Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-979/2021 25.05.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: şikayətin dəlillərinə qiymət verilməyib; İPM-in 12 və 87.8-ci maddələrinin pozuntusu) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili X1, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə “əmək pensiyasının yenid ən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.11.2020-ci il tarixli, 2-1(103)1297/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1958-ci il tarixində doğulmuş, iddiaçı 04.09.1975-ci ildən 04.03.2010-cu ilə qədər əmək fəaliyyəti ilə məşğul olmuş, o cümlədən 24.05.1993-cü ildən 23.11.1994-cü ilə qədər Lənkəran rayon prokurorunun köməkçisi, 23.11.1994-cü ildən 13.06.2001-ci ilə qədər Qazax rayon prokurorunun köməkçisi, 13.06.2001-ci ildən 17.08.2005-ci ilə qədər Yevlax rayonu prokurorunun böyük köməkçisi, 17.08.2005-ci ildən 16.04.2010-cu ilə qədər İsmayıllı rayon prokurorunun köməkçisi, 16.04.2010-cu ildən 04.06.2010-cu ilə qədər Goranboy rayonu prokurorunun müavini vəzifələrində işləmişdir. 2. 2008-ci ildən 2010-cu ilə qədər hər il 3 dəfə olmaqla (2010-cu il istisna olmaqla) əmək haqqının 100%-i həcmində maddi yardım, 2010-cu ildə xəstəliyə görə əmək haqqının 200%-i həcmində müavinət, 2008 və 2009-cu illərdə məzuniyyətə çıxarkən 2 qat əmək haqqı həcmində müavinət, 1996-cı ildən 2001-ci ilə qədər Qazax rayon prokurorunun köməkçisi vəzifəsində işləyərkən 200% əmək haqqı almışdır, 13 iyul 2010cu il tarixdən ümumi xəstəlik səbəbindən İİ qrup əlildir, 13 iyul 2010-cu il tarixdən ona əlilliyə görə prokuror kimi əmək pensiyası təyin edilmişdir.
3. İddiaçı pensiyasının hesablanması zamanı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun un 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətini və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım, eyni zamanda sərhədyanı və cəbhə bölgəsində işlədiyi müddətdə ödənilmiş iki qat əmək haqqı nəzərə alınaraq pensiya hüququnun yarandığı tarixdən pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi tələbi ilə cavabdehə ərizə ilə müraciət etmiş, sonuncu 24 dekabr 2018-ci il tarixli, **********1 nömrəli məktubla qeyd olunan mükafat və yardımların alınması barədə Baş prokurorluq tərəfindən ver ilmiş arayışlar təqdim olunmadığı üçün ərizəni təmin etməkdən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Səbail rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun pensiyasının hesablanması zamanı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.8, 20.9, 21.4-cü maddələrinə əsasən prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətinin və prokurorluq işçilərinə hər il o nların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın, eyni zamanda sərhədyanı və cəbhə bölgəsində işlədiyi müddətdə ödənilmiş iki qat əmək haqqı nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, qanunvericiliyin tələblərinə görə prokurorluq işçilərinin əmək haqqları onların vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və digər ödənişlərdən ibarətdir. Qanunvericiklə prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayan maddi yardımın, hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatının və müalic ə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətinin nəzərdə tutulmasına baxmayaraq, cavabdeh iddiaçının əmək pensiyasını hesablayarkən göstərilən əlavələri nəzərə almamışdır. İddiaçı bununla bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciəti təmin olunmamışdır. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 21(81)1538/2019 saylı qərarı ilə (hakim Tahirə Əsədova) iddia təmin edilmişdir.
7. Məhkəmə hesab etmişdir ki, qanunvericilik prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar onlara ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətinin, hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatının və əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi y ardımın verilməsini nəzərdə tutmuşdur. İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş həmin əlavələri almasa belə, həmin normalar iddiaçının hüquqi vəziyyətini yaxşılarşdırdığından ona münasibətdə tətbiq olunmalıdır.
8. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti vermişdir b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 avqust 2019cu il tarixli, 2-1(103)-1438/2019 saylı qərarı ilə (sədrlik edən Vidadi Məmmədov, hakimlər Səriyyə Seyidova və İlham Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya məhkəməsi hesab etmişdir ki, qanunvericilik əmək haqqına olan sonrakı artım və alavələrin əmək pensiyasının hesablanması zamanı nəzərə alınmasını əmək pensiyası hesablanan şəxsin həmin əlavələri alması ilə şərtləndirməmişdir. Lakin cavabdeh iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş əlavələri alması barədə arayışın təqdim edilməməsi və həmin əlavələrdən sosial sığorta haqqlarının tutulmaması əsası ilə iddiaçının əmək pensiyasının həmin əlavələr nəzərə alınmaqla hesablanmasından imtina etmişdir. Halbuki, iddiaçının rəsmi arayışları mövcud olmuşdur. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.8, 20.9, 21.4, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.8, 29.3, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19, 24, 30.5, 32.2-1, maddələri ilə əsaslandırmı şdır.
11. Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 03.03.2020-ci il tarixli, 2-1(102)108/2020 nömrəli qərarına əsasən cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22.08.2019-cu il tarixli, 21(103)-1438/2019 saylı qərarı qismən – iddiaçının sərhədyanı və cəbhə bölgəsində işlədiyi müddətdə ödənilmiş iki qat əmək haqqı nəzərə alınmaqla pensiyanın yenidən hesablanması tələbinin təmin olunmuş hissəsində ləğv edilmiş və həmin hissədə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
13. Məhkəmə hesab et mişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən İPMnin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.10.2020-ci il tarixli qərardadı ilə DSMF Bakı şəhəri Səbail rayon şöbəsi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial ilə əvəz edilmişdir.
15. Ba kı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.11.2020-ci il tarixli, 21(103)-1297/2020 nömrəli qərarına görə (sədrlik edən və məruzəçi – Aida Hüseyn, hakimlər – Valeh Ağayev və Afaq Nuriyeva) apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2-1(81)1538/2019 saylı qərarının “iddiaçının sərhədyanı və cəbhə bölgəsində işlədiyi müddətdə ödənilmiş ikiqat əmək haqqı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması” tələbinin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
16. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı “iddiaçının sərhədyanı və cəbhə bölgəsində işlədiyi müddətdə ödənilmiş ikiqat əmək haqqı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması” təmin olunmuş his səsində qanuni və əsaslıdır.
17. Məhkəmə qərarı cavabdehə 01.02.2021-ci il tarixində təqdim edilmiş, cavabdeh həmin qərardan 01.03.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.11.2020-ci il tarixli, 2-1(103)-1297/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, işə ikinci dəfə apellyasiya instansiyası məhkəməsində baxılan zaman DSMF-nin Səbail rayon şöbəsi cavabdehlə əvəz olunsa da, iclasda cavabdehin iştirakı təmin edilməmişdir. Aydın məsələdir ki, cavabdehdə iddiaçının sənədlə ri olmamış və iş barədə məlumatı olmamışdır. Hətta, cavabdeh hələ də iddiaçıya dair sənədləri əldə edə bilməmişdir. Buna görə də, öz mövqeyini bildirmək, məhkəmə müdafiəsi hüququnun təmin edilməsi hüquqlarından məhrumdur.
19. İPM-in 92.0.4-cü maddəsinə əsasən də proses iştirakçısının aşkar və ya susmaqda ifadə olunan razılığı ilə məhkəmə icraatının aparıldığı hallar istisna olmaqla, proses iştirakçısı icraatda qanunun müddəalarına uyğun şəkildə təmsil olunmadıqda məhkəmə qərarı kassasiya qaydasında mütləq ləğv olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, cavabdeh kassasiya şikayətində məhkəmənin qərarını mübahisələndirməmiş və yalnız cavabdeh tərəfin məhkəmə iclasında iştirak etmədiyinə görə qərarın ləğv edilməsini xahiş etmişdir. Halbuki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında işə baxılmasının vaxtı və yeri barədə cavabdeh qanunvericiliyə uyğun məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və məhkəmə iclası bir neçə dəfə həmin səbəbdən təxirə salınmışdır. Bildirirəm ki, cavabdeh tərəfindən məlum kassasiya şikayəti əsassızdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında işə tam, hərtərəfli və obyektiv qaydada baxılaraq maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili İddiaçı izahat verərək kassasiya şikayətinin təmin ediməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin ediməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər.
24. Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə: a) Qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhəmiyyətli olan faktları yenidən araşdırmaq səlahiyyətinə malik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında qərar çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya qarşı, § 57). b) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53). c) Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). ç) Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və Razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27). d) Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X2rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). e) Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşulmaqla, istərsə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yurisdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60).
25. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərə findən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsasla ndırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. İlk növbədə qeyd edilməlidir ki, işə ilk dəfə kassasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən məhkəmə qərarı qismən – iddiaçının sərhədyanı və cəbhə bölgəsində işlədiyi müddətdə iki qat əmək haqqı nəzərə alınmaqla pensiyanın yenidən hesablanması tələbinin təmin olunmuş hissəsində ləğv edilmiş, qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır.
29. Apellyasiya instansiyası məhkəməsində də işə təkrar baxılarkən iddia tələbi bütövlükdə yox, məhz “iddi açının sərhədyanı və cəbhə bölgəsində işlədiyi müddətdə iki qat əmək haqqı nəzərə alınmaqla pensiyanın yenidən hesablanması” hissəsində araşdırılmışdır.
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.
31. Belə ki, hazırkı qərarın 25-ci bəndində qeyd olunan normalardan, həmçinin milli və beynəlxalq məhkəmələrin formalaşdırdığı hüquqi mövqelərdən aydın olur ki, apellyasiya instansiyası məhkəməsi öz qərarını əsaslandırmağa və apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməyə borcludur.
32. Cavabdeh öz apellyasiya şikayətində bu dəlillərə istinad etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinin məzmunundan görünür ki, “aldıqları əmək haqqı” dedikdə iddiaçının həmin əmək haqqının alması barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış başa düşülməlidir. İddiaçı isə pensiya hesablanması üçün şöbəyə belə bir arayış təqdim etmədiyinə görə qanunvericilikdə nəzərdə tutulmuş əlavələr orta aylıq əmək haqqına daxil edilə bilməz. Çünki, Qanun açıq və aydın şəkildə iddiaçının və ya bir başqasının qanunvericilikdə nəzərdə tutulan əmək haqqından deyil (və ya əmək haqqında daxil edilən əlavələr), aldıqları əmək haqqından pensiya hesablanmasını nəzərdə tutmuşdur.
33. Cavabdeh, eyni zamanda, apellyasiya şikayətində qeyd etmişdir ki, sosial sığorta hadisəsi baş verdikdə bütün şəxslər deyil, yalnız sığortaolunan şəxslərin sığorta ödəməsi almaq hüququ yaranır. İddiaçı “Prokurorluqda qulluqkeçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü m addələrində nəzərdə tutulmuş əlavələri almadığından və həmin əlavələrdən sosial sığorta haqqı tutulmadığından pensiyanın hesablanması zamanı həmin əlavələr nəzərə alınmır.
34. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi öz mövqeyini “Əmək pensiyaları haqqında” Qanunun iddiaçıya əmək pensiyası təyin edilərkən (13.07.2010-cu il tarixində) qüvvədə olan 20.8-ci maddəsi ilə əsaslandırsa da, cavabdehin apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlillərinə heç bir münasibət bildirməmişdir.
35. Halbuki, hazırkı qərarın 23-25-ci bəndlərində göstərilən normaların məzmunundan da görünür ki, apellyasiya instansiyası məhkəməsi qərarda cavabdehin işin mahiyyəti üzrə bütün arqumentlərini detallı şəkildə, heç biri rədd edilmədən araşdırmalı, rədd edildiyi halda isə buna əsas olmuş dəqiq səbəblə r təqdim etməli idi.
36. Beləliklə, məhkəmə qərarda apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməyərək İPM-in 87.8-ci maddəsinin tələbini pozmuşdur. Halbuki, İPM-in 12-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı idi.
37. Odur ki, yuxarıda qeyd olunanlara əsasən cavabdehin kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.11.2020-ci il tarixli, 21(103)-1297/2020 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
38. İşə təkrar baxan məhkəmə apellyasiya şikayətinin dəlillərini qiymətləndirməli, iş üçün mühüm əhəmiyyət kəsb edən halları tərəflərin bildirməsindən asılı olmayaraq araşdırmalı, nəticədən asılı olaraq ədalətli qərar qəbul etməli və öz qərarında gəldiyi nəticəni əsaslandırmalıdır.
39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.11.2020-ci il tarixli, 21(103)-1297/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.