Məhkəmə qərarları › İş №2-1(102)-976/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-976/2023

23.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-976/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: iş illərinin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1957-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iş illərinin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2022-ci il tarixli, 2-1(103)-457/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-811/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarına əsasən iddiaçıya xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur.

2. Qax Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli Arxiv arayışına əsasən İddiaçı Qax rayon Qum kəndi "Oktyabr” kolxozunda 1977-1978-ci illərdə işləmişdir.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Qax rayonu Oktyabr adına kolxozda işlədiyi (1977-1978) illərin sosial sığorta stajına daxil edilməsini və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.

4. Cavabdeh 30 iyul 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, həmin iş stajı barədə əmək kitabçasında müvafiq qeydiyyatın aparılmadığını görə Qax rayonu Oktyabr adına kolxozda işlədiyi (1977-1978) illərin sosial sığorta stajına daxil edilməsi və ona güzəştli şərtlərə görə əmək pensiyasının yenidən hesablanması mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı 21 avqust 2020-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək iddiaçının Qax rayonu Ok tyabr adına kolxozda işlədiyi (1977- 1978) illərin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

6. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-173/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə hazırkı iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-811/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarına əsasən iddiaçıya xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Lakin iş stajına Qax rayonu Oktyabr adına kolxozda işlədiyi (1977-1978) illər daxil edilməmişdir. Belə ki, məhkəmə qərar qəbul etdikdən sonra, yəni xx.xx.2 017-ci il tarixdə ona işlədiyi illər üzrə Qax rayon Dövlət Arxivi tərəfindən arxiv arayışı verilmiş və həmin arayışı məhkəməyə təqdim etmək imkanı olmamışdır. Bu səbəbdən də həmin illər iş stajına daxil edilməmişdir.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 1 oktyabr 2021-ci il tarixli, 2-1(112)6446/2021nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının Qax rayonu Oktyabr adına kolxozda işlədiyi (1977-1978) illər nəzərə alınmaqla onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Qax Rayon İcra Hakimiyyəti Qax Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli Arxiv arayışına əsasən iddiaçı Qax rayon "Oktyabr” kolxozunda 19 77-1978-ci illərdə işləmişdir. İddiaçının 1977-1978-ci illərdə Qax rayon "Oktyabr” kolxozunda işləməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmin dövr nəzərə alınmaqla ona təyin edilmiş əmək pensiyası yenidən hesablanmalıdır.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2022-ci il tarixli, 2-1(103)-457/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 1 oktyabr 2021ci il tarixli qərarı dəyişdirilmiş, iddiaçının Qax rayonu Oktyabr adına kolxozda işlədiyi (1977-1978) illər nəzərə alınmaqla onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yenid ən hesablanmış pensiyanın müraciət etdiyi tarixdən əvvəlki üç ilə - xx.xx.2017-ci il tarixdən ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı pensiyanın yenidən hesablanması barədə tələb irəli sürsə də, son nəticədə, bu iddianı qaldırmaqda onun marağı pensiya hüququ yaranan vaxtdan ödənilməli olan pensiya məbləğinin hesablanıb ödənilməsi ilə bağlıdır. Qanunvericiliyin, o cümlədən Qərardadın tələblərindən göründüyü kimi müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış olsa belə, əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İddiaçı pensiyanın yenidən hesa blanması üçün müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya ödənilməsi hüququna malikdir. İddiaçıya yenidən hesablanmış pensiya cavabdeh inzibati orqana müraciət edilən tarixdən (30 iyul 2020-ci il) əvvəlki illər üçün, yəni 30 iyul 2017-ci il tarixindən hesablanaraq ödənilə bilər.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində qeyd edilmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-811/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarına əsasən iddiaçıya xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Lakin iş stajına Qax rayonu Oktyabr adın a kolxozda işlədiyi (1977-1978) illər daxil edilməmişdir. Belə ki, məhkəmə qərar qəbul etdikdən sonra, yəni xx.xx.2017-ci il tarixdə ona işlədiyi illər üzrə Qax rayon Dövlət Arxivi tərəfindən arxiv arayışı verilmişdir, lakin qeyd olunan arayışı məhkəməyə təqdim etmək imkanı olmamışdır. Bu səbəbdən də həmin illər iş stajına daxil edilməmişdir. Bununla əlaqədar olaraq cavabdeh orqana ərizə ilə müraciət edilərək Qax rayonu Qum kənd Oktyabr adına kolxozda işlədiyi (1977-1978) illərin sosial sığorta stajına daxil edilməsi və ona güzəştli şərtlərə görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Lakin cavabdeh orqan həmin iş stajı barədə əmək kitabçasında müvafiq qeydiyyatın aparılmadığını əsas gətirərək Qax rayonu Qum kənd Oktyabr adına kolxozda işlədiyi (1977-1978) illərin sosial sığorta stajına daxil edilməsi və ona güzəştli şərtlərə görə əmək pensiyasının yenidən hesablanmasından imtina etmişdir. Həmçinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2021-ci il tarixli məktubda bildirmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2009-cu il tarixdən yaranmışdır, iddiaçının iddia tələbindəki qeyd olunan müddət sosial sığorta stajına daxil edildiyi halda onun pensiya məbləğində 3,25 manat artım olacaqdır. Apellyasiya instansiyası məhkəməsi bu hissəyə qiymət verməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

16. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyala rı haqqında” Qanun (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada): Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. 18. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyada): Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

19. İnzibati Prosessual Məcəllə: Maddə

90. Kassasiya şikayəti vermək hüququ... 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Madd ə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddiaçının hüquqlarını yenidən hesablanmalı olan əmək pensiyasının ödənilməsinin onun cavabdehə müraciət etdiyi vaxtdan əvvəlki üç il ilə məhdudlaşdırdığından, apellyasiya instansiyası məhkəməsi nin qərarının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

22. Şikayət iddianın təmin edilən hissəsinə münasibətdə isə mümkünsüzdür. Belə ki, apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Hazırkı halda, əmək pensiyasının yenidən hesablanması ilə bağlı iddiaçının tələbi təmin olunmuşdur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

24. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçıya 15 iyul 2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir, iddiaçının həmin məzmunda əmək pensiyası hüququ mübahisə predmeti deyil.

25. İddiaçı ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun hazırda qüvvədə olan 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.

26. Bununla yanaşı, həm də nəzərə alınmalıdır ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

27. Məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 08 oktyabr 2020-ci il tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin ş amil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir.

29. İşdən göründüyü kimi, iddiaçı ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə 1 iyul 2017-ci il tarixdən sonra – 30 iyul 2020-ci il tarixdə müraciət etmişdir. İddiaçı iş stajı ilə bağlı arxiv arayışını 1 iyul 2017-ci il tarixədək də əldə edə və cavabdehə təqdim edə bilərdi. İddiaçının 1 iyul 2017-ci il tarixədək cavabdehə müraciət etmək imkanını məhdudlaşdıran və onun iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır.

30. Beləliklə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun un 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası iddiaçıya münasibətdə tətbiq edilməlidir.

31. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti iddianın təmin edilən hissəsinə münasibətdə mümkün sayılmır. Şikayət qalan hissədə rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2022-ci il tarixli, 2-1(103)-457/2022 nömrəli qərarı “yenidən hesablanmış pensiyanın müraciət etdiyi tarixdən əvvəlki üç ilə - xx.xx.2017-ci il tarixdən ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar