Məhkəmə qərarları › İş №2-1(102)-977/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-977/2022

07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-977/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1948 FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-793/2022 nömrəli, 02 fevral 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 25 may 1999-cu il tarixli 99/179 nömrəli ayrıc aktına əsasən "xxxx" LTD Birgə Müəssisəsinə Bakı şəhər İcra Hakimiyyəti Başçının 17 mart 1999-cu il tarixli, 239 nömrəli Sərəncamı ilə Yasamal rayonu, Tbilisi prospekti, 3166-cı məhəllədə ofis binasının tikintisi üçün 0,8 hektar torpaq sahəsi verilib.

2. Torpaqdan müvəqqəti istifadə hüququna dair 19 dekabr 2002-ci il tarixli JN2608 nömrəli akta əsasən "xxxx" Birgə Müə ssisəsinə Bakı şəhəri İcra Hakimiyyəti Başçının 17 mart 1999-cu il tarixli, 239 saylı Sərəncamı, 21 iyul 2001-ci il tarixli, 0020 saylı icarə müqaviləsi və 12 sentyabr 2001-ci il tarixli, 599 saylı Sərəncamı, 07 iyul 2002-ci il tarixli 0088 saylı icarə müqaviləsi ilə Yasamal rayonu, Tbilisi prospekti 3166-cı məhəllədən ofis binasının layihələşdirilməsi və tikintisi üçün 49 il müddətinə, 1,8 hektar torpaq sahəsi müvəqqəti istifadə üçün verilmişdir.

3. Tbilisi prospektində (indiki "xxxx" LTD Birgə Müəssisəsinin yerləşdiyi ünvan) iddiaçı özbaşına 3 otaqlı ev inşa etmiş, Bakı şəhərində aparılan abadlıq işləri, qanunsuz tikililərlə mübarizə ilə əlaqədar olaraq həmin ərazini qaydaya salmaq məqsədi ilə ev sökülmüşdür. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçının həyat yoldaşının xəstəliyi nə zərə alınaraq Bakı-aeroport yolunun kənarında yeni salınan qəsəbədə fərdi ev tikmək üçün iddiaçıya torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi yoldan aralı olduğu üçün iddiaçı bağ sahə ilə əvəz edilməsini tələb etmiş və bildirmişdir ki, onun üçün əlverişli olan ərazilər yolətrafı meşə zolağıdır və fərdi yaşayış evi tikmək üçün ayrılması qeyri-mümkündür.

4. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı maddi zərərin əvəzi kimi 150.000 manat, mənəvi zərər kimi 100.000 manat, cəmi 250.000 manatın alınıb ona verilməsi tələbi Yasamal rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli qətnaməsi ilə Yasamal rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublika sı Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011ci il tarixli, 2(102)-3803 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, iddiaçı ona və ailəsinə dəyən 150000 (yüz əlli min) manat maddi və 150000 (yüz əlli min) manat mənəvi ziyanın ödənilməsinə göstəriş verilməsini xahiş etmişdir.

6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 1-310/476-21 nömrəli məktubda qeyd olunmuşdur ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə (müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) uyğun olaraq müraciəti baxılmam ış saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı 10 fevral 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona maddi və mənəvi əvəzinin ödənilməsi kimi 300.000 manat civarında pulun ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddiа onunla əsaslandırılmışdır ki, 1999-cu ilin may ayında cavabdehin göstərişi və tapşırığı ilə Bakı şəhər İcra Hakimiyyəti, Yasamal rayon icra Hakimiyyəti "xxxx" MMC-yə ofis tikmək üçün heç bir kompensasiya ödəmədən polis gücünə zor tətbiq edərək Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3166 məhəllə ünvanda ("xxxx" MMC-nin Baş ofisi ünvanı Tbilisi prospekti 149) yerləşən zibillik və daş-kəsəkdən ibarət ərazini təmizləyərək illə rlə qurub yaratdıqları 10 sot torpağı və evi dağıtmışlar. Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinin 95-ci maddəsində, Mülki Məcəllənın 180.4-cü maddəsində göstərilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Lakin evlərin sökülməsi məhkəmə qərarı, icraçıların iştirakı olmadan aparılmışdır. Bu illər ərzində dəfələrlə cavabdehə dəfələrlə müraciət olunmuşdur. xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət edərək vurulmuş maddi ziyan 150000.0 (yüz əlli min) manat və mənəvi ziyanla bağlı 150000.0 (yüz əlli min) manat, cəmi 300000.0 (üç yüz min) manat məbləğin ödənilməsi xahiş olunmuşdur. Cavabdeh məsuliyyətdən yayınaraq, xx.xx.2021ci il tarixli, 1-3-10/476-21 saylı məktubla müraciətini baxılmamış saxlamışdır. İsveç qanunvericiliyinə əsasən qeydiyyata alınmış “Telia Sonera”-indiki “Telia” company nizamnamə kapitalı İsveç dövləti 39.5 faiz. Finlandiya dövləti 11.7 faiz, Niderland qanunvericiliyinə əsasən yaradılmış "Fintur Holdings B.V” şirkətinin səhmdarları İsveç qanunvericiliyinə əsasən qeydiyyata alınmış “Telia Company AB" Açıq Səhmdar Cəmiyyəti və Türkiyə qanunvericiliyinə əsasən qeydiyyata alınmış “Turkcell iletişim Hizmetleri A.Ş” Səhmdar Cəmiyyətidir - 41.45 faizı "Turkcell Holding", 58.55 faizi "Telia Sonera" – indiki “Telia” company məxsusdur. "Telia Sonera"nın- indiki “Telia” company Tur kcell-də, “Turkcell Holding” vasitəsilə 24 faiz payı var. "xxxx" Şirkətinin təsisçisi “X1 Dış Ticaret A.Ş.” şirkətidir (100%). “Azertel”in nizamnamə kapitalının 51.3%-i “Fintur Holdings”ə, 42.2%-i “Cenay iletisim”ə və 6.5%-i Maltanın “FA İnvest” şirkətinə aid idi. "Telia Sonera" şirkətiindiki “Telia” company, "Turkcell" və "Fintur Holdings" vasitəsi ilə "xxxx"da paya malik idi. 5 mart 2018-ci il tarixində payları tam olaraq cavabdehə məxsus olan “X2” (AzlnTelecom) Məhdud Məsuliyyətli Cəmiyyəti və Niderland qanunvericiliyinə əsasən yaradılmış “Fintur Holdings B.V.” şirkəti arasında Türkiyə Cümhuriyyətində təsis edilmiş “X3-rım Dış Ticaret A.Ş.” (“Azertel”) şirkətinin 51,3% səhmlərinin alınması barədə müqavilə imzalanmış və "Fintur Holdings" şirkəti "Azertel" şirkətindəki 51,3% payını Azərba ycan Respublikasına aid "Azintelecom" şirkətinə 221,7 milyon avroya (460 milyon Azərbaycan manat) satmışdır. Yaşadıqları ərazi, Yasamal rayonu, Tbilisi prospekti 3166 məhəllə ünvanı Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 422 saylı sərəncamına əsasən “Cen Telekom” LTD şirkətinə özəl xəstəxana tikintisi üçün ayrılmışdır. Bu şirkət haqqında onun ailəsinin məlumatı olmayıb. Yaşadıqları əraziyə heç gəlməyib, maraqlanmayıblar. Həmin ərazidə 17 ailənin yaşadığını görən “Cen Telekom LTD” şitkəti fikrindən dönür. Onlara məxsus 10 sot torpaq sahəsində onlarla meyvə ağacları, 17 ədəd məhsul verən qoz ağacları vardı. Qoz ağacının 5 ildən sonra məhsul verdiyini bilirlər. Bundan sonra Bakı şəhər İcra Hakimiyyəti xx.xx.1999-cu il tarixli, 239 saylı sərəncamla “Cen Telekom LTD” şirkətini n müraciətinə əsasən şirkətə məxsus həmin ərazinin 0,8 hektarlıq sahəsini "xxxx" MMC-yə ayırmışdır. Bakı şəhər icra Hakimiyyətı xx.xx.2001-ci il tarixli, 599-cu saylı sərəncamla "Cen Telekom LTD" şirkətinin müraciətinə əsasən şirkətə məxsus qalan ərazinin 1.0 hektarlıq sahəsini "xxxx" MMC-yə ayırmışdır. 1-ci sərəncamla 2-ci sərəncam arasında 2 ildən artıq vaxt keçsə də, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti 1.8 ha ərazini 1999-cu ilin avqust ayında onun ailəsinin və 16 ailənin orada yaşadığını görməməzliyə vuraraq polis gücünə dəmir hasara aldıqdan, 7 aylıq hücumlardan sonra 1999-cu ilin noyabr ayında onun və digər 16 evi dağıdaraq ailəsini çöllərə saldılar. Həmin evdə 7 nəfər ailə üzvü yaşayırlar. Cavabdehin məkrli niyyətlərindən qaçqın kimi evsiz, eşiksiz qalmışlar. Cavabdehin göstərişi v ə tapşırığı ilə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC-yə torpaq ayrılan zaman ona və ailəsinə məxsus evin qanunvericiliyin bütün tələblərinin ziddinə olaraq məhkəmə qərarı olmadan polis gücünə sökülərək ailənin küçəyə atılması onun həyatına misilsiz ağır təsir etmişdir ki, o vaxtdan sonra onların evsiz-eşiksiz qalmış, uçurulmuş evin müqabilində cavabdehlər tərəfindən heç bir kompensasiya verilməmişdir ki, bunun da nəticəsi olaraq onlar uzun illərdir ki, əziyyət çəkirlər. Hesab etmişdir ki, cavabdehin göstərişi və tapşırığı əsasında ona məxsus olan Bakı şəhəri Yasamal rayonu, Tbilisi prospekti, 3166-cı məhəllədəkı yaşayış evinin yerləşdiyi və ətrafındakı torpaq sahəsinin "xxxx" MMC-yə ofis binasının tikilməsi üçün ayıran zaman evinin sökülməsi ilə əlaqədar ya yaşayış yerı ilə, ya da həmin evdən istifadə hüququnun pulla kompensasiya olunması barədə məsələni həll etməli olduqları halda bunu etməmiş, nəticədə onun Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunmuş mənzil hüququnu pozulmuşdur.

9. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya qarşı yazılı etirazda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəqliyyat (Azərbaycan Respublikası Prezidentin in müəyyən etdiyi hallar istisna olmaqla), o cümlədən dəniz nəqliyyatı və mülki aviasiya, rabitə (telekommunikasiya və poçt), yüksək texnologiyalar (informasiya texnologiyaları, mikroelektronika, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar) sahəsində (bundan sonra - müvafiq sahə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinın xx.xx.2018-ci il tarixli, 292 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar N azirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı müəyyən edilmişdir. Yuxarıda adıçəkilən siyahının 2-ci bəndində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adı qeyd olunmuşdur. Payları (səhmləri) tam olaraq dövlətə məxsus olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurumu olan “X2” (AzlnTelecom) Məhdud Məsuliyyətli Cəmiyyəti və Niderland qanunvericiliyinə əsasən təsis edilmiş “Fintur Holdings B.V.” şirkəti arasında 5 mart 2018-ci il tarixində Türkiyə Cümhuriyyətində təsis edilmiş “X1 Dış Ticaret A.Ş.” (Azertel) şirkətinin 51,3% səhmlərinin alınması barədə müqavilə imzalanmışdır. “Azertel” şirkəti Azərbaycan Respublikasında mobil xidmətlər operatoru olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin yeganə təsisçisidir. Belə ki, 05 mart 2018-ci il tarix inədək "xxxx" MMC və “Azertel” şirkəti arasında heç bir hüquqi münasibət mövcud olmamışdır. Eyni zamanda "xxxx" MMC-nin "xxxx" MMC-yə heç bir aidiyyəti olmadığı dövrdə, yəni 17 mart 2011-ci il tarixində Yasamal rayon məhkəməsinin qətnaməsi ilə iddiaçının cavabdeh "xxxx" MMC-yə qarşı maddi və mənəvi zərərin əvəzınin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2011-ci il tarixli qətnaməsi ilə Yasamal rayon məhkəməsinin 17 mart 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 9 dekabr 2011-ci il tarixli, 2 (102)-3803 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 27 iyul 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respub likasının Mülki Prosessual Məcəlləsinin 153.2.2; 153.2.3; 153.2.4-cü maddələrinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; məhkəmə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair münsiflər məhkəməsi qətnaməsinin məcburi icra edilməsi üçün icra vərəqəsi verməkdən imtina etdiyi və ya iş yenidən baxılmaq üçün qətnamə qəbul etmiş münsiflər məhkəməsinə qaytarıldığı, lakin işin həmin münsiflər məhkəməsində baxılması mümkün olmadığı hallar istisna edilməklə, münsiflər məhkəməsinin qəbul etdiyi, qan uni qüvvəyə minmiş qətnaməsi olarsa; eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquqi varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4249/2021 nömrəli, 11 fevral 2021-ci il tarixli qərardadı ilə (hakim Ş.A.Həsənova) Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçünc ü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.

11. Üçüncü şəxs tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisələndirilən daşınmaz əmlak üzərində heç bir hüquqa malik olmamış və nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü maddəsinə uyğun olaraq dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən iddiaçının qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənəd olmadığından, onun iddia tələbi əsassız hesab edilməlidir. Bundan başqa iddiaçının mən əvi ziyan tələbi ilə bağlı bildirmişdir ki, iddiaçı onlara mənəvi ziyanın vurulmasını hər hansı təsdiqedici sənədlərə istinad etməmişdir və iş materiallarında iddiaçılara hər hansı mənəvi zərər dəyməsi faktı sübut olunmur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ, sair şəx si qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Lakin iddiaçı məhkəməyə mənəvi əzab çəkməsini, barəsində mənfi fikrin formalaşmasını sübut edəcək faktlar təqdim etməmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4249/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qərardadı ilə (hakim Ş.A.Həsənova) iddia tələbi mümkün sayılmamışdır.

13. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamasını onunla əsaslandırmışdır ki, iddiaçının "xxxx" MMC-yə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasına məhkəmələr tərəfindən baxılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə "xxxx" MMC tərəfindən iddiaçıya maddi və mənəvi zərərin vurulmaması müəyyən edilmişdir. İddiaçının ona dəymiş maddi və mənəvi zərərin öd ənilməsi ilə bağlı mübahisəsinə cavabdeh "xxxx" MMC olmaqla mahiyyəti üzrə baxılaraq qərar qəbul edildiyindən o, yenidən eyni əsaslarla, həmin tələblə başqa hazırki cavabdeh inzibati orqana qarşı iddia qaldıra bilməz. Bu qənaət həm də ondan irəli gəlir ki, hazırki mübahisə üzrə cavabdehin iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına toxunan hər hansı hərəkəti və ya qərarı mövcud olmamışdır.

14. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-793/2022 nömrəli, 02 fevral 2022-ci il tarixli qərardadı ilə (hakimlər X.A.Cəmilova /sədrlik edən və məru zəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) apellyasiya şikayəti təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-1(112)-4249/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün hesab edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayəti iddia ərizəsinə uyğun və Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsova Rusiyaya qarşı” işi üzrə qərarı, Avropa İnsan Hüquqları Məhkəməsinin “Varnava və digərləri Türkiyəyə qarşı” işi üzrə qərarı, “İnzibati icraat haqqı nda” Azərbaycan Respublikası Qanununun 10, 11, 12, 13, 14, 15-ci, Mülki Prosessual Məcəllənin 1.3, 2, 6, 7, 8, 9, 14-cü, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarı, habelə Mülki Məcəllənin 14, 21, 23, 1097.1, 1097.3, 1099-cu, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarının 8-ci bəndi, İnzibati Prosessual Məcəllənin 90.1, 91, 96.5-ci maddələrinə istinad olunmaqla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

20. İnzibati P rosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nə ticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edər ək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

21. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarına əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd),iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını ara şdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2-ci bənd), mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd), ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd), mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd), işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (2.2-ci bənd), məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3- cü bənd).

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli Qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmus u kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

23. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi ü çün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

30. Əvvəla iddianın mümkünlüyü ilə b ağlı qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlə rinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır.

31. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

32. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəs ində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümk ünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

34. Həmçinin işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır.

35. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir.

36. Belə liklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır.

37. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.

38. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan v erən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qər ar çıxırıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı, ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.

39. İnzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sü butlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

40. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə cavabdeh tərəfindən iddiaçının istinad etdiyi hallar üzrə onun hər hansı hüquqlarının pozulmasına yol verilmədiyindən, bu barədə faktiki halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmədiyindən aşağı instansiya məhkəmələri düzgün olaraq iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir.

41. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, iddiaçının iddia ərizəsində və kassasiya şikayətində qeyd etdiyi məsələlər onun hüquqlarının məhz hazırki cavabdeh inzibati orqan tərəfindən pozulduğunu ehtiva etmir, bu baxımdan həmin dəlillər iddianın qeyri-mümkün sayılması barədə qanuni və əsaslı olan məhkəmə qərardadının ləğv edilməsi və iddianın mümkün sayılması üçün əsas vermədiyindən qəbul edilmir.

42. Odur ki, məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-793/2022 nömrəli, 02 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar