Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-978/2021 26.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X11 şəxsinin 2 saylı Regional Ərazi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X11 şəxsinin 2 saylı Regional Ərazi filialına qarşı yaşa görə əmək pensiyası təyin edilməsi tələ binə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)163/2021 nömrəli iş üzrə 22.02.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 26 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X11 şəxsinin 2 saylı Regional Ərazi filialına qarşı ona 56 yaşının tamam olduğu 01.03.2019-cu il tarixdən yaşa görə pensiya təyin edilməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxx 1963cü ildə anadan olmuş və 5 uşaq anası olmaqla onları 8 yaşına kimi böyüdüb tərbiyə etmişdir. Hal-hazıra kimi 27 il 11 ay ümumi iş stajı vardır. 2019-cu ilin aprel ayının 1-dən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7 və 8-ci maddələrinə əsasən 56 yaşı tamam olduğu üçün 5 uşaqlı ana kimi yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Əmək fəaliyyəti dövründə 19 iyun 1978-ci ildən ( 28.06.1978-ci il tarixli 133 nömrəli əmr) 01 aprel 1989-cu ilə kimi (20.04 1989-cu il tarixli 60 nömrəli əmr), 15 may 1994-cü ildən (16.05.1994-cü il 51 nömrəli əmr) 01 sentyabr 1994-cü ilə kimi (01.09.1994-cü il 79 nömrəli əmr) Xaçmaz rayonu "Engels" adına sovxozda fəhlə, 01.01.1996-cı ildən (01.01.1996-cı il 06 nömrəli əmr) 24.12.2007-ci ilə kimi (24.12.2007-ci il 84 nömrəli əmr) Niyazabad kənd orta məktəbində xadiməçi vəzifəsində işləməklə 23 il 21 gün iş stajı, "X1 haqqında" Qanunun 67-ci maddəsinin “e” bəndinə uyğun olaraq (işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq) 24.11.1988-ci il təvəllüdlü X3 adlı uşağa görə 01.04.1989-cu ildən 21.01.1991-ci ilə kimi 01 il 10 ay 20 gün, 22.02.1991-ci il təvəllüdlü X6 və X7 adlı uşaqlara 22.02.1991-ci ildən 22.02.1994cü ilə kimi 3 il və cəmi 4 il 10 ay 20 gün uşaqlara qulluğa görə iş stajı olmaqla ümumilikdə cəmi 27 il 11 ay iş stajı vardır. 2006-cı ildən qüvvədə olan "Əmək pensiyaları haqqında" Qanunun 7 və 8-ci maddələrinə əsasən 5 uşaqlı ana kimi hüququnun yarandığı 01 aprel 2019-cu ildən yaşa görə əmək pensiyası təyin edilməsi üçün 2019-cu ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xaçmaz rayon şöb əsinə ərizə ilə müraciət etmişdir. DSMF-nin Xaçmaz rayon şöbəsinin 01 mart 2020-ci il **********2 saylı məktubunda hal-hazırda qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7 və 8-ci maddələrinin şərtləri pozularaq 01 aprel 2019-cu ildən yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İmtina ərizəsində onun əmək kitabçası olmadığı və təqdim etdiyi sənədlərə əsasən cəmi 18 il 10 ay 23 gün iş stajı olduğu üçün pensiya hüququnun olmadığı bildirilir. Pensiya təyin edilməsi üçün DSMF-nin Xaçmaz rayon şöbəsinə ərizə ilə müraciət edərkən bütün lazımi sənədlərlə birlikdə əmək kitabçasının təsdiq edilmiş surətini və əmək kitabçasının əslini də təqdim etmişdir. 01 yanvar 2006-cı ildən qüvvədə olan "Əmək pensiyaları haqqında" Qanunun 7 və 8-ci maddələrinə və 01 yanvar 2006-cı ilə kimi qüvvədə olmuş "X1 haqqında " Qanunun 67-ci maddəsinin tələblərinə əsasən onun 27 il iş stajı ilə pensiya almaq hüququ vardır. Hətta onların qəbul etdiyi kimi 18 il 10 ay iş stajının olduğu halda da 2019-cu ilin yanvar ayının 1-dən "Əmək pensiyaları haqqında" Qanuna edilmiş dəyişikliklərə əsasən 2006-cı ilin yanvar ayının 01-nə müəyyən iş stajının və 2006-cı ilin yanvar ayından sonra hər hansı pensiya kapitalının olduğu üçün qanunun 7 və 8-ci maddələrinin tələblərinə uyğun olaraq yaşa görə əmək pensiya hüququnun olduğu halda ona pensiya təyin edilıməsindən əsassız olaraq imtina edilmişdir. DSMF-nin Xaçmaz rayon şöbəsinin 01 mart 2020-ci il **********2 saylı məktubunun əsassız hesab olunaraq, 56 yaşında 5 uşaqlı ana kimi 27 il 11 ay iş stajı ilə, “Əmək pensiyal arı haqqında” Azərbaycan Respublikası Qanununun 7 və 8-ci maddəsinə uyğun olaraq hüququnun yarandığı 01 aprel 2019-cu ildən yaşa görə əmək pensiyası təyin edilməsinin Xaçmaz rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Məhkəməyə təqdim etdiyi ƏƏSMN yanında DSMF Xaçmaz rayon şöbəsinin 01 mart 2020-ci il **********2 saylı cavab məktubundan da göründüyü kimi inzibati orqan əsassız olaraq ona hüququnun yarandığı 01 aprel 2019-cu ildən, yəni 56 yaşından 5 uşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
3. Sumqayıt İnzibati Məhkəməsinin 13.11.2020-ci il tarixli, 2-1(118)955/2020 nömrəli (sədr lik edən hakim İsmayıl Quliyev) qərarına əsasən, iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən “X1 haqqında” Qanunun 67-ci maddəsinə, «Əmək pensiyaları haqqında» Qanununun 7 və 8.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur.
5. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 13.11.2020-ci il tarixli, 2-1(118)-955/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.02.2021-ci il tarixli, 2-1(105)-163/2021 nömrəli (hakimlər Fuad Məmmədov - sədrlik edən və məruzəçi, Z aur Məmmədov və Hökümə Babayeva) qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməsi, birinci instansiya məhkəməsinin 13.11.2020-ci il tarixli, 2-1(118)-955/2020 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi və iddianın təmin edilməsi, İddiaçı 01 aprel 2019-cu ildən “Əmək pensiyaları haqqında” Qanunun 7 və 8-ci maddələrinə əsasən 5 uşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilməsi Dövlət Sosial Müdafiə X11 şəxsinin 2 saylı regional ərazi filialının üzərinə qoyulması qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən «Əmək pensiyaları haqqında» Qanununun 7, 8, 8.1, 22-1.2.1-ci maddələrinə, “X1 haqqında” Qanunun 67-ci maddəsinə əsaslanaraq hesab etmişdir ki, iddia qanuni və əsaslıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın də lilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
8. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh orqanın vətəndaşa 06 mart 2020-ci il tarixli **********7 nömrəli məktubunda vətəndaşın əmək kitabçası olmadığı və təqdim edilən sənədlərə əsasən 18 il 10 ay 23 gün sığorta stajı olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Sumqayıt İnzibati Məhkəməsi qərar çıxararkən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa istinad etmişdir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən 5 və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
9. Həmin Qanunu n 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddəyə qeyddə göstərilmişdir ki, həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Hazırda qüvvədə olan qanun normalarından göründüyü kimi 5 u şaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin beş uşaq doğub 8 yaşınadək tərbiyə etməsi ilə yanaşı müəyyən edilmiş yaş həddinə, 2019-cu il üçün 56 yaş həddinə, zəruri pensiya kapitalına və ya 25 il iş stajına malik olması şərt olaraq göstərilir. Lakin, hazırkı iş üzrə iddiaçının ona 5 uşaqlı ana kimi pensiya təyin edilməsi üçün zəruri olan iş stajına və ya pensiya kapitalına malik olması müəyyən olunmur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının 01.01.2006-cı il tarixə kimi 18 il 09 ay 03 gün, 01.01.2006-ci il tarixdən sonra isə 02 il olmaqla cəmi 20 il 09 ay sığorta stajı vardır və 01.04.2019-cu il tarixdə olan 160 manat minimum əmək pensiyasına imkan verən 23040 manat pensiya kapitalı tələb olunur. İddiaçının isə cəmi 13547.38 manat pensiya kapi talı vardır.
10. Eyni zamanda, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən sığorta stajı əmək kitabçasına əsasən müəyyən olunur. İddiaçının 1978 - 1985, 1988 və 1994-cü illərdə "Engels" adına sovxozda işləməsi faktı əmək kitabçasına qeyd edilməyib. Lakin həmin müddət ilkin olaraq 20 il 09 ay sığorta stajına daxil edilib. Belə ki, iddiaçı 01.07.2017-ci il tarixə kimi qüvvədə olan şərt ilə, yəni 10 il sığorta stajı tələb olunmaqla yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Bundan əlavə, iddiaçının "X1 haqqında" Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin "e " bəndinə uyğun olaraq (işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst - üstə 6 ildən çox olmayaraq) 24.11.1988-ci il təvəllüdlü X3 adlı uşağa görə 01,04.1989-cu ildən 21.01.1991 -ci ilə kimi 01 il 10 ay 20 gün, 22.02.1991–ci il təvəllüdlü X6 və X7 adlı uşaqlara 22.02.1991-ci ildən 22.02.1994-cü ilə kimi 3 il və cəmi 4 il 10 ay 20 gün uşaqlara qulluğa görə iş stajı olması dəlili əsaslı hesab edilməməlidir. İddiaçı hazırda qüvvədə olmayan normaya əsasən sosial sığorta stajının nəzərə alınmasını xahiş edir ki, mövcud qanunvericilikdə bu halın nəzərə alınmasını müəyyən edən hüquqi əsas mövcud deyil. İddiaçıya pensiya təyin edilməsi üçün tələb olunan zəruri olan iş stajına və ya pensiya kapitalına malik olmadığına görə cavabdeh inzibati orqanın i mtinası əsaslı olmuşdur.
11. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin 22.02.2021-ci il tarixli, 2-1(105)-163/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kasasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kas asiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 22.02.2021-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
14. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
15. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qa nuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
17. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 22.02.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
19. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91- ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
20. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
21. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin yaşa görə əmək pensiy ası təyin etməkdən imtinası əsassızdır.
23. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, iddiaçının 08.04.1985-ci il təvəllüdlü Xəyalə, 06.07.1986-cı il təvəllüdlü Şəlalə, 24.11.1988-ci il təvəllüdlü Mikayıl, 22.01.1991-ci il təvəllüdlü Cəmil və Xəyal adlı beş uşağı var. Xaçmaz rayon Dövlət Arxivinin 16 mart 2020-ci il tarixli, 206 nömrəli arxiv çıxarışından görünür ki, iddiaçı 19.06.1978-ci ildə briqadaya fəhlə qəbul edilmiş, körpə uşağı olduğu üçün ona 01.04.1989-cu ildən uşağın 1 yaşı olana qədər analıq məzuniyyəti verilmiş, 15.05.1994-cü ildən briqadaya fəhlə qəbul edilmiş, 01.09.1994-cü ildə işdən azad edilmişdir. ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01.01.1996-cı ildə Niyazabad kənd orta məktəbinə xadimə vəzifəs inə təyin edilmiş, şəxsi ərizəsi əsasında 24.12.2007-ci ildə işinə xitam verilmişdir.
24. Apelyasiya instansiyası məhkəməsi tərəfindən həmçinin müəyyən edilmişdir ki, iddiaçı 24.11.1988-ci il təvəllüdlü X2 adlı uşağa görə 01.04.1989-cu ildən 21.01.1991-ci ilə kimi 01 il 10 ay 20 gün, 22.02.1991-ci il təvəllüdlü X4 və X5 adlı uşaqlara 22.02. 1991-ci ildən 22.02.1994-cü ilə kimi 3 il və cəmi 4 il 10 ay 20 gün uşaqlara qulluğa görə məzuniyyətdə olmuşdur və həmin müddətdə işdən azad edilməmişdir, arxiv çıxarışından da göründüyü kimi iddiaçının işdən çıxma əmri verilməmişdir.
25. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən həmçinin müəyyən edilmişdir ki, qanunvericilik şəxsin 2006-cı ilin yanvar ayının 1-dək 25 il sığorta stajının olmasını zəruri hesab edir. İddiaçı isə Niyazabad kənd orta məktəbində 24 dekabr 2007-ci ilə kimi işləmişdir. Göründüyü kimi, iddiaçı 01 aprel 2019-cu il tarixdə 56 yaşı tamam olmaqla 25 il staja malik 5 uşaqlı anadır.
26. Belə ki, Azərbaycan Respublikasının «Əmək pensiyaları haqqında» Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər.
27. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir.
28. Həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1- dək hər il 6 ay artırılır. Qanununun “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
29. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığort a stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
30. Həmin Qanunun 22-1.2.1-ci maddəsinə əsasən, 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.
31. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
33. Həmin əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedi ci sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
34. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır.
35. Bu səbəbdən də Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdeh İddiaçı 56 yaşından 5 uşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilməsi əsassız olmuşdur.
36. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 22.02.2021-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.02.2021-ci il tarixli, 21(105)-163/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.