Məhkəmə qərarları › İş №2-1(102)-980/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-980/2022

13.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-980/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Şəki Şəhər-Rayon Polis şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: daxili işlər orqanlarından xidmətdən xaric edilmə barədə əmrin ləğvi, işə bərpa Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Şəki Şəhər-Rayon Polis şöbəsinə qarşı “Şəki Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli Ə96-189-21 nömrəli əmrinin onun daxili işlər orqanlarından xidmətdən xaric edilməsi hissədə ləğv edilməklə işinə bərpa edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)87/2022 nömrəli iş üzrə 11 fevral 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları

1. İddiaçı 2012-ci ildən daxili işlər orqanlarında işləyir. O, cavabdehin xx.xx.2021-ci il tarixli Ə96-189-21 nömrəli əmri ilə DİN-in “DİO-da Xidmət keçmə haqqında Əsasnamə”sinin 135-ci maddəsinin 9 bəndinə uyğun olaraq daxili işlər orqanlarından xidmətdən xaric edilmişdir.

2. Həmin Əsasnamənin 135-ci maddəsinin 9 bəndində qeyd edilmişdir ki, daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilə bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Şəki İnzibati Məhkəməsi nə (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək, Şəki Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli Ə96-189-21 nömrəli əmrinin onun daxili işlər orqanlarından xidmətdən xaric edilməsi hissəsində ləğv edilməklə işə bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2012-ci ildən daxili işlər orqanlarında işləyir. İşlədiyi müddətdə daim işinə vicdanla yanaşaraq nümunəvi xidmət aparmışdır. Rəhbərlik tərəfindən verilən tapşırıqları daim qüsursuz yerinə yetirmiş və buna görə dəfələrlə rəhbərlik tərəfindən mükafatlandırılmışdır. Lakin iddiaçı cavabdehin xx.xx.2021-ci il tarixli Ə96-189-21 nömrəli əmri ilə daxili işlər orqanlarından xidmətdən xaric edilmişdir. Ona bildirilmişdir ki, DİN-in “DİO-da Xidmət keçmə haqqında Əsasnamə”sinin 135-ci maddəsinin 9-cu bəndinə uyğun olaraq daxili işlər orqanlarından xidmətdən xaric edilmişdir. Həmin Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndində qeyd edilmişdir ki, daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilə bilər. Lakin iddiaçı bildirir ki, o, xidməti fəaliyyətində daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən heç bir hərəkət etməmişdir. X1 onun barəsində Şəki Rayon Prokurorluğuna və Şəki Şəhər-Rayon Polis Şöbəsinə ünvanladığı şikayətlər əsassızdır, şər və böhtan xarakterli şikayətlərdir. Rəvanə Cəfərzadə iddiaçının qardaşı Qanuni nümayəndə arvadıdır. Onlar bir müddət mehriban yaşasalar da, sonradan X1 müəyyən psixoloji problemləri olduğundan münasibətləri pozulmuş və birgə yaşamaqları q eyri-mümkün hala gəlmişdir.X3 iddiaçının qardaşı barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə, həm iddiaçının qardaşı Tural, həm də iddiaçı barəsində Şəki Rayon Prokurorluğuna və Şəki Şəhər-Rayon Polis Şöbəsinə şikayət etmişdir.X3 iddiaçının qardaşından və iddiaçıdan əsassız şikayətlər edərək iddiaçının qardaşını nikahın pozulmasından yayındırmağa çalışır və əsassız şikayətləri iddiaçının qardaşına qarşı təsir vasitəsi kimi istifadə edir. İddiaçı X1 şikayət ərizəsində yazılanlarla bağlı bildirir ki, həmin xüsusatlar şər və böhtan xarakterli məlumatlardır, iddiaçının qardaşının ondan ayrıldığı üçün intiqam almaq məqsədi ilə edilmişdir. Buna görə də iddiaçını guya X2 “WhatsApp” sosial şəbəkəsində təhqir etdiyinə görə işdən azad etmişlər. Lakin göründüyü kimi hə min şikayət iddiaçının xidməti fəaliyyətilə əlaqəli deyildir və şikayət ərizəsində qeyd edilən əməl xidməti iş zamanı edilməmişdir. İddiaçı bildirir ki, X1 iddiaçı ilə olan problemi onların ailədaxili problemidir və ailədaxili münasibətə görə iddiaçı işdən azad edilmişdir. Onun işdən azad edilməyinin səbəbi kimi Rəvanə Cəfərzadənin xx.xx.2021-ci il tarixdə özünü zəhərləmək məqsədi ilə dərman içərkən məsələnin mahiyyətini bildiyi halda, bu barədə ŞRPŞ-nin rəhbərliyinə yazılı yaxud şifahi məlumat vermədiyi göstərilmişdir. Halbuki, Rəvanə Cəfərzadə heç də özünü zəhərləmək məqsədi ilə dərman qəbul etməmişdir. Belə ki, Şəki ŞRPŞ TB-nin təhqiqatçısı, polis kapitanı X4 HK-1/322 nömrəli material üzrə qəbul etdiyi 21 mart 2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı nda qeyd edilmişdir ki, aparılmış araşdırma zamanı izahatı alınan X3 izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə yaşadığı evdə saat 21:30 radələrində arıqlamaq üçün dərman qəbul edərək bir qədər ev işləri ilə məşğul olmuşdur. Sonra onun başı ağrımağa başlamış və ürəyi bulandığı üçün qaytarmağa başlamışdır. Bundan sonra o, zəhərləndiyini düşünüb təcili tibbi yardım çağıraraq Şəki MRX-ya müraciət etmişdir. Orda ona sistem qoşulduğu üçün vəziyyəti yaxşılaşmış, daha sonra ona dərman qəbul etdiyi üçün zəhərləndiyini bildirmişlər. Həmçinin həmin tarixdə onu evə buraxmışlar. O ehtiyatsızlıqdan arıqlamaq məqsədi ilə dərmanı içib zəhərləndiyi üçün hər hansı şikayət və tələbinin olmadığını, eləcə də hadisə zamanı yanında heç kimin olmadığını qeyd etmişdir. Göründüyü kimi R.Cəfərzadənin “dər man zəhərlənməsi” diaqnozu ilə xəstəxanaya müraciət etməsi ilə bağlı Şəki ŞRPŞ-da araşdırma aparılmış və HK-1/322 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Belə olan halda iddiaçının həmin hadisə barədə ŞRPŞ-nin rəhbərliyinə yazılı yaxud şifahi formada məlumat verməməsindən söhbət gedə bilməz. Həmin qərar hal-hazıradək qüvvədədir və prediyusial əhəmiyyətə malikdir.

5. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-1161/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

6. Məhkəmə hesab etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının vəzifəsindən azad edilməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.1), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin mübahisəli əmri qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır (İPM-70.1), əmr cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 17-ci maddəsi).

7. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(107)-87/2022 nömrəli (hakimlər Rövşən Rəfiyev - sədrlik edən və məruzəçi, Günay Cavadova və Vəzirxan Məlikov ) qərarı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 21(116)1161/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, Kassasiya şikayətinin dəlilləri

11. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmununa uyğun tərtib edilmiş, şikayətdə “Polis haqqında” Qanunun 3, 5, 13-cü maddələrinə, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 114-cü maddəsinə, İnzibati Prosessual Məcəllənin 58-ci maddəsinə istinad edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı daxil olmuş etiraza əsasən Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-87/2022 nömrəli iş üzrə 11 fevral 2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq 13. “Polis haqqında” Qanun: Maddə

1. Polis – Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır; polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur; (-). Maddə

3. Polis təyinatı və əsas vəzifələri İ. Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. İİ. Polisin əsas vəzifələri aşağıdakılardır: (-). Maddə

5. İnsan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində polisin fəaliyyəti İİ. Polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir... Maddə

13. Polis əməkdaşının ümumi vəzifələri İ. Polis əməkdaşının ümumi vəzifələri aşağıdakılardır: (-). Maddə

33. Polis əməkdaşının məsuliyyəti İ. Polis əməkdaşı aşağıdakı əsaslara görə intizam məsuliyyətinə cəlb edilir: (-). Maddə

34. Polis əməkdaşının xidmətdən xaric edilməsi İ. Polis əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: (-); 9) polis əməkdaşı adına l əkə gətirən hərəkət etdikdə; (-). 14. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə:

108. Daxili işlər orqanlarında xidməti intizam-əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir.

114. Xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: (-). 7) xidmətdən xaric edilmə.

135. Daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: (-); 9) daxili işlər orqanları əməkdaşı adına ləkə g ətirən hərəkət etdikdə; (-).

15. Azərbaycan Respublikası Daxili İşlər nazirinin xx.xx.2005-ci il tarixli, 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının X7”: 22-ci bənd. Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və “Azərbaycan Respublikası daxili X5 nizamnaməsi”ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İnti zam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir.

16. Azərbaycan Respublikası Daxili X5 Nizamnaməsinin 3.2-ci bəndinə əsasən hər bir əməkdaş bu Nizamnaməyə, “DİO əməkdaşlarının X7”nin və polis andının tələblərinə, DİN-in digər normativ-hüquqi aktlarında müəyyən olunmuş qaydalara əməl etməli, rəislərin və komandirlərin əmrlərini yerinə yetirməlidir.

17. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvaf iq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kasasiy a şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

18. Kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

19. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.

21. Şəki Şəhər Rayon Polis Şöbəsinin rəisinin 18 iyun 2021-ci il tarixli əmri ilə “Polis haqqında” Qanunun 13 və 29-cu, “DİO əməkdaşlarının X7”nin 1, 2, 3, 20 və 22-ci maddələrinin, “İntizam Nizamnaməsi"nin 3.2 və 3.9-cu bəndlərinin, DİN-in xx.xx.2012-ci il tarixli G14-001-12 nömrəli göstərişinin tələblərini pozaraq “Whatsapp" mobil tətbiqetməsi vasitəsilə R.Cəfərzadənin bacısı Təranə Əhmədovaya atdığı səs yazısında R.Cəfərzadənin ünvanına nalayiq və təhqiredici ifadələr işlətdiyinə, eləcə də internetdən yalnız xidməti fəaliyyətlə bağlı və ya yaradıcılıq məqsədilə istifadə etməli olduğu halda “Tik-Tok" sosial şəbəkəsindən videoçarxlar yükləyərək istifadəsində olan “Whatsapp" ani mesajlaşma tətbiqinin status bölməsində müxtəlif mövzuları əhatə edən sözlərlə ayrı-ayrı vaxtlarda paylaşımlar etdiyinə, R.Cəfərzadənin xx.xx.2021-c i il tarixdə özünü zəhərləmək məqsədilə dərman içərkən məsələnin mahiyyətini bildiyi halda, bu barədə ŞRPŞ-nin rəhbərliyinə yazılı, yaxud şifahi məlumat vermədiyinə, onunla fərdi profilaktiki söhbətlər aparılmasına baxmayaraq bundan nəticə çıxarmadığına, polis əməkdaşına yaraşmayan hərəkət və davranışa yol verməklə vətəndaşın çox sayda şikayətlər etməsinə səbəb olduğuna, habelə xidməti fəaliyyətində müsbət xarakterizə edilmədiyinə görə Şəki ŞRPŞnin PPXB-nin polis nəfəri, polis serjantı İddiaçı DİN-in “DİO-da Xidmət keçmə haqqında Əsasnamə”sinin 135-ci maddəsinin 9-cu bəndinə uyğun olaraq DİO-da xidmətdən xaric olunmuşdur.

22. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xidməti araşdırma materialı ilə iddiaçının “Daxili işlər orqanları əməkdaşlarının X7”nin tələblərini pozması, cavabdehin “Polis haqqında” Qanunun və “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin tələblərinə uyğunluğu müəyyən olunmuşdur. İddiaçı inzibati orqanda aparılan araşdırma çərçivəsində verdiyi izahatında da, yol vermiş olduğu pozuntuları etiraf etmiş, bunu öz imzası ilə təsdiq etmişdir. İddiaçının xidməti fəaliyyətinin qiymətləndirilməsi barədə rəy və xidmət göstəricilərinə dair arayışda da iş göstəricilərinin tələblərə uyğun olmadığı qeyd edilmişdir.

23. İddiaçının şikayətinin əsas dəlili ondan ibarətdir ki, şikayət onun xidməti fəaliyyətilə əlaqəli deyildir və şikayət ərizəsində qeyd edilən əməl xidməti iş zamanı edilməmişdir. X1 onunla olan problemi onların ailədaxili problemidir və ailədaxili münasibətə görə o, işdən azad edilmişdir.

24. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

25. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, eyni dəlilləri iddiaçı apelyasiya şikayətində bildirmiş, lakin apelyasiya instansiyası məhkəməsi İPM-in 87.8-ci maddəsinin tələbinə əməl etməyərək qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirməmişdir. 26. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə görə daxili işlər orqanlarının əməkdaşı daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilə bilər. Əsasnamənin 114-cü bəndinə görə xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına xidmətdən xar ic edilmə intizam tənbehi tətbiq edilə bilər.

27. Cavabdehin mövqeyinə görə iddiaçının daxili işlər orqanlarından xaric edilməsinə əsas onun daxili işlər orqanı adına ləkə gətirən hərəkəti olmuşdur.

28. Apelyasiya instansiyası məhkəməsi iddiaçının hansı hərəkətinin onun daxili işlər orqanı adına ləkə gətirən hərəkət olması ilə bağlı hər hansı araşdırma və qiymətləndirmə aparmamışdır.

29. Cavabdehin 18 iyun 2021-ci il tarixli əmrində iddiaçının səs yazısında Rəvanə Cəfərzadənin ünvanına nalayiq və təhqiredici ifadələr işlətdiyi qeyd edilmiş, lakin apelyasiya məhkəməsi bu halın baş verməsini, işlədilən ifadələrin həqiqətən nalayiq və təhqiredici olmasını, bununla bağlı R.Cəfərzadənin şikayəti olmasını, həmin sözlərin iddiaçının xidməti fəaliyyəti ilə birbaşa əlaqəli olmasını araşdırıb hüquqi qiymət verməmişdir.

30. Cavabdehin 18 iyun 2021-ci il tarixli əmrində iddiaçının R.Cəfərzadənin xx.xx.2021-ci il tarixdə özünü zəhərləmək məqsədilə dərman içərkən məsələnin mahiyyətini bildiyi halda, bu barədə ŞRPŞ-nin rəhbərliyinə yazılı, yaxud şifahi məlumat vermədiyi qeyd edilmişdir.

31. Cavabdeh inzibati orqanın təhqiqat bölməsinin cinayət işi başlanmasının rədd edilməsi haqqında 21 mart 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, araşdırma müddətində R.Cəfərzadə 30 mart 2021-ci il tarixdə ərizə ilə müraciət edərək yaşadığı evdə dərman içib zəhərləndiyi üçün şikayət və tələbinin olmadığını bildirmiş, material üzrə cinayət işi başlanması rədd edilmişdir.

32. Lakin belə olan halda apelyasiya məhkəməsi iddiaçının bu hadisə ilə bağlı hansı qanun pozuntusuna yol verməsini, onun hansı hərəkətinin daxili işlər orqanı adına ləkə gətirən hərəkət olmasını qərarında əsaslandırmamışdır.

33. Bundan başqa, cavabdehin 18 iyun 2021-ci il tarixli əmrində qeyd edilir ki, iddiaçı internetdən yalnız xidməti fəaliyyətlə bağlı və ya yaradıcılıq məqsədilə istifadə etməli olduğu halda “Tik-Tok" sosial şəbəkəsindən videoçarxlar yükləyərək istifadəsində olan “Whatsapp" ani mesajlaşma tətbiqinin status bölməsində müxtəlif mövzuları əhatə edən sözlərlə ayrı-ayrı vaxtlarda paylaşımlar etdiyinə daxili işlər orqanlarından xaric edilmişdir.

34. Apelyasiya instansiyası məhkəməsi bununla bağlı da heç bir araşdırma və hüquqi qiymətləndirmə aparmamış, iddiaçının bu hərəkətinin hansı sübutlarla təsdiq edilməsini, həmin sübutların mövcud olduğu halda belə hərəkətin bu qərarın 13-16-cı bəndlərində qeyd edilən normaların pozuntusu kimi qəbul edilib daxili işlər orqanının əməkdaşının adına ləkə gətirən hərəkət sayılmasını qərarında bildirməmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi tərəfindən İPM-in 12 və 58-ci maddələrinin tələbləri təmin olunmadığından qəbul etdiyi qərar ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli, təkrar apelyasiya baxışı zamanı cavabdehin 18 iyun 2021-ci il tarixli əmrində sadalanan hallara hüquq normalarına uyğun qiymət verilməli, kasasiya şikayəti təmin olunmalıdır.

36. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin olunsun. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 fevral 2022-ci il tarixli 21(107)-87/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar