Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-978/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı5 Nazim qızı, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (torpaq sahəsinin planı və ölçüsü əsasında torpağa hüququn qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı5 Nazim qızı, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qar şı (üçüncü şəxs X6) “ A seriyalı 092794 saylı, 28 yanvar 2009-cu il tarixdə, 1319 nömrəsi ilə uçota alınmış “Torpaq sahəsinin plan və ölçüsü” sənədi ilə rəsmiləşdirilmiş Balakən rayonu, Tülü kəndində yerləşən 0,0816 hektar torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022ci il tarixli, 2-1(107)-2/2022 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Balakən Rayon Aqrar İslahat Komissiyasının 7 dekabr 1997-ci il tarixli, 37 nömrəli qərarı ilə iddiaçıların birgə mülkiyyətinə Balakən rayonunun Tülü kəndində 17 ha torpaq sahəsi verilmiş və qey d olunan torpaq sahəsinin 0,0816 ha hissəsi üzərində iddiaçıların hüquqları A seriyalı, 092794 nömrəli, 28 yanvar 2009-cu ildə 1319 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsü sənədi ilə rəsmiləşdirilmişdir.
2. Cavabdehin 8 iyul 2019-cu il tarixli, **********40 nömrəli məktubunda göstərilmişdir ki, X1 faktiki istifadəsində 0,07 ha həyətyanı torpaq sahəsi yoxdur. Bununla belə, X6 17 avqust 1989-cu il tarixli aktda qeyd olunan 0,07 ha torpaq sahəsinin yerləşdiyi ərazinin iddiaçılar İddiaçı1 və digərlərinin naturada istifadəsində olan və yaşayış evi inşa olunan torpaq sahəsi ilə eyni ərazi olduğunu bildirilmişdir.
3. Balakən rayonunun Tülü kəndində yerləşən iddiaçılar İddiaçı1 və digərlərinə Balakən Rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 nömrəli qərarı ilə verilmiş 0,17 ha torpaq sahəsinin və ləğv edilmiş DT və XK tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin “torpaq sahəsinin qaiməsi (sertifikatı)” hissəsində göstərilən 816 kv.m (0,0816 ha) sahənin sənəd üzrə və iddiaçılar İddiaçı1 və digərlərinin naturada metal torla hasara alınaraq bir mərtəbəli fərdi yaşayış evi inşa olunan 914 kv.m (0,0914 ha) sahənin sərhədlərini əks etdirən sxem təqdim olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçılar 5 may 2018-ci il tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək A seriyalı 092794 saylı, 28 yanvar 2009-cu il tarixdə, 1319 nömrəsi ilə uçota alınmış “Torpaq sahəsinin plan və ölçüsü” sənədi ilə rəsmiləşdirilmiş Balakən rayonu, Tülü kəndində ye rləşən 0,0816 hektar torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər.
5. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 7 dekabr 1997-ci il tarixli, 37 saylı qərarına əsasən Balakən rayonu, Tülü kəndində 0,17 hektar torpaq sahəsi onların birgə mülkiyyətinə verilmiş və həmin sahənin 0,0816 hektar olan hissəsi üzərində hüquqları 28 yanvar 2009-cu il tarixdə 1319 nömrə ilə A seriyalı 092794 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması məqsədilə cavabdehə müraciət olunmuş, lakin cavabdeh torpaq sahəsi üzərində onların hüquqlarının dövlət qeydiyyatına al ınmasından imtina etmişdir.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının və ailə üzvlərinin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətə baxılarkən, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən verilmiş A092794 saylı “Torpaq sahəsinin plan və ölçüsü” sənədinə əsasən daşınmaz əmlakın dövlət reyestrində iddiaçı və ailə üzvlərinin adına qeydiyyata alınmış Balakən rayonu, Tülü kəndində yerləşən 0,0816 hektar torpaq sahəsi üzərindəki hüquqlarının Şəki Apellyasiya Məhkəməsinin 13 iyul 2017-ci il tarixli, 2(1070-1378/2017 nömrəli qətnaməsinə əsasən ləğv edildiyi, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməs inin 13 dekabr 2017-ci il tarixli, 2(102)8643/17 saylı qərarı ilə təmin edilmədiyi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanıldığı müəyyən olunmuşdur. Bu səbəbdən, iddiaçı tərəfindən verilmiş ərizənin icrası mümkün olmamışdır.
7. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03 avqust 2018-ci il tarixli, 2-1(84)865/2018 nömrəli qərarı ilə (hakim Kənan Vəliyev) iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli 816 kv.m torpaq sahəsinə dair iddiaçıların mülkiyyət hüquqları cavabdeh tərəfindən RX seriyalı, ******* saylı çıxarışla rəsmiləşdirilsə də, sonradan Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi ilə həmin çıxarış ləğv edilmişdir. Beləliklə, həmin torpaq sahəsinə iddiaçıların adına verilmiş çıxarış qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə əsassız sayılaraq ləğv edilmişdir. Həmçinin, həmin qətnamə ilə mübahisə predmeti olan torpaq sahəsi üzərində üçüncü şəxsin gözlənilən mülkiyyət hüquqlarının olması halı da müəyyən edilmişdir.
9. İddiaçılar apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 noyabr 2018-ci il tarixli, 2-1(107)-564/2018 nömrəli qərarı ilə (sədrlik edən Gündüz Abbasov, hakimlər Rövşən Rəfiyev və Mübariz Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır..
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi i lə razılaşmışdır.
12. İddiaçılar kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 fevral 2019-cu il tarixli, 2-1(102)-879/2019 saylı qərarı ilə (sədrlik edən Zakir Quliyev, hakimlər Nigar Rəsulbəyova və İlqar Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məkhəməsinin qərarı ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır..
14. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya məkhəməsinin istinad etdiyi Şəki Apellyasiya Məhkəməsinin 13 iyul 2017-ci il tarixli, 2(107)-1378/2017 nömrəli qətnaməsi ilə Balakən rayon Tülü Bələdiyy əsinin iddiaçıya verdiyi 2016-cı il tarixli torpağa dair plan sxem etibarsız hesab olunmuş, hazırki iddia tələbinin əsasını isə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 28 yanvar 2009-cu il tarixli, A092794 saylı torpaq sahəsinin plan və ölçüsü təşkil etmişdir. Apellyasiya məhkəməsi qərar qəbul edərkən ətraflı araşdırma aparmadan işin göstərilən halını nəzərə almamışdır. İşin təkrar baxışı zamanı Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1378/2017 nömrəli inzibati işi tələb edilməklə, Balakən rayon Tülü Bələdiyyəsi tərəfindən iyul 2016-cı il tarixdə iddiaçıya verilmiş torpaq sahəsinə dair plan-sxemin tərtib edilərək verilməsinin əsasları araşdırılmalı və işdə olan digər sübutlarla yanaşı düzgün qiymət verilməklə qərar qəbul olunmalıdır. ç. apellyasiya in stansiyası məhkəməsindəki ikinci icraat
15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 avqust 2019-cu il tarixli, 2-1(107)-312/2019 nömrəli qərarı ilə (sədrlik edən Rafail Əliyev, hakimlər Akif Eyvazov və İmanverdi Şükürov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia təmin edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Balakən rayon Tülü Bələdiyyəsi tərəfindən iddiaçıya verilmiş iyul 2016-cı il tarixli torpağa dair plan-sxemin heç bir əsası olmadığından həmin plan sxem əsasında iddiaçıya və onun ailə üzvlərinə verilmiş 27 iyul 2016-cı il tarixli, ******* nömrəli hüquqların qeydiyyatı haqqında çıxarış Şəki Apellyasiya Məhkəməsinin 13 iyul 2017-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Bala kən rayon Aqrar İslahat Komissiyasının 7 dekabr 1997-ci il tarixli, 37 saylı qərarı ilə onların birgə mülkiyyətinə verilmiş Balakən rayon Tülü kəndində yerləşən 17 hektar torpaq sahəsinin 0,0816 hektar hissəsi üzərində 28 yanvar 2009cu il tarixdə 1319 nömrə ilə uçota alınmış A092794 saylı torpaq sahəsinin plan və ölçüsü sənədi təşkil etmişdir. Balakən rayonunda aqrar islahat aparılmazdan əvvəl iddiaçının üzv olduğu kolxoz tərəfindən ona torpaq sahəsi verildiyindən, rayonda aqrar islahat aparılan zaman isə Balakən rayon Aqrar İslahat Komissiyasının 7 dekabr 1997-ci il tarixli, 37 saylı qərarı ilə iddiaçı və onun ailə üzvlərinin birgə mülkiyyətinə cəmi 1700 kv.m həyətyanı torpaq sahəsi verildiyindən, iddiaçıların həmin torpaq sahəsinin 816 kv.m hissəsi üzərində mülkiyyət hüquqlarının daşınma z əmlakın dövlət reyestrində qeydə alınmasına dair tələbləri qanuni və əsaslı olmuşdur. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Torpaq islahatı haqqında” Qanunun 1, 8, 9, “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlarının onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”nin 1, “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamə”nin 3, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1, 10.1-ci maddələri ilə əsaslandırmışdır..
17. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndər ilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. d. kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə) 2020-ci il 29 yanvar tarixli, 2-1(102)-57/2020 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 avqust 2019-cu il tarixli, 2-1(107)-312/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
19. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, plan və ölçüdə göstərilmiş koordinatlarla bağlı cavabdehin bildiklərindən apellyasiya məhkəməsinə məlum olmuşdur ki, həmin ərazi üçüncü şəxsə verilmiş torpaq sahəsinin ərazi hüdud ları ilə üst-üstə düşür. Lakin bu hissədə cavabdehin bildirdiyi dəlillər üzrə apellaysiya məhkəməsi hər hansı bir araşdırma və qiymətləndirmə aparmamışdır. Apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-in 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. e. apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
20. Şəki Apellyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının ( hakimlər X2-sədrlik edən və məruzəçi, X7 və X3 ibarət tərkibdə) 17 fevral 2022-ci il tarixli, 2-1(107)-2/2022 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 3 avqust 2018-ci il tarixli 2-1(84)865/2018 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli torpaq sahəsinin iddiaçıların mülkiyyətinə verilməsi təsdiq olunur. Buna baxmayaraq, cavabdehin Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 37 nömrəli qərarı ilə Balakən rayonunun Tülü kəndində iddiaçıların birgə mülkiyyətinə verilmiş 17 ha torpaq sahəsinin 0,0816 ha hissəsi üzərində 28 yanvar 2009-cu ildə 1319 nömrə ilə uçota alınmış A seriyalı 092794 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən iddiaçılar a hüquqların daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanuni və əsaslı olmamış, birinci instansiya məhkəməsi də həmin nəticə ilə uyğun olan qərar qəbul edib iddianı təmin etməməklə düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsaslı olduğu üçün təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və yeni qərar qəbul edilərək iddia tələbi təmin olunmalıdır.
22. Üçüncü şəxs kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
23. Məhkəmə iddiaçılara və üçüncü şəxsə ayrılmış torpaq sahəsinin eyni sahə olub-olmadığını müəyyən etmək üçün kifayət qədər araşdırma aparmadan, gəldiyi nəti cəni iş materiallarındakı sənədlərlə əsaslandırmadan hesab edib ki, mübahisəli 0.0816 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən Eldar Məhərrəmova ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür, 092794 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinin cizgiləri daxilindədir. Bununla da, məhkəmə üçüncü şəxsə torpaq ayrılması ilə bağlı sənədlərə qiymət vermək vəzifəsindən özünü azad edib və əsaslandırıcı hissədə həmin sənədlərin demək olar ki, heç birinə münasibət bildirilməyib. Halbuki, Cavabdeh 27 oktyabr 2016-cı il, xx.xx.2018-ci il və 09 avqust 2021-ci il tarixli məktublarında X1 0,07 ha torpaq sahəsinin olması və həmin torpağın İddiaçı1 Abduhəmid oğlunun torpaq sahəsi ilə üst‐üstə düşməsi barədə məktubları mövcuddur. Məhkəmə bu ziddiyyətə əhəmiyyət verməy ib. Qərarda bu ziddiyyətin həlli ilə bağlı heç bir əsaslandırma yoxdur. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, “Torpaq islahatı haqqında” Qanunun 1, 8-ci maddələrinə istinad etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiy yələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 26.”Torpaq islahatı haqqında” Qanun Maddə
8. Xüsusi mülkiyyətdə olan torpaqlar Xüsusi mülkiyyətdə olan torpaqlara dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, torpaqların alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin bağlanması, habelə torpaqların hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında üzərində fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyət hüququ yaranmış torpaq sahələri aiddir. Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektivə kooperativ bağların, dövlət bağ çılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir
27. İnzibati Prosessual Məcəllə: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 5 8.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafi q apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyas iya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq norm alarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. İddia tələbi Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 37 nömrəli qərarı ilə iddiaçıların birgə mülkiyyətinə verilmiş Balakən rayonunun Tülü kəndində yerləşən 17 ha torpaq sahəsinin 0,0816 ha hissəsi üzərində 28 yanvar 2009-cu ildə 1319 nömrə ilə uçota alınmış A seriyalı 092794 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən iddiaçıların mülkiyyətlərində olan torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədir.
32. Kasasiya şikayətinin dəlil inə görə Şəki Apellyasiya Məhkəməsinin 13 iyul 2017-ci il tarixli 2(107)-1378/2017 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə Balakən rayon Tülü bələdiyyəsinin cavabdehə vermiş olduğu iyul 2016-cı il tarixli torpağa dair plan-sxemin etibarsız hesab edilməsi, onun əsasında Cavabdeh tərəfindən Balakən rayonunun Tülü kəndində yerləşən 0,0816 hektar torpaq sahəsinə İddiaçı1, Rəhilə İbadova, İddiaçı2, İddiaçı4, İddiaçı3 adına verilmiş 27 iyul 2016-cı il tarixli ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı ərazi idarəsinin xx.xx.2018-ci il tarixli **********75 nömrəli məktubundan görünür ki, A seriyalı 092794 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində g östərilən 816 kv.m torpaq sahəsi Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(107)-1378/2017 nömrəli qətnaməsi ilə ləğv edilmiş RX seriyalı ******* nömrəli çıxarışda göstərilən 0,0816 ha torpaq sahəsi ilə eynidir. Mübahisəli 816 kvadrat metr torpaq sahəsinə dair iddiaçıların mülkiyyət hüquqları cavabdeh orqan tərəfindən RX seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmiş, Şəki Apelyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsi ilə həmin çıxarış ləğv edilmişdir. Eyni torpaq sahəsinə, eyni şəxslərin adına verilmiş çıxarışın əsassız sayılaraq ləğv edilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qərarı mövcuddur.
33. Apelyasiya instansiyası məhkəməsinin araşdırmasından görünür ki, qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsinin 13 iyul 2017-ci il tarixli qətnaməsi ilə Bal akən rayon X5 İbadova 2016-cı ilin iyul ayında verdiyi torpağa dair plan-sxem etibarsız hesab olunduğu halda, hazırkı iddiada iddiaçılar Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin onlara verdiyi 28 yanvar 2009-cu il tarixli A № 092794 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə istinad edərək torpaq sahəsinə hüququn qeydə alınmasını xahiş edirlər.
34. İddiaçının hüququn qeydə alınmasının faktiki əsası kimi istinad etdikləri 28 yanvar 2009-cu il tarixli A № 092794 nömrəli torpaq sahəsinin planı və ölçüsü qüvvədədir.
35. Apelyasiya məhkəməsi 13 iyul 2017-ci il tarixli qətnamə ilə bağlı mülki işə baxış keçirmiş, Balakən rayon Tülü Bələdiyyəsi tərəfindən iyul 2016-cı il tarixdə İddiaçı1 verilmiş torpaq sahəsinə dair adıçəkilən plan-sxemin tərtib edilərək verilm əsinin əsasları araşdırılmış, Balakən rayon Tülü Bələdiyyəsi və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı ərazi idarəsinə sorğular verilib müvafiq cavablar alınmışdır.
36. Balakən rayon Tülü Bələdiyyəsi 4 iyul və 8 avqust 2019-cu il tarixli məktublarında bildirmişdir ki, sorğuda qeyd olunan X6 ilə İddiaçı1 0,07 ha torpaq sahəsinin üst-üstə düşməsi, qonşu olması və koordinatları barədə Tülü Bələdiyyəsində torpaq sahəsinin elektron xəritələri olmadığı üçün məlumat verilməsi təmin edilə bilmir.
37. Bələdiyyənin cavabından görünür ki, bələdiyyənin İddiaçı1 vermiş olduğu iyul 2016-cı il tarixli torpağa dair plan-sxemin heç bir əsası olmamışdır. Məhz bu səbəbdən də həmin plan-sxem əsasında İddiaçı1 və onun ailə üzvlərinə verilmiş 27 iyul 2016 -cı il tarixli ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Şəki Apelyasiya Məhkəməsinin 13 iyul 2017-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir.
38. Respublika Dövlət Arxivinin Şəki filialının iş materiallarında olan 2 noyabr 2016cı il tarixli məktubunda göstərilir ki, Balakən rayon Tülü kənd N.Nərimanov adına kolxozun 1982-ci ilin qaytanlanmış torpaq kitabına əsasən 780-ci sırada İddiaçı1 Həmid oğlunun torpağının cəmi 0,07 olması qeyd edilmişdir.
39. Balakən rayonunda aqrar islahat aparılmazdan əvvəl iddiaçının üzvü olduğu kolxoz tərəfindən ona torpaq sahəsi verilmiş, rayonda aqrar islahat aparılan zaman isə Balakən Rayon Aqrar İslahat Komissiyasının 7 dekabr 1997-ci il tarixli 37 nömrəli qərarı ilə iddiaçı və onun ailə üzvlərinin mü lkiyyətinə cəmi 1700 kv.m həyətyanı torpaq sahəsi verilmişdir ki, iddiaçılar bu gün həmin torpaq sahəsinin 816 kv.m üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb edirlər.
40. Apelyasiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiiqtisadi kollegiyasının 29 yanvar 2020-ci il tarixli, 2-1(102)-57/2020 saylı qərarının göstərişlərinə uyğun olaraq iddiaçılara ayrılmış torpaq sahəsi ilə bağlı siyahı əldə etmişdir. Siyahıda İddiaçı1, arvadı İddiaçı5 Nazim qızı, oğlu İddiaçı2, oğlu İddiaçı3 Müsənif oğlu, qızı İddiaçı4 adları qeyd edilmişdir.
41. Həmçinin Balakən rayonu Tülü kənd “N.Nərimanov” adına kolxozun 1982-ci ilin qaytanlanmış torpaq kitabına əsasən 780-ci sırada İddiaçı1 Həmid oğlunun torpağının cəmi 0,07 olması qeyd edilmişdir.
42. Apelyasiya məhkəməsi mütəxəssis rəyi almış və rəydə göstərilmişdir ki, iddiaçılar Balakən rayonu Tülü kənd sakinləri İddiaçı1 və digərlərinə Azərbaycan Respublikası DT və XK-si tərəfindən verilmiş 28 yanvar 2009-cu ıl tarixli A seriyalı, 092794 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi Elektron məlumat bazasına əsasən Balakən rayonu Tulu kənd sakini İddiaçı1 adına tərtib edilmişdir. Tülü Bələdiyyəsi tərəfindən verilmiş torpaq sahəsinə dair planda göstərilən cizgilərlə DT və XK tərəfindən verilmiş A seriyalı, 092794 saylı torpaq sahəsinin planı və ölçüsü sənədindəki cizgilər eynidir. (sxem 1) A seriyalı, 092794 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0.0816 ha torpaq sahəsi Elektron məlumat bazasına əsasən Balakən rayonu Tülü kənd sakini X4 məxsus torpaq sahələri i lə üst-üstə düşmür, iddiaçıların (İddiaçı2 və onun ailə üzvləri) hal-hazırda yaşadıqları yaşayış evi A seriyalı, 092794 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinin cizgiləri daxilində yerləşir.
43. Mütəxəssis rəyinə əsasən, 092794 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0.0816 ha torpaq sahəsi Elektron məlumat bazasına əsasən üçüncü şəxsə məxsus torpaq sahələri üst-üstə düşmür iddiaçıların hal-hazırda yaşadıqları yaşayış evi A seriyalı, 092794 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinin cizgiləri daxilində yerləşməsi qeyd olunmuşdur.
44. Bundan başqa, Şəki İnzibati Məhkəməsinin 26 noyabr 2-1(116)-1179/2021 saylı qərardadından görünür ki, iddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlə t Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı “Balakən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 saylı qərarı ilə üçüncü şəxslərə verilmiş A N 092794 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin, Balakən rayon Tülü kənd N.Nərimanov adına kolxozun 08 avqust 1989-cu il tarixli 4 nömrəli ümumi yığıncağı ilə kolxozun təhkim komissiyasının 17 avqust 1989-cu il tarixli AKT-na əsasən mülkiyyətinə verilmiş 0,07 ha həyətyanı torpaq sahəsinin üzərinə vurulmuş, 613 C olan hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamış, həmin qərardad 20 dekabr 2021-ci ildə qüvvəyə minmişdir.
45. Apelyasiya instansiyası məhkəməsi əldə edilən sübutlara əsasən haqlı olaraq belə nəticəy ə gəlmişdir ki, mübahisəli torpaq sahəsi ən azından qüvvədə olan plan və ölçü sənədinə əsasən iddiaçıların qanuni istifadəsindədir. Odur ki, onların plan və ölçü sənədində qeyd edilən torpağa mülkiyyət hüququnu dövlət qeydiyyatına almaq hüquqları olmuşdur.
46. Apelyasiya instansiyası məhkəməsi işə baxan zaman yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərinə əməl edərək əsaslı olaraq iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. Kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar olmadığından təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
47. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edil məsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli, 2-1(107)-2/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.