Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-98/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (yaşa görə əmək pensiyası, kolxozda iş stajı, arxiv arayışı ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “1974- cü ildə Göyçay rayonu Müskürlü kənd Vaqif adına kolxozda işlədiyi 3 ay müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-279/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür.
2. İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək Sovet Ordusunda hərbi xidmətdə olmuşdur.
3. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.
4. Cavabdeh xx xxxxxx 2020-ci il tarixli, ********* nömrəli məktubla bildirmişdir ki, Azərbaycan Respubl ikası Prezidentinin xx xxxx 2006-cı il tarixli 377 saylı Fərmanı ilə təsdiq edilən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən edilməsi, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın İİİ fəslinin 3.1.1-ci maddəsinə görə, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Odur ki, arxiv arayışına əsasən ona yaşa görə əmək pensiyası hesablamaq qanuna müvafiq deyil. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməy ə müraciət edərək, “1974-cü ildə Göyçay rayonu Müskürlü kənd Vaqif adına kolxozda işlədiyi 3 ay müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. Cavabdeh iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçının yaşa görə əmək pensiyası hüququ qanunvericiliyin tələbinə uyğun olaraq xx.xx.2019-cu il tarixdə, yəni 64 yaş 6 ayında yaranmışdır. Onun iş stajı aşağıdakı qaydadadır: 1974 = 03 ay (kolxoz-arxiv arayışı), 1974.05.05 – 1976.05.25 =02 il (hərbi xidmət), 1976.06.17 – 1979.07.01=03 il 14 gün, 1979.07.30—1982.08.31=03 il 01 ay 01 gün, 1982.10.01 1999.08.02=16 il 10 ay 01 gün.Cəmi 25-02-16. Məhkəmə qərarı əsasında iddiaçının 1974-cü ildə işlədiyi müddət nəzərə alınmaqla sosial sığorta stajına d axil edilərsə, iş stajı 25 il 2ay 16 gün hesablana bilər.
7. Şəki İnzibati Məhkəməsinin 2-1-(116)-719/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarı ilə (hakim: İ.H.Cabbarov) iddia tələbi təmin edilmiş, iddiaçının 1974-cü ildə Göyçay rayonu Müskürlü kənd Vaqif adına kolxozda işlədiyi 3 ay müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının 1974-cü ildə Göyçay rayonu Müskürlü kənd Vaqif adına kolxozda 56 gün əmək fəaliyyəti ilə məşğul olması Göyçay rayon Dövlət Arxivi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 30 nömrəli arxiv arayışı ilə təsdiq olunur.
9. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını, iddianın təmin ol unmamasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-279/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1-(116)-719/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarınən ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, iddiaçının 1974-cü ildə işlədiyi müddət əmək kitabçasında qeyd edilməmişdir. Vətəndaşların sosial sığorta stajı əmək kitabçasına əsasən hesablanır. Vətəndaşların keçmiş kolxozda və müəssisədəki əmək stajı həmin müəssisənin əmr kitablarına əsasən nəzərə alınır və işə girib - çıxma əmrləri əmək kitabçasında qeyd olunur. İşin hallarından da göründüyü kimi, əmək kitabçasında iddiaçının 1974-cü ildə kolxozda işləməsi qeyd edilməmişdir. Odur ki, iddiaçının əmək kitabçasında bu barədə qeydlərin olmaması onun həqiqətən həmin kolxozda işləməsini şübhə altına alır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı işti rakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2 Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan i ş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 18. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. 19. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəa liyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdə n çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Madd ə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəb ul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının təl əblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İşdən görünür ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə onun 1974-cü ildə Göyçay rayonu Müskürlü kənd Vaqif adına kolxozda işlədiyi 3 ay müddəti sosial sığorta stajına daxil etmədiyi üçün iş stajının yetərli olmaması, yəni 25 il sığorta stajına malik olmaması səbəbindən ona imtina cavabı vermişdir.
26. Apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, cavabdeh isə apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir.
27. Cavabdehin şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının 1974-cü ildə işlədiyi müddət əmək kitabçasında qeyd edilmədiyindən, həmin müddət sosial sığorta stajına daxil edilə bilməz.
28. Məhkəmə kollegiyası iş materiallarındakı sənədlərə və yuxarıda qeyd edilmiş normalara əsaslanmaqla hesab edir ki, cavabdehin mövqeyi əsassızdır. Belə ki, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqd irdə ən azı 25 il sığorta stajına malik olması.
29. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. O, qanunla müəyyən edilmiş pensiya yaşına (64 yaş 6 ay) çatanda, hərbi xidmət dövrü nəzərə alınmaqla 1974-1999-cu illər ərzində 25 ildən artıq iş stajına malik olmuşdur. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinə təqdim etdiyi xx.xx.2020-ci il tarixli, **********3 saylı iddia ərizəsinə yazılı münasibətində də, bunu təsdiq edir. (iş vər 22). Həmin yazılı məlumatdan görünür ki, cavabdeh iddiaçının 24 il 11 ay 16 gün iş stajı olduğunu qəbul edir. Həmçinin, məlumatda qeyd edilir ki, arxiv arayışına əsasən iddiaçı 1974-cü ildə 03 ay kolxozda işləmişdir.
30. İşin mübahisə edilən halı yalnız iddiaçının 1974-cü ildə Göyçay rayonu Müskü rlü kənd Vaqif adına kolxozda əmək fəaliyyəti ilə məşğul olduğu dövrün əmək kitabçasında öz əksini tapmaması ilə bağlıdır.
31. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 1974-cü ildə işlədiyinə dair qeydlərin əmək kitabçasında öz əksini tapmaması ona pensiya təyin olunmasından imtina edilməsi üçün əsas ola bilməz. Belə ki, “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndində, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır.
32. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortao lunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir.
33. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının Milli Arxiv idarəsi (bundan sonra - İdarə) "Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin baz asında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. İdarə ona həvalə olunmuş vəzifələri həm bilavasitə, həm də respublikanın dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının Arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsilə həyata keçirir.
34. İddiaçı qeyd edilən dövrdə əmək fəaliyyəti ilə məşğul olmasına dair Göyçay rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 30 nömrəli arxiv arayışını təqdim etmiş, işə baxan aşağı instansiya məhkəmələri arxiv arayışını sübut kimi qəbul edərək, həmin dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsi nəticəsinə gəlmişdir.
35. Həmçinin, iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Cavabdeh pensiya sektorunun məsləhətçisi X2, Sosial sığo rta sektorunun məsləhətçisi X1 və X5 filialının arxivçisi X4 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli aktda qeyd edilmişdir ki, onlar tərəfindən iddiaçının sığorta stajına daxil edilən əmək stajı yerində yoxlamış və onun Göyçay rayon Müskürlü kənd Vaqif adına kolxozda 1974-cü ildə 56 gün işləməsi faktı aşkar edilmişdir. X3 Göyçay filialında saxlanılan əmrlərin, əmək haqqının, məcburi dövlət sosial sığortasına cəlb edilən digər gəlirlərin uçotu kitablarına, habelə əmək haqqı üzrə ödəniş sənədlərinə əsasən aparılmışdır. Aktın həqiqiliyi bütün iştirakçılar tərəfindən imza ilə və X5 filialının möhürü ilə təsdiq edilmişdir. (səh 29)
36. Beləliklə, məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər.
37. Odur ki, ƏPQ-nun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər (64 yaş 6 ay və 25 il sığorta stajı) iddiaçıya münasibətdə ödənildiyindən məhkəmələr iddianı təmin etməkdə haqlı olmuşlar.
38. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdiri lmədən saxlanılmalıdır.
39. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İPM-nin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-279/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.