Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-98/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1961-ci il; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illəri nəzərə alaraq hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 sentyabr 2022-ci il tarixli, 2-1(105)-530/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 3 nömrəli Sumqayıt Peşə Liseyi tərəfindən verilmiş 28 noyabr 2019-cu il tarixli, 195 nömrəli arayışa əsasən iddiaçı xx.xx.1977-xx.xx.1980-ci il tarixlərdə Sumqayıt şəhəri 45 nömrəli Texniki Peşə məktəbində təhsil almışdır.
2. İddiaçıya məxsus ИТ-İ ******* saylı əmək kitabçasında onun xx.xx.1980-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Sintezkauçuk” zavodunda, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “Sumqayıtka uçuk” Təmir-tikinti Trestində, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək Sumqayıt şəhər Poçtunda, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək Sumqayıt Telekommunikasıya Qovşağında, xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək Sumqayıt “Etilen-ploietilen” zavodunda, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək isə "xxxx" MMC-də işlədiyi qeyd olunmuşdur.
3. İddiaçı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmişdir.
4. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********1 nömrəli məktubu ilə iddiaçıya bildirilmişdir ki, onun təqdim etdiyi xx.xx.1989-cu il tarixli, MT-2341063 nömrəli əmək kitabçasında xx.xx.1980-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində “Sintez-kauçuk” zavodunda və Mərkəzi Filiala təqdim etdiyi sənə dlərdə xx.xx.1996-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində “Azərkimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunda işlədiyi qeyd olunmuşdur. Lakin iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı həmin zavodda işləməsinə dair aparılmış qeydlərin sonradan yazıldığı müəyyən edilmişdir. Həmin qeydlərə dair əmrlər birgə araşdırmaya təqdim edilməmişdir. İddiaçının sözügedən zavodda işləməsinə dair yalnız xx.xx.1989-cu il tarixli, 102 nömrəli əmrlə texniki nəzarət şöbəsinə laborant köçürülməsi barədə qeyd aşkar edildi. Yuxarıda qeyd edilən faktlar “Azərkimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun 15 fevral 2021-ci il tarixli Aktı ilə təsdiq edilmişdir. Qeyd edilməlidir ki, istə r “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən iş stajına daxil edilən əmək fəaliyyəti dövrləri içərisində, istərsə də hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən sosial sığorta stajı kimi nəzərə alınan dövrlərin sırasında ödənişsiz məzuniyyət dövrü təsbit olunmamışdır. Lakin iddiaçının “Azərkimya” İstehsalat Birliyinin “Etilenpolietilen” zavodunda işləməsi barədə əmək kitabçasında qeyd olunmuş məlumatların yerində dəqiqləşdirilməsi zamanı, iddiaçının xx.xx.1997-xx.xx.1997-ci il, xx.xx.1998xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1998-ci il və xx.xx.1999xx.xx.2000-ci il tarixləri arasındakı dövrlər ərzində ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Bu səbəbdən yuxarıda qeyd olunan 10 ay 5 gün ödən işsiz məzuniyyətdə olduğu müddəti ümumi iş stajına daxil etmək mümkün deyildir. İddiaçının ümumi iş stajı 20 ildən (5 il 5 ay 24 gün), güzəştli iş stajı isə 10 ildən az (2 il 6 ay 7 gün) təşkil edir. Bundan əlavə, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 34800,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 4487,27 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pen siyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 04 noyabr 2013-cü ildən (lakin pensiya ödənişlərinin 14 yanvar 2017-ci ildən ödənilməsi nəzərə alınmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1977-1980-cı illərdə Sumqayıt şəhəri, 45 saylı orta texniki peşə məktəbində “əyrici” peşəsi üzrə təhsil almış, 1983-1989-cu illərdə Azərbaycan Neft və Kimya İnstitutunda kimyaçı-texnoloq ixtisası üzrə təhsil almışdır. Müxtəlif vaxtlarda əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdır. Belə ki, 01 oktyabr 1980-ci il tarixdən 28 fevral 1981-ci il tarixədək “Azərkimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun butadien-stirol kauçukunun ayrılması sexinin rezin məmulatları istehsalı sahəsində çeşidləyici vəzifəsində, 01 mart 1981-ci il tarixdən 12 iyul 1987-ci il tarixə qədər “Azərkimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun rezin texniki məmulatları istehsalı sexində çeşidləyici, yaymaçı, doldurucu-boşaldıcı, aparatçı vəzifələrində, 13 iyul 1987-ci il tarixdən 31 mart 1989-cu il tarixə qədər “Azərkimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun piroqarm və suyun hazırlanması sexində aparatçı vəzifəsində, 01 aprel 1989-cu il tarixdən 10 dekabr 1989- cu il tarixə qədər “Azərkimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun texniki nəzarət şöbəsində “etilen və propilen” istehsalatı üzrə kimyəvi analiz laborantı vəzifəsində, 23 fevral 1990-cı il tarixdən 10 fevral 1992-ci il tarixə qədər “Azərkimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun istehsalat şöbəsində mühəndis vəzifəsində işləmişdir. 23 fevral 1990-cı ildən 10 fevral 1992-ci il tarixə Sumqayıt kauçuk təmir-tikinti trestinə köçürülmüş, 01 aprel 1993cü il tarixdə Xaçmaz trestinin nəzdində təmir-tikinti sahəsinə keçirilmiş, 15 dekabr 1995-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. 2 sentyabr 1996-cu il tarixdən 10 may 1999-cu il tarixə qədər “Azərkimya” X1-polietilen zavodunun pirolik qazının sıxılması və təmizlənməsi sexində kompressor qurğu maşinisti v əzifəsində işləmiş, 11 may 1999-cu il tarixdən 30 sentyabr 1999-cu il tarixə qədər “Azərkimya” İstehsalat Birliyinin “Etilenpolietilen” zavodunun polietilen istehsalatının laboratoriyasında kimyəvi analiz laborantı vəzifəsində işləmişdir.
7. Cavabdeh iddiaya dair xx.xx.2021-ci il tarixli imtina məktubuna uyğun etiraz təqdim edərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
8. Sumqayıt İnzibati Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2-1(118)-1304/2022 nömrəli qərarı ilə (hakim C.Məmmədov) iddia təmin edilərək, iddiaçıya 04 noyabr 2013-cü ildən (lakin pensiya ödənişlərinin 14 yanvar 2017-ci ildən ödənilməsi nəzərə alınmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehə həvalə edilmişdir.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçının işlədiyi vəzifələr Az ərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısına uyğun olmaqla, xx.xx.2006-ci ilə qədər 20 ildən çox ümumi və 10 ildən çox güzəştli iş stajı mövcuddur. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanı n üzərinə əlavə edilməklə ödənilir. İş materiallarında olan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********3 nömrəli, xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, iddiaçı 14 yanvar 2020-ci il tarixində cavabdehə müraciət etmişdir
10. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 sentyabr 2022-ci il tarixli, 2-1(105)-530/2022 nömrəli qərarı ilə (hakimlər: Z.Məmmədov - sədrlik edən və məruzəçi, H.Babayeva və F.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən sa xlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və iddiaçının iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi ilə bağlı 15 fevral 2021-ci il tarixli Akta istinadən cavabdeh tərəfindən mübahisələndirilməsinə münasibətdə əlavə olaraq qeyd etmişdir ki, həmin dəlillər iddiaçının əmək kitabçasında qeyd edilmiş dövrlər üzrə iş stajını şübhə altına almaq və sığorta stajına daxil etməmək üçün əsas vermir. Belə ki, iddiaçının “Sintezkauçuk” zavodunda işlədiyi dövrlər əmək kitabçası ilə yanaşı, iş materiallarında olan (s.10) “Azərkimya” İstehsalat Birliyi “Etilenpolietilen” Zavodu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 194 saylı arxiv arayışı ilə də öz təsdiqini tapır. Həmin arxiv arayışında iddiaçının işə daxil olması, vəzifəsinin dəyişdirilməsi barədə əmrlərin tarixi və nömrələri göstərilmiş, arayışda onun verilməsinə əsas olmuş sənədlər sadalanmışdır. Digər tərəfdən, cavabdehin müvafiq akta istinad etməklə “iddiaçının sözügedən zavodda işləməyinə dair yalnız xx.xx.1989-cu il tarixli, 102 nömrəli əmrlə texniki nəzarət şöbəsinə laborant köçürülməsinə dair qeyd aşkar edildi” dəlilinin özü də iddiaçının ən azı xx.xx.1989-cu il tarixdən əvvəl də həmin müəssisədə işlədiyinə dəlalət edir.
13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh kassasiya şikayətində iddia tələbinə qarşı etirazın və apellyasiya şikayətinin dəlillərinə əsaslanmış və onları təkrarlamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 1 0 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanu na uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir 17. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə
13. Redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışars a. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır.
18. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdi r, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instans iyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. X2 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün bu qərarın 16-17-ci bəndlərində istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin iddiaçıya münasibətdə ödənildiyi işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. Başqa sözlə, iddiaçı tələb olunan ümumi və xüsusi stajı xx.xx.2006-cı il tarixinə kimi tam toplamış və həmin normalarla müəyyən olu nmuş müvafiq yaş həddinə çatmışdır.
27. İddiaçının qeyd olunan dövrdə əmək fəaliyyətinə dair məlumatlar ona məxsus əmək kitabçası və iş yerinin arayışları ilə təsdiq olunur. İddiaçının əmək kitabçasındakı və iş yerindən arayışlardakı məlumatların həqiqətə uyğun olmadığını və şübhə altına alındığını təsdiq edən hər hansı sübut iş üzrə materiallarda mövcud deyildir və cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. İddiaçının əmək stajı apellyasiya məhkəməsi tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq dövrlərdə qüvvədə olmuş normaların tələblərinə uyğun hesablanmışdır.
28. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə ha qlı sayılmalıdır. Odur ki, iddiaçıya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə apellyasiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğundur.
29. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
30. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRA RA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 sentyabr 2022-ci il tarixli, 2-1(105)-530/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.