Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-98/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (məcburi sığorta haqları üzrə yaranmış borcun tutulması, inzibati orqan özü qərar qəbul edə və məhkəmə mübahisəsi açmadan (məhkəmədənkənar) icraya yönəldə bilər, mümkünsüz iddia.) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, iddiaçı Azərbaycan Respublikasının Vergilər Nazi rliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı məcburi dövlət sosial sığorta haqlarının tutulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1309/2019 nömrəli, xx xxxx 2019cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X1 İdarəsi (bundan sonra mətndə iddiaçı) xx.xx.2016-cı il tarixli bildirişlə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra mətndə cavabdeh) 27.148,29 manat borcun un olmasını bildirərək, həmin borcun 5 iş günü müddətində ödənilməsini tələb etmişdir. Bildiriş sifarişli poçtla xx.xx.2016-cı il tarixdə cavabdehə təqdim edilmişdir. Bundan sonra borcun ödənilməsi ilə bağlı cavabdehin “xxxx” ASC-də və “xxxx” ASC-də olan hesablarına 188/********** və 188/********** saylı sərəncamlar qoyulsa da, qeyd edilən sərəncamlar bildirişdə tələb edilən 5 günlük müddət bitdikdən dərhal sonra deyil, xx.xx.2016-cı il tarixdə qoyulmuşdur. xx.xx.2017-ci il tarixli məktubla iddiaçı tərəfindən məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə rəsmi xəbərdarlıq edilmişdir. Qeyd edilən xəbərdarlıq cavabdehə poçtla xx.xx.2017-ci il tarixdə çatdırılmışdır. İddiaçı xx xxxx 2017-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin x xxxxxxx 2016-cı il tarixə 27.148,29 manat (əsas borc - 20.517,08 manat, penya - 6.631,21 manat) məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia əsaslandırılarkən Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2003-cü il tarixli 909 nömrəli Fərmanının 5-ci bəndinə, “Sosial sığorta haqqında” Qanunun 18-ci maddəsinə istinad edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-2767/2017 nömrəli, x xxxx 2017ci il tarixli qərarı ilə (hakim: E.Q.Məmmədov) iddia təmin edilərək, cavabdehin x xxxxxxx 2016-cı il tarixə 27.148,29 manat məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcunun onun fə aliyyətinin dayandırılması və əmlakının satılması hesabına iddiaçının xeyrinə tutulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi cavabdehin iddiaçıya məcburi dövlət sosial sığorta haqları üzrə borcu yarandığını, xx.xx.2017-ci il tarixdə borcunu ödəməyəcəyi halda Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada iddia qaldırılacağı barədə ona xəbərdarlıq edildiyini, lakin həmin borcun ödənilməsini təmin etmədiyini əsas gətirərək iddia tələbini təmin etmişdir. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2545/18 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: Ü.A.Mayılov və K.N.Abiyeva) ilə cavabdehin apelyasiya şikayət i təmin edilərək 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin x xxxx 2017-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Məhkəmənin həmin qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(102)633/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: R.S.Nəbizadə, hakimlər: A.S.Hüseynov və X.S.Məmmədov) iddiaçının kassasiya şikayəti təmin edilmiş, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1309/2019 nömrəli, xx xxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və C.A.Yusifov) Azərbaycan Respublika sı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X1 İdarəsi əsl iddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti ilə əvəz edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1309/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və C.A.Yusifov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-2767/2017 nömrəli, x xxxx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verə rək həmin qərarın ləğv edilməsini, iddia ərizəsinin mümkün sayılmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, “Sosial sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqqlarının azaldılmasına və ya yayındırılmasma görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə g örə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Qanunvericiliyə dəyişiklik olduğu üçün hazırki işə yeni qəbul olunmuş qanunun tələbləri tətbiq olunmaqla baxılmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olu nmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Belə ki, iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı cavabdehdən məcburi dövlət sosial sığorta haqları üzrə 27148,29 manat borcun tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsi və «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 07 aprel tarixli 568 saylı Fərmanında dəyişiklik edilməsi haqqında Azərbay can Respublikası Prezidentinin Fərmanına əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni Azərbaycan Respublikası Vergilər Nazirliyi həyata keçirir. «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununu 9-1.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənil miş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində (bundan sonra - VM) vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Bundan əlavə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta ha qqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Vergi Məcəlləsinin 23-cü maddəsində vergi orqanlarının hüquqları təsbit edilmişdir. Həmin Məcəllənin 23.1.15-1-ci maddəsinə əsasən, vergi orqanı hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Vergi Məcəlləsinin 89.1-ci maddəsində isə qeyd edilir ki, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, yaranmış vergi borclarının, habelə həmin ö hdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakı siyahıya alına bilər. xx xxxxxx 2011-ci il tarixdən qüvvəyə minmiş «İnzibati İcraat haqqında» Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə görə də pul tələbinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası «İcra haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. (82.1); İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. (82.2). Bundan əlavə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65-ci maddəsinin tələbinə görə, vergi orqanının borcun dövlət büdcəsinə alınmasına dair sərəncamı icra sənədi sayılır. Yəni, inzibati orqan olan iddiaçı cavabdehdən pul tutulması ilə bağlı qəbul etdiyi qərarı məhkəmə mübahisəsi açmadan (məhkəmədənkənar) özü icraya yönəldə bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun: 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 6.1.8-ci maddəsinə əsasən, bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılırlar. 8.1-ci maddəsinə görə, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. 43-cü maddəsində icra məmurlarının icr a sənədlərinin icrası ilə bağlı tətbiq etdikləri məcburi icra tədbirləri sadalanmış, 44-cü maddəsində isə həmin tədbirlərin tətbiqi əsasları öz əksini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi, qanunvericilik icra sənədlərinin icrası qaydasını fərqləndirməmiş, bütün icra sənədlərinin həmin qanuna uyğun olaraq həyata keçirilməli olmasını təsbit etmişdir. Bu isə o deməkdir ki, icra məmurları vergi orqanının da qanuna müvafiq qaydada icraya yönəltdiyi icra sənədinin icrasını həmin qanun əsasında həyata keçirir və buna əsaslar olduğu halda məcburi icra tədbirlərini, o cümlədən tələbin borclunun əmlakına yönəldilməsini tətbiq edirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının i ddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, qanuna əsasən inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqanın pul tələbinin ödənilməsi ilə bağlı iddiaları Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsində nəzərdə tutulan mümkünlük şərtlərinə cavab vermir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia mümkün sayıla bilməz. Odu r ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-1309/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı prosessual hüquq normalarına uyğun olmadığından ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1309/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-98/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-98/2020
29.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver