Məhkəmə qərarları › İş №2-1(102)-976/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-976/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-976/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq tutulmuş pul məbləğinin birdəfəlik ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərk əzi Filialına qarşı cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və artıq tutulmuş pul məbləğinin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-711/2023 nömrəli, 3 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə İddiaçı əlilliyə görə əmək pensiyası, daha sonrakı qərarı ilə xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. Pensiya məbləği sonrakı illərdə dəyişdirilmiş, sonuncu dəfə pensiya miqdarının dəyişdirilməsi haqqında DSMF Gəncə şəhər Nizami rayon şöbəsinin xx.xx.2020-ci il tarixli sərəncamı ilə 724,34 manat pensiya məbləği xx.xx.2020-ci il tarixədək İddiaçı ödənilmişdir.

3. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2020-ci il tarixli **********8 nömrəli qərara əsasən İddiaçı pensiyası 661,67 manat pensiya məbləğində müəyyən edilmişdir.

4. İddiaçının ərizəsinə əsasən onun pensiya məbləği yenidən hesablanmış və iddiaçıya xx.xx.2007-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində 2212,04 manat əskik, xx.xx.2014-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində 498,15 manat artıq, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 474,00 manat əskik, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində 689,73 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Bunun nəticəsində 1498,16 manat (2212,04+474,00-498,15-689,73) manat əskik vəsait cav abdeh orqan tərəfindən 2023-cü ilin yanvar ayından etibarən hissə-hissə iddiaçının pensiyasına əlavə edilərək ödənilməyə başlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “onun razılığı və məhkəmənin qərarı olmadan cavabdeh tərəfindən onun pensiyasından qanunsuz tutulmuş 1188,48 manat pulun geri qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

6. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin 2023-cü ilin yanvar ayında apardığı yenidən hesablamaya görə ona artıq ödənilmiş pul məbləği kimi 498,15 manat və 689,73 manat olmaqla, cəmi 1187,88 manat məbləğində hesablanmış pul un əskik kimi hesablanmış pul məbləğindən çıxılmasının qanunsuz hesab edilməsi və həmin məbləğin ona birdəfəlik şəkildə ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, eyni zamanda cavabdeh orqanın adını iddia ərizəsində düzgün qeyd etmədiyi üçün cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı kimi qeyd edilməsini xahiş etmiş və məhkəmənin həmin tarixli qərardadı ilə ərizə məhkəmə icraatına qəbul edilmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu publik hüquqi şəxsi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərk əzi Filialının əməkdaşları tərəfindən 2020-ci ilin sentyabr ayında yenidən haqq-hesab aparılmışdır. Həmin haqq-hesab edilərkən qeyri-qanuni olaraq "Pensiya təyinatı haqqında" qanunu pozaraq onun razılığı olmadan pensiyanın hesablanması üçün götürülmüş 60 aylıq dövrü ləğv edib özü 60 aylıq dövr seçərək 1996-2000-ci illəri əhatə edən dövr üzrə bir çox səhv hesablamalara yol verərək haqq-hesab aparmışlar və həmin hesablanma ilə ona 564,12 manat artıq alınmış məbləğ çıxarmışlar. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu publik hüquqi şəxsi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ona qarşı Gəncə İnzibati Məhkəməsində iddia qaldıraraq, artıq ödənilmiş 564,12 manat pensiya məbləğinin tutulmasını xahiş etmişdir. İddia tələ bini belə əsaslandırmışdır ki, "xx.xx.2020xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 724,35 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində cavabdehə 564,12 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Bununla əlaqədar olaraq ona xx.xx.2021-ci il tarixli, **********4 nömrəli məktubla artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılması xahiş edilmişdir. Əks halda ona artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. Məlumat üçün bildirilir ki, Mərkəzi Filial tərəfindən 2020-ci ilin oktyabr ayından etibarən əmək pensiyası 661,67 manat müəyyən edilməklə onun müvafiq kart hesabına köçürülür. Qeyd edilənləri nəzərə alaraq, cavabde hə artıq ödənilmiş 564,12 manat pensiya məbləğinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qərar qəbul edilməsi xahiş olunur". Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2208/2022 saylı, 22 noyabr 2022-ci il tarixli qərarı ilə qeyd edilən iddia təmin edilməmişdir. Məhkəmə qərarını belə əsaslandırmışdır: "qanunvericilik artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı iş üzrə isə belə razılığın olması müəyyən edilməmişdir. Hazırkı iş üzrə müəyyən edilir ki, qanunsuz hesab edilən əlverişli inzibati aktın ləğvinə əsas olan "İnzibati icraat haqqında" Qanunun 67.6-cı maddəsində nəzərdə tutulan halların mövcud olması məhkəmə araşdırılması nəticəsində müə yyən edilməmiş və bu halları əsaslandıran hər hansı dəlil iddiaçı tərəfindən təqdim edilməmişdir. İnzibati orqan tərəfindən cavabdehə artıq ödənilmiş məbləğin geri qaytarılmasını zəruri edən əsas qismində yalnız pensiya məbləğinin düzgün hesablanmaması göstərilmişdir. Bu isə müvafiq əlverişli inzibati akt ləğv və ya etibarsız hesab edilmədən, onun icrasının dayandırılmasına və vətəndaşın xeyrinə ödənilmiş pensiya məbləğinin tələb edilməsinə əsas ola bilməz." Bundan sonra onun ərizəsinə əsasən cavabdeh orqan yenidən haqq-hesab edərək xx.xx.2014xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində 498,15 manat artıq ödənilmiş məbləğ, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il üçün bir neçə hallarda bilərəkdən səhv hesablama apararaq 689,73 manat artıq ödənilmiş məbləğ çıxarmışdır. "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə xx.xx.2020-ci il tarixdə edilən dəyişikliklərə əsasən, vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında 15 ildən yuxarı xidmət illərinə görə hər ay 30% əlavə hesablanmalı olduğu halda bilərəkdən 7,5% əlavə hesablamışlar və ona görə də artıq alınmış məbləğ əmələ gəlmişdir. “Pensiya təyinatı haqqında” Qanunun 7.5. maddəsinə əsasən, artıq alınmış pensiyanın məbləği Qanunun 39-cu maddəsinə əsasən, pensiyaçının yazılı razılığına əsasən, yaxud məhkəmə qaydası ilə tutulur. Ancaq cavabdeh orqanın əməkdaşları heç bir qanuna məhəl qoymadan həmin səhv hesablama ilə hesablanmış 498,15 manat və 689,73 manat, ümumilikdə 1188,48 manat məbləği qeyri-qanuni olaraq 2023-cü ilin yanvar ayının pensiyasından çıxmışlar.

8. Ca vabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində 2023-cü ilin yanvar ayının pensiyasından 1188,48 manat məbləğin tutulduğunu qeyd etmişdir. İddiaçıya Fondun Gəncə şəhəri Nizami rayon şöbəsi tərəfindən 24 noyabr 2006-cı il tarixdən vergi orqanlarının sabiq əməkdaşı kimi İİİ dərəcəli əlilliyə görə, 1 sentyabr 2016-cı il tarixdən isə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının müraciətinə əsasən əmək pensiyası 1 yanvar 2007-ci il tarixdən yenidən hesablanıb. Nəticədə məlum olub ki, 1 yanvar 2007-ci il tarixdə vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 146,25 manat, qulluq illərinə görə əlavə 22,50 manat, rütbəyə görə əlavə 33,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 115,51 manat olmaqla, orta aylıq əmək haqqı 317,26 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 17 il 5 ay 10 gün qulluq stajına uyğun olaraq orta aylıq əməkhaqqının (317,26 manat) 80 faizi - 253,81 manat məbləğində hesablanıb. 1 yanvar 2007-ci il tarixdə işləyən əmək pensiyaçısı olduğundan iddiaçının pensiyası 225,65 (253,81-28,16 (sığorta hissəsi)) manat məbləğində hesablanmalı olduğu halda, 219,50 manat məbləğində müəyyən edilməklə xx.xx.2007-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 184,50 manat əskik pul vəsaiti ödənilib. 1 iyul 2009-cu il tarixdən işləməyən əmək pensiyaçısı olduğu üçün iddiaçının əmək pensiyası 253,81 manat məbləğində hesablanmalı olduğu halda, 219,50 manat məbləğində müəyyən edilməklə xx.xx.2009-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 548,96 manat əskik pul vəsaiti ödənilib. Vergi orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 noyabr 2010-cu il tarixdən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 192,23 manat, qulluq illərinə görə əlavə 22,50 manat, rütbəyə görə əlavə 33,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 151,92 manat olmaqla orta aylıq əməkhaqqının 399,65 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası "Əmək pensiyaları haqqında" Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.11.3- cü maddəsinə əsasən 17 il 5 ay 10 gün qulluq stajına uyğun olaraq orta aylıq əməkhaqqının (399,65 manat) 80 faizi - 319,72 manat məbləğində hesablanmalı olduğu halda, 280,81 manat məbləğində müəyyən edilməklə xx.xx.2010-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 1478,58 manat əskik pul vəsaiti ödənilib. Vergi orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 yanvar 2014-cü il tarixdən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 304,42 manat, qulluq illərinə görə əlavə 22,50 manat, rütbəyə görə əlavə 33,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 239,63 manat olmaqla orta aylıq əmək haqqı 599,55 manat təşkil etmişdir.

9. Bununla əlaqə dar iddiaçının əmək pensiyası "Əmək pensiyaları haqqında" Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 17 il 5 ay 10 gün qulluq stajına uyğun olaraq orta aylıq əməkhaqqının (599,55 manat) 80 faizi - 479,64 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2014- xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 23982,00 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 24480,15 manat ödənilib. Buna görə də həmin dövr üzrə iddiaçıya 498,15 manat artıq pul vəsaiti ödənilib. Azərbaycan Respublikası Prezidentinin 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş "2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavəl ərin yenidən hesablanması Qaydası"nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili Vergi orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 noyabr 2010-cu il tarixdən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 192,23 manat, qulluq illərinə görə əlavə 22,50 manat, rütbəyə görə əlavə 33,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 151,92 manat olmaqla orta aylıq əməkhaqqının 399,65 manat təşki l etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası "Əmək pensiyaları haqqında" Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.11.3- cü maddəsinə əsasən 17 il 5 ay 10 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (399,65 manat) 80 faizi 319,72 manat məbləğində hesablanmalı olduğu halda, 280,81 manat məbləğində müəyyən edilməklə xx.xx.2010-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə sizə 1478,58 manat əskik pul vəsaiti ödənilib. Vergi orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 yanvar 2014-cü il tarixdən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 304,42 manat, qulluq illərinə görə əlavə 22,50 manat, rütbəyə görə əlavə 33,00 manat, mükaf atlarla müavinətlərin cəminə görə əlavə 239,63 manat olmaqla orta aylıq əmək haqqı 599,55 manat təşkil etmişdir.

10. Bununla əlaqədar iddiaçının əmək pensiyası "Əmək pensiyaları haqqında" Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 17 il 5 ay 10 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (599,55 manat) 80 faizi - 479,64 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2014- xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 23982,00 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 24480,15 manat ödənilib. Buna görə də həmin dövr üzrə iddiaçıya 498,15 manat artıq pul vəsaiti ödənilib. Azərbaycan Respublikası Prezidentinin 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş "2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası"nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün ayla rına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur.

11. Bununla əlaqədar 17 il 5 ay 10 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 57,25 faiz təşkil edir. Vergi orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixdən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 335,25 manat, qulluq illərinə görə əlavə 22,50 manat, rütbəyə görə əlavə 33,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 263,92 manat olmaqla orta aylıq əmək haqqı 654,67 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıd a haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqı (599,55 manat) ilə 1 mart 2018-ci il tarixdən sonrakı orta aylıq əmək haqqı (654,67 manat) arasındakı fərq məbləğinin (55,12 manat) 57,25 faizi-31,56 manat 1 mart 2018-ci il tarixədək hesablanmış pensiyanın (479,64 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 511,20 manat məbləğində hesablanıb.

12. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 9201,60 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 8783,22 manat ödənilib. Buna görə də həmin dövr üzrə iddiaçıya 418,38 manat əskik pul vəsaiti ödənilib. Vergi orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixdən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 509,67 manat, qulluq illərinə görə əlavə 22,50 manat, rütbəyə görə əlavə 33,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 400,60 manat olmaqla orta aylıq əmək haqqı 965,77 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqı (654,67 manat) ilə 1 sentyabr 2019-cu il tarixdən sonrakı orta aylıq əmək haqqı (965,77 manat) arasındakı fərq məbləğinin (311,10 manat) 57,25 faizi178,10 manat 1 sentyabr 2019-cu il tarixədək hesablanmış pensiyan ın (511,20 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 689,30 manat məbləğində hesablanıb.

13. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 2757,20 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 2701,58 manat ödənilib. Buna görə də həmin dövr üzrə iddiaçıya 55,62 manat əskik pul vəsaiti ödənilib. "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 73-cü maddəsinin 1 yanvar 2020-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 509,67 manat, qulluq illərinə görə əlavə 38,23 manat, rütbəyə görə əlavə 33,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 400,60 manat olmaqla orta aylıq əməkhaqqı 981,50 manat t əşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 yanvar 2020-ci il tarixədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqı (965,77 manat) ilə 1 yanvar 2020-ci il tarixdən sonrakı orta aylıq əmək haqqı (981,50 manat) arasındakı fərq məbləğinin (15,73 manat) 57,25 faizi-9,00 manat 1 yanvar 2020-ci il tarixədək hesablanmış pensiyanın (689,30 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 698,30 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 24440,50 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 25130,23 manat ödənilib. Buna görə də həmin dövr üzrə iddiaçıya 689,73 manat artıq pul vəsaiti ödənilib. "Əmək pensiyaları haqqında" Qanunun 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyasının tərkibində iddiaçıya 69,83 manat maddi yardım ödənilir. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2007-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində 2212,04 manat əskik, xx.xx.2014-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində 498,15 manat artıq, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 474,00 manat əskik, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində 689,73 manat artıq pul vəsaiti ödənilib. Nəticədə iddiaçıya 1498,16 (2212,04+474,00-498,15-689,73) manat əskik pul vəsaiti ödənilib. Həmin 1498,16 manat pul vəsaiti cari ilin yanvar ayından etibarən hissə-hissə iddiaçının pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülür. 1

4. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2197/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qərarı ilə (hakim G.Əliyeva) iddia qismən təmin edilmiş, İddiaçı əmək pensiyasının yenidən hesablanması nəticəsində iddiaçıya artıq ödənilmiş məbləğ kimi 498,15 manat və 689,73 manat olmaqla, cəmi 1187,88 manat məbləğin ona əskik ödənilmiş məbləğdən çıxılması barədə cavabdeh orqanın hərəkətlərinin qanunsuz sayılması və həmin məbləğin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

15. Məhkəmə hesab etmişdir ki, inzibati orqanın əmək pensiyaçısının razılığı və məbləğin tutulması barədə məhkəmə qərarı olmadan yenidən hesablama nəticəsində iddiaçıya əskik ödənilmiş 2686,04 manat məbləğdən artıq ödənilmiş 1187,88 manatı çıxmış, bununla da həmin artıq ödəmə iddiaçının təqsirli davranışı ilə bağlı olmadığı halda ona ödənilməli olan məbləğdə azalma baş vermişdir ki, bu da qanunsuz və əsassız olmuşdur.

16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

17. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-711/2023 nömrəli, 3 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.İsgəndərova - sədrlik edən və məruzəçi, A.Bayramov və R.Mamedov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

20. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması. 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəm ə qaydasında tutulur. 23. “İnzibati icraat haqqında” Qanun: Maddə

1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.... Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandı ğı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Maddə

21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın q anunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

24. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddi ndə baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayə tin təmin edilməməsi barədə qərar qəbul edir. (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi nin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

28. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Eyni zamanda qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından hazırkı tələblə bağlı məsələ apellyasiya məhkə məsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Bununla yanaşı məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar xüsusi olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. Məhkəmə tərkibi qeyd edir ki, hazırkı mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsi altına düşür. Həmin normanın birinci bəndi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyi n edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olub-olmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsin ə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır. Hazırki mübahisə üzrə də iddiaçı belə bir razılığının olmadığını və bəyan edilmədiyini bildirir.

33. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tə ləbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.

34. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, inzibati orqanın əmək pensiyaçısının razılığı və məbləğin tutulması barədə məhkəmə qərarı olmadan yenidən hesablama nəticəsində iddiaçıya əskik ödənilmiş 2686,04 manat məbləğdən artıq ödənilmiş 1187,8 8 manatı çıxmış, bununla da həmin artıq ödəmə iddiaçının təqsirli davranışı ilə bağlı olmadığı halda ona ödənilməli olan məbləğdə azalma baş vermişdir ki, bu da qanunsuz və əsassız olmuşdur.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının razılığı alınaraq artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə qərar qəbul edilməmiş, cavabdeh öz mülahizəsinə əsasən iddiaçıya ödənilən artıq pul vəsaiti əvəzləşdirmə qaydasında ödənilməli olan pensiya məbləğindən çıxmışdır.

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

37. Odur ki, kassasiya şikayətini n təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-711/2023 nömrəli, 3 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar