Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-977/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X6rşı işi üzrə QƏRARİ (Açar sözlər: əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi, iddia müddətinin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1rşı “qərarların ləğv edilməsi, müvafiq əlillik dərəcəsinin təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyas ının xx.xx.2024-cü il tarixli, 21(103)-3768/2024 saylı qərardadından iddiaçı cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.2003-cü il tarixdən 1 il müddətinə, “Keçirilmiş QKB travmasının qalıq əlamətləri.travmadan sonrakı ensefalopatiya. mülayim dərəcədə nəzərə çarpan vegetativ damar pozulmaları ilə” diaqnozu ilə üçüncü dərəcə əlillik təyin edilmişdir.
2. Həmçinin iddiaçıya xx.xx.2011-ci il tarixdən 1 il müddətinə, “Keçirilmiş QKB travmasının qalıq əlamətləri.travmadan sonrakı ensefalopatiya.mülayim dərəcədə nəzərə çarpan vegetativ damar pozulmaları ilə” diaqnozu ikinci dərəcə əlillik, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə eyni diaqnoz ilə ikinci dərəcəli əlillik, xx.xx.2015-ci il tarixdən 1 il müddətinə, “KKBT davamlı qalıq əlamətləri. Postravmatik ensefalopatiya. Kəskin təzahür edən asteno-nevrotik sindrom.tea-tea təkrarlanan vegetativ damar paroksizmləri ilə Hipertoniya xəst.İİ mər”” diaqnozu ilə ikinci dərəcə əlillik, xx.xx.2016-cı il tarixdən isə 5 il müddətinə eyni diaqnoz ilə ikinci dərəcə əlillik təyin edilmişdir.
3. İddiaçıya Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyin edilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının ikinci dərəcə əlillik dərəcəsinin xx.xx.2021ci ildən bərpa edilməs i vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
5. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin xx.xx.2021-ci il tarixli, xxxxxxx0008 saylı qərarının ləğv edilməsi və iddiaçıya xx.xx.2021-ci il tarixdən müddətsiz İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı sonuncu dəfə xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli, xxxxxxx0008 saylı və xx.xx.2024-cü il tarixli 3-17-4/3-34586/2024 saylı qərarlarının ləğv edilməsi və iddiaçıya xx.xx.2021-ci ildən müddətsiz 2-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hərbi xidmətlərdə aldığı xəsarətlərlə bağlı müxtəlif vaxtlarda müalicə və müayinə olunsa da, heç bir nəticəsi olmamış, toplanmış sənədlər əsasında 5 saylı Tibbi Sosial Ekspert komissiyası tərəfindən xx.xx.2003-cü ildə ona əllik dərəcəsi verilmişdir. Ondan sonrakı müddətdə hər il Komissiya tərəfindən müayinə olunmuş, onun ikinci dərəcəli əlilliyi təyin edilmiş, sonuncu dəfə isə xx.xx.2016-cı ildə ona 5 il müddətinə əlillik təyin edilmiş, bu müddət bitdikdən sonrakı müddətdə təkrarən Komissiyaya müraciət etsə də, xx.xx.2021-ci ildə ona imtina edilmiş, eləcə də 2022 və 2023-cü illərdə dəfələrlə müraciət etsə də, hər dəfə bir bəhanə ilə ona imtina edilmiş, əsas kimi müalicə və müayinələrin davam etdirilməli olmasına istinad edilmişdir. Hesab edir ki, cavabdehin imtinası və iddiaçının müraciətləri ilə bağlı hərəkətsizliyi qanunsuz və əsassız olmaqla onun hüquqlarını məhdudlaşdırır. Belə ki, 1992-1997-ci illərdə döyüşlərdə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri nəticəsində 2003-cü ildə əlillik təyin edilmiş və hər il mütəmadi müayinələrə cəlb edilmiş şəxsin birdənbirə məhz 2021-ci ilin sonlarında sağalması ağlabatan deyil və gülünc imtinadır. Halbuki məhz müharibə dövründə gedən döyüşlərdə aldığı xəsarətlərdən xəstəlik tapmış, hazırki vəziyyətdə isə bu xəstəliklər daha da şiddətlənmişdir. Buna baxmayaraq cavabdeh inzibati orqan hər dəfə bir bəhanə ilə ona və onun kimi bir çox şəxslərə əlillik təyin etməkdən imtina edir, bunu müxtəlif bəha nələrlə izah etməyə çalışırlar. Bundan əlavə, Mərkəzi Hərbi Poliklinikanın verdiyi xx.xx.2003-cü il tarixli məktubundan müəyyən olunur ki, N saylı hərbi hissənin sabiq əsgəri İddiaçı Mərkəzi Hərbi Poliklinikanın hərbi həkim komissiyası tərəfindən xx.xx.1992-ci ildə keçirilmiş qapalı kəllə beyin travması nəticəsində mülayim vegetativdamar pozulması nəticəsində diaqnozu ilə SSRİ MN-nin o vaxt qüvvədə olmuş 1987ci il tarixli 260 saylı əmrinin İ qrafasının 12-ci maddəsinə əsasən tibbi şəhadətləndirilmiş və xəstəliyə görə 60 gün müddətində 07.10-xx.xx.1992-ci ildək məzuniyyətə ehtiyacı var, travma “Azərbaycan Respublikasının müdafiəsində alınmışdır” rəyi 1704 saylı 12 formalı tibbi arayış verilmişdir.Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Klinik Hospitalın xx.xx.2021-ci il tarixli 9559 s aylı arayışından müəyyən olunur ki, N saylı hərbi hissənin sabiq əsgəri İddiaçı həqiqətən xx.xx.1992-ci ildən Baş Klinik Hospitalda stasionar müalicə və müayinə olunmuşdur. Cavabdehin etirazları:
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Bakı 30 nömrəli Ambulatoriyasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Sinirlərin bədənin bir neçə nahiyələrinin prosesə cəlb olunması ilə müştərək travmaları, Keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri (1992-ci il). Digər neqativ pozğunluqlar, Kəskin təzahür edən asteno-nevrotik sindromla vegetativ damar paroksizmaları ilə. Kəllədaxili travmaların nəticələri, Posttravmatik ensefalopatiya. Üçlü sinirin zədələnməsi, Üçlü sin irin zədələnməsi. Digər kəllə sinirlərinin zədələnmələri, Digər kəllə-beyin sinirlərinin zədələnməsi. Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİ mərhələ; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilirr.” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxıldıqdan sonra xx.xx.2021-ci il tarixdə verilən əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o iddia müddətini ötürməklə məhkəməyə şikayət etmişdir. Ekspert rəyi ilə bağlı:
9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-12298/2023 nömrəli qərardadı i lə iş üzrə məhkəmə-tibbi ekpertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 ekspertlərinə tapşırılmışdır.
10. Məhkəməyə təqdim edilmiş T 20/2024 №-li ekspert rəyində qeyd edilmişdir ki, SN-nin “Məhkəmə Tibbi Ekspertizası və X5” X8 müalicə müəssisəsi olmadığından onun hazırda xx.xx.2021-ci il tarixli 2741003AABUV saylı Forma 088 göndərişində qeyd olunan xəstəliklərdən əziyyət çəkib-çəkməməsi barədə konkret fikir söyləmək mümkün deyildir. Lakin iş materiallarında olan tibbi sənədlərə əsasən İddiaçı adına müvafiq tibb müəssisəsində tərtib edilmiş həmin göndərişdə XBT 10 kodu ilə onda qeyd edilmiş “Əsas diaqnoz: T06.2- Sinirlərin bədənin bir neçə nahiyələrinin prosesə cəlb olunması ilə müştərək travmaları. Keçirilm iş kəllə-beyin travmasının qalıq əlamətləri. (1992-ci il); Ağırlaşma: G52-Digər kəllə sinirlərinin zədələnməsi; G50- Üçlü sinirin zədələnməsi. T90.5- Kəllədaxili travmaların nəticələri. Postravmatik ensefalopatiya. F48- Digər neqativ pozğunluqlar. Kəskin təzahür edən asteno-nevrotik sindromla vegetativ damar paroksizmaları ilə. Yanaşı xəstəliklər: İ10-Essensial (birincili) hipertenziya. Hipertoniya xəstəliyi İİ mərhələ” diaqnoz ona stasionarlarda müalicəsi zamanı anamnestik, klinik, laborator-instrumental müayinələrin əsasında müəyyən edildiyindən onun həmin xəstəliklərdən hazırda əziyyət çəkməsini inkar etmək də mümkün deyildir. Diaqnozdakı əsas xəstəlik və ağırlaşmaları Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar gedən döyüşlər zamanı alınmışdır. Əsas diaqnoz xroniki hala keç diyindən qeyd edilən “Digər kəllə sinirlərinin zədələnməsi; Üçlü sinirin zədələnməsi. Kəllədaxili travmaların nəticələri.Postravmatik ensefalopatiya. Digər neqativ pozğunluqlar. Kəskin təzahür edən asteno-nevrotik sindromla vegetativ damar paroksizmaları ilə” ağırlaşmalarla nəticələnmişdir. İddiaçı xəstəliklərinin tam reablitasiyası müalicə ilə mümkün deyildir. Birinci instansiya məhkəməsinin tapşırığı ilə iddiaçının əyani müayinəsinin aparılması barədə:
11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-1783/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı qərarın ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması iddiasına dair mübahisə ilə bağlı iddiaçıda mövcud olan xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetini n xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsində olub-olmaması ilə bağlı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçının əyani (instrumental) müayinəsinin (vəkilin iştirakı ilə) aparılması üçün cavabdehə 30 gün müddət təyin edilmişdir.
12. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-4586/2024 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarix li, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin barədə qərar qəbul edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
13. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-1783/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdehin iddiaçıya əlilliyin təyinindən imtina edilməsinə dair xx.xx.2021-ci il tarixli, xxxxxxx0008 saylı və xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-4586/2024 saylı qərarları ləğv edilmiş, iddiaçıya xx.xx.2021-ci il tarixli göndəriş əsasında müddətsiz İİ dərəcə (hazırda qüvvədə olan meyarlara uyğun olaraq orqanizmin funksiyalarının pozulması faizi ilə) əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinaları əsassızdır.
15. Cavabdehin imtinası, yəni iddiaçıda olan diaqnozun əlillik təyinatına əsas verməməsi ilə bağlı qeyd edilir ki, iddiaçının müraciətinə əsasən xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxılmış və “Sinirlərin bədənin bir neçə nahiyələrinin prosesə cəlb olunması ilə müştərək travmaları, Keçirilmiş kəll-beyin travmasının qalıq əlamətləri (1992-ci il).Digər neqativ pozğunluqlar. Kəskin təzahür edən asteno-nevrotik sindromla vegetativ damar paroksizmaları ilə. Kəllədaxili travmaların nəticələri, Posttravmatik ensefalop atiya. Üçlü sinirin zədələnməsi, Üçlü sinirin zədələnməsi. Digər kəllə sinirlərinin zədələnmələri, Digər kəllə-beyin sinirlərinin zədələnməsi. Essensial [birincili] hipertenziya, hipertoniya xəstəliyi İİ mərhələ” diaqnozu qoyulmuşdur.
16. Cavabdehin əyani müayinə nəticəsindən görünür ki, cavabdeh iddiaçının instrumental müayinəsini deyil, əyani müayinəsini apararaq iddiaçıda olan diaqnozun əlillik təyinatına əsas verməməsi qərarına gəlmişdir. Əyani müayinənin nəticələri əsaslandırılmamış, iddiaçının təqdim etdiyi tibbi sənədlərə əsasən onda müşahidə olunan diaqnozların öz təsdiqini tapmadığı bildirilmişdir. Halbuki iddiaçıda olan diaqnozların həqiqətən də olub-olmaması əyani (vizual) müayinə nəticəsində müəyyən edilməsi mümkün deyildir.
17. Belə ki, iddiaçı “Sinirlərin bədənin bir neçə nah iyələrinin prosesə cəlb olunması ilə müştərək travmaları, Keçirilmiş kəll-beyin travmasının qalıq əlamətləri (1992-ci il).Digər neqativ pozğunluqlar. Kəskin təzahür edən asteno-nevrotik sindromla vegetativ damar paroksizmaları ilə. Kəllədaxili travmaların nəticələri, Posttravmatik ensefalopatiya. Üçlü sinirin zədələnməsi, Üçlü sinirin zədələnməsi. Digər kəllə sinirlərinin zədələnmələri, Digər kəllə-beyin sinirlərinin zədələnməsi. Essensial [birincili] hipertenziya, hipertoniya xəstəliyi İİ mərhələ” xəstəliklərindən əziyyət çəkir. Bu xəstəliklərin iddiaçıda olması ekspert rəyi və digər tibbi sənədlərlə müəyyən edilir.
18. Cavabdeh isə, əyani müayinə apararkən belə nəticəyə gəlmişdir ki, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, sol diz oyn ağında ağrı və hərəkət məhdudluğu, damarlarında dartınma hissindən şikayətlənmişdir. Anamnestik məlumatlarında 1996-cı ildə yaralandığını qeyd etmişdir. Müayinə zamanı qarının ön divarında aşağı orta laparotomiyanın çapığı, sol dizində, sol budun yuxarı 1/3-də çapıqlar izlənilmiş, diz oynağında 180-90 dərəcəyə qədər hərəkət həcmi göstərmiş, palpasiyada qarnı yumşaq və ağrısız olmuşdur. Nevroloji statusunda kranial sinirlər tərəfindən ocaqlı patologiya aşkar edilməmiş, vətər və sümüküstü reflekslər canlı alınmış D=S, əzələ gücü və tonus norma daxilində olmuş, yuxarı və aşağı ətraflarda hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır".
19. Məhkəmə qeyd edir ki, iddiaçıda olan xəstəliklər 1996-cı ildə yaralanma zamanı yaranmış, iddiaçıya ilk dəfə 2003-cü il tarixdə əlillik təyin edilmiş, 2021-ci il tarixə qədər eyni diqanozla əlillik təyinatı davam etdirilmişdir.
20. İş materiallarında olan tibbi sənədlərə və ekspert rəyinə əsasən iddiaçıda olan xəstəliklərin (əsas diaqnoz və ağırlaşmaların) hazırda da mövcud olması müəyyən edilir. Lakin cavabdeh həmin sənədləri nəzərə almamasını əsaslandırmamışdır. Ona görə də, cavabdehin iddiaçının xarici görünüşünə əsaslanan formal əyani müayinədən ibarət dəlili, yəni iddiaçıda olan diaqnozun əlillik təyinatı əsas verməməsi barədə dəlili də əsassızıdır. Göründüyü kimi, cavabdehin imtinada istinad etdiyi faktiki hal öz təsdiqini tapmır. İddiaçı 2003-cü il tarixdən 2021-ci ilədək müxtəlif vaxtlarda müxtəlif dövlət tibb müəssisələrində ambulator müalicələrdə olmuş, lakin iddiaçıda olan xəstəliklərin aradan qalxması, onun sağlamlığının bər pa olunması müəyyən edilməmişdir.
21. İddia tələbi müddətsiz əlillik təyin edilməsi hissəsini də əsaslıdır.
22. İş materiallarında olan tibbi sənədlərə əsasən iddiaçıya təyin edilmiş İİ dərəcə əlilliyin 10 ildən artıq təyin olunması müəyyən edildiyindən iddiaçıya növbəti dəfə təyin ediləcək əlillik müddətsiz təyin olunmalıdır.
23. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-3768/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(112)-1783/2024 nömrəli qərarı ləğv edilmiş, iddiaçının cavab dehə qarşı “qərarların ləğv edilməsi, müvafiq əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır.
25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sonuncu dəfə iddiaçıya xx.xx.2016-cı il tarixdən 5 il müddətinə eyni diaqnoz ilə ikinci dərəcə əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir,
26. Daha sonra iddiaçının əlillik vəziyyətinə Bakı 30 nömrəli Ambulatoriyasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Sinirlərin bədənin bir neçə nahiyələrinin prosesə cəlb olunması ilə müştərək travmaları, Keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri (1992-ci il). Digər neqativ pozğunluqlar, Kəskin təzahür edən asteno-nevrotik sindromla vegetativ damar paroksizmaları ilə. Kəllədaxili travmaların nəticələri, Posttravmatik ensefalopatiya.Üçlü sinirin zədələnməsi, Üçlü sinirin zədələnməsi. Digər kəllə sinirlərinin zədələnmələri, Digər kəllə-beyin sinirlərinin zədələnməsi. Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİ mərhələ; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilmir.” səbəbi ilə imtina verilmişdir.
27. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının **********7 nömrəli xx.xx.2021-ci il tarixli Qərarın mətnindən aydın görünür ki, iddiaçı Bakı 30 nömrəli Ambulatoriyasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında inzibati orqanın xx.xx.2021-ci il tarixli imtina qərarından məlumatlı olmuş, inzibati orqanın bu qərarından inzibati qaydada şikayət vermiş və xx.xx.2021-ci il tarixdə əyani müayinəyə cəlb edilmişdir. Həmin Qərardan da görünür ki, inzibati şikayət nəticəsində əyani müayinə zamanı da şəxsdə olan diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərara gəlinmişdir.
28. Göründüyü kimi, iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxıldıqdan sonra xx.xx.2021-ci il tarixdə verilən əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o iddia müddətini ötürməklə məhkəməyə şikayət etmişdir.
29. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, hətta inzibati orqanın ilkin xx.xx.2021-ci il tarixli imtina qərarı iddiaçıya nə zaman çatdırılması barədə məlumat mövcud olmasa da, iddi açı həmin nəticə barədə ən geci inzibati qaydada şikayət verdiyi xx.xx.2021-ci il tarixdən məlumatlı olmuş, hətta həmin tarixdən sonra da qanunvericiliklə tələb olunan nə 30 günlük, nə də ki, İnzibati icraat haqqında Qanunda göstərilmiş 6 aylıq müddətə riayət etmişdir. Birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü düzgün araşdırmamış, iddiaya mahiyyəti üzrə baxaraq, iddia tələbini təmin etmişdir.
30. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, iş materiallarına əsasən müddətin buraxılmasından 1 il keçdiyindən iddiaçıya məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımın göstərilərək, iddia ərizəsinin verilməsinə dair qanunla müəyyən edilmiş müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin verilməsinin təklif olunmasına zərurət görülməmişdir.
31. Məhkəmə kollegiyası iddiaçıya izah edir ki, iddiaçı yeni göndəriş əsasında hazırki diaqnozları (ağırlaşmaları) ətraflı göstərilməklə müvafiq əlillik dərəcəsinin təyin olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət edə, müraciətinin təmin edilməsindən imtina edildiyi halda imtina qərarını müvafiq inzibati məhkəmədə mübahisələndirərək ona müvafiq əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsini tələb edə bilər.
32. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
33. Apellyasiya şikayətinin məzmunundan da göründ üyü kimi, şikayətin dəlillərində məhz prosessual müddətlə bağlı hər hansı əsasla məhkəməyə müraciət edilməmiş, eləcə də iddianın mümkünsüzlüyü barədə cavabdehin nümayəndələri tərəfindən hər hansı formada vəsatətlə nə birinci, nə də ki apellyasiya instansiyası məhkəməsinə müraciət edilməmişdir.
34. Eləcə də məhkəməyə ünvanlanmış iddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı ilkin olaraq ikinci dərəcəli əlilliyinin xx.xx.2021-ci ildən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmiş, sonradan cavabdeh tərəfindən məhkəmə araşdırması müddətində müvafiq sənədlər təqdim edildikdən sonra iddia tələbində müvafiq düzəlişlər edilmiş və ilkin iddia tələbi ilə birlikdə əlilliyin təyinindən imtina edilməsinə dair xx.xx.2021-ci il tarixli xxxxxxx0008 saylı və xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-4586/2024 saylı qərarlarının ləğv edilməsi tələb edilmişdir.
35. Birinci instansiya məhkəməsində də iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu zamanı cavabdehin nümayəndəsinin münasibəti öyrənilmiş məhkəmə çəkişməsində iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizənin icraat qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmiş, yəni hər hansı etiraz daxil olmamışdır. Yekunda isə Məhkəmənin e-2-1(112)-1783/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə e-2-1(112)1783/2024 nömrəli iş üzrə iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş bu qərardadın qanuniliyinə də cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayətində hər hansı münasibət bildirilməmişdir.
36. Habelə, birinci instansiya məhkəməsində araşdırma zamanı, iddiaçı tərəfindən mübahisələndirilən qərarların cavabdehin nümayəndəsinin apellyasiya şikayətində istinad etdiyi “İnzibatı İcraat Haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq iddiaçıya təqdim edilməsi, həmin inzibati icraatla bağlı iddiaçının iştirakı dinlənilməsi, izahatının alınması, ən sonda isə belə bir qərarın mövcudluğu barədə iddiaçının qulağına pıçıldanması barədə araşdırma aparılmış cavabdeh tərəfindən bu barədə hər hansı sübut və ya dəlil məhkəməyə təqdim edilməmişdir.
37. Belə olan vəziyyətdə apeilyasiya instansiyası məhkəməsinin məhz AR İPMnin 35-ci maddəsinə istinad edərək, iddianı mümkün saymaması inzibati prosessual qanunverciliyin təməl prinsiplərinə zidd olmaql a, Qarabağ uğrunda gedən döyüşlərdə canını qanını torpaqlarımız yolunda fəda etmiş Qarabağ qazısının hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir.
38. Məhkəmə kollegiyası onu da nəzərə almamışdır ki, zatən iddiaçı təkrarən Agentliyin Ekspert Komissiyasında əyani müayinəyə cəlb edilmiş və Agentliyin xx.xx.2024-cu il tarixli, 3-17-43-3-4586/2024 saylı qərarı ilə ona təkrarən imtina cavabı verilmişdir İddiaçı tərəfindən həmin qərarın da qanuniliyi məhkəmə qaydasında hazırkı vəziyyətdə mübahisə predmeti olmaqla, birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmiş, həmin qərardan da hər hansı formada şikayət vermə müddəti ötürülməmiş və bu hal da cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmişdir.
39. Həmçinin ekspert rəyindən, həm də ixtisaslaşmış tibb müəssisəs inin arayışından göründüyü kimi, göndərişdə qeyd edilmiş əsas diaqnoz və onun ağırlaşmaları hazırda da iddiaçıda aşkar edilir.
40. Cavabdehin imtinasının və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
41. Halbuki iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən cavabdeh eyni zamanda həm "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm elə “İnzibati icraat haqqında’’ Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normaların ın tələbilərini nəzərə almağa borcludur.
42. Qeyd olunanlara əsasən həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi. həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Məhz bu halı araşdıran birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri
43. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
44. İnzibati Prosessual Məcəllə: “Maddə
38. İddia müddəti 38.1. Müba hisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazı lı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “Maddə
24. Prosessual müddətlərin bərpa olunması … 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gü ndən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
45. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
46. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zama n prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
49. Kassasiya şikayətində qeyd edilmişdir ki, prosessual müddətlə bağlı hər hansı əsasla məhkəməyə müraciət edilməmiş, eləcə də iddianın mümkünsüzlüyü barədə cavabdehin nümayəndələri tərəfindən hər hansı formada vəsatətlə nə birinci, nə də ki apellyasiya instansiyası məhkəməsinə müraciət edilməmişdir.
50. Məhkəmə kollegiyası həmin dəlilə münasibətdə qeyd edir ki, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxıldıqdan sonra xx.xx.2021-ci il tarixdə verilən əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə şikayət etmişdir. Ona görə də cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etmişdir.
51. Məhkəmə kollegiyası qeyd edir ki, sonuncu dəfə iddiaçıya xx.xx.2016-cı il tarixdən 5 il müddətinə eyni diaqnoz ilə ikinci dərəcə əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2 021-ci il müəyyən edilmişdir, Daha sonra iddiaçının əlillik vəziyyətinə Bakı 30 nömrəli Ambulatoriyasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina verilmişdir. İddiaçı Bakı 30 nömrəli Ambulatoriyasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında inzibati orqanın xx.xx.2021-ci il tarixli imtina qərarından məlumatlı olmuş, inzibati orqanın bu qərarından inzibati qaydada şikayət vermiş və xx.xx.2021-ci il tarixdə əyani müayinəyə cəlb edilmişdir. Həmin Qərardan da görünür ki, inzibati şikayət nəticəsində əyani müayinə zamanı da şəxsdə olan diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərara gəlinmişdir.
52. Göründüyü kimi, iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxıldıqdan sonra xx.xx. 2021-ci il tarixdə verilən əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o iddia müddətini ötürməklə məhkəməyə şikayət etmişdir. Hətta inzibati orqanın ilkin xx.xx.2021-ci il tarixli imtina qərarı iddiaçıya nə zaman çatdırılması barədə məlumat mövcud olmasa da, iddiaçı həmin nəticə barədə ən geci inzibati qaydada şikayət verdiyi xx.xx.2021-ci il tarixdən məlumatlı olmuş, hətta həmin tarixdən sonra da qanunvericiliklə tələb olunan nə 30 günlük, nə də ki, İnzibati icraat haqqında Qanunda göstərilmiş 6 aylıq müddətə riayət etmişdir.
53. Həmçinin İPM-in 24.4-cü maddəsinə görə, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla ba ğlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.
54. İddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur.
55. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq iddiaçıya izah etmişdir ki, iddiaçı yeni göndəriş əsasında hazırkı diaqnozları (ağırlaşmaları) ətraflı göstərilməklə müvafiq əlillik dərəcəsinin təyin olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət edə, müraciətinin təmin edilməsindən imtina edildiyi halda imtina qərarını müvafiq inzibati məhkəmədə mübahisələndirərək ona müvafiq əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsini tələb edə bilər.
56. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
57. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-3768/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.