF-un Kəlbəcər rayon şöbəsi tərəfindən Kəlbəcər Rayon Dövlət Arxivində 08.01.2019-cu il tarixli akt tərtib olunmuşdur. Lakin həmin aktda iddiaçının hansı müddətlərdə əmək haqqı alması göstərilməmiş, yalnız əmək haqqı ödəniş cədvəllərində adının qeyd olunması göstərilmiş, işə daxil olma və işdən çıxma əmrləri konkret olaraq qeyd edilməmişdir. Habelə, iddiaçının 1984-1993-cü illərdə Kəlbəcər rayon ət və süd emalı zavodunda işləməsi barədə heç bir qeyd aparılmamışdır. Bel əliklə, iddiaçının 1984-2005-ci illərdə işləməsi təsdiq olunmadığı üçün sosial sığorta stajına daxil edilməsi və ona əlilliyə görə əmək pensiyası təyin olunması mümkün deyil. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 10.01.1984-cü ildən 10.04.1993-cü ilədək Kəlbəcər rayon ət və süd emalı zavodunda, 01.06.1993-cü ildən 31.12.2000-ci ilədək Kəlbəcər çörək kombinatının çörək sexində, 01.01.2001-ci ildən 31.12.2003-cü ilədək “X” firmasında, 02.01.2004-cü ildən 16.01.2006-cı ilədək “X” MMC-də işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. O, öz tələbini belə əsaslandırmışdır ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun qüvv əyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən və pensiya kapitalının fərdi hesabın yığım hissəsi 01.01.2006-cı ildən tətbiq edilməyə başlandığından 10.01.1984-cü ildən 10.04.1993-cü ilədək Kəlbəcər rayon ət və süd emalı zavodunda, 01.06.1993-cü ildən 31.12.2003-cü ilədək "X" firmaında, 02.01.2004-cü ildən 16.01.2006-cı ilədək isə "Arif Bərəkət" MMC-də işləməsi barədə əmək kitabçasında qeyd olunmuş illər sosial sığorta stajına daxil edilməlidir. Məhkəmələrin mövqeyi: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 06.11.2019-cu il tarixli, 2-1(84)-861/2019 nömrəli qərarına əsasən, iddia tələbi rədd edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 06.11.2019-cu il tarixli, 2-1(84)-861/2019 nömrəli q ərarından iddiaçı apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.01.2020-ci il tarixli, 21(107)-34/2020 nömrəli qərarına əsasən, iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 06.11.2019-cu il tarixli, 2-1(84)-861/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının 21 il 10 ay 14 gün stajı əmək kitabçası ilə təsdiq olunmur. İddiaçı birinci instansiya məhkəməsində ziddiyyətli məlumatlar vermişdir ki, bu da onun qeyd olunan illərdə Kəlbəcərdə və Gəncədə yaşamasını təkzib edir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı əmək kitabçasında qeyd olunan müəssisələrdə işləməmişdir və caavbdeh həmin müddətləri onun sosial sığorta stajına daxil etməməkdə haqlı olmuşdur. Şəki Apellya siya Məhkəməsinin İnzibati Kollegiyasının 15.01.2020-ci il tarixli, 21(107)-34/2020 nömrəli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə məhkəmə hazırkı mübahisəyə maddi hüquq normalarını tətbiq edərkən səhvə yol verməklə yanaşı, bu hüquq normalarının təfsirində də səhvə yol vermiş, tətbiq edilməli olan hüquq normasını tətbiq etməmiş və beləliklə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, məhkəmə Kəlbəcər Çörək Kombinatının möhürünün saxta olduğunu bildirsə də, möhür Kəlbəcər rayonu 1993-cü ildə işğal edilən vaxt orada qalmış və 08.04.1993-cü ildə yeni möhürün verilməsi üçün Kombinatın rəhbərliyi tərəfindən XXrayon Polis şöbəsinə müraciət edilmiş, möhür XXrayon Polis şöbəsinin məktubu əsasında Gəncə şəhəri ndə yerləşən mərkəzi mətbəə tərəfindən verilmişdir. İddiaçı bu dəlilini apellyasiya şikayətində qeyd etsə də, məhkəmə bu dəlilə heç bir münasibət bildirməmişdir. Kassator, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-407, 416418-ci maddələrinə istinad edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.01.2020-ci il tarixli, 2-1(107)-34/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi və ya araşdırılması üçün yenidən apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili izahat verərək kassasiya şikayətinin rədd olunması, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.01.2020-ci il tarixli, 2-1(107)-34/2020 nömrəli qərarının dəyi şdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Ali Məhkəmə Kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Azərba ycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.01.2020-ci il tarixli, 2-1(107)-34/2020 nömrəli nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşə apellyasiya instansiya məhkəməsində baxılarkən iddiaçının təqdim etdiyi əmək kitabçasından görünür ki, onun Kəlbəcər rayon ət və süd emalı zavodunda 9 il 3 ay, Kəlbəcər çörək kombinatının nəzdində olan Gəncə şəhər 3-cü mikrorayonda yerləşən çörək sexində 7 il 7 ay, Ünvanünvanında yerləşən "X" firmasının nəzdində olan çörək sexində 3 il, Ünvan ünvanında yerləşən "X" MMC-nin nəzdində olan çörək sexində 2 il 14 gün olmaqla, cəmi 21 il 10 ay 14 gün stajı vardır. DSMF-nin Şəki şəhər şöbəsi həmin müddətlərin iddiaçının sosial sığorta stajı na daxil edilməməsi barədə mövqeyini onunla əsaslandırır ki, əmək kitabçasında göstərilən müddətlərdə iddiaçının işləməsi təsdiq olunmur. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsində deyilir ki, əlilliyə görə əmək pensiyası I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. II və III qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin normanın mənasına görə, II qrup əlil olan iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün o, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay olmaqla cəmi 12 il (51 il-15 il = 36 il x4 ay = 144 ay = 12 il) sığorta stajına malik olmalıdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə görə, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi, şəxsə əmək pens iyasının təyin edilə bilməsi üçün onun əmək kitabçasında 01.01.2006-cı ilədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqlənməsi tələb olunur. Apellyasiya instansiya məhkəməsi sözügedən müddətlərin arxiv arayışları ilə təsdiq olunmadığını əsas gətirərək iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamış, iddiaçı isə bununla razılaşmayaraq kassasiya şikayətində maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq olunmadığını, apellyasiya şikayətinin dəlillərinin məhkəmə tərəfindən qiymətləndirilmədiyini bildirmişdir. İddiaçının kassasiya şikayətinin dəlillərini əsassız, apellyasiya instansiya məhkəməsinin mövqeyini isə haqlı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı Şəki şəhərində anadan olmaqla indiyə kimi Şəki şəhərində yaşamışdır. Onun əmək kitabçasında göstərilən müəssisələr isə 10.01.1984-cü ildən 10.04.1993-cü ilədək Kəlbəcər rayonunda, 01.06.1993-cü ildən 16.01.2006-cı ilədək Gəncə şəhərində yerləşmişdir. İşə aşağı instansiya məhkəmələrində baxılarkən iddiaçının verdiyi izahatlarda olan ziddiyətlər də onun həmin müəssisələrdə həqiqətən işləmədiyini göstərir. Belə ki, iddiaçı 1984-1993-cü illərdə Kəlbəcər rayonunda, 1993-2006-cı illərdə Gəncə şəhərində işlədiyi müddətdə yaşadığı ünvanlar barədə məhkəməyə məlumat təqdim edə bilməmiş, 06.11.2019-cu il tarixli şifahi məhkəmə baxışı zamanı iddiaçı həmin ünvanları bilmədiyini qeyd etmişdir. Bundan başqa, iddiaçı izahatında əvvəlcə Kəlbəcərdə yaşayan xalası X yanında 14 yaşın dan (1980-ci il) etibarən qaldığını, 2 aydan bir Şəkiyə valideynlərinin evinə 1-2 günlük gəlib-qayıtdığını, həmin müddətdə Şəki şəhərindəki 10 nömrəli məktəbdə oxuduğunu, 2006-cı ildə xalasının əri vəfat etdikdən sonra Gəncə şəhərinə köçdüyünü bildirsə də, sonra söyləmişdir ki, 1990-cı il təvəllüdlü uşağı 4-5 yaşında olanda (19941995-ci illər) əməliyyat edildiyinə görə o, Kəlbəcərdən Şəkiyə köçmüşdür. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Kəlbəcər rayonu Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən 02 aprel 1993-cü ildə işğal olunduğuna görə iddiaçının həmin vaxtdan sonra Kəlbəcərdə qalması barədə izahatı doğru sayıla bilməz. Həmçinin, iddiaçı izahatında bildirmişdir ki, o, Kəlbəcər rayonunda yerləşən çörək zavodunda işləmişdir. Halbuki, onun əmək kitab çasındakı qeydiyyata görə, o, Kəlbəcər rayonunda çörək zavodunda deyil, ət və süd emalı zavodunda işləmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək kitabçasında qeyd olunan illərdə Kəlbəcərdə və Gəncədə yaşaması barədə heç bir sübut yoxdur və göstərilən hallar da iddiaçının həmin müəssisələrdə işləməsi faktını təkzib edir. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, işin həlli üçün əhəmiyyət kəsb edən hallardan biri də odur ki, əmək kitabçasının birinci səhifəsində kitabçanın doldurulma tarixi kimi 17.01.1984-cü il yazılmış və iddiaçının soyadı X kimi göstərilmişdir. Lakin, işin halı belədir ki, 1984-cü ildə iddiaçının soyadı X deyil, X olmuş, X soyadını o, 21.08.1985-ci ildə nikaha daxil olduğu zaman götürmüşdür. Bu da onu deməyə əsas verir ki, əmək kitabça sında olan həmin qeydiyyat 1984-cü ildə deyil, ondan sonra aparılmışdır. Bundan başqa, apellyasiya instansiya məhkəməsi Kəlbəcər Çörək Kombinatının möhürünün saxta olduğu qənaətinə gəlsə də, iddiaçı kassasiya şikayətində bildirmişdir ki, möhür Kəlbəcər rayonu 1993-cü ildə işğal edilən vaxt orada qalmış və 08.04.1993-cü ildə yeni möhürün verilməsi üçün Kombinatın rəhbərliyi tərəfindən XXrayon Polis şöbəsinə müraciət edilmiş, möhür XXrayon Polis şöbəsinin məktubu əsasında Gəncə şəhərində yerləşən mərkəzi mətbəə tərəfindən verilmişdir. Göstərilənlərlə əsasən, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini haqlı hesab edərək belə nəticəyə gəlir ki, iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda i stisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, cavabdeh iddiaçıya əlilliyə görə pensiyasının təyin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Odur ki, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasə n, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı Iddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.01.2020-ci il tarixli, 21(107)-34/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar