Məhkəmə qərarları › İş №2-1(102)-977/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-977/2023

23.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-977/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü, prosessual müddətin bərpasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) “birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-760/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu, yəni X1 işsiz şəxs kimi ödənilməli olan birdəfəlik 190 manat pul müavinətinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7072/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolle giyasının 2-1(103)-1023/2021 saylı, 17 fevral 2021-ci il tarixli qərardadı ilə təmin edilmiş, qərardad ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

4. İşə təkrarən baxılarkən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6445/2021 saylı, 23 avqust 2021-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsinə əsasən iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (indiki Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) əsl Cavabdeh MMC ilə əvəz edilmiş, Nazirliyin isə hüquqi statusu cavabdehdən 3-cü şəxsə dəyişdirilmişdir.

5. Daha sonra, işə mahiyyəti üzrə baxılaraq Bakı İnzibati Məhkəməsinin 2-1(112)6445/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qərarı ilə iddia çının Cavabdeh MMC-yə qarşı iddia ərizəsi təmin edilmiş və X1 işsiz şəxs kimi ödənilməli olan birdəfəlik 190 manat pul müavinətinin iddiaçıya ödənilməsi öhdəliyi Cavabdeh MMC-yə həvalə edilmişdir.

6. Həmin qərardan cavabdeh apellyasiya şikayəti vermişdir.

7. İşin apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1496/2022 saylı, 16 mart 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi inzibati icraata üçüncü şəxs qismində cəlb edilmişdir.

8. Daha sonra, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1496/2022 saylı, 5 may 2022-ci il tarixli qərardadı ilə Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmi ş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9600/2022 saylı, 13 sentyabr 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

10. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılaraq baxılmasını məhkəmədən xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-760/2023 saylı, 12 yanvar 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9600/2022 saylı, 13 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

12. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermişdi r.

13. Müddətin bərpası barədə vəsatət onunla əsaslandırılmışdır ki, e-məhkəmə portalında texniki problem olduğu üçün məhkəmə qərardadından qanunvericiliklə müəyyən edilmiş müddətdə şikayət verilməsi mümkün olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə hə min şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsi nin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının verdiyi şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

16. Belə ki, İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

17. Hazırkı işin materiallarına əsasən müəyyən edilir ki, iddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadını 25 yanvar 2023-cü il tarixdə almış, kassasiya şikayəti isə 5 fevral 2023-cü il tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra e-məhkəmə portalına yerləşdirilmişdir.

18. İddiaçı və onun vəkili prosessual müddətin bərpasına dair vəsatət verib ötürülmüş müddətin bərpa olunmasını xahiş etməklə bir daha kassasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra verildiyini etiraf edirlər. Beləliklə də, apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 10 (on) günlük prosessual müddətin ötürülməsi işin mübahisəsiz halıdır.

19. İddiaçı vəsatətdə e-məhkəmə portalında texniki problem olduğu üçün məhkəmə qərardadından qanunvericiliklə müəyyən edilmiş müddətdə şikayət verilməsinin mümkün olmadığını qeyd etmişdir.

20. Məhkəmə kollegiyası iddiaçının dəlilini əsassız hesab edir. Belə ki, iddiaçı vəsatətdə istinad edilən halı (e-məhkəmə portalında texniki problem olduğu üçün məhkəmə qərardadından qanunvericiliklə müəyyən edilmiş müddətdə şikayət verilməsinin mümkün olmaması) təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. 21.Digər tərəfdən, e-məhkəmə portalında texniki problem olduğu barədə sübut təqdim edilsə belə, bu hal müddətin bərpa edilməsi üçün üzrlü səbəb sayıla bilməz. Belə ki, qanunvericilikdə kassasiya şikayətinin yalnız elektron məhkəmə sistemi vasitəsi ilə təqdim edilməli olmasına dair göstəriş yoxdur. Odur ki, iddiaçı kassasiya şikayətini poçt rabitəsi vasitəsilə və ya birbaşa apellyasiya məhkəməsinə də təqdim edə bilərdi.

22. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Nəzərə almaq lazımdır ki, müddətin ötürülməsi şəxsin təqsirli davranışına bağlı olmadığı, müddətin buraxılması səbəbinin aradan qaldırılması şəxsin iradəsi xaricində olduğu hallarda üzrlü sayıla bilər.

23. Hazırkı iş üzrə iddiaçının qanunla müəyyən edilmiş müddətdə kassasiya şiklayəti vermək imkanını mümkünsüz edən və onun iradəsindən aşkar surətdə kənara çıxan hər hansı hal müəyyən olunmamışdır.

24. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi müddəti iddiaçı tərəfindən üzrlü səbəb olmadan ötürüldüyü üçün buraxılmış prosessual müddətin bərpası üçün əsas yoxdur. Odur ki, verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.

25. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-760/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli qərardadından iddiaçının verdiyi şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulun

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar