Məhkəmə qərarları › İş №2-1(102)-978/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-978/2023

25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-978/2023 25.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlük şərti; mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcudluğu) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1988-ci il təvəllüdlü; FİN: 2SZYNER) cavabdeh Azərbaycan Respub likası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “istifadəsində olan torpaq sahəsinə dair çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2-1(103)321/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı ünvan 1 ünvanında yerləşən, 0.07 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin üzərində vahid əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bununla bağlı müvafiq çıxarışın və t exniki pasportun, daşınmaz əmlaka ünvan verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2-1(81)3494/2019 nömrəli qərarı ilə iddiaçı tərəfindən 0.07 ha torpaq sahəsinə hüquqlarını təsdiq edən sənəd məhkəməyə təqdim edilmədiyindən, iddia tələbi qismən təmin edilərək, iddiaçının adına ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi, daşınmaz əmlaka (fərdi yaşayış evinə) texniki pasportun verilməsi və daşınmaz əmlaka ünvan verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, iddianın qalan – 0.07 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun iddiaçının adına dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi hissəsində təmin edilməməsi qərara alınmışdır.

3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-982/2020 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2-1(81)3494/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020ci il tarixli, 2-1(102)-2300/2020 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2020-ci il tarixli, 2-1(103)-982/2020 nömrəli qərarı d əyişdirilmədən saxlanılmışdır. 5. ünvan 2 ünvanında 0.0101 ha torpaq sahəsində yerləşən 157.7 kv.m fərdi yaşayış evinin üzərində iddiaçının xüsusi mülkiyyət hüququ qeydə alınmış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin çıxarışda torpaq sahəsinin mülkiyyət növü dövlət mülkiyyəti kimi qeyd edilmişdir.

6. İddiaçı ünvan 2 ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakn dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir.

7. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********05 nömrəli imtina məktubunda göstərilmişdir ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində və Azərba ycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Göstərilən torpaq sahəsi elektron kadastr məlumatına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazinin hüdudları daxilində yerləşir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək **********25-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyya t tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən, xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin və ona aid köməkçi tikililərin yerləşdiyi, istifadəsində olan 0,063 ha torpaq sahəsinin mövcud qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə verilərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ barədə adına qeydiyyat aparılması və buna müvafiq olaraq həmin torpaq sahəsinə münasibətdə adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, **********25-10301 reyestr nömrəli ******* *** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, ev 16F ünvanında yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Həmin fərdi yaşayış evi üzrə xx.xx.2021-ci il tarixində **********25-10301 reyestr nömrəli texniki pasport tərtib edilmişdir. Qeyd edilən texniki pasporta əsasən fərdi yaşayış evinin istifadəsində olan faktiki torpaq sahəsinin ölçüsü 0,063 hektardır. Həmin torpaq sahəsində tikinti altı sahəsi 101 kv.m olan fərdi yaşayış evi, 4,4 kv.m (sanitar qovşağı) və 10,2 kv.m (anbar) olan 2 ədəd köməkçi tikili, 17,9 kv.m olan hasar və 2 ədəd darvaza yerləşir. Göründüyü kimi, mülkiyyətində olan fərdi yaşayış evinin və ona aid köməkçi tikililərin yerləşdiyi 0,063 ha torpaq sahəsi onun istifadəsindədir. Binəqədi qəsəbə hüdudları daxilində yerləşən istifadəsində olan torpaq sahəsinin yerləşdiyi ərazi əvvəldən yaşayış ərazisi olmuş, həmin ərazidə 1910-cu ildə inşa edilmiş bir mərtəbəli, barak tipli çox mənzilli yaşayış binasının (Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, ev 16) 7 saylı mənzili Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş ÖM № 222737 saylı qeydiyyat vəsiqəsinə əsasən xx.xx.2005-ci il tarixdən onun mülkiyyətində olmuşdur. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının 14 saylı xx.xx.2005-ci il tarixli sərəncamı ilə verilmiş icazənin əsasında həmin mənzil sökülüb yerində 2006-ci ildə fərdi yaşayış evi inşa edilm iş və onun üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində **********25-10301 reyestr ********** qeydiyyat nömrə ilə xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır. Həmin mənzilin 715 inventar nömrəli xx.xx.2004-ci il tarixli texniki pasportundan görünür ki, 1910-cu ildə inşa edilmiş 1 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşmiş 7 saylı mənzilin sanitar qovşağı (hamam- tualet) və kanalizasiya sistemi olmamışdır. Buna görə də 1910-cu ildən 7 saylı mənzilin sahibləri tərəfindən həmin mənzildə insanın daimi yaşaması üçün zəruri olan şəraitin yaradılması məqsədilə halhazırda istifadəsində olan torpaq sahəsində maye çirkab quyusu, sanitar qovşağı (hamam-tualet) və yeraltı su hovuzu inşa edilmişdir. Bununla yanaşı həmin torpaq sahəsində yaşıllaşdırma-abadlaşdırma işləri onun tərəfind ən davam etdirilir. Fərdi yaşayış evi (mənzil) yerləşən və ondan istifadə üçün zəruri olan torpaq sahəsinin ölçüsü 0,063 ha təşkil etmişdir.

10. Cavabdeh tərəfindən təqdim edilən iddia tələbinə dair yazılı etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil etmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 8 iyun 2022-ci il tarixli, 2-1(112)-4668/2022 nömrəli qərardadı (hakim A.A.Abdullayeva) ilə iddia mümkün sayılmamışdır.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki mübahisə üzrə tərəflər arasındakı mübahisəyə əvvəllər başqa məhkəmə icraatında artıq hüquqi qiymət verilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qərarı olduğundan, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qə rarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan iddia tələbi mümkün sayılmamalıdır.

13. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2-1(103)-321/2023 nömrəli qərardadı (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və R.Ə.Səmədov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 8 iyun 2022-ci il tarixli, 2-1(112)-4668/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı həmin qərar daddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli qərardadı qəbul edərkən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, ev 16F ünvanında yerləşən fərdi yaşayış evi və ona aid tikililər üzrə iddiaçının xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığını nəzərə almamışdır. Belə ki, bu sonuncu halın olması ilə iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evi və ona aid tikililərin yerləşdiyi həyətyanı 0,063 ha torpaq sahəsi Azərbaycan Respublikasının “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinin əhatə dairəsinə daxil olur. Lakin məhkəmə tərəfindən həmin normanın tələbləri pozulmuşdur.

18. Bundan başqa, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 2-1(81)-3494/2019 nömrəli iş üzrə Binəqədi qəsəbəsi hüdudları daxilində yerləşən, 1910-cu ildə inşa edilmiş çoxmənzilli binanın hissəsi olan mənzilin sökülüb yerində inşa olunmuş fərdi yaşayış evin və ona aid 0,07 ha həyətyanı torpaq sahəsinin üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə baxmışdır.

19. Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-4668/2022 nömrəli iş üzrə iddianın predmeti isə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, ev 16F ünvanında yerləşən d övlət qeydiyyatına alınmış, iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evin və ona aid tikililərin yerləşdiyi həyətyanı 0,063 ha torpaq sahəsinin üzərində onun hüquqlarının dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsidir. Yəni, ilk baxılan işdə və hazırda baxılan işdə hallar və əsaslar fərqli olduğundan məhkəmənin iddianın mümkün sayılmaması barədə qərardadı ləğv edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zərur i ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübu tlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.... 15.1. Məhkəmələrə tövsiyyə edilsin ki, işlərə baxarkən prosesin tərəfləri və onların prosesdə təmsil olunmaları ilə bağlı İPM-in müddəalarına əməl olunmasına ciddi diqqət yetirsinlər.... 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar....

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəy yən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə

78. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş ha llarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğ v edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbayca na qarşı” işi üzrə).

27. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin mahiyyətcə iddia ərizəsi ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək və onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşaraq həmin qərardadın təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

28. İddiaçının kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, ilk baxılan işdə və hazırda baxılan işdə hallar və əsaslar fərqlidir. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, ev 16F ünvanında yerləşən fərdi yaşayış evi və ona aid tikililər üzrə iddiaçının xüs usi mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından həmin fərdi yaşayış evi və ona aid tikililərin yerləşdiyi həyətyanı 0,063 ha torpaq sahəsi Azərbaycan Respublikasının “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinin əhatə dairəsinə daxil olur.

29. Halbuki, işin müəyyən edilən hallarından göründüyü kimi 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2-1(81)-3494/2019 nömrəli qərarı ilə iddiaçının iddia tələbinin ünvan 1 ünvanında yerləşən 0.07 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi hissəsi təmin edilməmişdir. İddiaçı tərəfindən həmin hissədən apellyasiya şikayəti verilmədiyindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2-1(81)-3494/2019 nömrəli qərarı iddianın təmin edilməyən hissəsində qanuni qüvvəyə minmişdir.

30. Qeyd edilən məhkəmə qərarı iddianın təmin edilən hissəsində isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)2300/2020 nömrəli qərarının qəbul edilməsi ilə qüvvəyə minmişdir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, istər əvvəlki işdə, istərsə də hazırda baxılan işdə mübahisə predmeti – torpaq sahəsi eyni olmuş, yəni hər iki iş üzrə də iddiaçının tələbi ünvan 1 (ünvan 4 ünvanındakı yaşayış evi altında yerləşən və onun istifadəsində olan torpaq sahəsi ilə bağlı olmuşdur.

32. İddiaçı yaşayış evi ilə bağlı məhkəmə qərarının qəbulu nəticəsində həmin evin statusunun dəyişməsi və hazırda faktiki torpaq sahəsinin ölçüsünün 0.063 ha olması ilə bağlı dəlillər irəli sürməklə prosessual məhdudiyyətl ərdən yayınmağa çalışaraq yenidən eyni məsələyə məhkəmə qaydasında baxılmasına nail olmaq istəyir ki, bu da yolverilməzdir. İddianın mahiyyəti də, obyekti də bütün hallarda dəyişməzdir.

33. Eləcə də, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 13 may 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

34. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı).

35. Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icras ı prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı).

36. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, işin bu vəziyyəti hazırki iş üzrə iddianın mümkün sayılmamasını şərtləndirir və apellyasiya instansiyası məhkəməsi iddianı mümkün saymamaqda haqlı, gəlinən nəticə İPM-nin 78-ci maddəsinin tələbinə uyğun olmuşdur. Belə ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması iddiaçı tərəfindən əvvəllər də inzibati qaydada mübahisələndirilmiş, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddia tələbi rədd edilmişdir (1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2-1(81)-3494/2019 nömrəli qərarı ilə iddia tələbi torpaq sahəsinə dair his sədə rədd edilmiş, iddiaçı tərəfindən rədd edilən hissə ilə bağlı apellyasiya şikayəti verilməmiş və qərar həmin hissədə qanuni qüvvəyə minmişdir).

37. İPM-nin 78-ci maddəsində mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburiliyini müəyyən edən qayda, mənasına görə eyni tərəflər arasında olan iş üzrə qanuni qüvvəyə minmiş qərarla müəyyən edilmiş faktların həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilmədiyini ehtiva edir. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.

38. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni fak tiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir.

39. İddiaçı yenidən eyni tələblə məhkəməyə müraciət etməsi üçün yeni əsasların mövcud olduğunu əsaslandıra bilməmiş, əvvəlki iş üzrə qərar qəbul edildikdən sonra torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd əldə etməsi ilə bağlı sübutlarını təqdim edə bilməmişdir.

40. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə işin hallarına və İPMnin tələblərinə uyğundur. Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. QƏRARA ALDİ: İddiaçının kassasiya ş ikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2-1(103)-321/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar