Məhkəmə qərarları › İş №2-1(102)-979/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-979/2022

06.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-979/2022 06.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (çıxarışın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X13, X9) “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 17 aprel 2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** qeydiyyat nömrəsi ilə 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqəsində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın, 13 noyabr 2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** qeydiyyat nömrəsi ilə 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqəsində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarı ş”ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-85/2022 nömrəli, 3 mart 2022-ci il tarixli qərarından üçüncü şəxs X13 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ünvan 2 ünvanladığı məktubda (məktubun nömrəsi və tarixi qeyd edilməmişdir) qeyd edilir ki, X13 tərəfindən şəhərin A. Həmidov küçəsi, döngə 3, 3A nömrəli ünvanda inşa edilmiş fərdi yaşayış evi və sonradan ona əlavə aparılmış artırmalar inşaat norma və qaydalarına uyğundur.

2. RX seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş çıxarışa əsasən ünvan 1 ünvanında 0,0313 ha torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli, ümumi sahəsi 187,60 kv.m, yaşayış sahəsi 89,50 kv.m, yardımçı sahəsi 98,10 kv.m olan 4 otaqlı fərdi yaşayış evi xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəsinə əsasən 4/8 hissədə X8 və xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəsinə əsasən 4/8 hissədə X11 mülkiyyətindədir. Sənəd daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. 3. 27.12.2015-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən, İddiaçı2, İddiaçı1, İddiaçı3 xx.xx.2004-cü il tarixdə ölmüş X3 vərəsələridir və onlar miras əmlakdan 1/3 hissədə pay almalıdırlar.

4. X4 verilmiş xx.xx.2015-ci il tarixli, **********98-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çı xarışa əsasən, Şəhadətnamə verilən miras əmlak ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 102,55 kv.m olan fərdi yaşayış evinin və 0,0313 ha torpaq sahəsinin 4/8 hissəsindən ibarətdir.

5. Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən tərtib edilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən, ünvan 4 ünvanında yerləşən 0,0313 ha torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 187,60 kv.m olan fərdi yaşayış evi xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəsinə əsasən, 6/12 hissədə X11, xx.xx.2016-cı il tarixli ********** nömrəsinə əsasən hər birinə münasibətdə 2/12 hissə olmaqla İddiaçı2, İddiaçı1 və İddiaçı3 mülkiyyətindədir. Sənəd daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır.

6. RX seriyalı, ******* nömrəli çıxarışa əsas ən ünvan 4 ünvanında yerləşən 0,0313 ha torpaq sahəsi və torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 187,60 kv.m olan fərdi yaşayış evi xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəsinə əsasən torpaq sahəsinin və fərdi yaşayış evinin 102,55 kv.m-nin 2/12 hissəsi İddiaçı2, xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəsinə əsasən torpaq sahəsinin və fərdi yaşayış evinin 102,55 kv.m-nin 2/12 hissəsi İddiaçı1, xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəsinə əsasən torpaq sahəsinin və fərdi yaşayış evinin 102.55 kv.m-nin 2/12 hissəsi İddiaçı3, xx.xx.2018ci il tarixli ********** qeydiyyat nömrəsinə əsasən torpaq sahəsinin və fərdi yaşayış evinin 102,55 kv.m-nin 6/12 hissəsi və fərdi yaşayış evinin əlavə inşa edilmiş 106,25 kv.m hissəsi (iki yaşayış otağı 43,4 kv.m, qaraj 25, 4 kv.m, mətbəx 16,45 kv.m və açıq eyvan 21,20 kv.m) X11 mülkiyyətindədir. Sənəd daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. 7. 29.10.2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən X1 şəhəri, A.Həmidov küçəsi 3A, döngə 3 ünvanında yerləşən ümumi sahəsi 0,0313 ha olan torpaq sahəsindən özünə düşən 6/12 hissəni arvadı X5 mülkiyyətinə vermişdir.

8. X6 adına verilmiş, **********98-10301 reyestr nömrəli, ünvan 3 ünvanında yerləşən 0,0313 ha torpaq sahəsi və torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 187,60 kv.m olan fərdi yaşayış evinə dair çıxarışa əsasən, xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəsinə əsasən torpaq sahəsinin və fərdi yaşayış evinin 102,55 kv.m-nin 2/12 hissəsi İddiaçı2, xx.xx.2016 -cı il tarixli ********** qeydiyyat nömrəsinə əsasən torpaq sahəsinin və fərdi yaşayış evinin 102.55 kv.m-nin 2/12 hissəsi İddiaçı1, xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəsinə əsasən torpaq sahəsinin və fərdi yaşayış evinin 102,55 kv.m-nin 2/12 hissəsi İddiaçı3, xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəsinə əsasən torpaq sahəsinin 6/12 hissəsi X5, fərdi yaşayış evinin 102,55 kv.m-nin 6/12 hissəsi və fərdi yaşayış evinin əlavə inşa edilmiş 106,25 kv.m hissəsi (iki yaşayış otağı 43,4 kv.m, qaraj 25,4 kv.m, mətbəx 16,45 kv.m və açıq eyvan 21,20 kv.m) X11 adına qeydə alınmışdır.

9. Zaqatala Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(033)-5759/2020 nömrəli qətnaməsində qeyd olunur ki, “məhkəmə baxışı iclasında iştirak edən üçüncü şəxs X10 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddia ərizəsi təmin edilə bilməz. Belə ki, barəsində mübahisə edilən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin olaraq ümumi sahəsi 102,55 kv.m, yaşayış sahəsi 46,30 kv.m, yardımçı sahəsi 56,25 kv.m sahədən ibarət olmuşdur. Sonradan 1996-cı ildə həyat yoldaşı tərəfindən həmin evdə əlavələr olunmuşdur” (iş səh.3).

10. Cavabdehin xx.xx.2021-cu il tarixli imtina məktubunda göstərilmişdir ki, qeyd olunan daşınmaz əmlaka dair aparılmış qeydiyyatın ərizə əsasında ləğv edilməsi cavabdehin səlahiyyətləri daxilində deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası Konstitusiyasını n 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Daşınmaz əmlak üzərində mülkiyyət hüququna mülkiyyətçinin ərizəsi və ya məhkəmə qərarı əsasında xitam verilir. İş materiallarında olan cavabdehin xx.xx.2021-ci il t arixli etiraz məktubunda qeyd edilmişdir ki, İddiaçı1 ərazi idarəsi tərəfindən Zaqatala şəhəri, A.Həmidov küçəsində yerləşən yaşayış evinə dair aparılmış qeydiyyatın ləğv edilməsinə köməklik göstərilməsi məqsədi ilə 18 saylı Zaqatala ərazi idarəsinə ərizə ilə müraciət etmişdir. Qeyd olunan daşınmaz əmlaka dair aparılmış qeydiyyatın iddiaçının ərizəsi əsasında ləğv edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinin səlahiyyətləri daxilində olmadığından onun ərizəsinin icrası mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2021-ci il tarixli, **********94 nömrəli məktub ünvanlanmışdır. İddia ərizəsi ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0313 ha torpaq sahəsinə dair daşı nmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2018-ci il tarixli, ********** nömrəli və xx.xx.2019-cu il tarixli, ********** nömrəli qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş əsas olan hüquqmüəyyənedici sənədlərlə rəsmiləşdirilmişdir. Qeyd olunan qeydiyyatın aparılmasına əsas olan sənədlərin təsdiq edilmiş surətləri və digər sənədlər işin obyektiv araşdırılması üçün təqdim olunmuşdur. İddia ərizəsində qeyd olunan 0,0313 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixli, ********** nömrəli və xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarışlara əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

11. İddiaçılar cavabdehə qarşı i ddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair 17 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın və 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdeh in üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər.

12. İddia onunla əsaslandırılmışdır ki, mərhum ailə üzvü X2 miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində iddiaçıların və iş üzrə üçüncü şəxs Sabir Mustafayevin hüquqları vərəsəlik şəhadətnamələrinə əsasən 08 yanvar 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. İş üzrə üçüncü şəxs X5 iddiaçılara qarşı qaldırmış olduğu iddiasından sonra məlum olmuşdur ki, iş üzrə cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi ümumi birgə mülkiyyətl ərində olan fərdi yaşayış evinin müəyyən hissəsini iddiaçıların razılığı, o cümlədən heç bir qanuni əsas olmadan və RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” qüvvədə ola-ola 17 aprel 2018-ci il tarixdə iş üzrə üçüncü şəxs Sabir Mustafayevin adına qeydiyyata alaraq, RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirmişdir. Bundan sonra iş üzrə üçüncü şəxs Sabir Mustafayev torpaq sahəsindəki payını, iş üzrə üçüncü şəxs X7 bağışlamışdır. X5 həmin əmlak üzərində hüquqları 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləş dirilmiş, həmçinin texniki pasport tərtib edilmişdir. İş materiallarından da göründüyü kimi, hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlərin içərisində Zaqatala Rayon İcra Hakimiyyətinin qeydiyyatı və nömrəsi olmayan bir məktubu, o cümlədən, yenə də qeydiyyatı olmayan bir layihəsi var. Həmin sənədlərdə mərhum ailə üzvlərindən miras qalmış həmin əmlak iş üzrə üçüncü şəxs Sabir Mustafayev tərəfindən inşa edilmiş ev kimi qeyd olunmuşdur ki, bunun da heç bir hüquqi qüvvəsi yoxdur. Fərdi yaşayış evinin həmin hissəsi 1996-cı ildə X8 tərəfindən müvafiq icazə sənədləri olmadan inşa edilmişdir. Hesab edirlər ki, iş üzrə cavabdehin hərəkətləri qanunsuz olmuşdur və bu səbəbdən də qeyd olunan qanunsuz hərəkətlər nəticəsində verilmiş sənədlər də etibarsız hesab edilməlidir. İddiaçılar bununla ba ğlı cavabdeh orqana müraciət etmiş, lakin onların müraciəti təmin edilməmişdir.

13. Cavabdeh iddiaya dair etirazında qanuna müvafiq qərar qəbul olunmasını xahiş etmişdir.

14. Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1257/2021 nömrəli qərarı ilə (hakim F.S.İsmayılzadə) iddiaçıların cavabdehə qarşı “ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair 17 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın və 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nö mrəsi ilə 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıların tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozm amış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

16. Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1257/2021 saylı qərarından iddiaçılar tərəfindən apellyasiya şikayəti verilmişdir. apelyasiya instansiyası məhkəməsində icraat

17. Şəki Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 3 mart 2022-ci il tarixli, 21(107)-85/2022 saylı qərardadı ilə Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1257/2021 saylı qərarı 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 25 nömrəli reyestr kitabının 15 n ömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilərək həmin hissədə iddia tələbi mümkün sayılmamışdır.

18. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-85/2022 saylı, 3 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər E.Ş.Hüseynov-sədrlik edən və məruzəçi, G.İ.Cavadova və V.İ.Məlikov) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1257/2021 saylı qərarı “ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair 17 aprel 2018-ci il t arixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi öhdəliyinin qoyulması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilməklə iddia həmin hissədə təmin edilmiş, cavabdehin üzərinə “ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair 17 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi öhdəliyi qoyulmuşdur.

19. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər, bu zaman daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Hazırkı mübahisədə sadalanan hallar baş verməmişdir. Cavabdeh 03 may 2017-ci il tarixli, **********57 nömrəli məktubunda qeyd etmişdir ki, “...ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair hər iki tərəfə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda yaşayış evinin ümumi sahəsi eyni ölçülərdə, yəni 187.60 kv.m qeyd edilmişdir. Lakin, İddiaçı2 və digərlərinin ümumi birgə mülkiyyətində olan fərdi yaşayış evinin digər hissəsinə 08 yanvar 2016-cı il tarixdə tərtib edilmiş texniki pasportda texniki səhv olaraq yaşayış evində ümumilikdə "106.25 kv.m icazəsiz artırılan sahələr" olması qeyd edilmişdir. Qeyd olunan texniki səhvin düzəldilməsi məqsədilə İddiaçı2 2016-cı il tarixdə tərtib edilmiş "texniki pasportun" ərazi idarəsinə təqdim edilməsi barədə bildiriş ünvanlanmışdır.....” Göründüyü kimi, həmin məktubda texniki pasportdakı t exniki səhvin düzəlişindən söhbət gedir. Lakin, iş üzrə cavabdeh mülkiyyətçilərin razılığını almadan və məhkəmə qərarı olmadan, qanunvericiliyə zidd olaraq mövcud qeydiyyatı ləğv edərək, yeni qeydiyyat aparmışdır.

20. Üçüncü şəxs X13 apellyasiya instansiyası məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1257/2021 saylı qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikay ətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

22. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-85/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1257/2021 saylı qərarı 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilmişdir. Həmin hissədə iddia tələbi mümkün sayılmamışdır.

23. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi İdarəsinə qarşı “ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair 17 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsinin qanuniliyi və əsaslılığını yoxlayarkən Azərbaycan Respublikası İn zibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərini pozmuşdur.

24. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu h alda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-nin 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edi r. 8.3-cü bəndinə əsasən, buna görə də iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

25. İddiaçıların cavabdehə qarşı “ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair 17 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın ləğv edilməsinə dair iddia ərizəsi 30 gün müddətində qaldırıla bilərdi. Lakin, məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələbini pozmuşdur.

26. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli, 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın 1-ci bəndinə əsasən, dövlət reyestrinin aparılması dedikdə, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqları, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsi, onlara xitam verilməsi barədə məlumatların dövlət reyestrinə daxil edilməsi başa düşülür.

27. Həmin Qaydaların 2-ci bəndinə əsasən, bu qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsi və aparılması qaydalarını müəyyən edir.

28. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası işə baxarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü, 178.1-ci maddələrinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 -ci maddəsinin tələblərini nəzərə almamışdır.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3 və 178.1-ci maddələrində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır.

30. Şəki Apellyasiya Məhkəməsinin inzibati Kollegiyası qeyd olunan maddi hüquq normalarının və məhkəmə təcrübəsinin vahidliyini pozmuşdur.

31. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası mübahisə pre dmeti olan fərdi yaşayış evinin 1996-cı ildə müvafiq icazə sənədləri olmadan inşa edildiyini, tərəflər arasında mülki hüquq münasibətlərinin həmin vaxtdan yarandığını qərarında qeyd edir.

32. Belə olan halda Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası aşağıda qeyd olunan hüquq normalarını tətbiq etməli idi.

33. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir.

34. İddiaçıların öz hüquqlarının pozulduğunu bilməli olduğu vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Re spublikası Mülki Prosessual Məcəlləsinin İİ yarım bölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə).

35. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir.

36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

38. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

140. Da şınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə

141. Daşınmaz əmlakın dövlət reyestrində düzəlişin aparılması 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Maddə

180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, dig ər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz....... 39. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat za manı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə

29. Ərizə və ya vəsatətlərin təqdim edilməsi 29.1. Azərbaycan Respublikasının qanunvericiliyində başqa qayda nəzərdə tutulmamışdırsa, ərizə maraqlı şəxs tərə findən həmin ərizədə qaldırılmış məsələ ilə əlaqədar inzibati akt qəbul etmək səlahiyyətinə malik olan müvafiq inzibati orqana şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir. 29.2. Maraqlı şəxs tərəfindən vəsatət müvafiq inzibati orqana bu Qanunun 29.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yazılı formada təqdim olunur. 40. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır....... Maddə

16. Dövlət reyestrində düzəlişlər 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmən in qərarı əsasında aparılır. Maddə

23. Hüquqların dövlət qeydiyyatı haqqında qanunvericiliyinin pozulmasına görə məsuliyyət 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

41. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

58. Sübutların araşdırılması qaydası.... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir..... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bi lər..... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

42. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

43. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

44. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüq uq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

45. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

46. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eyni zamanda işin hallar ının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

47. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair 17 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlı məsələ apelyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutla rı prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apelyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

48. Apelyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apelyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

49. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

50. Nəzərə almaq lazımdır ki, prosessual qanunvericiliyin zamana görə qüvvəsi ilə bağlı hamılıqla qəbul olunmuş ümumi prinsipə görə, mübahisənin yaranma vaxtından asılı olmayaraq məhkəmə tərəfində n həmin mübahisəyə prosessual hərəkətlərin həyata keçirildiyi və onun baxıldığı zaman qüvvədə olan prosessual qanunvericiliyə uyğun olaraq baxılır. Hazırkı işə münasibətdə tərəflər arasında mübahisə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış 17 aprel 2018-ci il tarixli qeydiyyatla və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı, ******* nömrəli reyestrdən çıxarışla bağlıdır. Bu baxımdan həmin mübahisəyə baxılması zamanı 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş Mülki Prosessual Məcəllənin müddəaları deyil, 1 yanvar 2011-ci ildən qüvvədə olan İnzibati Prosessual Məcəllənin müvafiq müddəaları tətbiq olunmalıdır.

51. Həmçinin nəzərə almaq lazımdır k i, İPM-də iddia müddəti iddia növlərindən asılı olaraq müəyyən edilir. Bəzi iddia növlərinə, o cümlədən öhdəliyin icrası haqqında iddialara münasibətdə İPM-də iddia müddəti müəyyən edilməmişdir. İPM-in 34-cü və 38-ci maddələrinin birgə təfsiri öhdəliyin icrası haqqında iddialarla bağlı iddia müddətinin nəzərdə tutulmadığını təsdiq edir. Belə ki, İPM-in 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 38.1-c i və 38.2-ci maddələrinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.

52. Bununla bağlı qeyd olunmalıdır ki, bu iddia növünə münasibətdə iddia müddətinin müəyyən edilməməsi iddianın predmetinin, yəni cavabdehin hərəkətinin xarakterindən və məzmunundan qaynaqlanır. Başqa sözlə, məzmun baxımından cavabdehin hüququn qeydiyyatı ilə bağlı hərəkətləri faktiki xarakterli hərəkətlər hesab olunur və hüquq müəyyənedici sənədlər əsasında artıq yaranmış hüququn sadəcə olaraq qeydiyyata alınması (alınmasından imtina) ilə məhdudlaşır. Bu mənada cavabdeh tərəfindən hüququn dövlət qeydiyyatı inzibati akt formasında deyil, faktiki xarakterli hərəkət formasında həyata keçirilir. Odur ki, maraqlı şəxslər həmin hərəkətləri mübahisələndirmə haqqında iddia vasitəsi ilə deyil, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə mübahisələndirə bilərlər.

53. Hazırkı mübahisə üzrə iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və bu baxımdan həmin iddianın qaldırılmasına mümkünlük baxımından hər hansı müddət məhdudiyyəti tətbiq oluna bilməz.

54. Bundan başqa, işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisə edilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilkin olara q 102,55 kv.m ümumi sahədən, 46,30 kv.m yaşayış sahəsindən,56,25 kv.m yardımçı sahədən ibarət olmuşdur. İş üzrə cavabdeh tərəfindən fərdi yaşayış evinin mübahisəli hissəsi (iki yaşayış otağı 43,4 kv.m, qaraj 25,4 kv.m, mətbəx 16,45 kv.m və açıq eyvan 21, 20 kv.m) üzərində iş üzrə üçüncü şəxs X11 mülkiyyət hüququnun qeydiyyatı Zaqatala RİHBA-nın Memarlıq və Tikinti Şöbəsinin müdiri tərəfindən tərtib olunmuş arayış və eskizsxem əsasında aparılmışdır. Hətta qeyd olunan arayışın və eskiz-sxemin qeydiyyat nömrəsi yoxdur, həmçinin tərtib edildiyi tarix də məlum deyildir.

55. İşin bu halı Zaqatala RİH-nin 15 sentyabr 2020-ci il tarixli, 9/1300 nömrəli məktubu ilə də təsdiq olunur. Həmin məktubda qeyd olunur ki, Zaqatala şəhər sakini X13 tərəfindən 2014-cü ildə şəhərin A. Həmidov küçəsi döngə 3, 3 a saylı ünvanda inşa edilmiş fərdi yaşayış evinin DƏDRX-nin 18 saylı Zaqatala ərazi İdarəsində qeydiyyatı aparılarkən həmin evə sonradan əlavə artırılmış sahələrin inşaat norma və qaydalarına uyğun olmasına dair arayış verilməsi ilə əlaqədar rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinə şifahi müraciət edilmişdir. S.Mustafayevin şifahi müraciətinə əsasən RİHBA-nın Memarlıq və tikinti şöbəsi tərəfindən qeyd olunan fərdi yaşayış evinə sonradan artırılmış əlavə sahələrin inşaat norma və qaydalarına uyğun olması barədə arayış verilmişdir. Məlumat üçün bildirilir ki, fərdi yaşayış evinin tikintisinə icazə verilməsi ilə əlaqədar digər təsdiqedici sənədlər və məlumat rayon İcra Hakimiyyətinə təqdim edilmədiyindən qeydiyyat aparılmamışdır”. 56. “İnzibati icraat haqqında” Azərbaycan Respub likası Qanununa əsasən, ərizə maraqlı şəxs tərəfindən həmin ərizədə qaldırılmış məsələ ilə əlaqədar inzibati akt qəbul etmək səlahiyyətinə malik olan müvafiq inzibati orqana təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir. Maraqlı şəxs tərəfindən vəsatət müvafiq inzibati orqana həmin Qanunun 29.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yazılı formada təqdim olunur. Qeyd olunmalıdır ki, yerli icra hakimiyyətlərinin səlahiyyət bölgüsü baxımından RİHBA-nın Memarlıq və tikinti şöbəsinin müdiri suveren hakimiyyət daşıyıcısı hesab olunmur və bu mənada tikinti ilə bağlı inzibati akt qəbul etmək səlahiyyətinə malik deyildir. Belə səlahiyyət yalnız rayon İcra Hakimiyyətinin başçısına məxsusdur.

57. İş üzrə materiallardan görünür ki, fərdi yaşayış evinin mübahisəli hiss əsi üzərində mülkiyyət hüququ cavabdeh tərəfindən yuxarıda istinad olunan normalar anlamında heç bir hüquq müəyyənedici sənəd olmadan iş üzrə üçüncü şəxs X11 adına aparılmışdır. Belə ki, Zaqatala RİHBA-nın Memarlıq və tikinti şöbəsinin əməkdaşı tərəfindən qanuni əsas olmadan tərtib edilmiş arayış və eskiz-sxem hüquqmüəyyənedici sənəd kimi qiymətləndirilə və qeydiyyat üçün əsas kimi qəbul edilə bilməz. Bununla bağlı apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qanunvericiliklə yerli icra hakimiyyəti orqanlarına özbaşına tikili üzərində hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına arayış və yaxud sxem vermək kimi hər hansı bir səlahiyyət verilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzər ində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar sadalanmışdır. Cavabdeh inzibati orqan qeyd olunan maddədə sadalanan əsaslardan hər hansı biri olmadan üçüncü şəxs Sabir Mustafayevin mülkiyyət hüququnu qeydə almışdır.

58. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd olunan səbəblərdən iddiaçıların müraciəti əsasında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair 17 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın ləğv edilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Odur ki, iddiaçıların tələbini yerinə yetirməkdən cavabdehin imtinası iddiaçıların qanunla qorunan mülkiyyət hüquqlarının pozulmasına səbəb olduğundan apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

59. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassız olduğundan, şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

60. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 mart 2022-ci il tarixli, 21(1 03)-85/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar