Məhkəmə qərarları › İş №2-1(102)-976/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-976/2021

06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-976/2021 06.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işin hallarının hərətərəfli araşdırılmaması; rəhbər vəzifə tutan dövlət qulluqçusunun səlahiyyətlərinin icrası zamanı yol verdiyi nöqsanların düzgün qiymətləndirilməməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil2, cavabdehin nümayəndəsi X1 və vəkil i Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “03 may 2019-cu il tarixli **********2 saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2021-ci il tarixli, 2-1(105)-100/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.Cavabdehin 02.11.2017-ci il tarixli **********5 saylı əmri ilə iddiaçı 03.11.2017-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin Sosial yardım və müavinət sektorunun müdiri vəzifəsinə keçirilmişdir.

2. İddiaçı 26.09.2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27.09.2018-ci il tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin tarixdən barəsində hökm çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Bununla bağlı İstintaq İdarəsinin 03.10.2018-ci il tarixli məktubu əsasında 19.10.2018-ci il tarixdə işdən kənarlaşdırılmışdır. Nazirliyin 28.09.2018-ci il tarixli əmrinə uyğun olaraq Dövlət Sosial Müdafiə fondunun Sumqayıt şəhər şöbəsində 01.07.2017-ci il tarixdən 01.07.2018-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcb uri dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair araşdırma aparılmış və 24.10.2018-ci il tarixli araşdırmanın nəticəsinə dair tərtib edilmiş Arayışla iddiaçının rəhbərlik etdiyi Sosial yardım və müavinət sektorunda bir sıra nöqsanlara, o cümlədən vətəndaşlara artıq ödəmələrə yol verildiyi müəyyən edilmişdir.

3. Cavabdehin 03.05.2019-cü il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı və 25.2.6-cı maddələrinə əsasən xitam verilmişdir.

4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 31.05.2019-cu il tarixli hökmü ilə iddiaçı bəraət almış, hökm iddiaçıya münasibətdə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaç ı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə Sosial yardım və müavinət sektorunun müdiri vəzifəsinə təyin edilməsi və məcburi işdən kənarlaşdırma vaxtının iş stajı kimi hesablanması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.

6. Daha sonra iddiaçı bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş və son olaraq, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin So sial Müdafiəsi Nazirliyini göstərmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 03 may 2019-cu il tarixli **********2 saylı əmrinin ləğv edilməsi, əvvəlki işlədiyi vəzifəyə bərpa edilməsi və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, o, 04 aprel 2005-ci il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin Əhalinin Sosial Müdafiəsi üzrə Ünvanlı Sosial Yardım və Müavinətlər sektorunda baş məsləhətçisi vəzifəsində işləmişdir. 26 oktyabr 2016-cı il tarixdən həmin şöbənin yardım və müavinət sektorunun müdiri vəzifəsinə təyin edilmişdir. 26 sentyabr 2018-ci il tarixdə rəhbərlik etdiyi sektorun b aş məsləhətçisi X2 Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutularaq həbs edilmişdir. Şöbədə axtarış aparıb sənədlər götürüldüyündən o, öz təşəbbüsü ilə həmin idarəyə gedib işlə maraqlanmışdır, elə həmin gün onu da əsassız olaraq həbs etmişlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2019-cu il tarixli hökmü ilə əməlində cinayət tərkibi olmadığından ona bəraət verilmişdir. Cavabdeh Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 03.10.2018-ci il tarixli məktubunu və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndini rəhbər tutaraq özünün 19.10.2018-ci il tarixli əmri ilə onu tutduğu vəzifədən kənarlaşdırmış, 03.05.2019-cu il tarixli əmri ilə isə onun la bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Halbuki, onun təqsirsizliyi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübuta yetirilmişdir. Cavabdeh məhkəmə araşdırmasının sonunu gözləmədən ona qarşı qərəzli davranmışdır. Bundan əlavə, barəsindəki cinayət təqibi başa çatdıqdan sonra o, tutduğu vəzifədən azad edilməsi barədə əmri əldə etmək üçün dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq cavabdeh əmri ona təqdim etməmiş, yalnız 2020-ci ilin fevral ayının 25-də məktub göndərərək əmr barədə məlumat vermişdir. Nəticədə onun hüquqları iki ilə yaxındır kobud şəkildə pozulmaqdadır. Əsassız olaraq həbs edildiyindən və barəsində bəraət hökmü çıxarıldığından hesab edir ki, cavabdeh tərəfindən verilmiş əmr qanunsuz hesab edilərək ləğv edilməli və o, əvvəlki vəzifəsinə bərpa edilərək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.

8. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək etirazını belə əsaslandırmışdır ki, iddiaçının işdən azad edilməsinə əsas Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 02.05.2019-cu il tarixli məktubu və Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində Nazirliyin 28.09.2018-ci il tarixli əmri əsasında həyata keçirilmiş audit yoxlaması olmuşdur. İddiaçı 26.09.2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27.09.2018-ci il tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin tarixdən barəsində hökm çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Bununla bağlı İstintaq İ darəsinin 03.10.2018-ci il tarixli məktubu əsasında 19.10.2018-ci il tarixdə işdən kənarlaşdırılmışdır. Nazirliyin 28.09.2018-ci il tarixli əmrinə uyğun olaraq Dövlət Sosial Müdafiə fondunun Sumqayıt şəhər şöbəsində 01.07.2017-ci il tarixdən 01.07.2018-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair araşdırma aparılmış və iddiaçının rəhbərlik etdiyi Sosial yardım və müavinət sektorunda bir sıra nöqsanlara, o cümlədən vətəndaşlara artıq ödəmələrə yol verildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 4-cü hissəsinə əsasən, işdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 1 86-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər. Nazirliyin 03.05.2019-cu il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. “Dövlət qulluğu haqqında” Qanunun 18.0.4-cü maddəsinə əsasən, başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmək və 18.0.12-ci maddəsinə əsasən etik davranış qaydalarına əməl etmək dövlət qulluqçularının vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən, dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində dövlət qulluğundan azad edilməsi kimi tədbir görülə bilər (25.2.6). Qanunun 25.11-ci maddəsinə əsasən, dövlət qulluqçusu “Korrups iyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. Göstərilənlər nəzərə alınaraq iddiaçının barəsində verilmiş əmr tam qanunidir.

9. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-882/2020 saylı 14 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakim: V.E.Əzizova) iddia tələbinin qismən təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 03 may 2019-cu il tarixli **********2 saylı əmrinin qismən, iddiaçıya aid hissədə ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməs i öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

10. Məhkəmə qeyd etmişdir ki, cavabdeh nazirlik iddiaçının əməlində cinayət tərkibinin olmasına dair məhkəmənin hökmü olmadan, yəni onun yuxarıda göstərilən normada qeyd olunan hüquqpozmaları törətməsi sübuta yetirilmədən onu tutduğu vəzifədən azad etmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bundan başqa, cavabdeh mübahisələndirilən əmrdə qeyd etməsə də, iddia ərizəsinə etirazda bildirmişdir ki, iddiaçının tutduğu vəzifədən azad edilməsi barədə əmrin verilməsi üçün əsaslardan biri də 2018-ci ilin oktyabr ayında DSMF-nin Sumqayıt şəhər şöbəsində aparılan audit araşdırması olmuşdur. Halbuki, həmin araşdırmanın nəticələrinə görə tərtib edilmiş arayışda bir sıra işçilərə inzibati tənbeh tədbirinin görülməsi təklif e dilsə də, konkret olaraq iddiaçının adı qeyd olunmamışdır. İddiaçının işdən azad edilməsi barədə əmrdə əsas kimi yalnız Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubu göstərilmişdir. Beləliklə, iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair əmrin verilməsi üçün əsas olmuş yeganə hal öz təsdiqini tapmamışdır.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2021-ci il tarixli, 2-1(105)-100/2021 nömrəli qərarı ilə (sədrlik edən: Z.İ.Məmmədov, hakimlər: H.Ç.Babayeva və F.Ə.Məmmədov) Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-882/2020 saylı 14 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əmrin verilməsinə əsas kimi göstərilən Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubu ilə iddiaçı barəsində cinayət işinin istintaqının tamamlanaraq 31.01.2019-cu il tarixdə ittiham aktı ilə aidiyyəti üzrə baxılmasından ötrü Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi qeyd olunmuşdur. İddiaçının işdən azad edilməsinə əsas kimi gətirilən Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində Nazirliyin 28 sentyabr 2018-ci il tarixli, **********2 nömrəli əmri əsasında həyata keçirilmiş audit yoxlamasından əvvəl artıq iddiaçı həbs olunmuş və həmin yoxlama ilə iddiaçının müdiri olduğu sektor əməkdaşlarına münasibət də intizam tənbeh tədbiri tətbiq olunsa da, iddiaçıya münasibətdə heç bir intizam tənbeh tədbiri tətbiq olunmamışdır. Apelyasiya şikayətinin digər bir dəlili onunla bağlıdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin 4-cü hissəsinə əsasən, işdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər. Əmrin qəbul edilməsinə əsas kimi Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubu olduğu üçün və Dövlət qulluğu haqqında Azərbaycan Respublikası qanununun 33.1.6 və 25.11-ci maddələri rəhbər tutulmaqla iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyindən cavabdeh inz ibati orqanın Əmək Məcəlləsinin normalarına istinad etməsi əsassızdır.

14. Cavabdeh 07 aprel 2021-ci il tarixində kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.02.2021-ci il tarixli, 2-1(105)100/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı 03 may 2019-cu il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə) əsasən işdən azad edilmişdir. İddiaçının işdən azad edilməsinə əsas Azərbaycan Respublikasının Baş Prokur oru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 02 may 2019-cu il tarixli, ********* nömrəli məktubu və Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində Nazirliyin 28 sentyabr 2018-ci il tarixli, **********2 nömrəli əmri əsasında həyata keçirilmiş audit yoxlaması olmuşdur. İddiaçı 26 sentyabr 2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 sentyabr 2018-ci il tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin tarixdən məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. İddiaçı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin 03 oktyabr 2018-ci il tarixli ** ******* nömrəli məktubuna əsasən Nazirliyin 19 oktyabr 2018-ci il tarixli **********1 nömrəli əmri ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparıldığı müddətdə işdən kənarlaşdırılmışdır. Həmin dövrdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 sentyabr 2018-ci il tarixli, **********2 nömrəli əmrinə uyğun olaraq Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində 01 iyul 2017-ci il tarixdən 01 iyul 2018-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair araşdırma aparılmış və Sosial yardım və müavinət sektorunda (həmin dövr ərzində bu sektora iddiaçı rəhbərlik etmişdir) bir s ıra nöqsanlara yol verildiyi müəyyən olunmuşdur. Həmçinin müəyyənləşdirilmişdir ki, Şöbənin ünvanlı dövlət sosial yardımı, sosial müavinət və təqaüdlər sahəsindəki fəaliyyətində də bir sıra nöqsanlara, o cümlədən vətəndaşlara pensiya və sosial müavinət təyin olunmasında artıq ödəmə hallarına yol verilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan 15.11.2019-cu il tarixli, ********** nömrə ilə və 11.02.2020-ci il tarixli, **********1 nömrə ilə qeydə alınmış müraciətlərin tarix və məzmunundan göründüyü kimi, iddiaçının iddia etdiyi tələbə münasibətdə hüququnun pozulduğu ona 1 təqvim ayı öncədən bəlli olmuşdur. İddiaçı həbsdən azad ediləndən sonra Nazirlikdə olmuş və ona əmrin verilmə səbəbləri izah edilmişdir. “İnzibati icraat h aqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi, İddiaçı 31 may 2019-cu il tarixdən həbsdən azad edilməsinə baxmayaraq məlumatlı olduğu halda məhkəməyə müraciət edilməsi müddətini ötürmüşdür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı tərəfindən kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.

18. İddiaçı və onun vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; 18.0.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı; 18.0.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; 18.0.9. qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli; 18.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başq a yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli; 18.0.11. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. Maddə

20. Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər 20.1. Dövlət qulluqçusunun aşağıdakılara ixtiyarı yoxdur: 20.1.1. dövlət orqanlarında əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa; 20.1.2. elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliy yətlə məşğul olmağa; 20.1.3. dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa; 20.1.4. dövlət qulluğuna xitam verildikdən sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə; 20.1.5. qulluq keçdiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getməyə; 20.1.6. qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etməyə; 20.1.7. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə; 20.1.8. dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə və dövlət orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə. 20.2. Seçki komissiyasının həlledici səs hüquqlu üzvü dövlət qulluğunda ola bilməz. 20.3. Dövlət qulluqçusu bu maddənin tələblərinə zidd hərəkət etdikdə, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, xəbərdarlıq aldıqdan sonra otuz gün ərzində o, dövlət qulluğuna, yoxsa başqa fəaliyyətə üstünlük verdiyini özü üçün müəyyən edərək gəldiyi qərar barəsində qulluq keçdiyi dövlət orqanının rəhbərinə məlumat verməlidir. Maddə 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlə t qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi.... 25.11. Dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intiza m məsuliyyətinə cəlb olunur. Maddə 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər:.... 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə;

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərt ərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən - qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

24. Belə ki, aşağı instansiya məhkəmələri iddia tələbini təmin edərkən ona istinad etmişlər ki, “Cavabdeh iddiaçının əməlində cinayət tərkibinin olmasına dair məhkəmənin hökmü olmadan, yəni onun yuxarıda göstərilən normada qeyd olu nan hüquqpozmaları törətməsi sübuta yetirilmədən onu tutduğu vəzifədən azad etmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bundan başqa, cavabdeh mübahisələndirilən əmrdə qeyd etməsə də, iddia ərizəsinə etirazda bildirmişdir ki, iddiaçının tutduğu vəzifədən azad edilməsi barədə əmrin verilməsi üçün əsaslardan biri də 2018-ci ilin oktyabr ayında DSMFnin Sumqayıt şəhər şöbəsində aparılan audit araşdırması olmuşdur. Halbuki, həmin araşdırmanın nəticələrinə görə, tərtib edilmiş arayışda bir sıra işçilərə inzibati tənbeh tədbirinin görülməsi təklif edilsə də, konkret olaraq iddiaçının adı qeyd olunmamışdır. İddiaçının işdən azad edilməsi barədə əmrdə əsas kimi yalnız Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubu göstərilmişdir. Bel əliklə, iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair əmrin verilməsi üçün əsas olmuş yeganə hal öz təsdiqini tapmamışdır.”

25. Göründüyü kimi, aşağı instansiya məhkəmələrinin mövqeyinə əsasən, iddiaçının əməllərində cinayət tərkibi olmadığından, həmçinin audit araşdırmasının nəticəsində bir sıra işçilərə inzibati tənbeh tədbirinin görülməsi təklif edilsə də, konkret olaraq iddiaçı barəsində hər hansı tədbir görülməsi audit yoxlamasının nəticəsinə dair arayışda əks olunmadığından cavabdehin mübahisələndirilən əmri qanunsuzdur.

26. Məhkəmə kollegiyası iddiaçının əməlində cinayət tərkibi olmaması səbəbindən bu əsasla iddiaçının işdən azad olunmasının yolverilməzliyi ilə bağlı aşağı instansiya məhkəmələrinin mövqeyi ilə razılaşsa da, audit yoxlamasının nəticəsinə dair arayışda iddiaçının adının olmamasına görə mübahisələndirilən əmrin qəbul edilməsinin qanunsuzluğu ilə bağlı mövqe ilə razılaşmır.

27. Belə ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin Sosial yardım və müavinət sektorunun müdiri vəzifəsində işləmişdir.

28. Cavabdeh tərəfindən aparılan audit yoxlaması zamanı isə iddiaçının şöbəsinin iki əməkdaşı tərəfindən qulluq vəzifələrinin icrası zamanı nöqsanlara yol verilməsi müəyyən edilmişdir.

29. Qanunvericiliyə əsasən, dövlət qulluqçusu ona həvalə olunmuş vəzifələri layiqincə yerinə yetirilməlidir. İddiaçının rəhbər vəzifə tutan şəxs kimi, onun rəhbərliyi altında işləyən şəxslərin işlərinə nəzarət etmək, onların nöqsanlarını vaxtında müəyyən etmək və qarşısını almaq, on lar tərəfindən işin keyfiyyətli və qanunauyğun həyata keçirildiyini yoxlamaq və təmin etmək kimi vəzifələri olmuşdur. Qanunvericiliyə əsasən də dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur.

30. Hazırkı iş üzrə cavabdeh tərəfindən mübahisələndirilən əmrin qəbul edilməsinə əsas kimi, həm də, audit yoxlamasının nəticəsi göstərilir.

31. Belə olan halda, işə baxan məhkəmələr keçirilmiş audit yoxlaması nəticəsində iddiaçının sektorunda işləyən və nöqsanlara yol vermiş şəxslərin intizam məsuliyyətinə cəlb edilib-edilmədiyini, edildiyi halda hansı növ tənbeh tədbirinin tətbiq olunduğunu, işçil ər tərəfindən yol verilmiş nöqsanların iddiaçının rəhbər vəzifəli şəxs kimi öz vəzifələrini lazımi qaydada həyata keçirməməsi ilə əlaqəsini, iddiaçının rəhbərlik etdiyi sektorda işçilər tərəfindən yol verilən nöqsanların onun öz vəzifə səlahiyyətlərini düzgün icra etməməsinin nəticəsi olaraq təzahür edib-etməməsini müəyyən etməli, həmçinin iddiaçı barəsində tətbiq olunan intizam məsuliyyətinin onun əməlinə mütənasibliyinə hərtərəfli qiymət verməklə qərar qəbul etməli idi.

32. Lakin apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd olunan hallara qiymət vermədən qərar qəbul etməklə, İPM-nin 12.1-ci maddəsində təsbit olunmuş işin hallarının araşdırılması prinsipini pozmuşdur.

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüqu q münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

34. İşə təkrar baxan apellyasiya məhkəməsi məhkəmə kollegiyasının yuxarıda qeyd olunan hüquqi mövqeyini nəzərə almaqla işin hallarını hərtərəfli araşdırılmalı, sübutları düzgün qiymətləndirməklə qanuni və ədalətli qərar qəbul etməlidir.

35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2021-ci il tarixli, 2-1(105)-100/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndəri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar