Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-977/2021 25.05.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: vergilərin hesablanması barədə qərarın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili X2, cavabdehin nümayəndəsi X1, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəs inə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.02.2021-ci il tarixli, 2-1(105)-202/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı MMC 26.04.2016-cı il tarixində dövlət qeydiyyatına alınmış, 2 saylı Ərazi Vergilər Departamentinin 10.06.2018-ci il tarixli, **********6980 saylı “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” Qərarına əsasən iddiaçıya məxsus Ünvan1 yerləşən anbarda 11.06.2018-ci il tarixdən 15 iş günündən çox olmayan müddətdə xronometraj metodu ilə müşahidə aparılması qərara alınmışdır.
2. Cavabdeh tərəfindən 11 avqust, 13 avqust və 14 avqust 2018-ci il tarixlərində İddiaçı MMC-nin satış bazasında xronometraj metodu ilə müşahidə aparılmış və MMC-nin orta günlük satış dövriyyəsinin 44183,50 manat olduğu müəyyən edilmişdir.
3. Cavabdeh 27.05.2019-cu il tarixli **********602700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıdan kameral vergi yoxlamasının başa çatdırılması üçün 2019-cu ilin mart və aprel ayları üzrə dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlərin 5 gün müddətində vergi orqanına təqdim edilməsini tələb etmişdir.
4. Cavabdehin 09.07.2019-cu il tarixli, **********762000 nömrəli “Vergilərin hesablanması barədə” Qərarına əsasən cavabdeh tərəfindən iddiaçıya 2019-cu ilin mart ayı üzrə kameral qaydada yoxlama nəticəsində 86610,38 manat məbləğində əlavə vergi məbləği hes ablanmış və qeyd edilmişdir ki, xronometraja görə hesablanan vergi məbləği: ƏDV bəyannaməsinin 301-ci “ƏDV-nə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətrinin cəmi olan (ƏDV daxil) 580990,82 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (1148770,91 manat) məbləğindən 567780,09 manat azdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçı barəsində vergilərin hesablanmasına dair 09.07.2019-cu il tarixli, **********762000 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 26.04.2016-cı il tarixdə təsis edilmişdir. Həmin tarixli Kommers iya hüquqi şəxslərin Dövlət qeydiyyatından çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. Həmin vaxtdan fəaliyyət göstərən MMC nizamnaməyə uyğun olaraq kommersiya fəaliyyəti ilə məşğul olmuşdur. Fəaliyyət dövrü ərzində MMC daima öz üzərinə düşən öhdəlikləri vaxtı- vaxtında yerinə yetirmiş, yəni gəlirlərinə uyğun olaraq üzərinə düşən gəlir vergisini vaxtı vaxtında vergi orqanında bəyan etmişdir. Bununla da öz üzərinə düşən vergi öhdəliyini dürüst, qanunauyğun olaraq icra etmişdir. 09.07.2019-cu il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vergilərin hesablanması haqqında **********762000 №-li qərarına əsasən aparılmış kameral yoxlama nəticəsində 39.763.64 manat vergi məbləği hesablanmışdır. Təqdim edilmiş bəyannamə üzrə tərəflə rindən hesablanmış vergi məbləği isə 0.0 manat təşkil etmişdir. Cavabdeh tərəfındən kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləği düzgün hesablanmamış və buna görə də belə bir qərarın qəbul edilməsi də tamamilə əsassızdır.
7. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırlımışdır ki, iddiaçıya 22.04.2019-cu il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzuluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hes ablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37, 67, 83 və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin mart ayı üçün ƏDV bəyannaməsi üzrə 86610,38 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə 20.05.2019-cu il tarixli qərar göndərilmiş, iddiaçı tərəfindən isə 20.05.2019 tarixli dəqiqləşdirilmiş cari vergi bəyannamələri təqdim edilmişdir. Daha sonra 09.07.2019-cu il tarixli “Vergilərin hesablanması barədə” Qərarla iddiaçıya 86610,38 manat məbləğində əlavə vergi məbləği hesablanmış və kameral yoxlama nəticəsində 39763,64 manat vergi məbləği müəyyən edilərək qeyd olunan qərar iddiaçıya göndərilmişdir. Beləliklə, aparılmış xronometraj müşahidənin nəticəsi üzrə müəyyən edilmiş dövriyyə nəzərə alınmaqla vergi orqanı tərəfindən müvafiq tarixdə keçirilmiş kameral vergi yoxlamasının nəticəsi üzrə vergi ödəyicisinin vergi öhdəliyi düzgün müəyyən edilmişdir.
8. Sumqayıt İnzibati Məhkəməsinin 12.11.2020-ci il tarixli 2-1(118)-114/2020 saylı qərarı ilə (hakim C.Məmmədov) iddianın təmin edilməsi qərara alınmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, vergi orqanı vergi ödəyicisinin vergi öhdəliklərini hesablayarkən yoxlama materiallarına istinad etməkdən əlavə idxal-ixrac əməliyyatları barədə rəsmi məlumata istinad etmək hüququndan istifadə edə bilərdi. Lakin hazırkı inzibati mübahisə üzrə iddiaçının 2019-cu ilin marta yı üçün gömrük maya dəyəri 752.624,78 manat olan məhsulların Azərbaycan Respublikasına idxal etməsi öz təsdiqini tapmas ına baxmayaraq, vergi orqanı 2018-ci ilin avqust ayında keçirilmiş xronometraj müşahidənin göstəricilərini rəhbər tutmaqla vergi ödəyicisi tərəfindən satılmayan məhsula görə MMC-ni əlavə dəyər vergisinə cəlb etmişdir. İddiaçının 2019-cu ilin iyun ayında gömrük maya dəyəri 752.624,78 manat olan məhsulların Azərbaycan Respublikasına idxal etdiyi təqdirdə onun tərəfindən mart ayında 148770,91 manat dövriyyənin həyata keçirilməsi (satışın həyata keçirilməsi) mümkün deyil. Bundan başqa məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən 3 gün xronometraj keçirilmiş, həmin 3 gün ərzində vergi ödəyicisinin anbarında satış yalnız bir gün, yəni 11 avqust 2018-ci ildə olmuşdur. Halbuki, vergi orqanı ona verilmiş səlahiyyətlər çərçivəsində xronometrajı bir neçə gün əlavə olaraq keçirmiş olsaydı, qeyd oluna n orta günlük satış dövriyyəsinin məbləği fərqli ola bilərdi.
10. Həmin qərardan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.02.2021-ci il tarixli, 2-1(105)-202/2021 nömrəli qərarına görə (sədrlik edən və məruzəçi – Zaur Məmmədov, hakimlər – Hökümə Babayeva, Fuad Məmmədov) apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsinin 12.11.2020-ci il tarixli 2-1(118)114/2020 saylı qərarının dəyişdirilmədən saxlanılması q ərara alınmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Məhkəmə qərarı cavabdehə 10.03.2021-ci il tarixində təqdim edilmişdir.
14. Cavabdeh 29.03.2021-ci il tarixində kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.02.2021-ci il tarixli, 2-1(105)202/2021 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsinə etirazda qeyd olunanlar təşkil edir. Cavabdeh kassasiya şikayətində əlavə olaraq qeyd etmişdir ki, məhkəmə iş üzrə qə rar qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və iş üçün əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, aparılmış xronometraj müşahidənin nəticəsi üzrə müəyyən edilmiş dövriyyə nəzərə alınmaqla vergi orqanı tərəfindən müvafiq tarixdə keçirilmiş kameral vergi yoxlamasının nəticəsi üzrə vergi ödəyicisinin vergi öhdəliyi düzgün müəyyən edilmişdir. Məhkəmə iddianın təmin edilməsinin əsası kimi qeyd etmişdir ki, vergi orqanı vergi ödəyicisinin vergi öhdəliklərini hesablayarkən yoxlama materiallarına istinad etməkdən əlavə idxal-ixrac əməliyyatları barədə rəsmi məlumata istinad etmək hüququndan da istifadə edə bilərdi. Lakin hazırkı inzibati mübahisə üzrə İddiaçı MMC-nin 2019-cu ilin mart ayı üçün gömrük maya dəyəri 752624,78 manat ola n məhsulların Azərbaycan Respublikasına idxal etməsi öz təsdiqini tapmasına baxmayaraq, vergi orqanı 2018-ci ilin avqust ayında keçirilmiş xronometraj müşahidənin göstəricilərini rəhbər tutmaqla vergi ödəyicisi tərəfindən satılmayan məhsula görə müəssisəni əlavə dəyər vergisinə cəlb etmişdir. İddiaçı MMC-nin 2019-cu ilin iyun ayında gömrük maya dəyəri 752624,78 manat olan məhsulların Azərbaycan Respublikasına idxal etdiyi təqdirdə onun tərəfindən mart ayında 1148770,91 manat dövriyyənin həyata keçirilməsi mümkün deyil.
16. Məhkəmə qərarında bildirilir ki, Vergi Məcəlləsinin 83.2-ci maddəsinə əsasən ödəyicinin idxal məlumatlarını əsas götürməklə vergi hesablamaq hüququ olduğu halda idxal məlumatlarını nəzərə almamış, xronometraj metodu ilə müşahidənin nəticələrini əsas götürmüşdür. Lakin Ve rgi Məcəlləsinin 83.2-ci maddəsində göstərilən mənbələrdən hər hansı birinə və ya bir neçəsinə əsasən verginin hesablanması vergi orqanının hüququdur. Başqa sözlə, həmin maddədə qeyd edilən mənbələrə əsasən verginin hesablanması ilə bağlı hər hansı ardıcıllıq müəyyən edilməmiş, hansı məlumatın əsas götürülərək verginin hesablanmasını qanunvericilik vergi orqanının mülahizəsinə buraxmışdır. Odur ki, məhkəmə qeyd edilən hala istinad edərək vergi orqanı tərəfindən qəbul edilmiş qərarı ləğv etməkdə haqlı olmamışdır.
17. Eyni zamanda, məhkəmə vergi orqanı tərəfindən satılmayan mallara münasibətdə vergi hesablandığını bildirsə də, iddiaçı tərəfindən həmin dövrdə idxal edilmiş bütün məhsullar satılmışdır. Belə ki, iddiaçı tərəfindən 06.04.2020-ci il tarixində 2019-cu ilin mənfəət vergisinin bəyan naməsi boş təqdim edilmiş və həmin bəyannamədə mal qalığı göstərilməmişdir. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçı tərəfindən idxal edilmiş məhsullar təqdim edilmişdir.
18. Məhkəmə həmçinin xronometraj metodu ilə müşahidənin 3 gün müddətində həyata keçirilməsini verginin hesablanması üçün əsaslı hesab etməyərək qanunvericiliklə müşahidənin müddətinin 15 iş günündən çox olmayan müddət ərzində həyata keçirildiyini qeyd etmişdir. Vergi Məcəlləsinin 50-1.3-cü maddəsinə əsasən isə xronometraj metodu ilə müşahidənin həyata keçirilməsinin maksimum müddəti qeyd edilmiş, lakin müşahidənin həyata keçirilməsi üzrə müddətin minimum həddi ilə bağlı məhdudiyyət müəyyən edilməmişdir. Bu baxımdan iddiaçıda qeyd olunan müşahidə 3 gün müddətində keçirilmiş, hər gün üzrə müəyyən olunmuş dövriyyə cəmlən ərək günlərin sayına bölünmüş və orta günlük dövriyyə müəyyən edilmişdir. Bu səbəbdən məhkəmənin qeyd edilən halı vergi orqanı tərəfindən hüquqdan sui-istifadə kimi qiymətləndirməsi əsaslı deyildir. Belə ki, xronometraj müşahidə nəticəsində hər gün üzrə dövriyyə məhz vergi ödəyicisinin özü tərəfindən nəzarət kassa aparatına daxil edilmiş məbləğlər əsasında müəyyənləşdirilmişdir.
19. Eyni zamanda, Vergi Məcəlləsində belə bir hal nəzərdə tutulmamışdır ki, xronometraj metodu ilə keçirilən müşahidə nəticəsində vergi ödəyicisinin bir gün dövriyyəsi olduğu halda verginin hesablanması qanunsuzdur. Göründüyü kimi, məhkəmənin mövqeyi Vergi Məcəlləsinə zidd olmuşdur. Vergi Məcəlləsinin 37.5 və 67.1-ci maddələrindən göründüyü kimi, xronometraj metodu ilə müşahidənin nəticəsində vergilərin hesablanm ası vergi orqanının hüququ olmaqla bərabər, vergi orqanı tərəfindən əvvəlki dövrlər üzrə bu hüquqdan istifadə edilməməsi və ya vergi ödəyicisinin vergidən yayınmasının aşkar edilməməsi vergi orqanını növbəti dövrlər üzrə bu hüquqdan məhrum etmir. İddiaçı tərəf isə müvafiq təsirlərin nəticəsində dövriyyəsinin azalmasını rəsmiləşdirmək üçün Vergi Məcəlləsinin 15.1.13 və 50-1.2-ci maddəsində göstərilən hüquqlarından istifadə edərək yeni xronometrajın keçirilməsinə dair ərizə təqdim etməmişdir. Belə olan halda məhkəmə vergi orqanı tərəfindən hesablanmış vergi məbləğini ləğv etməkdə haqlı olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə iclasında iştirak edən i ddiaçının vəkili X4 izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 və cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Vergi Məcəlləsi: Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cüm lədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Maddə 50-1.3. Xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qa ydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Maddə 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara.
24. İnzibati Prosessual Məcəllə: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzib ati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12.11.2019-cu il tarixli, 2-1(102)-3019/2019 nömrəli qərarı: Qeyd edilənlərin hazırkı işin hallarına tətbiqi ilə bağlı müəyyən olunur ki, iddiaçı barəsində əlavə vergi yalnız bir günlük xronometraj metodu ilə müşahidənin nəticələrinə əsaslanmaqla tətbiq edilmişdir. Belə bir müşahidə nəticəsində əldə edilən məlumatlar isə yuxa rda qeyd edilən məqsədə uyğun gələn, yəni satışla və ya istehsalla bağlı real mənzərini müəyyən etməyə imkan verən məlumatlar kimi qəbul edilə bilməz. Odur ki, sözügedən qaydada aparılmış xronometraj metodu ilə müşahidənin nəticələrindən çıxış edilməklə qəbul olunmuş “Vergilərin hesablanması barədə” qəbul edilmiş 25 oktyabr 2018ci il tarixli, **********786800 nomrəli qərar qanunsuz və əsassız olmuşdur. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Cavabdeh kassasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, Vergi Məcəlləsinin 83.2-ci maddəsində göstərilən mənbələrdən hər hansı birinə və ya bir neçəsinə əsasən verginin hesablanması vergi orqanının hüququdur. Belə olan halda cavabdeh orqanın vergi ödəyicisinin idxal məlumatlarını əsas götürməklə vergi hesablamaq hüququ olduğu halda xronometraj metodu ilə müşahidənin nəticələrini əsas götürməsi pozuntu hesab edilə bilməz.
30. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya instansiyası məhkəməsinin bununla bağlı mövqeyini haqlı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, xronometraj metodu ilə müşahidə vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədinə yönəldiyindən belə müşahidə elə bir ağlabatan dövr ərzində keçirilməlidir ki, satışla və ya istehsalla bağlı real mənzərini müəyyən etmək mümkün olsun. Nəzərə almaq lazımdır ki, xronometraj metodu ilə müşahidə sözügedən real mənzərəni müəyyən etməyə imkan verməyəcəksə, o halda, belə müşahidənin aparılmasından gözlənilən nəticələr əldə edilməmiş olur. Hər bir halda, qanunda nəzərdə tutulan bu imk an inzibati orqan tərəfindən o qaydada istifadə olunmanı tələb edir ki, onun nəticəsində vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin tamamən eyni olmasa da, real vəziyyətinə ən yaxın olan vəziyyəti aşkara çıxarmaq mümkün olsun.
31. Vergi Məcəlləsinin 36.2-ci maddəsinin tələbindən görünür ki, vergi orqanları vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdır. Göründüyü kimi, verginin hesablanması zamanı Vergi Məcəlləsinin 83.2-ci maddəsində göstərilən mənbələrdən hər hansı birinə istinad etməsi vergi orqanının hüququ olsa da, qanunvericilik vergi ödəyicisi üçün daha əlverişli halı araşdırmağı vergi orqanlarının vəzifəsi kimi göstərmişdir. Cavabdeh isə bu halı araşdırmayaraq göstərilən tələbi pozmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi h aqlıdır və cavabdeh vergi öhdəliklərini hesablayarkən yoxlama materiallarına istinad etməkdən əlavə idxal-ixrac əməliyatları barədə rəsmi məlumata istinad etmək hüququndanda istifadə edə bildiyi halda xronometraj müşahidənin göstəricilərini rəhbər tutmaqla pozuntuya yol vermişdir.
32. Cavabdeh digər dəlilində qeyd etmişdir ki, qanunvericilikdə müşahidənin keçirilməsi müddətinin yuxarı həddi kimi 15 gün göstərilsə də, minimum həddi müəyyən edilmədiyinə görə müşahidənin 3 gün müddətində keçirilməsi məhkəmə tərəfindən pozuntu kimi qiymətləndirilə bilməz.
33. Bu dəlili də əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, işin apellyasiya instansiyası məhkəməsində müəyyən edilən hallarınan görünür ki, sözügedən müşahidə 3 gün ərzində keçirilsə də, həmin 3 gün ərzində MMC-nin anbarında yalnız bir gün satış olmuşdur. Beləliklə, cavabdeh vergi orqanı faktiki olaraq 1 günlük satışa istinad edərək iddiaçının orta günlük dövriyyəni müəyyən etmişdir. Qanunvericiliklə bunun üçün 15 gün müddətinin müəyyən olunmasında isə məqsəd müxtəlif günlərdə satış həcminin müxtəlif olma ehtimalıdır. Belə olan halda, iddiaçı MMC-nin orta günlük dövriyyəsini daha dəqiq müəyyən etmək mümkündür. Göründüyü kimi, cavabdeh orqan iddiaçının orta günlük dövriyyəsini müəyyən edərkən də ətraflı araşdırma aparmamışdır.
34. Bununla bağlı məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı qərarın 25-ci bəndində qeyd edilmiş qərardan da göründüyü kimi, oxşar işlərə baxılması zamanı Ali Məhkəmənin İnzibati Kollegiyasında formalaşmış hüquqi mövqeyə görə vergi orqanı tərəfindən aparılan xronometraj metodu ilə m üşahidənin müddəti elə seçilməlidir ki, həmin müddət vergi ödəyicisinin orta günlük dövriyyəsini dəqiq müəyyən etməyə imkan versin.
35. Bundan başqa, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının 01 avqust 2018-ci il tarixdən 11 avqust 2018-ci il tarixədək olan dövr ərzində olmuş satış dövriyyəsi 2 saylı Ərazi Vergilər Departamentinə, həmçinin cavabdehə məlum olmuş, həmin satış dövriyyəsinin düzgün olmaması cavabdeh tərəfindən sübuta yetirilməmiş, iddiaçı tərəfindən həmin dövr ərzində olan satışın nəzarət-kassa aparatına vurulmaması ilə bağlı hər hansı qanun pozuntusu müəyyən edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya əlavə vergilərin hesablanması zamanı Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş əlaqəli mə lumatlardan yalnız ehtimala əsaslanan, yəni satış dövriyyəsinin etalon kimi qəbul edilərək, vergi ödəyicisi tərəfindən yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında ərizənin verilməməsi səbəbindən xronometraj metodu ilə müşahidənin nəticələrindən istifadə etməsi qanunsuzdur.
36. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddiadır və İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialarda mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, hazırkı iş üzrə cavabdeh vergi orqanı 09.07.2019-cu il tarixli, **********762000 nömrəli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməli olsa da, bun u sübut edə bilməmişdir.
37. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.02.2021-ci il tarixli, 2-1(105)-202/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.